Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə26/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   148

iustirahət etmir, həm də öz maddi və mədəni tələbatlarını yerinə 

yetirirlər.  Məişət  şəraitində  və  tələbatın  ödənilməsi 

vasitələrində  coğrafi  mühitin,  adətlərin  əxlaqın,  xalqların 

ənənələrinin,  milli  və  ictimai  fərqlərin,  mədəniyyətin  və  s. 

izləri  olur.  Sivilizasiyanın  səviyyəsi  nə  qədər  yuxarı  olarsa 

adamların  ehtiyac  duyduqları  tələbat  şeylərinin  və 

xidmətlərinin assortimentləri də bir o qədər müxtəlif olacaqdır. 

Tarixi  inkişaf  gedişində  adamlarda  istehsal  fəaliyyətinin, 

vərdişlərinin və üsullarının məcmusu formalaşdığı kimi, maddi 

və  mənəvi  dəyərlərin  istehlakında  da  adətlər,  zövq,  vərdiş 

formalaşır,  bu  da  adamların,  millətlərin  ictimai  və  peşə 

qruplarının həyat  tərzini yaradır.  Bəşəriyyət  mağaradan  yaxşı 

evlərə  universitetlərə  uzun  yol  keçmişlər.  Gələcəkdə  yüksək 

inkişaf  etmiş  cəmiyyətdə  yetkin  səhiyyə  xidməti,  ağıllı  həyat 

tərzi  yaranacaq,  bu  da  adamların  sağlam,  uzun  ömür,  fiziki 

yetkinliyi təmin edəcəkdir. 



Demoqrafiya  məsələsinə  də diqqət  yetirmək vacibdir. 

Əgər cəmiyyəti bütövlükdə götürsək, demoqrafik sistemi təhlil 

etsək,  ailə  həyatına  adamların  istehsalı  kimi  baxsaq  -  bu 

demoqrafiyanın predmeti kimi qəbul oluna bilər. Demoqrafiya 

əhali  artımını,  onun  dinamikasını,  miqrasiyasını,  demoqrafik 

vahid  kimi  ailəni  öyrənir.  Demoqrafik  sistem  -  demoqrafik 



münasibətdə  birləşən 

nəsilləri 

artıran 

adamların 

məemusudur,  o  daxili  tarazlığı,  nisbi  sabitliyi  qoruyur. 

Əhali  artımına  bir  sıra  ictimai-iqtisadi  amillər  təsir  edir: 

iqtisadiyyatın,  elmin,  səhiyyənin,  sosial  təminatın,  ictimai 

münasibətlər,  mədəniyyət  tipləri,  xalqların  psixologiyası, 

tərbiyəsi  və  adətlərin  xarakteri  -  Yerdə  əhalinin  artım 

dinamikası maraqlıdır: eramızın başlanğıcında Yerdə əhali 275 

milyon nəfər olmuşdur, 1850-ci ildə 1 milyard, 1900-ci 

78 



ildə 1.6 milyard, 1930-cu ildə artıq 2 milyard, 1976-ci ildə 4 

milyard, 1987-ci ildə 5 milyard, 2000-ci ildə 6 milyarddan çox 

adam  yaşamışdır.  Lakin  məhdud  təbii  ehtiyatlar  şəraitində 

əhalinin  sürətli  artımı,  Maltusun  müasir  tərəfdarlarının 

fıkirincə, cəmiyyət üçün fəakətli ola bilər; artıq indi o iki ölçü 

balaca  ayaqqabı  geyinmiş  adama  bənzəyir.  İngilis  iqtisadçısı 

Maltusa görə, əhali artımı həndəsi silsilə ilə, istehsalın artımı 

isə ədədi silsilə ilə gedir - bu da ərzaq çatışmazlığına gətirib 

çıxaracaqdır.  Bu  vahid  prosesdir,  heç  bir  xeyriyyə  tədbirləri 

bəşəriyyət  üçün  bəla  olacaq  bu  prosesi  dayandıra  bilməz. 

P.Erlizin hesablamaları da kədərlidir - yaxın gələcəkdə həm bir 

adama  bir  kvadrat  metr  torpaq  düşəcəkdir.  Bu  ona  gətirib 

çıxaracaq  ki.  Yer  kürəsinin  əhalisi  başqa  planetə  köçməyə 

başlayacaqdır  -  yaxın  gələcəkdə  yalnız  Günəş  sistemində 

deyil,  bütün  Qalaktikada  adamlar  yaşayacaqdır.  Adamlar 

Yerdə  yalnız  kosmik  gəmi  quraşdırmaqla  məşğul  olacaqlar. 

Görünür,  Yer  əhalisinin  və  onun  ehtiyatlarının  həddi  var:

 

planetimizin imkanları sonsuz deyildir. 



