müxtəlif amillərinin müxtəlif tarixi dövrlərində cəmiyyətin
inkişafına təsir səviyyəsi eyni deyildi. Məsələn, məhsuldar
qüvvələrin inkişafı ilə ölkənin təbii sərvətlərdən asılılığı xeyli
azalmışdır. Lakin tarix göstərir ki, müəyyən münasibətlərdə
asılılığın zəifləməsi digər münasibətlərdə cəmiyyətin təbiətdən
olan asılılığını gücləndirir.
Hər halda coğrafi mühit və cəmiyyətin harmoniyasının
qayğısına qalmaq bəşəri}^ətin sabahı üçün, hər bir fərdin rahat
yaşaması üçün vacib olan amillərdən biridir.
§3. Ekologiya, müasir qlobal ekoloji problemlər və
onların həlli yolları:
İnsanın təbiətdən, təbii ətraf mühitdən asılılığı bəşər
tarixinin bütün mərhələlərində olmuşdur, lakin o heç vaxt
daimi olmamış dialektik ziddiyyət şəklində dəyişmişdir. Bir
tərəfdən, eəmiyyətin məhsuldar qüvvələrinin inkişafı ilə,
insanın təbii yaşayış mühiti ilə qarşılıqlı münasibətinin neeə
olması ilə onların yaratdıqları «ikinci təbiət» daha sıx istifadə
olunurdu, insan özünü təbiətdə kortəbii baş verən hadisələrdən
qorumalı olurdu. Geyimin təkmilləşdirilməsi, istiləşdirilən və
süni şəkildə soyudulan mənzillərin yaradılması, seldən
qoruyan torpaq bəndlərin, seysmik cəhətdən dözümlü binaların
tikilməsi - bütün bunlar və bir çox digər tikililər yalnız yaşayış
üçün əlverişli şərait yaratmır, həm də Yer kürəsində yeni
ərazilərin, indi isə hətta kosmosun mənimsənilməsi sahəsində
xeyli işlər görülməsinə gətirib çıxardı. İnsanın təbiətdən
asılılığını zəiflədən bu proseslərlə yanaşı məhsuldar
qüvvələrin inkişafı ilə digər meyllər də sıx bağlı idi. İnsanın
fəaliyyət
137
orbitinə durmadan artan yeni proseslər cəlb olunur, insanın
təbiətdən istifadəsi genişlənir, onun ətraf təbiətlə əlaqələri daha
da rəngarəng olur. Tutaq ki, dəmirdən istifadə etməyi öyrənən
insanlar təbiətlə qarşılıqlı münasibətlərində öz qüdrətlərini
kəskin şəkildə artırmışdırlar. Bununla yanaşı vaxt keçdikcə
sivilizasiyanın öz inkişafı planetdə olan dəmir filizi
ehtiyatlarından, onların axtarışından və istifadəsindən asılı
vəziyyətə düşür. Digər bir nümunəyə nəzər salaq. Kömür və
neft uzun illər yalnız sırf yanacaq-enerji ehtiyatı kimi istifadə
olunmuşdur, yəni sadə dillə desək onları yandırmışlar. Lakin
sonralar insanlar kömür və nefti yandırmaqla yanaşı, həm də
onlarda xeyli sayda istifadə olunan məhsullar əldə etməyə
başladılar. - belə ki, müasir neft kimyası səkkiz mindən çox
müxtəlif təyinatlı məhsul növü əldə edir. Bu cür nümunəni
sonsuz sayda artırmaq olar və onların hər biri insanın təbiətdən
getdikcə artan asılılığını göstərəcəkdir. Bizim günlərdə bu
asılılıq çox vaxt olduqca dramatik şəkildə aşkar olunur, belə ki,
təsərrüfat fəaliyyəti üçün zəruri olan bir çox ehtiyat növlərinin
tətbiq olunma miqyası, eyni zamanda bəşəriyyətin yaşaması
rçün ondan istifadə olunması planetdə olan bu ehtiyatların
tükənməsinə
gətirib
çıxartmışdır.
Mütəxəssislərin
hesablamaları göstərir ki, iqtisadi inkişafın bu gün mövcud
olan meylinin saxlanılması, bu ehtiyatlardan istifadənin
artması ona gətirib çıxardacaq ki, yaxın on il ərzində onların
əksəriyyətinin ehtiyatı tükənəcəkdir. Deməli, yalnız insan
təbiətdən asılı deyildir, həm də təbiət insandan, onun
fəaliyyətinin miqyasından, forma və istiqamətindən asılıdır.
İnsan ətraf mühitə olduqca mənfi təsir göstərir. Bütün dünyada
sənaye istehsalının genişlənməsi, eyni zamanda mövcud çox
tullantıh texnologiyaya əsaslanan
138
istehsalın artımı insan və təbiət, cəmiyyət və onun yaşayış
mühiti arasındakı qarşılıqlı münasibəti olduqca böhranı bir
səviyyəyə çıxarmışdır. Bəşəriyyətin mövcudluğunun özü üçün
təhlükə ilə bağlı məsələ tam kəskinliyi ilə qarşıya çıxmışdır -
təbii ehtiyatların tükənməsi və insan həyatı üçün təhlükə
yaradan yaşayış mühitinin çirklənməsi qorxusu hamını narahat
edir. İnsan və cəmiyyət arasındakı münasibətdə yaranan məhz
bu ziddiyətlə ekoloji problemin mahiyyəti müəyyən olunur.
Təbii ehtiyatlardan öz gücünü getdikcə artıran texniki
vasitələrdən istifadə etməklə geniş istifadə edən insan öz
sivilizasiyasının inkişaf şəraitini və bioloji növ kimi öz
inkişafını xeyli yaxşılaşdırmışdır. Ancaq təbiəti «fəth edən»
bəşəriyyət öz həyat fəaliyyətinin təbii əsaslarını əhəmiyyətli
dərəcədə laxlatmışdır. Məlumdur ki, məsələn, son 500 il
ərzində insanın iştirakı ilə Yer kürəsini örtən meşələrin 2/3
hissəsi məhv edilmişdir. Biosferaya ən güclü təsir XIX əsrin
sonlarından başlayaraq, xüsusən də, XX əsrdə vurulmuşdur -
sənaye istehsalının genişlənməsi təbiətə vurulan zərbə
hesabına aparılmışdır. Bir tərəfdən bunlar əhəmiyyətli
dərəcədə xeyir gətirmişdir. Son 100 ildə bəşəriyyət enerji
ehtiyatlarını min dəfə artırmışdır. İnkişaf etmiş ölkələrdə
məhsul və xidmətin həcmi hər 15 ildən bir iki dəfə artır və bu
vaxtın aşağı düşməsi meyli özünü göstərməkdədir. Lakin
bununla yanaşı təsərrüfat fəaliyyətinin tullantıları da müvafiq
olaraq iki dəfə çoxalır, bu da ətraf mühiti, atmosferi, su
mənbələrini, torpağı korlayır. Müasir istehsal təbiətdən 100
ədəd mal götürüb onun yalnız 3-4 dənəsini istifadə edir, yerdə
qalan 96 ədəd tullantı şəklində yenidən təbiətə atılır. Sənaye
cəhətdən inkişaf etmiş ölkələrin hər bir sakini il ərzində
təbiətdən təqribən 30 ton mal götürür.
139
Dostları ilə paylaş: |