Təbiətdə və cəmiyyətdə
üzvü bütövlük, tamlıq,
sistcmlik haqqında ilk təsəvvürlər hələ qədim fəlsəfədə
yaranmışdır. Qədim Çin fəlsəfəsində (Lao-Tszı, Konfutsi) o
Dao kateqoriyası, qədim yunan fəlsəfəsində (Platon, Aristotel)
Loqos anlayışı ilə ifadə olunurdu. Bu hər iki anlayış dünyanın
nizamlılığı, mütəşəkilliyi, onun təşkil edən hissələrin üzvi
vəhdəti. Yer və Göy, təbiət və cəmiyyət, şəxsiyyət və
hakimiyyət haqqında eyni fikirlər ifadə olunurdu. Lakin
sistemlilik problemi daha ətrafli XIX-XX əsr mütəfəkkirləri -
Kont, Spenser, Marks, Veber, Sorokin, Parsons və başqaları
işləyib hazırlamışlar. Müasir sosial fəlsəfənin əsas
anlayışlarının hərtərəfli işlənib hazırlanması onlarim adı ilə
bağlıdır. Bu anlayışlara aşağıdakılar aiddir;
Cəmiyyətin element və ya hissəsi sosial sistemin ən
xirda hissəciklərini və ya onun bəzi məcmusunu təşkil edir.
Element və hissə kimi həm ayrı-ayrı adamlar və ya onların
birliyi, həm də onlar arasındakı bu və ya digər münasibətlər,
eyni zamanda bu münasibətlər əsasında yaranan təşkilat və
institutlar çıxış edə bilər.
Göstərilən anlayışlar bütün sosial sistemə nisbətən
nisbətən sadə, daha elementarı ifadə edir. Cəmiyyəti təşkil
edən elementlər, hissələr, sistemaltılar olduqca çoxsahəli,
çoxkeyfıyyətli, ierarxikdir.
Münasibət deyərkən cəmiyyətin hissələri, elementləri
arasındakı müəyyən əlaqə, qarşılıqlı asılılıq başa düşülür.
Münasibət - bir növ görünməz möhkəmləndirici materialdır, o
adamları və cəmiyyəti birləşdirir, onları bütöv monolitə
çevirir. Adamlar arasındakı möhkəm, daimi, təkrarlanan,
münasibət qarşılıqlı fəaliyyət tədricən cəmiyyətdə sabit
qrupların, institutların yaranmasına gətirib çıxarır, onlar da öz
növbəsində öz aralarında bu və
33
ya digər qarşılıqlı münasibəti görürlər. Sosial münasibətin
zənginliyi və rəngarəngliyi inkişaf etmiş demokratik
cəmiyyətin əlamətidir və ya əksinə, onların eyni cür olması,
inkişaf etməməsi bu və ya digər cəmiyyətin totalitar -
qeyri-demokratik xarakterini göstərir.
“Struktura” anlayışı cəmiyyətin sivil səviyyəsini, onda
olan möhkəm əlaqə, münasibətlər sistemini əks etdirir, eyni
zamanda onların əsasında yaranan, cəmiyyətin bütövlüyünü
təmin edən, müxtəlif daxili və xarici təsirlər vaxtı onun
xassələrini qoruyan- sosial qrupların və institutların
məcmusunu əks etdirir. Beləliklə, strukturaya tarixən
formalaşan cəmiyyətin quruluş forması, daxili nizama salma,
onun müxtəlif hissələrinin razılaşması kimi tərif vermək olar.
İctimai həyatı təhlil edərkən tez-tez “subyekt” və
“obyekt” kimi cüt anlayışlardan istifadə olunur. Onlar mənaca
əks olsalar da bir-biri ilə sıx bağlıdırlar. Subyekt deyərkən
sosial fəlsəfə fəallığın daşıyıcısı kimi çıxış edən, passiv hadisə
kimi özünü göstərən obyektə istiqamətlənən fəallığı nümayiş
etdirən insan və ya qrup başa düşülür. Obyekt kimi həm şeylər,
həm də adamlar çıxış edə bilər. Lakin istənilən halda obyekt
deyərkən həmin an subyektin fəallığının istiqamətləndiyi dərk
olunan və ya predmet- praktiki hadisələr başa düşülür.
Nəhayət, sosial fəlsəfədə ümumiləşdirici anlayış; sosial
struktur anlayışı sosial orqanizmin bütövlüyünü təşkil edən
sosial subyektlərin (bu və ya digər obyektlərə münasibətdə)
əlaqə və münasibətlərinin bütün məcmusunu əhatə edir.
Müasir fəlsəfənin sosial orqanizmi təsvir etmək üçün
istifadə etdiyi sadaladığımız əsas kateqoriyalar göstərir ki.
34
sosial sistem əsaslı şəkildə təbii sistemdən fərqlənir. Bu fərqlər
aşağıdakılardır:
1)
cəmiyyəti təşkil edən elementlərin sistemaltılar,
səviyyələr, eyni zamanda onların funksiyalarının, əlaqə və
qarşılıqlı münasibətlərinin çoxluğu:
2)
sosial
elementlərin
müxtəlif
keyfıyyətliliyi,
müxtəlifliyi-onların arasında rəngarəng maddiliklə yanaşı həm
də müxtəlif çalarlı ideal, mənəvi hadisələr də vardır. Ona görə
də, cəmiyyətin tədqiqində həm humanitar, həm də təbiət
elmlərinin istifadə etdiyi kompleks yanaşma daha
məhsuldardır.
3)
sosial sistemin əsas elementinin nadirliyi-insandır, o
geniş yaradıcılıq imkanlarına, öz davranış formalarını sərbəst
seçmək bacarığına malikdir, bu da cəmiyyətin inkişafında
qeyri-müəyyənliyi,
müxtəlifliyi
yaradır.
Bu
fikrin
əsaslandırılması müasir fəlsəfənin əsas mövzularından biridir.
Fəlsəfi fikrin ictimai həyatın xüsusi mürəkkəbliyini və
rəngarəngliyini açması ilə tədqiqatçıların bütün bu
rəngarəngliyi
bir
əsasa,
ümumi
bayraq
altında
ümumiləşdirməyə cəhdləri də güclənir. Həm də filosoflar bu
cəhdlərində digər elmlərin nümayəndələrinin arxasınca
getmişlər - onların hər biri öz sahələrində bu və ya digər “ilkin
kərpicləri” aşkar etmişlər: fizika - elementar hissəciklər, kimya
-atomlar, biologiya - canlı hüceyrələr, psixologiya -
qıcıqlandırıcı hadisələr və s.
Sosial fəaliyyəti cəmiyyətə tətbiq etmək üzərində
düşünən filosoflar uzun diskussiyalardan sonra ümumi qənaətə
gəlmişlər. Bu ümumi qənaət ondan ibarətdir ki, ictimai həyatın
zahirən rəngarəng görünən hadisələri adamların birgə
fəaliyyətinin bu və ya digər müxtəlifliyidir-müasir sosial
fəlsəfənin banisi O.Kont belə güman
35