üçün təhlükə yaratmırammı? Axı onun məhv olması ilə mən
özüm də məhv oluram».
İnsan təbiətə yeni-yeni yaralar vurmaqla, meşələri
qırmaqla, çayları, gölləri, dənizləri çirkləndirməklə, bütün
planetdə ekoloji fəlakət yaratmaqla öz gücündən uzun illər
zövq aldı. Mədəniyyətin maşmiaşdırılması mədəniyyətin özü
üçün təhlükə yaratmağa başladı. Onlar mədəniyyəti unifıkasiya
edir - vahid şəklə salır, onu ruhlanmadan, ilhamlanmadan
məhrum edir, onun təbiətlə, eyni zamanda xalqla bağlı
köklərinin əlaqəsini dağıdır. Maşmiaşdırma insanı incəsənətin,
ədəbiyyatın, teatrın gözəl əsərləri ilə ünsiyyətdən alınan
zövqdən məhrum edir, onu qorxunc, anlaşılmaz, həmişə onu
hədələyən, başqa ölçülərdə mövcud olan, başqa dünyada
yaradılan «maşın əqlinə» çevirir. Artıq söhbət insanın
yaşamasının strategiyasından gedir. İnsanlar özləri maşina
çevrilirlər: təbiət texnika tərəfindən fəth olunur. Yer kürəsində
öz mövcudluğunun milyon ili ərzində öz həyat şirəsi ilə
bəşəriyyəti qidalandıran üzvi həyat daha çox tükənir. Planetdə
insan həyatının «yazılan vaxtdan əvvəl başa çatmasına mane
olmaq üçün texnikanı tam muxtariyyətinə yol vermək, ona
mütləq azadlıq vermək olmaz.
İnsanın hər hansı məqsədinə çatması üçün təbiətə
yanaşmadan bir vasitə kimi istifadə etməsi XX əsrin ortalarına
qədər qalmış və getdikcə güclənmişdir. Yalnız XX əsrin son
onilliyindən başlayaraq, qlobal ekoloji fəlakətin artdığı bir
vaxtda insan və təbiət arasındakı münasibətlərin ağıllı
balansını axtarmaq vəzifəsi qarşıda dayandı, baş verən
proseslərin fəlsəfi dərk olunması daha da aktuallaşdı. Təbii
elmi idraka gəldikdə isə təbiətin sınanması ideyası hakim
mövqeyə çıxarıldı, onun sirlərini aşkar etmək, onun keyfiyyət
müxtəlifliyini ciddi kəmiyyət
110
qanunlarına salmaq məqsədinə çevrildi. Eyni zamanda ilk
təbiətşünasların təbii elmi materializmi insanın təbiətlə
qarşılıqlı münasibətinin bütün zənginliklərinə olduqca məhdud
baxışdan çıxış edirdilər. Ancaq demək olmaz ki, bu baxışlarla
hamı razılaşırdı ən müxtəlif istiqamətdən olan mütəfəkkirlər
bununla razılaşmırdılar. Bunula belə uzun müddət ərzində
onlar üstünlük təşkil etmişdilər, məhz onlar real praktikada
təbiət və cəmiyyətin qarşılıqlı münasibətlərinə uyğun
gəlirdilər. İnsanı elmi-texniki gücü artdıqca onun təbiətə
təsirinin təhlükəsi də artır və insan öz gücünün təhlükəsi
qarşısında məsuliyyət daşımalı olur. Təbiət və cəmiyyət
arasındakı münasibətdəki humanistlik və ağıllılıq daha aktual
olur.
İnsan heç də təsadüfən təkamülün məhsulu hesab
olunmur, axı sanki onun haradan yaranması məlum olmadığı
kimi onun məhv olması da qəflətən ola bilər. Keçən əsrdə
düşünüldüyü kimi təkamül kor deyil və ölümcül mübarizəyə
istiqamətlənməmişdir. Dünya və insan arasında harmoniya
mümkündür. Tamamilə qanunauyğun haldır ki, müasir elmi
kəşflərə söykənərək, ola bilsin ki, təkamül ciddi qanunlar
əsasında inkişaf edə bilər. Bəlkə də insanın yaranması Kainatın
hələ rüşeym halında olduğu vaxtdan ehtimal olunurdu. Yalnız
insan vasitəsi ilə dünyanın nəhəng inkişafını, onun təkamülünü
dərk etmək olar. Adamların təbiətdən başqa evləri yoxdur.
Onun fəth edilməsi böyük təhlükələr doğurur. Ona görə də
təbiətin böyüklüyünü və gözəlliyini saxlamaq lazımdır, insanın
düşünülməyən dağıdıcı fəaliyyətinin nəticələrini aradan
qaldımıaq lazımdır. Bu gün ekoloji etikanın, yəni, təbiətə
əbədi, müqəddəs dəyər kimi münasibət bəsləməyi tələb edən
qaydaların yaradılması haqqında məsələ daha kəskin
111
şəkildə dayanır. İnsan və təbiət arasında əbədi və daimi
kəskinləşən münaqişə mövcud deyildir.
§2. Təbiət cəmiyyətin həyat fəaliyyətinin əsasıdır.
Təbiət və cəmiyyətin qarşılıqlı surətdə bir-birinə təsiri.
Bu məsələnin şərhinə cəmiyyət həyatının təbii
əsaslarından başlamaq məqsədəuyğundur. İnsan və təbiətin
münasibətindəki dəqiq balansın, müvazinətin axtarışı bu gün
təbiət və cəmiyyətin münasibətlərinin real durumunu
aydınlaşdırmadan, eyni zamanda onların hər hirinin çəkisini
müəyyən etmədən mümkün deyildir. Bəşəriyyət, özünün
bugünkü qüdrətinə və müstəqilliyinə baxmayaraq təbiətin
tərkib hissəsi və təbiətin təkamülünün davamıdır. Cəmiyyət
təbiətlə sıx bağlıdır, ondan kənarda mövcud ola və inkişaf edə
bilməz - ilk növbədə insanı əhatə edən ətraf mühit olmasa insan
yaşaya bilməz. Təbii mühitin cəmiyyət həyatına təsiri istehsal
sahəsində daha aydın şəkildə özünü göstərir. İnsanları
təbiətdən ayrılmağa imkan verən bütün maddi istehsal öz
əsasında təbii tərkib hissələrə əsaslanır. Faydalı yeraltı
qazıntılar, enerji mənbələri, əmək məhsulları - hamısı
təbiətdəndir. İstehsal prosesində təbiət insan tərəfindən əmək
predmeti kimi, cəmiyyətin marağı naminə islahatçılıq
fəaliyyətinin obyekti kimi istifadə olunur. Təbii zənginliklər
(ilk növbədə faydalı qazıntılar) maddi istehsalın və cəmijq/ət
həyatının təbii əsasına xidmət edir. Təbiətdən ayrılan
bəşəriyyət maddi istehsal nəticəsində alınan əmək məhsulları
olmadan yaşaya bilmir.
Təbiət - insanın və bütövlükdə cəmiyyətin həyat
fəaliyyətinin təbii əsasıdır. Təbiətdən kənar insan mövcud
deyildir və mövcud ola bilməz. Hətta kosmosda, kosmik
112
Dostları ilə paylaş: |