uyğun olaraq təbiəti və insan aləmini dəyişdirməkdir. Çox az
halda adamlar öz dəyişdirici fəaliyyətləri olmadan yaşaya
bilərlər. Məhz buna görə də texnika bütün tarix boyu insanın
mövcudluğunun
zəruri
tərkib
hissəsidir.
İqtisadi
münasibətlərin sənaye və kənd təsərrüfatı münasibətinə
dəyişməsi, elmin əsaslandırdığı yeni texnologiyanın işlənib
hazırlanması və tətbiqi-cəmiyyətin ictimai iqtisadi inkişafının
vahid prosesinin iki tərəfidir. Texnika öz-özlüyündə səbəb
deyildir, o yalnız vasitə kimi dəyərlidir. Əlbəttə texnikaya
müstəqil fenomen kimi baxmaq olar, ancaq bu müstəqillik
nisbidir: texnika üzvü şəkildə ictimai varlıq və şüumn
kontekstinə daxildir, sivilizasiyanın əsasını təşkil edir, indiki
zaman axımmdadır və daimi tərəqqi edir. Texnika özlüyündə
nə yaxşı, nə də pis deyildir. Hər şey insanın ondan nə
etməsindən, onun nəyə xidmət etməsindən, onun hansı şəraitdə
olmasından, onun hansı insana tabe olmasından, onun vasitəsi
ilə insanın özünü necə göstərməsindən asılıdır. Texnika onunla
nəyə nail olmaqdan asılı deyildir. Müstəqil bir mahiyyət kimi
texnika- səmərəsiz gücdür, son nəticədə vasitənin məqsəd
üzərindəki qələbəsini iflic edir. Texnika öz quruculuq və
dağıdıcılıq imkanları baxımından nə qədər qüdrətli gücə malik
olsa da prinsipcə həmişə insanın əqlinə və iradəsinə tabe olan
vasitə, silahdır. Əql isə, Hegel demişkən, qüdrətli oduğu qədər
də hiyləgərdir. Texnikanı fəlsəfi baxımdan təhlil edən
Haydeqqer göstərmişdir ki, texnikaya istiqamətlənən elmin
tarixən yaranması və ixtisaslaşması, hətta elmlərin özü də,
xüsusilə də cihazqayırma sahəsi, texnikanın hesabına inkişaf
edir. Haydeqqerə görə, texnika, sadəcə olaraq, “texniki aləmi”
qurmur, o, ictimai varlığın az qala bütün məkanını öz
imperativinə tabe edir, tarixin, xüsusilə
2.22
də onun dövrloşməsinin dərk olunmasına təsir edir. İndi
texnikanın hər sahədə müdaxiləsi müxtəlifdir, həttə bəzən onu
anlamaq belə mümkün olmur. Texnika varlığın dərin
xassələrini aşkar etməyin mühüm vasitəsidir - xüsusilə tibbdə,
astronomiyada, biologiyada bu özünü daha aydın göstərir.
Hal-hazırda texnikanın güelü inkişafı müşahidə olunur,
bununla yanaşı texnika fenomeninin fəlsəfi tətbiqi genişlənir.
İnsan fəlsəfəsi kimi başa düşülən texnikanın fəlsəfəsi
onu tələb edir ki, texnika insan imperativinə tabe edilməlidir.
Texnikanın fəlsəfəsi tələb edir ki, insan təbiətin incə
tarazlığına hörmətlə yanaşmalıdır və dünyanın elə ahənginə
yol verilməlidir ki, bu həmin tarazlığı dağıtmasın, onu daha da
möhkəmləndirsin. İnsanın biliyi digər yaradılanlara qarşı
çevrilməməli, o təbiəti daha yaxşı anlamağa kömək edən
qüvvə olmalıdır. Tərəqqi təbiətdəki varlıqların məhvinə
xidmət etməməli, insanın mənəvi yetkinliyinə, onun təbiətlə
hormoniyasma istiqamətlənməlidi. Texnikanın fəlsəfəsi təsdiq
edir ki, cəmiyyət və sivilizasiya bizə ciddi dərs vermişdir,
əvvəllər biz buna yüngülvari yanaşırdıq, o, bizim
sağlamlığımızı, bütövlüyümüzü saxlamağa qadirdir.
Texnikanın fəlsəfəsi kontekstində insan və texnika
məsələsinə də münasibət bildinnək vacibdir. Deyirlər istənilən
kifayət qədər inkişaf etmiş texnologiya magiyadan
seçilməzdir. Texnologiya dünyanın elə dəyişdirilməsi
incəsənətidir ki, onunla bir də toqquşmursan. Ancaq maraqlıdır
ki, texnika nə qədər qüdrətli olsa da pilləkənə nisbətən lift daha
tez-tez qırılır. Elm cansız obyektləri üç qrupa bölür; fəaliyyət
göstəıməyənlər, sınanlar, itənlər. İnsan həmişə texnika ilə bağlı
olmuşdur:
0
texnikanın məhsullarını istehsal edir, istifadə edir
və ya
223
yeyir. Eyni zamanda insanın özü də - öz texniki fəaliyyətinin
nəticəsidir. Texnikanın inkişaf prosesi üç mərhələni əhatə edir:
əl əməyi alətləri, maşınlar,
avtomatlar. Texnika öz inkişafında bu gün fiziki əmək və onun
təşkili oxşarlığından insanın mental xassələrinə oxşarlığına
doğru hərəkət etməklə öz insan səviyyəsinə yaxınlaşır. İnsanın
texniki yamsılaması maddi, fiziki və əyani baxımdan nə qədər
zəif olursa texnikanın mənimsənilməsi və ona nəzarət bir o
qədər çətin olur. Belə ki, insanın etdiyi nə varsa onun
insaniliyindən irəli gəlir, texnika həmişə insanın özünü
reallaşdırması və özünü dərk etməsi vasitəsidir. Bütün tarixi
anlarda texnika insanları və həmin dövrün insanı ideyalarını
əks etdirir. Müasir texnikanın, xüsusilə onun mikrobiologiya
və informatika sahələrinin, araşdırılması nəticəsində bu daha
aydın gömnür. Bu sahədə kəşflər və ixtiralar insan və insan
aləmi haqqında yeni biliklərə gətirib çıxarır.
Texnika
fəlsəfəsinin
məşğul
olduğu
mühüm
problemlərdən biri texnikanı yaradan və ondan istifadə edən
insan problemi və konsepsiyasıdır. Hal-hazırda bu problemin
özünəməxsusluğu insanın ixtiyarında olan texnologiyanın
hədsiz dərəcədə inkişafı ilə bağlıdır. Bununla belə texniki
tədbirlərə və ya əlavə təsirə məruz qalan adamların sayı xeyli
artmışdır. Eyni zamanda təbiət siteminin özü insan
fəaliyyətinin predmetinə çevrilmiş, insan öz müdaxiləsi ilə
daimi olaraq onu poza və hətta dağıda bilir. Şübhəsiz bu tamam
yeni vəziyyətdir: əvvəllər insan öz həyatını məhv etmək üçün
bu qədər gücə malik olmamışdır. Öz yaşayış şəraitini
yaxşılaşdırmaq bayrağı altında insan malik olduğu texnika ilə
təbiət sisteminə qarşı əsl “səlib yürüşünə” başlamış və təəssüf
ki, bu gün də onu davam etdirir. İnsan əvvəlcədən təhlil
etmədən
224
Dostları ilə paylaş: |