istər-istomoz məhdud olacaqdır. Bəşəriyyətin zənginliyi bu və
ya digər cəmiyyətin, xüsusən də ayrı-ayrı adamların
zənginliyindən daha genişdir. Xalqlar öz məğzlərinə görə
dünyada birlikdə yaşamağa “kökləniblər”. Bəşəriyyətə bir yerə
toplanmış varlıqların (çox güman ki, şərti olaraq) məcmusu
kimi baxmaq olar: insan yaş dövrlərini keçərək böyüdüyü
kimi, bəşəriyyət də nəsillərdən keçərək yetkinləşir. İnkişafın
ümuminsani prinsiplərinə tabe olan hər bir cəmiyyət, hər bir
millət öz böyüməsində öz xüsüsi mədəniyyət yolunu keçməli
olur, bu vaxt bu və ya digər dərəcədə ən ümumi dünya
qarşılıqlı əlaqəsinə girir. Cəmiyyət həyatının və vahid tam kimi
bəşəriyyət tarixinin məğzi ətrafında düşünərkən etiraf
etməliyik ki, bizim həyatımızda yalnız sağ olanlar yox, həm də
bəşəriyytin tarixi axarında qavranılmağa layiq olan ölənlər də
böyük rol oynayırlar V.Solovyova görə, onlar yaşayanlar
üzərində ikiqat üstünlük təşkil edirlər: həm onların aydın
surətləri, həm də gizli himayələri - mədəni kütlə mexanizimi
kimi təsir edir - onun vasitəsi ilə “axirət dünyada uyuyan əql”
şəxsi və Yerdə tərəqqi edən bəşəriyyət tarixinə təsir edir.
Ölümdən sonrakı varlığın həm obyektiv, həm də subyektiv
mənası yaşayanların mövcudluğu ilə sıx vəhdətdə müəyyən
olunur. Beləliklə həm ölənlər, həm də yaşayanların öz xüsusi
realıqları var: birincilərdə o daha layiqli və mülayimdir,
ikincilərdə isə o daha azad və açıq hərəkətdə, fəaliyyətdədir.
Aydındır ki, onların hər ikisinin həyatının yetkiliyi onların
hərtərəfli qarşılıqlı əlaqələrindədir: biz ölənlərin ruhu
qarşısında baş əyirik, onları xatırlayırıq, onlar isə öz
qoyduqları böyük və xırda işlər hesabına bizim təcrübəmizi
zənginləşdirirlər, bizə həyatı və işlərimizi öyrədirlər. Dünya
qayda qanununun mənası və ən ümumi tarixin yekunu
bəşəriyyətin bu
63
tamlığındadır, bu iki başlanğıcın birliyi hər şeyi yerinə qoyur.
Bu çox çətin məsələdir - məsələni vaxtilə Kant ortaya qoymuş
Solovyov isə onu inkişaf etdirmişdir: bəşəriyyət nəslinin
vəhdəti və hər bir canlıda ilahinin qığılcımının olması bütün
dövrlərdə mütəfəkkirləri düşündürmüşdür. Ölülərin nə vaxtsa
diriləcəyi məsələsi bütün dövrlərdə birmənalı qarşılanmışdır.
Beləliklə, bəşəriyyət adlananm tərkibinə sağlardan çox
ölülər daxildir. Bu fikir təsəlliverici və humanistdir: o
bəşəriyyətin ümumi nailiyyətlərini təşkil edən əqli və əxlaqi
dəyərlərin varisliyini xatırladır: o həm də onu xatırladır ki, artıq
öz dünyasını dəyişənlər öz ideyaları, öz işləri, öz nümunələri
ilə bizim aramızda yaşamaqda davam edirlər. Bu fikir əlbəttə
yalnız bütün bəşəriyyətin yolunu işıqlandıran böyük dahilərə
aid deyildir, o həm də ciddi, sadə fikir və işləri ilə, öz
həyatlarını yaşayan əxlaqi və sosial ideyalı öz varlığının
məhdud səviyyəsində saxlayan adamları da aiddir. Tarix
müəyyən mənada xalqların müqəddəs kitabı bir növ onların
varlığının və fəaliyyətinin güzgüsü, kəşflərin və davranış
prinsiplərinin əsası, əcdadlarımızın varisliyə çağırışı indinin
tamamlanması, dərk olunması və gələcəyə nümunədir.
