subyektidir. Ona görə adamlar subyektdirlər ki, onların
fəaliyyəti bu və ya digər obyektə istiqamətlənmişdir. Sosial
fəaliyyətin ikinci elementi fəaliyyətin obyektləridir. Yalnız
şeylər yox, həm də adamlar bu cür ola bilərlər - həkim,
müəllim, bəzi digər peşə nümayəndələrinin fəaliyyəti belədir.
Bununla belə bu səpkidə çox vaxt digər tip obyektlər - şeylər
çıxış edirlər, onlar öz növbəsində iki qrupa ayrılırlar. Onlardan
biri - alət və maddi istehsal vasitələri, digəri isə - mənəvi
istehsal alətləridir - onların arasında kompüter, qələm, yazı
maşınları daha çox əhəmiyyət kəsb edirlər. Başqa sözlə desək,
fəaliyyət obyektlərinin bu qrupuna bütün şeylər - onun
köməyi ilə adamlar ətraf mühiti dəyişir, onu öz təlabatlarma
uyğunlaşdırır - daxildir.
Daha bir obyekt qmpu vasitələrdir, onlar şeylər qədər
insan fəaliyyəti üçün zəruridir, lakin onların şey, maddi
xarakterləru yoxdur. Fəaliyyətin bu obyektləri o qədər
özünəməxsus, orijinaldır, şeylərdən fərqlidir ki, sosial
fəaliyyətin strukturunu nəzərdən keçirərkən onları adətən
xüsusi üçüncü komponent kimi ayırırlar. Bu jestlorin dili, səs
və yazı nitqi məlumatlardır - onlar müxtəlif kağız və elektron
daşıyıcılarda, kitablarda, lentlərdə, disketlərdə əks olunur. Bu
simvollar, işarələrdir. Şeylər kimi onlar da istənilən insan
fəaliyyəti üçün zəruridir. Bizim şüurumuza təsir edən
simvollar və işarələr fordi fəaliyyətdə məqsədyönümlüyü
təmin edir. Kollektiv fəaliyyətdə isə onu razılaşdırır. Əgər
fiziki şeylər bilavasitə insanın ətraf aləmə uyğunlaşmasına
xidmət edirsə, simvollar onun üçün bu məsələnin həllini
yüngülləşdirir.
Sadaladığımız sosial fəaliyyətin üç elementindən əlavə,
dördüncü, zəruri element də vardır. Bu sosial fəaliyyətin
göstərilən əsas amilləri arasındakı əlaqə.
39
münasibətlərdir. Təcrübə göstərir ki, nəzərdən keçirilən üç
elementin - adamlar, şeylər, simvollar - mexaniki yığımı onlar
arasında əlaqə, qarşılıqlı fəaliyyət olmasa nə sosial fəaliyyəti,
nə də bütölükdə sosial həyatı yaratmırlar. Məhz buna görə
adamlar, şeylər, simvolar arasındakı möhkəm, dəfələrlə
təkrarlanan əlaqənin - tədrieən həm fərdi fəaliyyət
səviyyəsində, həm də sosial qrup və bütün eəmiyyət
səviyyəsində yaranan əlaqənin ietimai həyat üçün istisna
əhəmiyyəti vardır.
Beləliklə istənilən insan fəaliyyətinin dörd elementi
vardır - adamlar, fiziki şeylər, simvollar və onlar arasındakı
əlaqə. Onların təkrar istehsalının zəruriliyi çoxplanlı ietimai
sistemin baza sistemini yaradan ietimai fəaliyyətin əsas
tiplərini yaradır. Sadə sosial fəaliyyətin dörd əsas elementinə
müvafiq olaraq ictimai fəaliyyətin dörd tipi, sahəsi ayrılır:
maddi, mənəvi, nizamlayan, və ya idarə edən, xidmət
fəaliyyəti, bəzən məhdud mənada humanitar və ya sosial
adlanır. Bütün bunlar istənilən insan fəaliyyəti üçün zəruri
şəraiti təmin etməklə eyni zamanda bütövlükdə eəmiyyətin
həyat fəaliyyətinin ilkin şərtini yaradır.
Sosial
həyat
sahəsinin
spesifikliyinə
və
funksiyalarına da diqqət yetirmək lazımdır. Maddi istehsalın
özünəməxsusluğu ondan ibarətdir ki, o adamların baza
təlabatlarını ödəmək üçün zəruri olan bəzi maddi şeyləri,
malları yaradır, istənilən fəaliyyət formasında onların fizioloji
fəallığını müdafiə edir. Burada əsas fəaliyyət subyekti fiziki
əməklə məşğul olan adamlardır, doğrudur maddi istehsalla
həm də əqli əmək işçiləri də məşğuldurlar-son illər onlann payı
xeyli artmışdır. Bu sahədə əkinçilər, şaxtaçılar, maşınqayırma
sahəsində çalışanlar.
40
fəhlələr və mühəndislər, aqronomlar, müəssisə rəhbərləri də
məşğul olurlar.
Cəmiyyət üçün bu sahənin əhəmiyyətini hamı qəbul
edir. Bu sahənin işçilərinin zəhməti ilə xammal əldə olunur,
maşın və mexanizmlər yaradılır, həm şəxsi ehtiyatların
ödənilməsi üçün zəruri olanlar, həm də təhsil, elm, tibb və
idarə sistemlərinin maddi təminatı həyata keçirilir. Məhz bu
sahədə adamların gündəlik həyatı üçün zəruri olanlar - mənzil,
ərzaq, geyim və s. - yaradılır. Lakin bu vəziyyət həm bu
sahənin rolunu şişirtməyə, mütləqləşdinnəyə, həm də onu
insan fəaliyyətinin digər sahələrinə qarşı qoymağa əsas vermir.
Onun cəmiyyət həyatının digər sahələrindən köklü fərqi insan
fəaliyyətinin bütün mürəkkəbliyini, müxtəlif keyfıyyətlili- yini
ona şamil etməyə əsas vermir. D.Bell, C.Qelbreyt, Z.Bjezinski
və digər müasir tədqiqatçılar inkişaf etmiş ölkələrin malların
iqtisadiyyatından xidmətin iqtisadiyyatına keçməsini nəzərə
alaraq qeyd edirlər ki, postindistrial cəmiyyətdə maddi
istehsalı rolunun enməsi baş verəcəkdir.
ictimai həyatda mənəvi istehsal mühüm və artmaqda
olan rol oynayır - bu prosesdə şeylər, əşyalar yox, ideyalar,
sürətlər, elmi və bədii dəyərlər istehsal olunur. Doğrudur bu
dəyərlər istər-istəməz mənəvi dəyərlərin daşıyıcısı olan
kitablarda, şəkillərdə, heykəllərdə və ya məlumatların müasir
elektom daşıyıcılarında, fiziki şeylərdə maddiləşir. Ancaq bu
predmetlərdə ən əsası onların mənəvi tərəfi yox, onların
məzmunlarıdır, onlarda olan ideyalar, surətlər, hisslərdir.
Mənəvi fəaliyyət prosesində insan ətraf aləmi, onun
rəngarəngliyini və mahiyyətini dərk edir: dəyər şüuru sistemi
yaradır, onun üçün bu və ya digər təbii və ictimai hadisələrin
əhə
41
Dostları ilə paylaş: |