demişdir. Taqorun əsərlərində başqa xalqlardan götürülmüş, öz
xalqının tarixinə uyğunlaşdırılmış çox şeylər var. Qədim hind
eposları olan Mahabharata və Ramayana indoneziyalılarm etik
və estetik zövqlərinə böyük təsir göstərmişdir. Məşhur Tac
Mahalın tikintisində iştirak edən İsfahan və Səmərqənd ustaları
sonradan Teymurun paytaxtı Səmərqəndi şöhrətləndimıişlər.
İranlı xalçaçıların əl işləri bütün dünyaya yayılmışdır.
Meksikadakı katolik kilsəsini Kordovadan olan sənətkarlar
tikmişlər - vaxtilə İspaniyanın cənubu mavrlarm hakimiyyəti
altında olmuşdur, bu da onların mədəniyyətində öz izini
qoymuşdur. Hətta dinlər - xiristianlıq və islam - belə qarşılıqlı
təsirdən qaça bilməmişlər: min illər ərzində ən böyük xiristian
məbədi Konstantinopolda olan Sofiya kilsəsi olmuşdur.
Konstantinopolu işğal edən Sultan ikinci Mehmet göstəriş
vermişdir ki, onu məscidə çevirsinlər. Binaya iki minarə
quraşdırıldı, örtüyü dəyişdirildi; sonra burada - şəhər artıq
İstanbul adlandı - Göy məscid tikildi və o Sofiya kilsəsinin
arxitektur incəliyini mənimsədi. Bu mədəniyyətlərin qarşılıqlı
sürətdə bir-birini zənginləşdirməsinin nümunəsidir. Böyük
incəsənət məhz ona görə böyükdür ki, o yalnız milli deyil, həm
də dini sərhədləri dəf edə bilir.
Çoxşaxəli olan bəşəriyyət həm də bütövdür - o lap
çoxdan, XXI əsrdən xeyli əvvəl belə olmuşdur. Sivilizasiya
təhlükə ilə üzləşəndə biz onun köklərinin necə sıx bir-birinə
bağlı olduğunu hiss etdik. Bəşəriyyət dinc, işgüzar, xeyirxah
dialoqa maraqlıdır, o müharibələrə son qoyulmasını, elmi-
texniki və mədəni tərəqqini, təbiətə yaxşı münasibəti, həyatının
normal olmasını istəyir. Bizim planetdə bütün xalqlara yer var,
biz sülh, əmin-amanlıq şəraitində yaşamağa, vəziyyətimizi
yaxşılaşdırmağa can atmalıyıq. Xalqların və millətlərin
birləşməsinə, onların
66
qırılmaz əlaqələrinin yaranmasına kömək edən hər şey
bəşəriyyət üçün edilən xeyixahlıqdır. Biz hamımız Kainatın
övladlarıyıq, hamımız sosial varlıq dalğasında bir gəmidə - Yer
adlı səmtə üzürük.
Millət ideyasını, millətin mahiyyətinə xüsusi yer
ayırmaq məqsədə uyğundur. Millət - tarixən formalaşan
insanların birlik formasıdır, adətən ərazi və iqtsiadi həyat
dil və mənəvi xüsusiyyət, ümumiliyinə, hansısa səviyyədə
bioloji özünəməxsusluğa, eyni zamanda xarakter,
temperament və adətlərin özünəməxsusluğuna malikdir.
Bütün insanlar mədəniyyətin özünəməxsusluğunda təzahür
edir. Dil birliyi bu dildə danışanları bağlayır, onların eyni
qəlbli, eyni fikirli olmasını təmin edir, bu da millətin bütün
nümayəndələri bir-birini yaxşı başa düşürlər, bu da insanın
daxili dünyasını yaxınlaşdırır, bunun əsasında da millətin real
əlaqə və vəhdəti yaranır. Məsələ ondadır ki, dil şüurla xüsusi
münasibətdədir, yalnız ünsiyyət vasitəsi olmayıb, həm də
idrak, dərketmə vasitəsidir; dil millətin ruhu, qəlbidir. Dil bir
növ “ənənə arabasıdır”, hissləri, simvolları, emosional
assosasiyaları, milləri qoruyur və onları nəsildən-nəslə ötürür.
Dil xarakterin özünəməxsusluğunun ən dərin və əsas
ifadəsidir. Millətə daxil olan adamların xarakterlərinin
müxtəlifliyi onların birləşməsinə mane olduğu kimi həm də
millətlərin xarakterlərinin müxtəlifliyi bəşəriyyətdə bütün
xalqların real vəhdətinə mane ola bilmir. Bu birlikdə millətin
mənəvi həyatı, onun mədəniyyəti millətin subyektlərinin şəxsi
gücləri hesabına möhkəmlənir, onun hər bir subyekti isə
yaradıcılıq enerjisinin mənbəyini ümummilli mənəvi
yüksəlişdən alır. Bu yolda öz millətinə olan məhəbbət ona olan
inamla, onun üstünlüyünə olan inamla, onun ruhunun
yaradıcılıq gücü, onun çiçəklənməsi
67
ilə birləşir. Dindar, mömin adam inanır ki, Allah onun
millətindən üz döndərməyib, bütün çətinliklər keçicidir,
nailiyyətlər, uğurlar isə əbədidir. Öz millətini sevib ona
inanmamaq olmaz; çünki vətən canlı mənəvi gücdür, orada
yaşamaq adamda elə hiss yaradır ki, o insanların yaxşı olmasını
istəyir, hər şeyi düz edir, gələcək nəslin yaxşı yaşamasını
istəyir.
Sosial fenomen olan millətin mənbəyi hansılardır?
ibtidai sürünün əvəzinə gələn ilk spesifik insanların birlik
olması qəbilədir - adamların qan qohumluğuna əsaslanan
birliyidir. Qəbilə qan qohumluğu tellərilə birləşən, kollektiv
əməklə məşğul olan, ümumi mənafeləri birgə mühafizə edən,
eyni zamanda dil, əxlaq, ənənə ümumiliyilə birləşən adamlar
qrupudur. Bir neçə qəbilənin birləşməsi tayfam - etnik birlik
və adamların sosial təşkilini yaradır. Onun xarakterik
xüsusiyyətləri: ümumi ərazi, qonşu tayfalarla təbii
sərhədlərinin olması, iqtisadi ümumilik, tayfa üzvlərinin
bir-birinə qarşılıqlı köməyi - bu adətən özünü kollektiv ovda
göstərir, dil, şüur birliyi, mənşə ümumiliyi və qan qohumluğu
əlaqələri. Sonradan tayfa ittifaqlarının yaranması, tayfalararası
təsərrüfat və mədəni əlaqələrin güclənməsi, hərbi toqquşmalar,
əhalinin miqrasiyası, adamların sayının artması, xüsusi
mülkiyyətin yaranması - bütün bunlar tədricən tayfaların
qarışmasına, əvvəlki qan qohumluğu əlaqələrinin ərazi
əlaqələri ilə əvəz olunmasına və insanların yeni tarixi birlik
formasının - xalqın yaranmasına gətirib çıxannışdır. Xalq
adətən öz mənşəyi və dili ilə yaxın olan bir neçə tayfanın
birləşməsindən yaranır. Xalq həm də bir tayfanın digərinin
ərazisini işğal etməsi nəticəsində müxtəlif dilli tayfaların
birləşməsindən yaranmışdır. Xalqın formalaşması prosesində
onun ayrı-ayrı hissələri arasında
68
Dostları ilə paylaş: |