Humanist düşünən adamlar əmindirlər ki, hec bir xalq
başqasına nisbətən qeyri-adi əqlə malik deyildir. Dünyada elə
bir xalq yoxdur ki, o tarixə layiqsiz, heç bir əhəmiyyəti
olmayan xalq kimi daxil olsun. Eyni zamanda xüsusi seçilmiş
xalqlar da yoxdur. Belə demək olar: bəşəriyyət bizim
ikimizdədir, biz isə bütün bəşəriyyətin daxilindəyik. Hər bir
xalqın tarixində də bir dövr olur ki, bu vaxt həmin xalq
vətəninin rifahı naminə dünya təcrübəsindən istifadə edir.
Vətənə olan məhəbbət bütün dünyaya olan məhəbbətlə birlikdə
olur. Biliyin işığını mənimsəyən xalq öz qonşularına ziyan
64
vumıur. Dövlətlər nə qədər savadlı, maarifçi olarlarsa, onlar bir
o qədər öz ideyalarını bir-birinə ötürə bilirlər, ümumdünya
əqlinin gücü və fəaliyyəti bir o qədər artmış olur. Ən yeni
əlaqə, kütləvi informasiya vasitələri hesabına xalqların
ünsiyyəti xeyli artmışdir, hamı dərk edir ki, bəşəriyyət vahid
tamdır. İndi tam qətiyyətlə demək olar ki, “Şərqsiz Qərb,
Qərbsiz isə Şərq yoxdur”. Elm və texnikanın nailiyyətləri
dünyanın yalnız çoxşəkilli yox, həm də bütöv olduğunu dərk
etməyə imkan verir, maddi və mənəvi dəyərlərin mübadiləsi
üçün yeni imkanlar açır. Həm də heç vaxt demək olmaz ki,
guya Qərb həmişə ixtiralar etmiş. Şərq isə onu qəbul etmişdir.
Tərəqqi daha çox ikitərəfli hərəkəti olan küçəyə oxşayır:
müxtəlif saatlarda maşın axını müxtəlif olur. Məhz Şərqdən
avropalılar ərəb rəqəqmini götürmüşlər, riyaziyyatın,
astronomiyanın, tibbin nailiyyətləri də ərəblərin adı ilə
bağlıdır: çinlilər dünyaya kağız, kompas, barıt vermişlər.
XVIII əsr fransız maarifçi - ensiklopedistlərini qədim Çin
filosofu Konfutsinin ideyaları ruhlandırmışdır - o hələ 2500 il
əvvəl demişdir ki, “jen” (humanistlik, insanilik) ictimai
münasibətlərin əsası olmalıdır. Qarşı tərəfdən də hərəkət
başlanır: XIX əsrin ikinci yarısında uzun müddətli təcriddən əl
çəkən Yaponiya Qərbdən elmi-texniki nailiyyətləri götümrəyə
başladı. Eyni zamanda Tokuqava dövrünün yapon gül
qravyuraları Avropa rəssamlarını ruhlandırmış. Qərb
rəssamlığına meydan oxumuşdur.
Hətta qədim dünya belə bəzi müasirlərimizin düşündüyü
kimi bir-birindən ayrı olmamışdır. Xalqlar arasında ünsiyyət
olmuşdur, onlar bir-birini bizim təsəvvür etdiyimizdən daha
çox zənginləşdirmişdirlər. Məsələn, İndoneziyaya gələn
Robindranat Taqor “Mən hər yerdə Hindistanı görürəm, ancaq
onu tanıya bilmirəm”
65
Dostları ilə paylaş: |