15.
16.
17.
18.
19.
20
.
21
.
22.
23.
24.
25.
İctimai həyatın əsas sahələrinin: maddi, mənəvi və s.
özünəməxsusluğunu sadalayın.
Cəmiyyətin dinamikasını açan aşağıdakı əsas anla-
yışlar; proses, fəaliyyət, dəyişiklik, inkişaf və s. təhlil
edin.
İctimai inkişafın istiqaməti probleminin məzmunu
hansıdır? “Determinizm”, “volyuntarizm” anlayışla-
rını təhlil edin.
İctimai inkişafın ictimai və təbii amillərini sadalayın.
İctimai həyatın dərin dəyişiklik amili kimi ictimai
hərəkatı xarakterizə edin. Reformist və inqilabi hərə-
katın xüsusiyyətləri hansıdır? Bu yönümdə Azər-
baycan cəmiyyətinin müasir durumunu təhlil edin.
İnsan cəmiyyəti nədir? Vətəndaş cəmiyyəti ideyası-
nın məğzi.
Cəmiyyətin sosial strukturunun mahiyyətini izah
edin.
İnsanların tarixi birlik formaları hansılardır?
Milli özünüanlama və millətçilik.
Məhəbbət, nigah və ailənin mahiyyəti.
Demoqrafiya məsələsinin məğzi nədir?
82
Ədəbiyyat
1.
R.Ə.Mehdiyev. Fəlsəfə. Bakı, 2010.
2.
Fəlsəfə (prof F.Ramazanovun red. ilə). Bakı, 2001.
3.
Paşayev V. Fəlsəfə. Bakı, 1989.
4.
Fərhadoğlu M. Fəlsəfənin əsasları. Bakı, 1996.
5.
Flaeıyev Z. Fəlsəfə. Bakı, 2011.
6.
Спиркин A.Г. Философия. Москва, 2002.
7.
Abbasov Q., Hacıyev Z. Sosial fəlsəfə. Bakı, 2001.
8.
S. Xəlilov. Lider, dövlət, cəmiyyət. Bakı, 2001.
9.
Митрошенков O.A. Онтология гуманизма и
тоталитаризма. Москва, 1993.
10.
Резник Ю.М. Гражданское общество как феномен
цивилизации. Москва, 1993.
11.
Что такое общество. Москва, 1993.
12.
Y.Əhmədov. Bəşəriyyət mənəvi süqut ərəfəsindədir.
Bakı, 2011.
13.
Y.Əhmədov. Ş.Quliyeva. Qloballaşma və inteqrasiya -
mənəvi dəyərlərin cırlaşması. Bakı, 2011.
83
II
FƏSIL
Cəmiyyətin həyatının təbii əsasları
Təbiət fəlsəfi düşüncənin predmeti kimi sosial fəlsəfənin
ən aktual problemlərindən biridir. «Təbiət» anlayışı ən geniş
anlayışlardandır. Təbiətin hadisələri və obyektləri - bu həm
uzaq ulduzların işığı, həm ən xırda elementar hissəciklərin
qarşılıqlı şəkildə bir-hirinə keçməsi, həm də geniş okeanlar və
ona söykənən meşələr və çəmənliklər, böyük çaylardır. Bu həm
də Yer üzərindəki həyatın sonsuz müxtəlifliyidir. «Təbiət»
anlayışına bütün mövcudluq, bütün Kainat daxildir və bu
mənada o materiya anlayışına yaxındır; demək olar ki, təbiət
elə materiyadır, onun formalarmm bütün müxtəlifliyi ilə
birlikdə götürülən materiyadır. Lakin çox vaxt bu anlayış daha
məhdud və müəyyən mənada işlədilir və insan və bəşəriyyətin
mövcudluğunun təbii şəraitinin məcmusu kimi qəbul olunur.
Təbiətin öyrənilməsi onun cəmiyyətlə qarşılıqlı münasibəti
aspektində aparılır. Hələ bir neçə onilliklər əvvəl onlar
arasındakı real qarşılıqlı əlaqə çox vaxt bir tərəfli xarakter
daşıyırdı. Bəşəriyyət yalnız təbiətdən götürür, onun
ehtiyatlarını istismar edir və belə hesab edirdi ki, təbii zənginlik
sonsuz və əbədidir. Ən yaxşı halda bu qarşılıqlı əlaqə poetik
xarakter daşıyırdı:insan təbiət gözəlliyindən zövq alır, ona
qarşı hörmət və məhəbbətlə yanaşmağa çağırışdan uzağa
getmirdi. Bütövlükdə isə bəşəriyyət emosional çağırışdan
uzağa getməmişdir. Cəmiyyətin mövcud olması və inkişafı
üçün təbiətin nə dərəcədə əhəmiyyət kəsb etməsini anlamaq
hələ formalaşmamışdır. Bu gün
84
cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsi problemi sırf nəzəri
məsələ səviyyəsini keçmiş, gündəlik, həlli tələb olunan
problem səviyyəsinə gəlib çatmışdır və bu problemin həllindən
bəşəriyyətin gələcəyi asılıdır.
Hər hansı anlayışın mənasını daha yaxşı anlamaq üçün
bu anlayışı ona əks olan anlayışla birlikdə təhlil etmək
lazımdır. «Təbiət» anlayışına gəldikdə isə, ona əks olan
«mədəniyyət» anlayışıdır. Mədəniyyət deyərkən, insan
tərəfindən mənimsənilənlər, düzəldilənlər, dəyiş- dirilənlər,
təbiət deyərkən isə, insana qarşı dayananlar, insandan asılı
olmayaraq, öz əsasları və qanunları ilə mövcud olanlar başa
düşülür. Mədəniyyət sanki insan tərəfindən yenidən
dəyişdirilən təbiətdir, bu mənada insan fəaliyyətinə isə,
təbiətin, təbii olanı mədəni, süni olana dəyişdirilməsi kimi
baxmaq olar. Təbiətin bu cür yenidən dəyişdirilməsinə
dünyada mövcud olmağın insan üsulunun məğzi daxildir. İnsan
öz fəaliyyətində sanki özünü təbiətə qarşı qoyur; lakin eyni
zamanda o həm də «ana - təbiətin» bir hissəsi və ondan
törəmədir. İnsan təbiətlə yaşayır, bu o deməkdir ki, təbiət onun
bədənidir, o ölməmək üçün öz daimi ünsiyyət prosesində
onunla olmalıdır. «İnsanın fiziki həyatı kimi onun mənəvi
həyatı da təbiətlə sıx bağlıdır» deyimi o deməkdir ki, təbiət
özü-özü ilə qmimaz bağlıdır və insan onun bir hissəsidir. İnsan
üçün təbiət yalnız onun mövcudluğunun təbii şəraiti, yaradıcı,
qurucu fəaliyyəti üçün sahə deyildir. Bu münasibətin əsasında
insan və təbiətin münasibətlərinin digər formaları yaranır və
inkişaf edir. Bu dərketmə münasibətidir - müasir cəmiyyətdə
ilk növbədə təbii elmlər (təbiət haqqında elmlər) formasında
həyata keçir; bu həm də təbiətə qiymət vermənin tipləridir - bu
xeyir, gözəllik, gəlir və buna oxşar anlayışlarla ifadə olunur.
Nəhayət, müasir dünyada öz
85
Dostları ilə paylaş: |