ictimai-sinfi strukturunun meydana gəlməsi və inkişafını
müəyyən edir;
3)
istehsal üsulu çox vaxt cəmiyyətin siyasi həyatının
inkişafını müəyyən edir. Adətən orada iqtisadi cəhətdən
hökmranlıq edən siniflər və ictimai qruplar hakim mövqedə
olur, onlar dövlət aparatının işini, pir çox siyasi partiyaların
fəaliyyətinin məzmununu və istiqamətini, nəticədə bütün siyasi
həyatı müəyyən edir;
4)
istehsal prosesində cəmiyyətin mənəvi həyatının
inkişafının zəruri maddi şəraiti, o cümlədən mənəvi
mədəniyyət idarələrinin - kitabxana, muzey, teatr və s. -
fəaliyyət göstərməsi üçün binalar, nəşriyyat avadanlıqları,
kağız, kitab, qəzet, jurnal nəşr etmək üçün rəng, musiqi alətləri
və s hazırlanır. Söhbət cəmiyyətin mənəvi həyatının maddi
təminatından gedir.
Gördüyümüz kimi, cəmiyyətin inkişafında istehsal
üsulunun əhəmiyyətli rolu haqqında çıxarılan nəticə əsaslıdır.
Marksm iqtisadi nəzəriyyəsindən danışan Veber bu müddəanın
Marks tərəfindən hərtərəfli şərh olunduğunu xüsusi vurğulamış
və qeyd etmişdir ki, bu nəzəriyyəni Marksm bir sıra ardıcılları
tərəfindən yaradılmış ehkamçı fikirlərdən təmizləmək
lazımdır. Eyni zamanda cəmiyyətin inkişafında digər amillərin,
məsələn, siyasi, əxlaqi, dini amillərin rolunun nəzərə alınması
vacibliyini də Veber göstənnişdir. Hələ keçən əsrin
əvvəllərində söylənən bu fikir indi də öz əhəmiyyətini saxlayır.
ictimai istehsalın, cəmiyyətin bütün iqtisadi həyatının
inkişafının ən dərin mənbəyi adamların iqtisadi təlabatı və
istehsalın özünün inkişafına olan təlabatıdır. Ən başhcasmı
ayırmaqla qeyd etmək olar ki, ictimai təlabat ictimai zərurətin:
- insanlara ictimai həyatlarında zəruri olanların təzahürü kimi
çıxış edir. İqtisadi təlabat
198
isə iqtisadi zəruriliyin təzahürü kimi çıxış edir - bu geyimə,
qidaya, mənzilə, nəqliyyat vasitələrinə və s. olan təlabatdır.
Onlardan bəzilərinin bioictimai xarakteri, - məsələn qidaya,
istiliyə olan təlabat - digərlərinin isə təmiz ictimai - müasir
geyimə, maşına, televizora və s. - xarakteri var. Ancaq bütün bu
təlabatlar, o cümlədən bu və ya digər xalqın mədəniyyət
atributlarını özündə daşıyan adamların hazırladığı qida və
mənzil vasitəsi ilə təmin olunan təlabatlar da ictimai fomıada
çıxış edir. Bu maddi təlabatlar eyni zamanda iqtisadi təlabat
kimi çıxış edir, çünki insanlar arasındakı iqtisadi münasibətlər
çərçivəsində istehsal prosesində təmin olunur. Bütün bu
təlabatlar bu və ya digər məhsulun və xidmətin istehsalını tələb
edir, onları müdafiə edir, nizama salır. İstehsal müəyyən
təlabatlarm ödənilməsinə istiqamətlənir və ona görə də
mövcuddur. Təlabat yoxdursa istehsal da yoxdur. Təlabatm
dairəsi daima genişlənir, eyni zamanda onlar keyfiyyətcə
inkişaf edir. Buna görə də yüksək təlabat qanunu haqqında,
yəni onların daimi inkişafı və təkmilləşməsi haqqında
danışırlar. İstehsalın özünə olan təlabatdan, yəni enerji;
xammal, material və s. mənbələrə olan təlabatı da unutmaq
olmaz. Beləliklə, ictimai-iqtisadi təlabat istehsalın inkişafının
mənbəyi kimi, onun daimi və əsas özəyi kimi çıxış edir. Onu da
əlavə etmək lazımdır ki, təlabatm özü yalnız istehsal deyil, həm
də şəxsi təlabatm özü müxtəlif malların və xidmətlərin təsiri
altında inkişaf edir. İnsanların bir sıra qida məhsullarına,
müasir geyimə, məişət cihazlarına, soyuducuya, televizora və s.
olan təlabatı belə təlabatlardandır. Bu təlabatlarm
formalaşmasına təsir edən istehsal öz sabit inkişafı üçün
mühüm şərait yaradır. Cəmiyyətin iqtisadi həyatının
təzahürlərindən biri kimi iqtisadi təlabat, istehsal və istehlakm
199
qarşılıqlı hərəkətinin dialektikası belədir; onu başa düşmək və
praktikada nəzərə almaq olduqca vacibdir.
İstehsal üsulunun iki tərəfi: məhsuldar qüvvələr və
istehsal münasibətləri var. Onların rolu və qarşılıqlı
fəaliyyətləri bir sıra mütəfəkkirlər tərəfindən hərtərəfli
araşdırılmışdır.
Onların
fikrincə,
cəmiyyət
istehsal
qabiliyyətinin qayğısına qalmalı və onu inkişaf etdirməlidir.
Cəmiyyətin məhsuldar qüvvələri, - ilk növbədə, istehsalda
tətbiq olunan əmək alətidir - məsələn, müasir texnika, o
cümlədən, onda istifadə olunan elektrik enerjisi, texnologiya,
nəqliyyat, istehsal üçün yer, əmək predmeti və s. Onlar
məhsuldar qüvvələrin maddi tərəfini təşkil edir, onlann köməyi
ilə adamlar təbiətə təsir edir, öz təlabatlarını ödəmək üçün onun
materiallarından istifadə edirlər.
Məhsuldar qüvvələrin digər tərəfini bilik, bacarıq,
vərdiş, istehsal təcrübəsinin daşıyıcısı olan adamlar təmsil edir.
Onlar məhsuldar qüvvələrdən onları daha səmərəli istifadə
etmək üçün tətbiq edir və təkmilləşdirirlər. Bununla onlar öz
aralarında istehsal-iqtisadi münasibətlərə girirlər. Məhsuldar
qüvvələr və istehsal münasibəti öz vəhdətində cəmiyyətin
iqtisadi həyatının əsasını və başlıca məzmununu təşkil edən
istehsal üsulu yaradırlar. Fikrimizi bir az da sadələşdirək;
istehsal prosesini həyata keçirən adamlar əməyin subyekti kimi
çıxış edirlər və məhsuldar qüvvələrin əsas və həlledici
ünsürləridirlər. Bundan başqa istehsal prosesini həyata
keçirmək üçün başlanğıc material və ya əmək predmeti
vacibdir, bu da emal olunur. Bu torpaq, faydalı qazıntılar, metal
və s. ola bilər. Ancaq əmək predmetini zəruri mala çevimrək
üçün əmək alətindən istifadə olunur. Xarici aləmə təsir etmək
məqsədi ilə yaradılan əmək alətindən istifadə edərək
200
Dostları ilə paylaş: |