canlılarla qohumluq münasibətini başa düşür. Bü özünü
totemizmdə daha yaxşı təzahür edir. Totemizm ibtidai xaqlar
üçün xarakterikdir, onlar özlərini hər hansı heyvanla (totemlə)
eyniləşdirir, bu heyvanı öz əcdadı hesab edirdi. Bir çox
incəsənət əsərlərində də canlı heyvanlarla qohumluq duyğusu
geniş şərh olunur; məsələn şairlər öz şeirlərində heyvanları
«bizim kiçik qardaşımız» deyə vəsf edirlər. İbtidai xalqlarda
heyvanların müqəd- dəsləşdirilməsi əsrlərin sınağından
keçərək bu günümüzə qədər gəlib çatmışdır: bu gün də
dünyanın
müxtəlif
yerlərində
ayrı-ayrı
heyvanların
müqəddəsləşdirilməsi ənənəsi yaşamaqdadır; türk xalqlarının
boz qurda, hindlilərin inəyə və s. pərəstişi bu gün də
yaşamaqdadır. Bu ikillik, praktiki fəaliyyət üçün, insanın
özünün mövcudluğu üçün canlının əhəmiyyətindəki
ambivalentlik son nəticədə insanda canlıya qarşı xüsusi hiss və
münasibət yaradır ki, bu da mifoloji, dini baxışlarda, əxlaq
normalarında və estetik tərbiyədə öz əksini tapır. Məsələn,
insan mədəniyətinin və əxlaqının mənbəyində dayanan ilk
qadağalardan (tabu) biri bu və ya digər heyvanın öldürülməsi
və onun ətininin yeyilməsinin qadağan edilməsi olmuşdur. Bu
qadağaların qalıqları indi də qalmaqdadır: hindlilər bu gün də
inək əti yemirlər.
Heyvanlar həm də ibtidai insanların qayaüstü
rəsmlərinin ilk obyektləri olmuşlar. Bizim günlərdə də müxtəlif
bitkilər və heyvanlar çox vaxt estetik şüurda gözəllik və ya
eybəcərlik etalonu kimi çıxış edirlər. Deyirlər ən gözəl göz
eşşəyin gözüdür, hər hansı adamın gözəlliyi ayrı-ayrı gözəl
heyvanlara bənzədilməklə təsvir olunur maral, ceyran,
tovuzquşu və s. Sözü başa düşməyənlərə gönü qalın camış
kimi, kobudluq edənin davranışını «ayı kimi necə gəldi edir»
deyə qiymət verilir.
164
Canlıya olan rəngarəng münasibətləri bəzən praktiki
məqsədəuyğunluğun tələblərindən çıxış edərək izah etmək və
ya başa düşmək çox çətin olur. Canlı ilə qarşılıqlı fəaliyyətin və
canlıya münasibətin bütün müxtəlif fonnalarma nəzərə alsaq,
yalnız insan fəaliyyəti və şüuru üçün əsas qarşıdurmalardan biri
kimi canlı və cansızın biri-birinə qarşı qoyulmasının son dərəcə
vacibliyini deyil, həm də bu qarşı-qarşıya qoyulmanın praktiki
və idrakın inkişafında nail olunan səviyyəsindən asılı olaraq
müxtəlif formada aparılmasını tam başa düşmək olar; bu həm
də ilk baxışdan göründüyü kimi insanlara birdəfəlik verilən
xüsusiyyət kimi qəbul edilməməlidir. Bu isə o deməkdir ki,
canlı və cansızın ayrılması və ya həyatın nə olmasının müəyyən
edilməsi elə bir problemdir ki, onu birdəfəlik həll etmək olmaz,
bu məsələyə insanlar hələ dəfələrlə qayıdacaqlar. Bu problemin
olması faktı canlıya olan münasibətin bütün deyilən formaları
ilə yanaşı, həm də dərk etmə, başa düşmə münasibətlərinin də
zəruriliyi göstərir, yəni bu poblemin olması həyatın bütün
müxəlif təzahürləri ilə öyrənilməsinin zəruriliyini göstərir.
İnsanın canlı haqqında ilkin bilikləri - tutaq ki, heyvanların
davranışı ilə bağlı, rüşeymiərin yetişməsi vaxtı ilə bağlı
biiikiəri onların praktiki fəaiiyyətiəri ilə sıx bağiı olmuşdur.
İnsan uzun müddət apardığı müşahidədən sonra məhz bu
məsələ ilə bağlı müəyyən qənaətə gəmişdir. Lakin sonradan,
məsələn, hilozoizm indiki ölçülərlə fantastik görünən cəhd
kimi çıxış edir, dərk olunmuş şəkildə canlı və cansızı bir-birinə
qarşı qoyur. Bu problemin dərk olunması ilə yanaşı, həm də
bütün canlılara xas olan ən ümumi xassələri və xüsusiyyətləri
aydınlaşdırmaq məsələsi də qarşıda dayanır.
165
Canlıların dərk olunmasında biolojinin və fəlsəfənin
yerinə də aydınlıq gətimrək maraqlı olardı. İlkin olaraq praktiki
fəaliyətlə bilavasitə bağlı olan canlı haqqında müxtəlif,
hissə-hissə olan baxışlar və məlumatlar bioloji idrakı
formalaşdırır. Bizim günlərdə bunlar, ilk növbədə, elmi
vasitələrlə həyata keçir. Müasir biologiya elmin olduqca geniş
və inkişaf etmiş sahəsidir. Bununla belə bioloji elmlər insanın
canlı ilə praktiki qarşılıqlı fəaliyyətinin müvafiq növlərinə
bilavasitə istiqamətlənən kənd təsərrüfatı, biotexnoloji və tibbi
elmlərlə tamamlanır. Bioloji idrakın özünün inkişafı bu cür
qarşılıqlı fəaliyyətin yeni növlərini yaradır. Bu əvvəlcədən
genetik cihazlarla verilən, təbiətində əvvəlcədən olmayan yeni
bioloji orqanizmlərin lahiyələşdirlməsi ilə məşğul olan müasir
biotexnologiyada aydın aşkar olunur. Biotexnologiyanın
köməyi ilə insanın ən müxtəlif təlabatlarmı ödəmək üçün zəruri
olan maddələr və ərzaqları süni yolla almaq mümkün olur.
Beləliklə, bizim günlərdə canlı haqqında biliklərin əsas
hissəsini, o cümlədən ən əsaslı bilikləri adamlar biologiyadan
alırlar.
Bununla bağlı olaraq belə bir sual yaranır: bəs həyatı
dərk etməkdə fəlsəfənin rolu necədir? Biologiya ümumiyyətlə
fəlsəfəsiz keçinə bilərmi? Bizdə bu məsələ daha kəskin şəkildə
dayanır. Məsələ ondadır ki, XX əsrin 30-40-cı illərində
biologiyanın fəlsəfi problemlərinə dair yanlış anlamalar
fomıalaşmışdır. Bu dövrdə həm bioloqlar, həm də filosoflar
arasında belə bir yanlış nöqteyi-nəzər formalaşmış və geniş
yayılmışdır
ki,
guya
iki
biologiya
-
qabaqcıl
dialektik-materialist biologiya və xalq əleyhinə olan irticaçı
idealist biologiya mövcuddur. Olduqca primitiv mühakiməyə
malik olan ayrı-ayrı fəlsəfi müddəalar öz müddəaları üçün
başlıca əsas kimi onu
166
Dostları ilə paylaş: |