münasibətlərinə nəzər salmalı, onu yeni qaydalar əsasında
qurmağı öyrənməlidir.
Müasir ekoloji vəziyyətin sivilizasiyalı həlli mütərəqqi
qüvvələrin yetkinlik səviyyəsindən asılıdır. Bütün planet
miqyasında bu qüvvələrin birləşməsi - axı vəziyyətin özü belə
planetar xarakter daşıyır - təbii mühitin sağlamlaşdırılması
sahəsində böyük işlər görməyə imkan verər, silahlanma
sahəsindəki işləri dayandıra, beynəlxalq iqtisadi qaydaları
dəyişdirə, bütün xalqların və ölkələrin bərabər səviyyədə
inkişafını tarazlaşdıra bilər. Lakin bəşəriyyətin özünü saldığı
ekoloji dalandan çıxmasında xeyli çətinliklər də var. «Roma
klubunun» prezidenti Anrilio Peççei bu çətinliklər haqqında
yazırdı; «İnsanın həqiqi problemi indiki vəziyyətində onunla
bağlıdır ki, insan dünyada yaratdığı dəyişikliklərlə ayaqlaşa
bilmir. İnsanın inkişafının indiki böhranlı anında problem
kənarda deyil, onun daxilində yaranmışdır, ona görə də onun
həllini də insanın daxilində axtarmaq lazımdır». Ona görə də
bəşəriyyət öz keyfiyyətini yüksəltməli, ədaləti bərpa etməyə
çalışmalı, cəmiyyət və təbiət münasibətlərini yeni qaydalarla
qurmaqdır.
Əgər bu gün təbiətə istehlak - texnoqrafık yanaşmadan
əl çəkməsək, onunla harmoniya yolu tapmasaq bəşəriyyətin
sabahı olduqca təhlükəlidir. Bunun üçün istehsalın
ekologiyalaşdırılması üzrə xeyli işlər görülməlidir: təbiəti
qoruyan texnologiya hazırlanmalı, yeni yaranan layihələr
ekoloji yoxlamadan keçməli, tullantıların miqdarı aşağı
salınmalı, bağlı dövrə üzrə tullantısız texnologiya
hazırlanmalıdır. İnsan və təbiətin qarşılıqlı münasibətinin
yaxşılaşdırılması üçün həyata keçiriləcək digər tədbir təbii
ehtiyatlardan, xüsusi ilə enerji mənbələrindən (neft, kömür)
ağıllı istifadə olunmasıdır, axı
161
onların həyat üçün əhəmiyyəti əvəzsizdir. Beynəlxalq
ekspertlərin hesablamalarına görə, indiki istehlak səviyyəsində
təbii sərvətlərdən istifadə davam etsə onda kömür hələ 430 il,
neft 35 il, təbii qaz 50 il kifayət edəeəkdir. Neftlə bağlı vaxt o
qədər də böyük deyildir. Ona görə də dünya enerji balansında
ağıllı struktur dəyişiklikləri vaeibdir. Aneaq istənilən nəticələrə
nail olmaq üçün bütün ölkələrin təbiəti xilas etmək üçün
qüvvələrini birləşdirilməsi zəruridir. Bu cür beynəlxalq birlik
yaratmağa ilk cəhd 1913-cü ildə olmuşdur; dünyanın 18 iri
dövlətləri təbiəti qorumaq şüarı altında İsveçrəyə beynəlxalq
müşavirəyə toplaşmışdılar. İndi əməkdaşlığın yeni formaları
yaranır - ətraf mühiti qorumaq üçün beynəlxalq konvensiyalar
bağlanır, birgə işlər həyata keçirilir. Lakin ölkələrin inkişaf
səviyyəsi müxtəlif olduğundan ekoloji sahədə əməkdaşlıq da
yetkinlikdən hələ xeyli uzaqdır. Bu gün ən vacib məsələ ekoloji
şüurun formalaşmasıdır. Cəmiyyətdə ekoloji tərbiyə və ekoloji
təhsil dövlət səviyyəsində həyata keçirilir və insanın bütün
davranışı təbiətlə hamoniya səviyyəsində reallaşmalıdır.
§4. Canlı və cansız təbiət. İnsanın canlıya münasibəti
haqqında müasir baxışlar.
Hər dəfə insan ona yad olan obyektlə qarşılaşanda onun
həyata keçirdiyi ilk fikir əməliyyatı bu obyektin canlı və ya
cansız olması ilə bağlı əməliyyatdır. Canlı və cansız
arasındakı fərq ən mühüm məsələlərdən biridir, xarici aləmi
qavramaq üçün olduqca mühüm rol oynayır. Doğrudan da,
bütün dövrlərdə bütün tayfalar və xalqlar bu və ya digər
dərəcədə canlı və cansızı fərqləndimıəyə
162
məcbur olmuşlar, düzdür bu ayrılmalar müxtəlif üsullarla
həyata keçirilmişdir. Belə ki, ibtidai xalqlar üçün animizm
xarakterik olmuşdur - bu baxışlara görə hər şeyin - insanın,
heyvanın, ağacın, daşın öz ruhu var və onların hamısı o vaxta
qədər yaşayır ki, ruh onların bədənində olur. Fikir tarixində
digər baxışlar sistemi də mövcud olmuşdur - hilozoizm
adlanan bu baxışa görə bütün olanların hamısı canlıdır, bu
yolla onlar həyat və varlığı eyniləşdirirdilər. Bu mənada, sanki
canlı və cansız arasında olan fərq öz mənasını itirir; əslində isə
bu fərq burada da aparılır, axı reallıq kimi yalnız həyat yox,
hətta ölüm də qəbul edilir, ölüm qeyri-varlıq kimi qəbul edilir.
Dini kitablarda da eanh və eansız arasındakı fərqlər
dünyanın yaranması mənzərəsinin təsvirində verilir; iki min il
əvvəl yaşamış xalqların baxışlarında bu ideya özünü
möhkəmləndirmişdir. Dini kitablarda verilən fikirlərə görə,
əvvəleə hərəkətsiz, eansız materiya, sonra canlı materiya və
nəhayət insan yaranmışdır.
Bəşəriyyətin bütün tarixi ərzində eanh və eansız
arasındakı fərqin əhəmiyyətinin azalmaması nə ilə izah
olunur? Bu, ilk növbədə, onunla bağlıdır ki, bu eür fərq olmasa
insanın gündəlik təlabatınm ödənilməsinə yönələn praktiki
fəaliyyət də mümkün olmazdı. İnsan özünün bu fəaliyyətində
canlı və cansızdan müxtəlif cür istifadə edir. Canlı - insanın
qidalandığı, eyni zamanda ovçuluq, balıq tutmaq, yığım, həm
də hecərmə obyektləridir. Canlı həm də insanın soyuqdan,
yağışdan, qardan qonamaq üçün hazırladığı paltar üçün istifadə
etdikləridir. Bununla belə yemək uğrunda mübarizədə qorxulu
rəqib olan iri heyvanlardan müdafiə olunmaq lazım idi. İnsana
düşmən kəsilən heyvanlar da canlıya aiddir. Nəhayət, insan
özünü həyat verilən varlıq kimi dərk edir və buna görə də bütün
163
Dostları ilə paylaş: |