çərçivəsində baş verir və ona görə də hakimiyyət tərəfindən
represiya və zorakılıqla üzləşmir. Bu cür hərəkat dəyişikliyə
nail olmağa çalışır - məsələn, mövcud qanunvericiliyin
yaxşılaşdırılması vasitəsi ilə, dövlət büdcəsinin nəzərdən
keçirilməsi və s. Bu həmkarlar, maarifçi, ekoloji, milli və digər
hərəkatlardır. Ancaq öz dinc, leqal xarakterinə baxmayaraq
reformist hərəkat tədricən dərin ictimai dəyişikliyə gətirib
çıxara bilər.
İnqilabi hərəkat öz başlanğıcında reformist hərəkata
oxşaya bilər. Ancaq inkişaf etdikcə onda fərqlər yaranır;
narahatlıq və gərginlik yaşayan geniş kütləni, bütöv ictimai
sinifləri əhatə edir, özünü qoruma və maddi təminatın köklü,
əsaslı təlabatma toxunur, güclü motivlər yaradır. Bu hərəkatın
iştirakçıları çox vaxt hakimiyyət tərəfindən represiyalara və
təqiblərə məruz qalırlar. Bununla belə onların əsas
fərqləri-məqsəd və metodların- dadır. Onların məqsədi dinc
islahatlar deyil, güc tətbiq etməklə mövcud ictimai-siyasi
quruluşu devirməkdir. Yeni siyasi hakimiyyətin əsası olmağa
qadir olan geniş miqyaslı, kütləvi xüsusi təşkilatların olması
zərurəti buradan irəli gəlir. İnqilabi hərəkat qalib gəldikdən
sonra yeni qaydalar həyata keçirir, cəmiyyətin quruluşunu
kökündən dəyişir, sinfi strukturda irəliləyişə nail olur, ictimai
institutların tərkibini dəyişir, dəyərlər, adətlər, davranış
nümunələrdə dəyişiklik edir. Bütöv siniflərin, xalqalarm iştirak
etdiyi inqilablar cəmiyyətdə daha böyük dəyişiklik edir -
1789-cu il Fransa, 1917-ci il Rusiya, 1949-cu il Çin inqilabları.
XX əsrin ortalarında, xüsusən İkinci dünya müharibəsindən
sonra Asiya, Afrika və Latın Amerikasının bir sıra ölkələrində
baş verən inqilablar nəticəsində daha böyük ictimai dəyişiklik
olmuşdur. Sosial inqilab vaxtı keçmiş qaydalara, totalitar
rejimə qarşı
54
istiqamətlənəndə o nəinki özünü doğruldur, həm də çox
zəruridir. Ancaq cəmiyyətin inkişafının yalnız inqilabla bağlı
olduğunu düşünmək yanlış fikirdir. Ancaq nəzərə almamaq
olmaz ki, tarixi təcrübəyə əsasən inqilablar istənilən dağıdıcı
ictimai münaqişə kimi həmişə baha başa gəlir. Onlar adətən
günahsız insanların əzabları və ölümü ilə müqayisə olunur.
Təcrübə göstərir ki, pis düşünülmüş və tələsik həyata keçirilən
islahatların da ağır nəticələri olur. Bununla belə müasir inkişaf
etmiş ölkələrin bütün iqtisadi və mədəni nailiyyətləri sosial
inqilabdan daha çox sosial demokratik islahatlar hesabına
olmuşdur. Təcrübə daha çox inandırır ki, təbiətdə olduğu kimi
sosial prosesdə də üstünlük inqilabi yox, inkişafın təkamül
üsülundadır. Beləliklə, öz-özünə inkişaf edən sistem kimi
cəmiyyətin sosial-fəlsəfi təhlili onun həm statikasını, həm də
dinamikasını nəzərdən keçirməyi tələb edir və ya başqa sözlə
desək, cəmiyyəti təşkil edən qrupların, təşkilatların,
institutların və cəmiyyətdə geden fasiləsiz təkamül və inqilabi
dəyişiklik və inkişaf proseslerini özündə birləşdirir.
§3. Cəmiyyət və bəşəriyyət, millət və ailə
Cəmiyyət müəyyən xalqlar çoxluğunun vahid-bütöv
sistemidir. Cəmiyyət müxtəlif səviyyəli birliklə bağlı olan
adamalrdan ibarət hansısa tamdır, bu da onları birgəlik
adlandırmağa imkan verir, bu isə adamların kifayət qədər
yüksək inkişaf səviyyəsində mümkündür. Qeyd etmək
lazımdır ki, “cəmiyyət” sözünün kökü ”cəm”dir, bu da məhz
təklərin, hansısa təkcələrin birləşməsini ifadə edir.
Cəmiyyətdən əvvəl “sürü” olmuşdur, bu adamların birliyinin
ibtidai forması üçün xarakterikdir. Birliyin bu forması lap
qədim dövrlərə, əcdadlarımızın sürü halında
55
yaşadığı dövrə gedir. ’’Sürü” sözü heyvanlara şamil edilir -
onların əksəriyyəti sürü halında yaşayırlar - sonradan “birlik”
sözü, birgə yaşayış tərzinə şamil edilərək işlənmişdir.
Hal-hazırda “birlik” həm də insan birliklərinə- müxtəlif
böyüklükdə olan insanların birgə yaşayışına şamil edilir.
Məsələn biz elmi birliklər, jurnalistlər birliyi ifadəsini işlədirik.
Adi şüurda eəmiyyət anlayışı çox vaxt hansısa sayda olan
adamların müəyyən məqsədlər üçün birləşməsi mənasında
işlədilir: idman cəmiyyəti, rəssamlar cəmiyyəti və s. Ancaq bu
cəmiyyətlər və ya birliklər bütöv dövləti yaradan çoxluq kimi
cəmiyyətin bir hissəsidir. Bu anlayışı və onun əks etdirdiyi
reallığı məhz bu mənada nəzərdən keçirəcəyik. S.Frank yazırdı
ki, “sosial fəlsəfənin problemi cəmiyyətin nə olması, onun
insan həyatındakı əhəmiyyəti, onun həqiqi varlığı, onun bizim
qarşımızda qoyduğu öhdəliklər məsələsidir”.
İnsan cəmiyyəti-canlı sistemin inkişafının adi
mərhələsidir, onun əsas elementləri - adamlar, onların
birgə fəaliyyətlərinin formaları, ilk növbədə əmək, əmək
məhsulları, mülkiyyətin müxtəlif formaları və onun
uğrunda əsrlər boyu gedən mübarizə, müxtəlif institutların
məcmusu, ruhun, mənəvi aləmin zərif sahələridir.
Cəmiyyətə həm də öz-özünü təşkil edən davranış sistemi,
adamların bir-biri ilə və təbiətlə qarşılıqlı münasibəti kimi də
baxmaq olar; axı cəmiyyət əvvəlcədən bütün kosmosla yox, bu
və ya digər konkret cəmiyyətin yerləşdiyi ərazi ilə bilavasitə
qarşılıqlı münasibət kontekstinə daxil olmuşdur. Biz bütövlükə
insan cəmiyyəti haqqında danışanda bütün adamları özündə
birləşdirən birliyi nəzərdə tuturuq. Bunsuz cəmiyyət yalnız
müəyyən sayda, ayrı-ayrı yaşayan, maraqları, məqsədləri,
fəaliyyətləri, əmək fəallıqları, ənənələri.
56
Dostları ilə paylaş: |