Hər bir həyatın sonu var və burada dərin məna əks
olunur, çünki
0
, birincisi, yeni həyatın başlanğıcıdır, ikincisi
zaman keçdikcə ona yol açır. Ayrıca orqanizmin həyatının
sonsuz olaraq davam etməsi yeni formaların yaranması və
seçilməsi imkanlarını, yəni onun təkmül yolu ilə inkişafını
bağlayardı. Hər bir orqanizm fərdi və nadir olsa da, onun
üzərində təcrübə keçinnək olar: onlar şəraitə uyğunlaşır,
yaşayış mühitinə uyğunlaşaraq həyatını davam etdirə bilirlər.
Orqanizmi həyatın özünün keçirdiyi orqanizmə bənzətmək
olar: o saysız-hesabsız variasiyalar yaradır, bununla belə
yaşayış mühitinin dəyişən şəriatinə daha yaxşı uyğunlaşmanı
saxlayır və bölüşdürür. Bu variasiyaların əsas mənbəyi genlərin
birləşməsidir ki, mayalanma vaxtı hər bir valideyndən yaranır
(cinsi çoxalma vaxtı) və başlıcası, ən müxtəlif səbəblərin
təsirindən irəli gələn mutasiya - genlərin dəyişməsidir
(məlumdur ki, mutasiya radioaktivliyin səviyyəsinin
yüksəlməsi və ya bir sıra kimyəvi birləşmələrin təsirindən
yaranır). Ən əsas odur ki, mutasiya istiqamətlənməmiş xarakter
daşıyır, yəni «adekvat uyğun dəyişiklik» adlanan dəyişikliyə
aparmır, belə olsaydı onda mutasiya ətraf mühitə
uyğunlaşmanın daşıyıcısına çevrilərdi. Bu mənada onları
təsadüfi adlandırırlar. Mutasiyaların əksəriyyəti ziyanlıdır, ya
ümumiyyətlə həyat qabiliyyətli orqanizmin inkişafını
mühasirəyə alır, ya da mühitə az uyğunlaşan, eybəcər forma
yaradır. Bununla belə mutasiyanm veridiyi materialdan bioloji
təkamül seçmə yolu ilə yeni, mühitə daha çox uyğunlaşan və
daha çox həyat qabiliyyəti olan orqanizm yaradır. Orqanizmin
həyat qabiliyyəti nə qədər çox olarsa onun həyat qabiliyyətli
nəsil qoymaq ehtimalı da bir
0
qədər yüksək olur, bu da genetik
yolla möhkəmlənir. Belə ki, bir-birindən asılı olmayaraq
təsadüfi
176
şəkildə fəali}^ət göstərən ən müxtəlif amillərin birləşməsi
(uyğunlaşması) zəruri nəticə kimi yeni canlı forma yaradır.
Canlı materiyanın daha çox xarakterik fərqləndirici
xüsusiyyətinə, adətən, bizim təsəvvürlərimizin bütün
imkanlarını keçən, həqiqətən onların mövcud olduğu
saysı-hesabsız çox müxtəlif formalarını da aid edirlər. Sanki
eanh aləmdə təbiət rənglərin bütün palitrasından (boya taxtası),
çalarlardan, həndəsi fıqurlan və ölçülərin, səslər və iylərin
ağlabatan və ağlabatmayan uyğunluğundan, orqanizmin
müxtəlif növünün yaşaması üçün yararlı olan xarici aləmin
sonsuz diapazonundan istifadə edir. Bu rəngarənglik yalnız
insanın hissinə deyil, həm də onun ağlına mənəvi zövq verir,
daim dəyişiklikdə olan müxtəlifliyin vəhdətini axtarmağa
vadar edir. Canlının, müxtəlifliyinin nizama salınması və təsnif
edilməsinə cəhd bioloji idrakın vadaredici (sövqedici)
təkanlarından biridir. Müasir biologiya özü də bu müxtəlifliyə
həyatın mövcudluğu və davam etməsi üçün zərurət kimi baxır.
Həyatın sonlu olub-olmaması məsələsinə də diqqət
yetirmək məqsədəuyğundur. Biosferanm, xüsusi ilə də onların
təşkil olunduğu parçalanmış sistemlərin daxil olduğu
mürəkkəb təşkilli sistemlər onları parçalayan xarici təsirə
cavab olaraq öz-özünü müdafiə etmək, öz-özünü bərpa etmək
xassəsinə malikdir. Lakin bu cür xassələr yalnız müəyyən,
kifayət qədər məhdud həddə özünü göstərə bilər. Bu həddə
çıxmaq dərin keyfiyyətli dəyişikliyə və ya hətta onun
dağılmasına aparan selə bənzər dəyişiklik axınına gətirib
çıxarır. Canlıya və ya bütövlükdə biosferaya bu cür xarici
təsirin mənbəyi ən müxtəlif ola bilər - bu həm radiasiyanın
səviyyəsinin onun təbii fonuna nisbətən kəskin artması, həm
canlı orqanizmin təkamülünün uy
177
ğunlaşa bilmədiyi atmosfera, su anbarlarına və torpağa atılan
maddələrin kimyəvi tərkibinin fəallığı - ola bilər. Buna görə də
yalnız həyatın mütəşəkkilliyi onun özünü necə təşkil etməsi
deyil, həm də biosferanm və ümumiyyətlə Yer üzərindəki
həyatın kövrəklik (zəriflik) adlanan- ları nəzərə almaq
zəruridir. İnsanların müasir nəsli ilk dəfə biosferaya elə bir təsir
vasitəsi əldə etmişlər ki, bu biosfe- rada köklü, dönməz
dəyişikliklə,
hətta
onun
mövcudluğunu
hədələyən
dəyişikliklərə səbəb ola bilər. Bu vəziyyətin dərk edilməsi
insanların dünyagörüşündə mühüm irəliləyişə, onların dəyərli
təsir edilməsinə, öz fəaliyyətlərində hansı istiqamətlərə
əsaslanmalarına təsir göstəmıəyə bilməz. Əvvəllər demişdik ki.
Yerdəki həyatın zamanca başlanğıcı var, ayrı-ayrı
orqanizmlərinin yaşaması məhduddur, sonludur. Bəs görəsən
bizim planetdə həyat sonlu, yoxsa sonsuzdur? Bu suallar da
əvvəllərdə, başlıca olaraq, həm dini, həm də dünyagörüşü -
metodoloji əhəmiyyət kəsb edən «dünyanın sonu» haqqında
daha ümumi sualın tərkib hissəsi kimi yaranmışdır. Keçmiş
əsrdə həyatın sonu problemin aktuallığı «Kainatın istilik
ölümü» haqqında hipotezlə həvəsləndirilmişdir. Ancaq bu cür
perspektiv milyon illər uzadılmış imkan kimi müzakirə olunur,
bununla belə insanın iradə və fəaliyyəti ilə heç bir əlaqə
görülmürdü. Yerin hər hansı kosmik cismlə toqquşması
nəticəsində dağılması imkanı da, ümumiyyətlə desək, sıfıra
bərabərdir.
Bu gün Yerdə həyatın sonu haqqında məsələ daha
konkret məzmun və məna ilə doldurulmuşdur, insanlar istər
düşünülmüş, istərsə də heç bir niyyətsiz həyatı məhv edən
vasitələr hazırlamışlar, belə ki, həyatın saxlanılması son anda
onların iradə və fəaliyyətlərindən asılıdır. Müasir bəşəriyyət elə
bir vəziyyətdədir ki, həyatın sonlu və son
178
Dostları ilə paylaş: |