ciddi iyerarxik sistemidir. Təbii ki, təbiət haqqında bu baxışlar
dünyanın Allah tərəfindən yaradılması fikirləri ilə uzlaşırdı.
Aristotel də, Akvinah Foma da kosmik qaydanı bu cür qəbul
edirdilər. Təbiətin ilahi başlanğıcına inam onların təbiətin
əsasları ilə bağlı baxışlarını qidalandırırdı. Filosofların əsas
diqqəti təbiətə (natura), onun mahiyyətinə, onun yaradıcılıq
qüdrətinə yönəlmişdir. Antik təfəkkürdə təbiət hərəkətdə olan,
dəyişən bütov kimi qəbul edilirdi: bu mənada insan təbiətə
qarşı qoyulmur, əksinə təbiətin bir hissəsi kimi qəbul edilirdi.
Antik filosoflar kosmos deyərkən insan əqlinin qəbul edə
bildiyi bütün təbiəti başa düşürdülər. Eyni zamanda kosmos
xaosa qarşı qoyulurdu - kosmos hər şeyi əhatə edən,
mütəşəkkil, qanunauyğun və yetkin kimi qəbul edilirdi. Layiqli
müdrik üçün təbiətlə ahəngdar yaşamaq ideal idi, məhz onlar
təbiətin elmi dərk olunması vəzifəsini əsaslandırılmış və onu
naturfəlsəfə çərəivəsində həll etməyə cəhd edərək mücərrəd,
abstrakt fərziyyələr irəli sürmüşlər.
Orta əsr mədəniyyətinin adamları belə hesab edirlər ki,
təbiət insanlarla ilahi iradə və əqlin simvolik dili ilə danışır.
Orta əsrlərdə Avropa fəlsəfəsi dinin təsiri altında idi. Ona görə
də təbiət, ilk növbədə isə, insan Allahın yaratdığı varlıq kimi
qəbul edilirdi. Allah tərəfindən özünün oxşarı və bənzəri kimi
yaradılan insan ali varlıq kimi əbədi ruha malikdir və o, günahı
olan, özündən xeyli «aşağı» olan təbiətə qarşı qoyulmağa
başladı. Artıq bu dövrdə insana təbiətin bir hissəsi kimi
baxılmır, insan təbiətə qarşı qoyulur və ondan üstün qəbul
edilirdi. Maddi aləmin öyrənilməsinə maraq sönür və bu
sahədə göstərilən cəhdlər yüksək qiymətləndirilmir. Təbiət şər
mənbəyi kimi qəbul olunurdu, onu dəf etmək və ya onu tabe
etmək vacib hesab edilirdi, insan həyatı isə ilahi
98
başlanğıc olan ruha və günahı olan təbii başlanğıca - bədənə
malik qəbul edilirdi. Elə bu özü təbiətə qarşı mənfi münasibətə
haqq qazandırır və hətta təbiətə qarşı zor tətbiq olunmasını
əsaslandırırdı. Təbiət cansız, insana və insan cəmiyyətinə qarşı
dayanan kimi şərh olunurdu. Bu cür baxışlar sistemi təbiətin
elmi dərk olunmasına marağa təkan verə bilməzdir. Ancaq orta
əsrlər təfəkkürünün dərinliklərində təbiətə münasibətin başqa
bir xətti də mövcud olmuşdur. Təbiətin Allahın yaratdığı kimi
qəbul olunması onda səmərəli başlanğıcın axtarılması üçün
imkan yaradırdı, təbiətdə olan ilahi planı aşkar etməyə, açmağa
göstərilən eəhd, bu baxımdan Allahın qüdrətini, müdrikliyini
əsaslandırmaq təbiətin öyrənilməsi üçün xeyli imkan yaradırdı.
Təbiətin kitab kimi məcazi dərk olunması buradan irəli gəlir.
