mümkün olan heç bir yerində, Yerdən başqa həyat yoxdur.
Bəlkə də çılğın təxəyyüllə bu fikirlə razılaşmamaq da olar:
ancaq bu ehtimalı nəzərə alaraq bəşəriyyət Yerdə həyatın
saxlanmasına daha çox qayğı göstərməlidir. Canlı və cansız
təbiət arasında olan həddi dəqiqləşdirməyə cəhd edən insan
labüdən həyatın mənşəyi haqqında məsələ ilə toqquşur. Cansız
təbiətin, ümumiyyətlə təbiətin mənşəyi haqqında məsələ ilə
canlı təbiətin mənşəyi haqqında məsələ arasındakı əsaslı fərqə
diqqət yetirmək lazımdır. Birincidən fərqli olaraq ikinci
məsələ yalnız mücərrəd məna kəsb etmir (biz ondan çıxış
edirik ki, təbiət bu və ya digər formada əbədi olaraq
mövcuddur), həm də ciddi təbii elmi məzmuna malikdir. Bu
məsələ bəşəriyyəti onun bütün tarixi boyu narahat etmişdir;
lakin uzun illər o, yalnız mifin, dinin və ya naturfəlsəfənin dili
ilə müzakirə olunmuşdur. Dini dünyagöıüş üçün həyatın əmələ
gəlməsi İlahinin düşüncələrinə müvafiq olaraq yaranmışdır.
Həyatın mənşəyi haqqında təbii elmi biliklərin dünyagörüşü
əhəmiyyəti müəyyən mənada bununla müəyyən olunur; bu
biliklər XX əsrdə daha çox toplanmışdır. Bununla bağlı
təbiətşünaslığın qarşısında dayanan vəzifə ondan ibarətdir ki,
o, göstərir ki. Yerdə həyatın yaranması bizim planetin əvvəlki
təkamülünün qanunauyğun nəticəsidir, o, xarici iradənin işə
qarışmasım və zəruri və kifayət qədər olan şəraiti müəyyən
etməyi, eyni zamanda cansız təbiətdən həyatın ilkin formasına
dialektik sıçrayışın ardıcıl mərhələlərini tələb etmir.
Yerdə həyatın ilk əlamətləri təqribən 3,8 milyard il
əvvəl yaranmışdır. Ondan xeyli sonra, təqribən 2 milyard il
əvvəl fotosintezə, yəni Günəş işığının enerjisinin kimyəvi
reaksiya üçün istifadə edilməsinə qadir olan ilk hüceyrələr
meydana gəlmişdir, bu prosesdə oksigen
173
ayrılır. Bu Yerdəki atmosferi, onun kimyəvi tərkibinin
xarakterini əsaslı şəkildə dəyişmişdir və həyatın Yer səthində
sürətlə yayılmasına imkan vermişdir yəni bütöv sistem, məhz
biosfera əmələ gəlmişdir. Nəticədə həyatın özü Yerdə həyatın
saxlanması və inkişafı üçün zəruri olan şəraitin müdafiə
olunmasında mühüm amil oldu. Bu dialektik inkişafın ən əsas
qanunauyğunluqlarının təzahürüdür, bu vaxt materiyanın
hərəkətinin daha yüksək formasına xas olan qanunlar hakim
olur və yalnız bioloji deyil, həm də kimyəvi təkamülün gedişini
müəyyən edən inkişafın sonrakı prosesini özünə tabe edir.
Maraqlıdır ki, hələ XIX əsrin 40-cı illərində inkişafın
cəmiyyətə xas olan bu qanunauyğunluğunu Marks təhlil
etmişdir. Onun sözlərinə görə, «orqanik sistem bütövün
məcmusu kimi özünün ilkin şərtləri var və onun bütövlük
istiqamətindəki inkişafı məhz cəmiyyətin bütün elementlərini
özünə tabe etmək və ya onun orqanlarında çatışmayanları onun
özündən yaratmaqdan ibarətdir». Buna uyğun olaraq bir dəfə
yaranan və bizim planetin üzərinə yayılan həyat yeni bütövlüyü
- biosferanı yaradan qüvvə olmuşdur və orada baş verən
prosesləri müəyyən edir. Yalnız bizim planetin deyil, həm də
kosmosun, bütövlükdə Kainatın təkamülündə müəyyən
mərhələ kimi həyat haqqında təsəvvürlər XX əsrin
əvvəllərində bir sıra mütəfəkkirlər tərəfindən formalaşmışdır.
Tsiolkovski, Çijevski və başqalarının yaratdığı kosmik
nəzəriyyələr Vernadskiyə təsir etmiş, o da öz yaradıcılığında
planetar və kosmik qaydalarda olan amil kimi həyat haqqında
və həyatın qorunmasında əqlə malik olan insanın cavabdehliyi
haqqında baxışları dərindən reallaşdırmışdır. Biosfera
haqqında baxışlar həyata məkan və zaman daxilində fasiləsiz
olan axın kimi baxmağa imkan verir ki.
174
bundan da durmadan maddə, enerji və məlumatlar yaranır.
Lakin burada da biz yenidən dialektik ziddiyyətlə qarşılaşırıq:
bu fasiləsiz axının möveudluğunun və təkamülünün forması
olan dialektik ziddiyyət ətraf mühitdən ayrılan, məkan və
zamanea məhdud olan aynea orqanizmdir.
Hər bir orqanizm - laxtadır, burada maddə, enerji və
məlumat bir yerə toplanır. Onların ehtiyatlarını orqanizm ətraf
mühitdən doldurur, burada onlar dağınıq və qarışıq şəkildədir.
Orqanizm bu ehtiyatları yenidən işləyir, onu keyfıyyəteə yeni,
daha mütəşəkkil səviyyəyə keçirir. Orqanizmin ətraf mühitlə
və ilk növbədə isə digər orqanizmlərlə qarşılıqlı təsiri bizim
planetin üst qatını əhatə edən həyat axınının bir yerə
toplanmasının aparıeısıdır. Əgər orqanizmə daxili quruluş
baxımından nəzər salsaq yenə də ziddiyyət aşkar edəeəyik: bir
tərəfdən, bütün orqanizmlər üçün ümumi, vahid olan onların
quruluş, fəaliyyət və inkişaf qanunları möveuddur, digər
tərəfdən isə, hər bir orqanizmin onun genlər yığımı üçün
xarakterik olan nadirliyi var, ona görə də genlərə nəzarət edən
biokimyəvi proseslərin spesifıkliynə görə, onların quruluşuna,
davranışına və s. görə orqanizmin genetik proqramı və onun
yaşaması üçün şərait müəyyən olunur (yalnız bu halda klonlar
istisnahq təşkil edir. Klonlar bir ana hüceyrəsindən əmələ gələn
genetik eyni olandır. Təbii şəraitdə klonlaşma yolu ilə çoxalma
yalnız sadə orqanizmdə müşahidə olunur. Ali orqanizmə
gəldikdə isə, hal-hazırda süni yolla onların klonlaşdırılması
biotexnoloji tədqiqatın istiqamətlərindən biridir). Hər bir həyat
vahid həyat axınına daxil olsa da o yalnız bir dəfə baş verir, o
təkrarolunmazdır, biri digərindən fərqlənir.
175
Dostları ilə paylaş: |