ilkin inkişafı üçün əlverişli olmuşdur, belə ki, bu iqlim yaşayış
məskənləri və geyim, ərzaq istehsalı üçün az əmək sərf
edilməsini tələb edirdi. Əlverişli eoğrafı vəziyyət ona gətirib
çıxarmışdır ki, hətta məhsuldar qüvvələrin inkişafının olduqca
aşağı səviyyədə olduğu cənubda belə, ilk növbədə, əmək
bölgüsünün inkişafı üçün şərait yaranmışdır. Bunun da
nəticəsində xüsusi mülkiyyət yarandı, əlavə məhsul istehsal
olunmağa, mədəniyyətin və bütövlükdə cəmiyyətin inkişafına
şərait yarandı. Bir sözlə, əlverişli təbii şərait aydındır ki, soyuq
iqlim şəraitində yaşayan Şimal xalqları ilə müqayisədə cənub
xalqlarının ictimai inkişafının sürətlənməsinə şərait yaratdı.
Lakin cənub ölkələrinin yaxşı təbii şəraiti bu üstünlüyü əsasən
bəşəriyyətin inkişafının ilkin mərhələlərində təmin etmişdir.
Sonradan isə, əksinə, əlverişli iqlim şəraiti bu yerlərdə inkişaf
üçün bir növ əngəl oldu. İqlim şəraiti əlverişli olduğundan
cənub xalqları ictimai inkişafı gücləndirmək üçün əlavə səy
göstərmir, buna cəhd etmirdilər. K.Marks yazırdı ki. «olduqca
israfçıl, bədxərc təbiət insanı uşaq kimi asılı vəziyyətə salırdı.
Belə olduqda təbiət insanın şəxsi inkişafını təbii zərurət kimi
qarşıya qoymurdu». Təsadüfi deyil ki, cənub regionlarının
xalqlarının əvvəllər fəal olan tarixi orta əsrlərdə sanki donur.
Təbii şəraitdən fəal istifadə edən insanlar müəyyən vərdişlər
qazanır, istehsal təcrübəsi əldə edir, bilik qazanır, öz bacarığını
inkişaf etdirir, istehsal texnikasını təkmilləşdirir. Əgər onlar öz
yaşamaları üçün vacib olan hər şeyi təbiətdən hazır vəziyyətdə
əldə etsəydilər, onda istehsalı inkişaf etdirmək üçün eyni
zamanda öz şəxsi inkişafları üçün stimul, həvəs olmazdır.
Beləliklə, istehsal üçün yalnız bu və ya digər təbii şəraitin
olması deyil, həmdə, əksinə, onların olmaması cəmiyyətin
inkişafına
122
sürotlondirici tosir göstərir. Tarix mülayim iqlim şəraitində
olan ölkələrin daha sürətlə inkişaf etdiyini göstərmişdir.
K.Marks yazırdı: «Zəngin bitkiləri olan tropik iqlim şəraiti
yox, mülayim qurşaq kapitalizmin vətəni oldu». İnsanlar öz
gərgin zəhmətləri hesabına öz təlabatlarmı ödəmək üçün şəxsi
baearıqlarmı inkişaf etdirdilər. Məhz rəngarəng iqlim şəraiti
ietimai inkişaf üçün daha əlverişli amil rolunu oynamışdır.
İnsan eəmiyyətinin həyatında ətraf mühit mühüm
əhəmiyyət kəsb edir. Bu eoğrafı mühitə nisbətən daha geniş
anlayışdır. Ətraf mühit anlayışına Yerin üst qatı ilə yanaşı həm
də Yerin altı, eyni zamanda insan fəaliyyətinə düşən Günəş
sisteminin müəyyən hissəsi daxildir. Ətraf mühitin strukturuna
təbii və süni ətraf mühit daxildir. Təbii atraf mühit deyərkən
təbiətin cansız və canlı hissəsi - geosfera və biosfcrası nəzərdə
tutulur, yəni, elə maddi sistem nəzərdə tutulur ki, o insandan
kənarda və ondan asılı olmayaraq yaranmış və mövcuddur,
eyni zamanda müəyyən vaxt keçdikdən sonra onun
fəaliyyətinin obyektinə çevrilə bilər. Kosmik texnologiyanın
inkişafı ilə bu obyektlər sırasına Günəş sisteminin müəyyən
hissəsi də daxil olmuşdur. Ona görə də bu inkişaf edən
sistemdir və onu əvvəllər olduğu kimi coğrafi mühitə daxil
etmək olmaz. Marks təbii ətraf mühitə iki qrup hadisələri daxil
etmişdir: həyat vasitələrinin təbii mənbəyi (vəhşi bitkilər,
meyvələr, heyvanlar və s.) və əmək predmeti olan təbii
zənginliklər (kömür, neft, sudan və küləkdən alman enerji və
s.). Cəmiyyətin inkişafının ilkin mərhələlərində adamlar üçün
birinci qrup daha çox əhəmiyyət kəsb edirdi. Lakin sonralar,
məhsuldar qüvvələrin inkişafı ilə bu maraq ikinci qrupa keçdi,
məhz ikinci qrup istehsalın, eyni
123
zamanda cəmiyyətin inkişafı üçün mühüm şəraitlərdən birinə
çevrildi.
Biosfera bütün canlıların fəaliyyət sahəsidir. O, həm
canlı orqanizmi, həm də onların məskunlaşdığı sahəni Yerin
üst qatmı, suyu, atmosferi əhatə edir. Biosfera öz mövcudluğu
və inkişafı dövründə yalnız Yerin üst qatını deyil, həm də
planetin öz strukturunda da böyük dəyişikliyə səbəb olmuşdur.
O eyni zamanda kosmosla da sıx bağlıdır. Biosfera
nəzəriyyəsinin öyrənilməsinə, onun cəmiyyətə və təbiətə olan
təsirinin araşdırılmasına rus alimi V.İ.Vernadski böyük diqqət
yetirmişdir. Təbii təbiət mənbələrinin və zənginliklərinin təbii
ətraf mühitin əsas hissələrinin mənimsənilməsi və yenidən
qurulmasının insan üçün müsbət hal olması şübhəsizdir. Bu, ilk
növbədə, cəmiyyətin maddi və mənəvi dəyərlərinin
yüksəlməsi, yüksək həyat səviyyəsinin təmin olunmasıdır.
Bütün bunları insan təbiətdən götünnüşdür - bu ya bilavasitə,
ya da yenidən qurulmuş formada olmuşdur. Məhz bununla
təbiətin insan həyatında onun həyat fəaliyyətinin əsası kimi
əhəmiyyəti açıq şəkildə təzahür edir. Əgər insan özü də nə isə
yaratmasaydı, nə isə özünə məxsus olan bir şey qurmasaydı o
ağıllı hesab olunmazdır. İnsanın təbii yaşayış mühiti ilə
qarşılıqlı fəaliyyəti yalnız təbii komponentlərlə deyil, həm də
istehsalın inkişafı ilə müəyyən olunur.
Bu istehsalın mühüm nəticəsi süni yaşayış mühitinin
yaradılmasıdır ki, Marks bunu «ikinci təbiət» adlandırmışdır.
Süni ətraf mühitinə insanların yaratmış olduqları hər şey
daxildir: bura ən müxtəlif, rəngarəng predmetlər, eyni zamanda
insanların süni seçim yolu ilə yaratdıqları bitkilər və heyvanlar
daxildir. Cəmiyyətin inkişafı ilə süni yaşayış mühitinin insan
üçün əhəmiyyəti də durmadan
124
Dostları ilə paylaş: |