Belə hesab olunurdu ki, Allah insanlara iki kitab venrıişdir -
onun müdrikliyini bilavasitə təzahür etdirən müqəddəs yazılar
və öz müdrikliyini həkk etdiyi təbiət kitabı. Orta əsrlərdə
yaranan bu baxış təbiət haqqmda elmin - təbiətşünaslığın
yaranmasında böyük rol oynamışdır.
Mədəniyyətin, ilk növbədə isə, incəsənətin çiçəkləndiyi
intibah dövründə təbiət və cəmiyyətin qarşılıqlı münasibətinə
baxış qısa vaxt ərzində başqa cür oldu. Təbiətə gözəllik, sevinc
və ilham mənbəyi kimi baxılır və
0
dağıdıcı, qüsurlu
sivilizasiyaya qarşı qoyulur. Təbiətə, bəşəriyyətin «qızıl
əsrinə» qayıdış səslənir. XVI əsr və XVII əsrin əvvəllərindəki
naturfəlsəfədə iki istiqamət yaranır. Bu istiqamətlərdən birinin
nümayəndələri mistika ilə yaxınlaşır və nəticədə konkret
biliklərlə möhkəmləndirilməyən təbiət haqqmda mücərrəd
konsepsiyalar
yaranır.
Digər
naturfılosoflar
dəqiq
təbiətşünaslıq sahəsinə keçmişdir, bu da elmin əlbəttə bu gün
bizim fizikanı.
99
kimyanı, biologiyanı təsəvvür etdiyimiz kimi elmin yox,
sadəcə olaraq, magiya formasında olan elmin yaranmasına
təkan verdi, intibah dövründə təbii elmlər «magiya» adlanırdı,
kimya əlkimya, astronomiya-astrologiya idi, hətta mexanika və
fizika belə magiya idi. Təsadüfi deyil ki,
0
vaxtlar saat və
mexanizmlər düzəldənlərə sehirbaz kimi baxırdılar. Ancaq bu
olduqca sadəlöhv baxışların dərinliklərindən empirik, yəni
təcrübə elmi - təbiətşünaslıq yaranırdı. Əlbəttə, dünyanın dini,
teosentrik mənzərəsindən elmi-təbii mənzərəsinə keçid heç də
sadə deyildir. Bu mərhələdə dünyaya yeni baxış yarandı:
təbiisentrizm və teosentrizm («teo» yunanca «Allah»
deməkdir) arasındakı aralıq mərhələsi panteizm adı aldı. Bu
anlayış iki yunan sözündən - «hamısı» və «Allah» - əmələ
gəlmişdir. Panteizm təliminə görə, hər şey Allahdır.
Panteizmin tərəfdarları Kainatı ilahiləşdirmişlər, təbiətə
pərəstişin əsasını qoymuşlar. Onlar Kainatın əbədiliyini və
onun dünyalarının saysız-hesabsız çoxluğunu qəbul etmişlər.
Görkəmli italyan təbiətşünası və filosofu Cordano Bruno
müxtəlif dəqiq elmlərin nailiyyətlərini birləşdirərək dahiyanə
panteist dünyagörüşü yaratmışdır. O, bu ideyanı poetik güc və
həvəslə təbliğ edirdi. Onun dünyagörüşünün əsas müddəaları
belədir: Kainat Allahdır, o sonsuzdur, sonsuz sayda Günəş öz
planetləri ilə orada öz orbitlərində hərəkət edirlər. Bu sonsuz,
daxili qüvvələri ilə hərəkət edən Universum mövcud olanın və
canlının vəhdətidir. Başqa sözlə desək, dünyada cansız heç nə
yoxdur, hər şey canlıdır. Əlbəttə, Brunonun bütün kəşfləri
fəlsəfi xarakter daşıyırdı, belə ki, o təbiəti poetikcəsinə təsvir
etməkdən ilham alırdı. Lakin naturfəlsəfə tədricən elm olmağa
başladı, təbiətin ciddi elmi mənzərəsini yaratmağa cəhd etdi.
Burada böyük alim, yeni dövmn
100
Dostları ilə paylaş: |