iqtisadi, mədəni və s. birlikləri olmayan adamlar demək olardı.
Adamlar cəmiyyətdə yaşamaq üçün yaranmışlar. Cəmiyyət
anlayışı yalnız indi yaşayan adamlar yox, həm də bütün keçmiş
və gələcək nəsli, yəni bütün bəşəriyyəti əhatə edir. Bütövlük
sistemində adamların birliyi onun üzvlərinin iradəsindən asılı
olmayaraq yaşayır. İnsan cəmiyyətinə heç kim ərizə ilə qəbul
olunmur; doğulmanm təbii faktı labüd olaraq insanı ictimai
həyata daxil edir. Cəmiyyət özünün inkişafının istənilən
mərhələsində - çoxsahəli birlikdir, adamların çoxsaylı
rəngarəng əlaqə və münasibətlərinin mürəkkəb birləşməsidir.
Cəmiyyətin həyatı onu təşkil edən adamların həyatı ilə başa
çatmır. Cəmiyyət ayrı-ayrı adamların yarada bilmədiyi maddi
və mənəvi dəyərlər yaradır: texnika, müəssisə, dil, elm, fəlsəfə,
incəsənət, əxlaq, hüquq, siyasət və s. İnsan münasibətinin,
fəaliyyətinin mürəkkəb və ziddiyyətli yumağı, kələfi və
onların nəticələri bütöv kimi cəmiyyəti təşkil edir. İnsan
cəmiyyəti - öz daxilində parçalanmış bütöv sistemdir, o,
tarixən yaranmış və fasiləsiz olaraq inkişaf edir, keyfiyyət
dəyişikliyinə uğrayaraq ardıcıl mərhələlər keçir. Bu sistemin
ümumi qanunauyğunluğu bu sistemə daxil olan istənilən
elementin xarakterini müəyyən edir, onun inkişafını
istiqamətləndirir. Deməli bu sistem- dəki hər bir element tək
kimi yox, tama aparan əlaqə kimi başa düşülməlidir.
Cəmiyyət - vahid sosial orqanizmdir, daxili təşkili bu
quruluş üçün xarakterik olan müəyyən, çoxcəhətli
əlaqələrin məcmusu kimi özünü göstərir, onun əsasında
son anda insan əməyi dayanır. İnsan cəmiyyətinin sturukturu
istehsalı və onun əsasında yaranan istehsal, iqtisadi sosial
münasibətləri yaradır - o da özündə sinfi, milli, ailə
münasibətlərini, siyasi münasibətləri və nəhayət
57
cəmiyyət həyatının mənəvi sahəsini - elm, fəlsəfə, din,
incəsənət, əxlaq və s. birləşdirir. Ümumiyyətlə cəmiyyət
olmadığı kimi, ümumiyyətlə insan da yoxdur, adamların
ictimai təşkilinin konkret formaları var. Konkret eəmiy-
yətlərin bütün fərqlərinə baxmayaraq istənilən eəmiyyətin onu
heyvan sürüsündən və ümumiyyətlə cəmiyyətdən fərqləndirən
xüsusiyyətləri vardır.
