kəsb edən daxili yenidən yaranmanın başlanğıc mərhələsi başa
düşülür.
İnkişaf - tez-tez baş verən dəyişiklik hadisəsidir, tədrici
kəmiyyət dəyişikliyi dərin, geridönməz keyfiyyət sıçrayışına
gətirib çıxarır, strukturun elementlərində və onların arasındakı
münasibətin zənginləşməsində və ayrılmasında təzahür edir.
Tərəqqi - inkişaf prosesinin rəngarəngliyindən biridir. O
sistemin mövcudluğunun dəyişkən şəraiti və sistemli quruluşun
mürəkkəbləşməsi prosesi ilə bağlı sistemin həyat qabiliyyəti və
uyğunlaşmasının yüksələn səviyyəsində təzahür edir.
Tərəqqiyə əks olan tənəzzüldür - sistemin özünü inkişaf
etdirməsinin və ətraf mühitin şəraitini mənimsəməsi
imkanlarının daralması, sistemin sadələşməsi və dağılmasıdır.
Cəmiyyətə dəyişmə və inkişaf baxımından yanaşma
aşağıdakı əsas problemləri yaradır: cəmiyyətdə baş verən
dəyişikliyin istiqaməti; inkişafın mənbəyi və ya amilləri;
istənilən inkişafın baş verdiyi formalar göstərilən
problemlərdən birincini nəzərdən keçirərkən nəzərə almaq
lazımdır ki, təbiətdə və cəmiyyətdə mövcud olan daimi,
istiqamətləndirici dəyişikliyi heç də bütün filosoflar qəbul
etmirlər. İnkişafın sadədən mürəkkəbə, ibtidaidən aliyə doğru
getməsini yalnız determinist - filosoflar (Spinoza, Hegel,
Marks) qəbul edirlər. Digərləri, indeterministlər və ya
volyuntaristlər
(Şopenhauer, Nitşe və b.) inkişafın
istiqamətləndiyini inkar edirlər, insan psixikasmdakı kor,
şüursuz başlanğıcın rolunu mütləqləşdirilər və sosial inkişafın
qabaqcadan bilinməyən, qaydasız xarakterini onunla
bağlayırlar. Yalnız tarixi inkişafın istiqamətliliyi deyil, həm də
onun üstün mütərəqqi xarakterini qəbul edən detemıinist
variant da vardır - onlar optimist
48
gümanlara əsaslanırlar, qeyd edirlər ki, ictimai inkişafın yeni
səviyyəsi lazım gələndə daha yetkin olur; başqa sözlə desək,
inkişaf sosial həyatın daim yaxşılaşmasına aparır.
Tərəqqi problemi ətrafında çoxsaylı diskussiyalar
aparılmış və bu gün də aparılmaqdadır. Filosofların müəyyən
hissəsi həyatın iqtisadi, siyasi, elmi sahələrində tərəqqini qəbul
edirlər, lakin mənəviyyat, əxlaq sahələrində olan tədrici
inkişafa ehtiyyatla yanaşırlar - yalnız dünya müharibələri,
inqilablar, digər sosial sarsıntılar dövründə əxlaqi tənəzzül
müşahidə olunmur, həm də əxlaqi təkmilləşmənin dəqiq
meyarının olmaması da bu cür yanaşmaya əsas olmuşdur.
Bununla
belə
cəmiyyətdə
baş
verən
dəyişikliyin
istiqamətliyinin, qanunauyğunluğunun və mütərəqqiliyinin
qəbul olunmasından asılı olmayaraq cəmiyyətdə və insanlar
arasındakı münasibətdə daim yenilik yaradan bu dəyişiklik
faktının özü əksər filosoflar tərəfindən qəbul olunur, belə ki,
adamların mənəvi həyatının zənginləşməsini, elmi biliklərin
inkişafını, texniki tərəqqini, müxtəlif insan təla- batlarmm
təmin olunması imkanlarının artmasını inkar etmək çətindir.
Cəmiyyətdə baş verən dəyişikliyin mənbəyi, amilləri
və ya səbəbləri haqqında məsələlər də olduqca vacibdir.
Bu
səbəblərdən
biri
cəmiyyətin
fəaliyyət
göstərməsinin gündəlik prosesi ilə, adamların yeməyə,
geyimə, mənzilə və s. olan təlabatlarmı ödəmək üçün
göstərdikləri fəaliyyətlə bağlıdır. Doğrudur bu gündəlik
fəaliyyət zahirən eyni cür, yeknəsək görünür, bununla belə
onun gedişində adamların vərdiş və bacarıqları tədricən
təkmilləşir, onların fəaliyyət növləri daha da rəngarəng olur.
Cəmiyyətin, sosial qrupların tərkibləri dəyişir.
49
Onilliklər və yüzilliklər ilə ölçülən bu təbii və uzun prosesin
gedişində adamlar yaşa görə dəyişir, doğulur və ölürlər,
nəsillər bir - birini əvəz edir, cəmiyyətin strukturunda və
quruluşunda kifayət qədər dərin dəyişiklər baş verir.
Gündəlik fəaliyyət prosesindən başqa ictimai həyatda
cəmiyyət həyatının əsasına toxunan daha ciddi, köklü
dəyişiklik aşkar olunur. Onlar güclü reformasiya və inqilabi
hərəkatın təsiri altında baş verir.
Sosial
fəlsəfədə
cəmiyyətdə
olan
keyfiyyət
dəyişikliyinin səbəbləri haqqında müxtəlif fikirlər söylənilir.
Bəziləri onu ictimai həyatın təbii əsaslarında olan dəyişikliklə,
iqlim, bioloji və hətta kosmik amillərlə bağlayırlar
(Monteskyö, Vemadski, Qumilyev, Çijevski). Qumilyevə görə,
“canlı maddələrin enerjisi bizim, bizim nəslin bədəninə
keçmiş, gələcək nəslə də keçəcəkdir: rəngarəng entogenezə
təkan verəcəkdir.
Digərləri bu səbəbləri iqtisadiyyatda, əmək alətlərində,
istehsalın təşkili metodlarmdakı dəyişiklikdə axtarırlar (Marks,
Roston). Amerikalı sosioloq Roston bəşəriyyətin beş yüksəliş
mərhələsinin bir-birini əvəz etməsinin bilavasitə mənbələrini
sənayenin, texnikanın, bütövlükdə təsərrüfatın inkişaf
səviyyələri ilə bağlamışlar.
Nəhayət, üçüncülər sosial dinamikanın mənbəyini
mənəvi sahədə, cəmiyyətin mədəni həyatındakı dəyişiklikdə
görürdülər (Hegel, Kont, Sorokiz). Kant belə hesab edirdi ki,
“ideyalar dünyanı idarə edir, dəyişir və ya başqa sözlə desək...
bütün sosial mexanizm həqiqətən də əqidəyə, inama əsaslanır.”
Doğrudan da bu amillərdən hər biri gömnür, ictimai
həyatın inkişafına müəyyən təsir göstərir, lakin onların sosial
rolu spesifıkdir, müxtəlif dəyərlidir. Həm də təbii.
50
Dostları ilə paylaş: |