Doğmdur  bəzi  alimlər  güman  edirlər  ki,  bizim  planet  60 

milyon  adamı  təmin  edə  bilər  -  axı  hələ  Dünya  okeanlarının 

ehtiyatları da var. Çox vaxt uşaq ölümünün yüksək olmasına, 

müharibələrə əhalinin sürətli artımı və məhdud təbii ehtiyatlar 

arasındakı  ziddiyəti  həll  etmək  vasifəsi  kimi  baxırlar.  Etiraf 

edək ki, Maltus əhali artımı ilə onun ərzaqla təmin olunması 

arasındakı  ziddiyətli  problemi  düzgün  qeyd  etmişdir  -  ola 

bilsin ki, məhdud ərazidə yaşayan əhalinin artımı ehtiyatların 

tükənməsinə 

gətirib 


çıxarsın. 

Demoqrafik 

fəlakətin 

olmasından 

danışan 

Maltus 


demoqrafik 

sistemin 

fəaliyyətindəki bəzi amilləri nəzərə almamışdır: o, əhali artımı 

və  onun  təmin  olunmasına  birbaşa  diqqət  yetirmiş,  çoxsaylı 

sosial-iqtisadi. 

79 



mədəni,  dəyər  normalarına  və  cəmiyyətdə  olan  meyllərə, 

demoqrafik proseslərin idarə olunmasına diqqət yetirməmişdir. 

Bundan  başqa,  əhali  sayındakı  dəyişiklik  istər-  istəməz 

iqtisadiyyatın vəziyyətinə, cəmiyyətin məhsuldar qüvvələrinin 

inkişafına,  ictimai  inkişafın  sürətinə  təsir  edir.  Əhali  artımı 

problemi planetdə adamların sayının artması ilə məhdudlaşmır. 

Cəmiyyət  təbiətlə  qarşılıqlı  təsirdə  olduğundan  demoqrafik 

problem də qlobal ekoloji problem kimi qəbul olunmalı və bu 

baxımdan araşdırmalıdır. Şübhəsiz ki, cəmiyyətin taleyi, onun 

təbiətlə  qarşılıqlı  münasibətləri  üçün  əhalinin  sayı  faktı  ilə 

yanaşı  onun  optimal  səviyyədə  saxlanılması  da  mühüm 

əhəmiyyət kəsb edir. 

Beləliklə, cəmiyyətin tərkib hissəsi olan millət və ailə, 

eyni zamanda bəşəriyyət tarxinin müasir mərhələsində kəskin 

problem olan demoqrafiya probleminə nəzər saldıq. Bu qlobal 

problemlərlə  yanaşı  ailə  həyatında  kişi  və  qadınların  birgə 

yaşayışına,  eyni  zamanda  məhəbbət  məsələsinə  də  diqqət 

yetirdik. Cəmiyyət, bəşəriyyət, millət və ailə məsələləri bir-bir 

ilə sıx bağlı olan problemlərdir. 

80 



Təkrar üçün suallar 

1

2

3. 


4. 

5. 


6

7. 


8

9. 


10

.

 



11

.

 

12



.

 

13. 



14. 

Cəmiyyətin mövcudluğunun obyektiv ilkin şərti 

hansılardır? 

“Böyük” cəmiyyətin “balacadan” fərqi nədir? 

Cəmiyyətin təbiətini və mahİ

3

^ətini açmaq üçün 



istifadə olunan əsas anlayışlar hansılardır? 

Özgəninkiləşdirmə, uzaqlaşma fenomenlərinin fəl- 

səfi mənası nədir? 

Sistem kimi cəmiyyətin əsas elementləri (sahələri) 

hansılardır? 

İctimailəşmə, institutlaşma, legitimləşmə fenomen- 

lərinin mənası nədir? 

Sistem yanaşma baxımından cəmiyyətin dinamikası 

nə deməkdir? 

Vətəndaş cəmiyyətinin və dövlətin qarşılıqlı müna- 

sibətinin dialektikası nədir? 

İnkişaf etmiş vətəndaş cəmiyyətinin əsas xarakteri 

hansılardır? 

Dövlətin rolunun müasir anlamının və onun vətəndaş 

cəmiyyəti ilə münasibətinin xüsusiyyətləri hansı- 

lardır? 


Cəmiyyətin statikası və dinamikası deyərkən nə başa 

düşülür? 

Cəmiyyətin strukturunun əsas komponentləri hansı- 

lardır? Anarxizmin və totalitarizmin nəzəri mənbə- 

ləri hansılardır? 

Cəmiyyətin strukturunun xarakterini açan əsas anla- 

yışların məzmunu; element, münasibət, subyekt, 

obyekt və s. 

Həyatın ilkin əsası kimi adamların birgə fəaliyyətini 

xarakterizə edin. 



81 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə