Antik fəlsəfədə «kosmos» sözü yarandı və «kainat» kimi
tərcümə olundu. Kosmos antik yunan filosofları üçün
nizamasalınmış vəhdət (xaosa əks olan) idi. İlk əvvəl bu vəhdət
qayda, quruluş kimi başa düşülürdü. Dünyanı ilk dəfə kosmos
adlandıran Pifaqor olmuşdur, o, burada olan qaydalara və
harmoniyaya diqqət yetirmişdir. Pifaqorun təliminə görə, göy
bədəni müəyyən zaman aralığında «səslənir», təbəqələrin
haraıoniyasmı yaradır və onlar fasiləsiz olaraq bizə təsir
etdiyindən biz onları dərk edirik. Beləliklə, ioniyab filosoflar
aşağıdakı əsas problemləri araşdırmışlar: materiya və onun
strukturu (atomist) Kainatın harmoniyası (riyazi), şeylər və
qüvvələrin qarşılıqlı münasibəti, qeyri-üzvi və üzvi aləm.
Onların ən böyük xidmətləri ondan ibarət olmuşdur ki, onların
qoyduqları mövzular
sonralar başqa
fılolsoflarm
düşüncələrinin obyekti olmuşdur. Antik fəlsəfədə atomist təlim
yaranmışdır - onlar dünyanın
atomlardan,
materiyanın ən xırda tərkib hissələrdən ibarət olması fikri ilə
çıxış etmişlər. (Levkipp, Demokrit, Epikür).
Qeyd edək ki, Aristoteldə təbiətin dərk olunması bütöv
təlim statusu aldı. O, naturfəlsəfəni fizika ilə eyniləşdirirdi,
ona, əlbəttə ki. Yer haqqında təlim kimi baxırdılar, o hərəkətsiz
halda görünən ulduzlu səmanın mərkəzində buxarlanır. Təbiət
fəlsəfəsi artıq bizə məlum olan dörd elementi-od, su, hava,
torpağı ayırır, fiziki bədənin tərkibi ilə bağlı suallara cavab
verirdi. Eyni zamanda bir çox başqa problemləri, xüsusən də,
hərəkətin növlərini, «səbəbiyyətin» növlərini və s. məsələləri
nəzərdən keçirmişdir. Aristotel öyrədirdi ki, təbiət- müə}^ən
məqsədlə hərəkət edən, öz şəxsi formasını yaradan, eyni
zamanda çoxlu digər formaları yaradan canlı orqanizmdir, yəni
təbiət ona daxil olan obyektləri özü
92
yaradır. Bu yaranmanın mənbəyi xarici qüvvə olmayıb daxili
ruhdur - entelexiyadır, Allahın əqlidir, bu varlığın özünə
xasdır. Aristotel təbiətin hərəkətini onun məkan daxilində
yerdəyişməsi kimi qəbul etmirdi. O, həm də keyfiyyət
dəyişikliyi, yaranma və məhv olma kimi hərəkət foraıalarım da
nəzərdən keçirirdi. Ellinizm dövründə- tarixçilər bu dövrü
Makedoniyalı İsgəndərdən (e.ə. 356- 323) qədim dünyanın
sonuna qədər olan (e.ə. VI əsrin ortalarına qədər olan dövrü)
adlandırdılar - təbiət fəlsəfəsi yalnız fəlsəfi mühakimələrə
deyil, həm də astrologiyadan, biologiyadan, coğrafiyadan,
mexanikadan, fizikadan olan geniş empirik məlumatlara
əsaslanırdı.
«Naturfəlsəfə» anlayışını romalı filosof Seneka təklif
etmişdir. O, bu anlayış altında təbiəti öyrənən və izah edən tam
konkret fəlsəfi biliklər sahəsini nəzərdə tuturdu. Bu cür
fılosofluq etməyin mənbəyi nədir? Təbiəti bilavasitə müşahidə
etməklə təbiətin mənzərəsini qurmaq olar, eyni zamanda
çoxsaylı nəzəriyyələrə də söykənmək olar. Lakin, bununla
belə, naturfəlsəfəyə az yer verilirdi: o vaxtlar belə hesab
olunurdu ki, hər hansı mexanizmlər və maşınlarla torpağın və
suyun tərkibi ilə məşğul olmaq filosofun işi deyildir. Filosoflar
əsasən fəlsəfənin siyasət, etika, ritorika, poeziya və s. sahəsi ilə
məşğul olmalıdır. Filosoflar praktiki fəaliyyət hesabına yığılan
biliklərdən qaçmağa çalışırdılar. Belə təsdiq edirdilər ki, fəlsəfi
biliklər gündəlik biliklərdən üstün olmalıdır, ona hökmranlıq
etməlidir. Lakin bu naturfəlsəfəni mücər- rədliyə məhkum
edirdi, ona gətirib çıxarırdı ki, nature- fəlsəfənin üzərində süni,
uydurulmuş sxemlər və nəzəriy- yələr-geosentrizmə
oxşar-hökmranlıq edirdi: - geosentrik baxışlara görə. Yer
Kainatın mərkəzində yerləşir. Bu cür
93
münasibət müvafiq reaksiyaların yaranmasına gətirib çıxarırdı.
Təhlil olunan məsələnin tam mənzərəsini yaratmaq üçün
burada mikrokosmos və makrokosmos probleminə də
münasibət bildirmək yerinə düşərdi. Yunan dilində
«mikrokosmos» və «makrokosmos» «kiçik dünya» və «böyük
dünya» mənalarını verir. Demək olar ki, bu müqayisədə
insanın Kainata münasibəti ifadə olunur. Artıq qədim
naturfəlsəfi konsepsiyalarda belə bir ehtimal yaranmışdır ki,
insan və Kosmos bir-biri ilə sıx bağlıdırlar, insanın öz quruluşu
Kainatın quruluşunu yaradır. Nümunə üçün Pumşa haqqında
qədim hind mifinə nəzər salaq. Orada deyilir ki, bütün dünya
ilk insan olan Pumşadan əmələ gəlmişdir. Bu ilk insan özünün
təkcəliyindən, nadirliyindən daha əhəmiyyətli məqsədlər üçün
imtina etmişdir. Puruşanm hissələrindən Kainat yaranmışdır...
İnsanın parçalanması dünyanın müxtəlif tərkiblərə malik
olmasının simvoludur. «Kainatın ilk adamı» mifinə görə
insanın bədənindən torpaq, sümüklərindən daşlar, qanından
çaylar, saçından ağaclar, nəfəsindən külək və s. yaranmışdır -
dünyanın müxtəlif xalqlarının nağıllarında bu mifə rast gəlmək
olar. Çox güman ki, insan və Kainat arasında olan oxşatma iki
mənalıdır. «İnsanda kosmik elementlərdən başqa heç nə
yoxdur» fikrini belə başa düşmək lazımdır ki, insan kosmosda
ərimişdir - Demokrit məhz belə güman edirdi. Ancaq fikrin
digər gedişi də ola bilərdi; Kosmosda insanda olmayan heç nə
yoxdur. Beləliklə, məsələn. Kosmos insanın «ruhunda», «ruh»
isə «əqidə» əriyir. İnsanın mikrokosmos olması fikri fəlsəfədə
kök saldı. İnsan dünyanın inikası, güzgüsü, güc və əql
mərkəzidir. İnsan təbii varlıqdır. Lakin bir sıra antropoloji
konsepsiyalarda bu cür tərif natamam hesab olunur və ona
94
Dostları ilə paylaş: |