Cəmiyyət onu təşkil edən komponentlərin və onların sıx
qarşılıqlı əlaqəsinin dəqiq ayrılığına malikdir. İqtisadiyyat,
siyasət, hüquq, elm, əxlaq, incəsənət, ailə, din bir- biri ilə
əlaqəsiz mövcud deyildir. Bütöv cəmi}q/ətsiz, adamlarsız,
bir-biri ilə qırılmaz bağlı olan ictimai münasibətlər sistemi nə
iqtisadiyyat, nə siyasət, nə də əxlaq ola bilməz. Bütün bunlar -
vahid qanun hədləridir, onlar vahid qanunla yaşayırlar. Siyasi
təşkilatlar, iqtisadi əlaqələr (istehsal, bölgü, istehlak), hüquq
normaları, ailə- nigah münasibətləri, qohumluq əlaqələri, milli
və digər münasibətlər adamları birləşdirir və kollektivdə
adamları bir-birinə qarşı qoyur. Adamlar daimi olaraq öz
həyatlarının ietimai istehsalı prosesini həyata keçirirlər: maddi
nemətlər istehsalı, ictimai varlıq kimi adamların istehsalı,
adamlar arasındakı münasibətlərin müvafiq tiplərinin istehsalı,
ünsiyyətin formaları və ideyaların istehsalı cəmiyyətdə ən
müəmmalı şəkildə təsərrüfat, iqtisadi dövlət, ailə
münasibətləri, eyni zamanda ideoloji xarakterli bir sıra
hadisələr bir-birinə qarışır. Bütün bunlar qarşılıqlı fəaliyyətdə
olur, dəyişir, mümkün çalarlar kəsb edir və bütövlükdə ictimai
həyat axını yaradırlar. Bu axının həyati əsası - əməkdir.
Adamların şəxsi və ümuminsanı taleyi daim axır və gündəlik
fəaliyyətlə - əməklə bir-biri ilə bağlanırlar. Məhz cəmiyyət çox
və ya az normal varlığın və adamların inkişafının əsas şərtidir.
58
çünki tok adam təbiətin kortəbiiliyi qarşısında vəhşi heyvanlar
və “simasız adamlar” qarşısında gücsüzdürlər. İnsanın şəxsi
azadlığına hədd qoyan cəmiyyət bununla belə müəyyən
normalar, adətlər, hüquqlar və öhdəliklərlə bu azadlığı
məhdudlaşdırır. Ancaq bu məhdudluq cəmiyyət üzvlərinin
maraqlarından irəli gəlir.
Nəhayət bir daha qeyd edək ki, cəmiyyət - adamların
həyatı fəaliyyətinin bütöv sistemidir. Cəmiyyət deyərkən,
adamların əlaqəsi nəzərdə tutulur-hər biri ayrılıqda qarşılarına
qoyduqları məqsədə çatmaqda çətinlik çəkdiklərindən nəticə
əldə etmək üçün birləşirlər. Cəmiyyət elə tamdır ki, burada
ayrı-ayrı adamlar iştirak edir, onun tərkibinə daxil olurlar,
ancaq heç də adamların riyazi cəmi və ya mexaniki kütləsi
deyildir. Biz cəmiyyət deyərkən məhz adamların birliyini
nəzərdə tuturuq, bununla belə insan cəmiyyətini müxtəlif
heyvan birliklərindən - bu instinkt, bioloji tələbatdan doğan
birlikdir- fərqləndiririk. Didroya görə, cəmiyyət insana digər
heyvanlar üzərində hakimiyyət verir. Cəmiyyətin hesabına
insan quruda olan hökmranlığı ilə qane olmur, öz
hakimiyyətini dəniz də şamil etməyə can atır. Bu ittifaq onu
həblərlə xəstəliklərdən ayırır, qocalığına kömək edir, kədərli
olanda təsəlli verir. Cəmiyyət insana öz taleyi ilə mübarizə
aparmaq üçün güc verir. Ünsiyyətcilliyi məhv etməklə siz
insan nəslini dağıtmış olursunuz-həyatın və onun bütün
xoşbəxtliyinin qorunması bundan asılıdır.
Vətəndaş cəmiyyəti ideyasına da diqqət yetirmək
lazımdır. Vətəndaş cəmiyyəti-insan hüququnun müdafiəsi
prinsipinin fəaliyyət göstərdiyi hüquqi dövlət sistemində
yaşayan ayn-ayn adamların vəhdətidir. Həqiqi vətəndaş
cəmiyyətində hər bir adam məqsəd və ali dəyərdir. Lakin
insan haqqı adamlarla münasibətsiz öz
59
Dostları ilə paylaş: |