xidmətçisi kimi yox, həyat mənbəyi kimi baxsa onda o öz
yaşaması üçün əlverişli şərait yaratmış olar. Buradan da
insanın yalnız ekoloji yox, həm də mənəvi tərbiyəsi məsələsi
çıxır, bu da insanın özünü, onun daxili mənəvi dünyasını
dəyişdirir. Bu yeni etikanın - texniki etikanın, siyasətin
etikasının,
ictimai
davranışın
etikasının,
beynəlxalq
münasibətlərin etikasının yaranmasına gətirib çıxarır.
Bəşəriyyət - öz inkişafında insan və təbiəti yaxınlaşdırmaq
üçün bütün mümkün vasitələrdən istifadə etmişdir.
Beləliklə, ekoloji problemi həll etmək üçün əsaslı
dəyişikliklər həyata keçirmək lazımdır: bəşəriyyət elmin,
texnikanın, texnologiyanın, informatikanın, səhiyyənin,
təhsilin nailiyyətlərindən istifadə etməlidir. Əgər təbiətdə
istifadənin yeni metodunu işləyib hazırlamaq mümkün olarsa,
bu həm də əhalinin ekoloji mədəniyyətinin formalaşmasına
xidmət etmiş olacaqdır. Bizim planet tədricən vahid evə
çevrilir və bu evin xilası hamının birgə səyi hesabına mümkün
ola bilər.
Ekoloji böhrandan çıxmaq üçün digər təklifləri də
nəzərdən keçirnək məqsədəuyğundur. Bu böhrandan çıxmağın
real yolunu dəf etmək üçün onun dərin köklərini araşdırmaq
vacibdir. Əgər elmi ədəbiyyatlarda müasir ekoloji vəziyyətlə
bağlı çoxsaylı izahları müəyyən şəkildə qruplaşdırsaq, onda
aydın olacaqdır ki, onların hamısı son nəticədə artıq bizə
məlum olan iki paradiqmadan biri - ya formasiya, ya da
sivilizasiya
cədvəlinə
daxil
ediləcəkdir.
Formasiya
konsepsiyası müasir ekoloji vəziyyəti bu və ya digər
ictimai-iqtisadi formasiya ilə birbaşa bağlayır. Uzun illər bizim
ədəbiyyatda təbiətdən istifadənin iki tipi ilə bağlı tezis
hökmranlıq etmişdir - sosializmə qədərki tip - buradakı köklü
qüsurlar xüsusi mülkiyyətin ayağım
158
yazılırdı: sosializm tipi - burada isə guya təbiətə qarşı vəhşi
münasibət avtomatik olaraq ləğv olunduğu bildirildi - burada
təbiətə münasibət cəmiyyətin ümumi maraqları əsasında
qurulurdu; təbiətə hərtərəfli, kompleks, humanist təsir
istiqamətləri üçün hərtərəfli əsas yaradılmışdır. Buna görə də
fonnasiya konsepsiyası ekoloji böhrandan çıxmağın yolunu
yeni ictimai-iqtisadi formasiyaya keçiddə görürdü. Əlbəttə,
konkret cəmiyyətin formasiya parametləri təbiətdən istifadəyə,
deməli həm də müasir ekoloji vəziyyətə təsir etməyə bilməz.
Ancaq: birincisi, əgər biz bu baxımdan müxtəlif ölkələri
və regionları müqayisə etsək, onda formasiya parametrlərinin
özləri dəqiq yoxlanılmalıdır. Onda isə aydın olur ki, ekoloji
problemin həllində üstünlüyə son vaxtlara qədər sosialist
ölkəsi adlanan ölkələr yox, ictimai həyatın sosialistləşdirilməsi
prosesini real həyata keçirən regionlar malikdirlər, ikincisi,
müasir ekoloji vəziyyətin spesifik xüsusiyyəti özünü müxtəlif
formalarda təzahür etdirir, bu əsasən ölkənin və ya regionun
mədəni inkişaf səviyyəsindən asılı olur, yəni burada göstərici
heç də formasiya ilə bağlı deyildir. Çernobil və digər ekoloji
cəhətdən təhlükəli olan obyektlərdə baş verən qəzalar göstərir
ki, biz bu gün öz şəxsi icra, əxlaqi və hətta siyasi
mədəniyyətimizdən çox asılıyıq. Nəhayət, üçüncüsü, həm də
ən əsası müasir ekoloji vəziyyət - onun əsas xarakteri kimi
ekoloji böhran öz məzğinə görə sivilizasiya mənşəyinə
malikdir, bəşəriyyətin sivilizasiyalı inkişafı gedişində
yaranmışdır.
Məhşur deyimi dəyişdirərək bu vəziyyətə şamil etsək,
onda demək olar ki, «Hər şeydə maşın axtar». Doğrudan da
sivilizasiyanın sənaye dalğasının başlanğıcını qoyan və onun
texniki əsası olan maşın təbiət
159
qüvvələrindən istifadə üsulunu, eyni zamanda bu istehlakm
miqyasını dəyişdirmişdir. Xalq təsərrüfatının bütün sahələrinin
maşınlaşdırılması (hətta maşının maşınla istehsal olunması
belə) təbiətdən istifadənin miqyasını xeyli artırmış və bu həm
də ətraf mühitin çirklənməsinə gətirib çıxarmışdır. XX əsrin
ikinei yansmdan sürət götürən elmi- texniki inqilab şeytan
ocağına yağ tökdü, sərhədsiz ictimai tərəqqi nəzəriyyəsini bir
növ legitimləşdirdi. Beləliklə, müasir ekoloji böhranın
mənbəyi sivilizasiyanın əsaslı inkişafının - onun texniki-
texnoloji bazisinin məntiqində aşkar olundu. Ona görə də bu
böhrandan çıxış yolunu da huna müvafiq olaraq axtarmaq
lazımdır. Bir tərəfdən, təbii mühitin optimal- laşdırılması üçün
bu gün açılan texniki imkanlardan istifadə etmək lazımdır. Axı
elmi-texniki inqilabın ziddiyyətli xarakteri həm də ondan
ibarətdir ki, o, əvvəllər görünməyən ekoloji problemləri
yaratmaqla o həm də onu dəf etməyin, aradan qaldırmağın
potensial imkanına malikdir. Bu baxımdan elmi-texniki sahəni
kral Arturun qılıncı ilə müqayisə etmək olar - bu qılıncla kral
məhz qılıncla vurulan yaranı sağaldırdı. Digər tərəfdən
sivilizasiya öz yaşaması üçün deyəsən özünün bir çox
uşaqlarından imtina etməli olacaqdır. Frion soyuducuları
üzərinə qoyulan beynəlxalq qadağa - bu baxımdan ilk
addımlardandır. Hər tərəfli «təmiz» enerjiyə - Günəş, su, hava
axını, temperaturun müxtəlifliyi. Yerin daxili istiliyi və s. keçid
başlanmışdır. Lakin bu mənbələr müasir dünya enerji
balansının yalnız bir neçə faizini təşkil etdiyindən bəşəriyyət
həyat tərzini köklü şəkildə dəyişdirməlidir, enerji istifadəsinə
yönəldilən fəaliyyətini xeyli yüngülləşdirməlidir. Bu da
«təbiətə qayıdışın» özünəməxsus bir əsası ola bilər. Axı
bəşəriyyət yaşaması üçün təbiətlə
160
Dostları ilə paylaş: |