iqtisadi və mədəni amillər bir-biri ilə sıx bağlıdırlar. Məsələn,
doğuşun artması (təbii - bioloji amiljcəmiyyətin inkişafına
səbəb olur - bu istehsalın, təhsilin, tibbi xidmətin inkişafı ilə
uyğunlaşmış halda ola bilər - belə uyğunlaşma olmasa bu hal
yoxsulluğun, xəstəliyin və sosial sabitliyin pozulmasına gətirib
çıxara bilər.
Şübhəsiz ki, texniki ixtiraların və elmi kəşflərin rolu
da olduqca böyükdür. İxtiralar və buxar maşınının və digər
texniki yeniliklərin geniş tətbiqi XVII-XIX əsrlərdə sənaye
inqilabına gətirib çıxarmışdır, sonra bu sənayenin
burjuaziyanın, proletariatın inkişaf etdiyi yeni tip sənaye
cəmiyyətinin yaranmasına səbəb oldu. XX əsrin tarixi
təcrübəsi göstərir ki, əmək alətlərinin inkişafı, texnikanın
tərəqqisi, avtomatlaşnianm və yüksək texnologiyanın sənaye
istehsalına tətbiqi ictimai həyatın bütün sahələrini, müxtəlif
insan birliklərini - böyük və kiçik - strukturunu, mədəniyyətini,
təlabatlarmm ödənilməsi üsullarını dəyişir.
Mədəniyyətin, onun bölgüsünün rolu da böyükdür.
Belə ki, XIX-XX əsrlərdə Qərbi Avropa və ABŞ-dan elmin
nailiyyətlərinin Yaponiyaya gətirilməsi ona gətirib çıxardı ki,
qısa
vaxt
ərzində,
ikinci
dünya
müharibəsindəki
məğlubiyyətinə baxmayaraq, Yaponiya dünyanın ən inkişaf
etmiş ölkələrindən birinə çevrildi.
Təəssüf ki, tarixdə əks xarakterli nümunələr də
olmuşdur. Hakim sinfin həyata keçirdiyi tədric etmə siyasəti,
ölkəyə yeni ideyaların daxil olmasının qarşısının alınması,
yeni məhsulların gəlişinə qoyulan qadağalar, güclü dövləti
viranh vəziyyətə salmış, nəticədə sosial struktur və institutlar
köhnəlmişdir. Tarixin təcrübəsi göstərir ki, mədəni yaradıcılıq
sahəsindəki mütərəqqi ideyalar öz vaxtını artıq yaşamır,
institutlar və sosial strukturlar hakimiyyət fomrası üçün
təhlükə yarada bilər.
51
Ona görə də mədəniyyətin inkişafı prosesi daim hakimiyyət və
dövlət tərəfindən nəzarət altında olur. Elmin və texnikanın,
ədəbiyyatın, ineəsənət və fəlsəfənin inkişafının çoxəsrlik tarixi
hakimiyyətin yeni ideyaların və nəzəriyyələrin təsdiq
olunmasına müqavimət göstərməsinin - darvinizm, genetika,
kibernetika, eyni zamanda texniki ixtiralar (buxar maşını,
kompüter), incəsənətdə olan yeni meyllərin şahidi olmuşdur.
Bununla belə ictimai inkişafın nəzərdən keçirilən sosial
ilkin şərtlərinin əhəmiyyətinə baxmayaraq nəzərə almaq
lazımdır ki, bütün sosium, onu təşkil edən adamlar Yer
planetinin
biosferası
tərkibinə
daxil
olan
canlı
orqanizmdir. Digər canlı varlıqlar kimi adamlar cazibə
qüvvəsinin, elektromaqnit sahəsinin, kosmik şüaların, istilik
dinamikasının təsirinə, hələ axıra qədər öyrənilməmiş nazik
enerjilərin şüalanmasının təsirinə məruz qalırlar. İnsan və
təbiətin dərin vəhdətinin duyulması qədim filosoflar tərəfindən
Dao (Lao-Tszı), Loqos (Platon), Allah (isa peyğəmbər)
anlayışlarında ifadə olunmuşdur. Lao-Tszıya görə Dao hər
şeyin vəhdətidir, hər şeyin əsası, köküdür, bütün şeylərin
anasıdır. “İnsan yerdən, yer göydən (kosmosdan), göy isə
daodan, dao özü isə özü-özündən asılıdır”. Əksər fəlsəfi
təlimlərdə sosial həyatın hərəkətverici qüvvəsi kimi təbii
amilləri də qeyd edirlər. Vemadski biosfera və neosfera
haqqında təlimində canlı və cansız maddələrin maddi - enerji
vəhdətini əsaslandırır. Qumilyev bioritm problemini
araşdırmış, xüsusən etnogenez ritminə diqqət yetirmiş,
etnosların yüksəlişini, depresiyasmı və tənəzzülünü tədqiq
etmişdir. Dünya fəlsəfi fikrinin nəticələrini nəzərə alan müasir
sosial fəlsəfə ictimai həyatdakı dəyişiklik və inkişaf
proseslərinə bu və ya digər dərəcədə təkan verən yalnız
52
ictimai - iqtisadi, siyasi və mədəni deyil, həm də təbii amilləri
tədqiq etməyi qarşısına vəzifə qoymuşdur. Bütün bu amillər
tədricən yığılaraq - istər aydın görünən istərsə də şüurumuz
üçün sirli qalan - güclü reformist və inqilabi hərəkat yaradır,
müxtəlif tarixi dövrlərdə dərin sosial dəyişikliyi sürətləndirir.
Sosial hərəkat müəyyən məqsədlərə çatmaq üçün az və
ya çox dərəcədə mütəşəkkil fəaliyyət göstərən adamların
kollektiv, birgə fəaliyyətlərində ifadə olunur, o iştrakçılarm
sosial kollektiv birgə fəaliyyətlərində ifadə olunur,
0
iştirakçıların sosial vəziyyətini dəyişdirir, sosial hərəkatın
ümumi, daha aydın səbəbi adamların əsas təlabatlannm, ilk
növbədə iqtisadi təlabatlarmm ödənil- məməsidir. Məhz bunlar
adamlarda narazılıq, narahatlıq, psixi gərginlik, sosial
gərginlik yaradır. Bu narahatlıq zahirən adamlar arasında
əlaqələrin yaranmasında, kəskin diskusiyalarm qurulmasında,
yaranmış vəziyyətlə bağlı düşüncələrin bölüşdümlməsində
təzahür edir. Narahatlıq, qıcıqlanma vəziyyəti, böyük və kiçik
birlikləri, bütöv etnosları, sinifləri, dövlətləri əhatə edə bilər.
Sosial münaqişəni yaradan bu vəziyyət - müəyyən sosial
hərəkatın başlanğıe nöqtəsidir, o sosial sarsıntıların
yaxınlaşdığını göstərir. Bu vəziyyət istər-istəməz əksər xalqları
əhatə edir, bəzən o inqilabi partlayışın astanasında dayanan
inqilabi vəziyyət adlanır. Ancaq inqilab sosial hərəkatın
formalarından biridir. Onun xarakteri rəngarəngdir və ilk
növbədə onun məqsədləri, eyni zamanda tətbiq olunan
metodlar və ona cəlb olunan adamların sayı ilə müəyyən
olunur. Bu əsas meyarla da reformist və inqilabi hərəkat
bir-birindən fəqlənir.
Reformator hərəkatı adətən qismən məhdud dairəni və
birlikləri əhatə edir. Onlar qurulmuş sosial qaydalar
53
Dostları ilə paylaş: |