volor arasındakı mürəkkəb kombinasiyalar gedişində daim
fikir ayrılığı, razılaşmalar yaranır. Fərdlərin davranışı,
cəmiyyətdə olan proseslər dövlətin təkib etdiyi status - rol
münasibətlərinə nisbətən mürəkkəb olur.
Sistemli yanaşma nöqteyi-nəzərindən cəmiyyətin
dinamikasını aşağıdakı kimi təsəvvür etmək olar.
Fərdlərdən gələn innovasiya enerjisinin impulsları,
onların yaratdıqları qurum, vətəndaş cəmiyyəti sistemin
tarazlığını pozdu. Fəaliyyət mexanizmi bu tərəddüdü
söndünnür, lakin cəmiyyət dərhal yeni keyfiyyət əldə etmək
nəticəsində yeni olanlar əldə etmiş olur. Əgər innovasiya
enerjisi böyük olmasa, sosial məkanda dağılmış olsa onda
dəyişiklik az hiss olunan və tədrici ola bilər. Bu vaxt dəyər -
normativ qaydalar praktiki olaraq dəyişmir, yeni hadisələri o
inkar edir. Əgər innovasiya - enerjisi kəskin artsa onda
cəmiyyətdə əsaslı yeniləşmə baş verə bilər. Onun bütövlüyünü
saxlama mexanizminin işini pozan əlamətlər aşağıdakılardır:
-
adamların
əksəriyyətinin
mövcud
status
rol
qaydalarına istiqamətlənmək istəməməsi və ya bunun
mümkünsüzlüyü
-
institutlaşma mexanizminin effektsizliyi, yəni mövcud
əlaqə və münasibətlərin qalmasında, yeni qarşılıqlı fəaliyyətin
inteqrasiyasının mümkünsüzlüyü
-
legitimliyin böhranı, adamların digər - normariv
qaydalara olan inamın itməsi
Nəticədə, sistem vərdiş olunmuş institut çərçivəsində
fərdlərin və bəzi sosial subyektlərin davranışını saxlaya bilmir.
Dəyər - nonnativ istiqamətlərdən məhrum olduğundan onlar ya
depresiyaya düşürlər, ya da bu an olan maraqlarını əldə rəhbər
tutaraq fəallaşırlar, cəmiyyətin simasını müəyyən edən struktur
əlaqə yaradırlar. Bu cür
21
vəziyyət həm fərd həm də cəmiyyət üçün məhvedicidir. Fərd
deictimailəşmə təhlükəsi ilə üzləşir, əxlaq vərdişlərini, öz
davranışını hüquqi cəhətdən nizamlamaq meylini itirir,
primitiv - gedonist istəklərlə yaşamağa başlayır. Cəmiyyət
dağılmağa başlayır, belə ki, o özünə xas olan möhkəm ictimai
əlaqə və münasibətlər yarada bilmir.
Bu proseslər nə qədər dərin və rəngarəng olarsa,
sistemin tərəddüdü bir o qədər geniş olacaqdır, onun
tarazahğma nail olmaq bir o qədər çətinləşəcəkdir. Vərdiş
olunmuş vasitələrlə tarazlığı bərpa etmək imkanı itdikcə o
müəyyənliyi və müəyyən olunmuş inkişaf istiqamətini itirir, öz
yeni vəziyyətini seçmək yolundan uzaq düşür. Cəmiyyətin
inkişafındakı tədricilik pozulur, dəyişikliyin xətti növü üçün
xarakterik olan səbəb - nəticə asılılığı itirir, gözlənilən
sarsıntıların
əlamətləri cəmiyyətin bütün sahələrində
pozulmanın artması ilə müşayiət olunur - dəyər istiqamətləri
dəyişir, iqtisadiyyatda böhran yaranır, ictimai və milli
problemlər kəskinləşir, etirazlar, qiyamlar baş qaldırır,
vətəndaş itaətsizliyi başlayır. Cəmiyyətin müxtəlif sahələrinin
toqquşma nöqtəsi gözlənilməz olur, gözlənilməz qarşılıqlı
fəaliyyət və əlaqə üzə çıxır, vərdiş olunan səbəb - nəticə
əlamətlərinin, münasibətlərinin məntiqi ilə onları izah etmək
olur - bu əlaqə onun pozulmasıdır. Cəmiyyətin yeni siması
gözlənilməz şəraitdə qəflətən dəyişə bilər. Yalnız illər
keçəndən sonra tədqiqatçıların hadisələrin inkişaf zəncirini
aydınlaşdıra, ona vərdiş olunmuş səbəb - nəticə görkəmi verə
bilirlər.
Fərdin transformasiyası onun iki, ən əhəmiyyətli tərkib
hisələrinin - dövlət və vətəndaş cəmiyyəti - qarşılıqlı
münasibətinin mürəkkəb dinamikası nəticəsində baş verir.
Dövlətçilik öz yarandığı vaxtında yeni tip ictimailəşmə yaratdı,
cəmiyyətə yeni-yeni keyfiyyət verdi.
22
əvvəlki həyat və tarixi strategiyasına nisbətən daha effektli
oldu. Dövlət adamların kollektiv ünsiyyət formasıdır,
cəmiyyətin əsas institutudur, adamların və sosial
subyektlərin birgə fəaliyyətini və münasibətini təşkil edən,
istiqamətləndirən və nizama salandır. Dövlətin mahiyyət
xarakteri; a) birlik anı; b) suverenlik e) güe tətbiq etmək
bacarığı; d) mənəvi ideyaların həyata keçirilməsidir. Dövlətin
əlaməti kimi xüsusi idarə və məcburiyyət aparatı olan
hakimiyyət; onun hüquqlarının yayıldığı ərazi; hüquq sistemi -
məcburi normaların məcmusu - ona riayət olunmasını
hakimiyyət orqanları təşkil edirlər - çıxış edir.
Vətəndaş cəmiyyəti qeyri - dövlət münasibətlərinin,
azad fərdlərin, təşkilat və vətəndaş assosiyasiyala- nnın -
0
cümlədən könüllü yaranmış həyat fəaliyyəinin iqtisadi,
siyasi, ictimai və mənəvi sahələrinin ilkin qeyri-dövlət
strukturlarının məcmusudur. Bir az sadə desək, vətəndaş
cəmiyyəti dövlətin orbitinə cəlb olunmayan çoxcəhətli insan
təzahürüdür.
Dövlət və vətəndaş cəmiyyətinin münasibəti çoxsaylı
icmalar baxımından praktiki olaraq uyğun gəlmirlər, tarix
gedişində onlar dramatik, çox vaxt faciəli xarakter daşımırlar.
Bir tərəfdən müxtəlif tiranlar, diktatorlar, avtoritar dövlətlər
cəmiyyət üzərində hökmranlıq etmişlər, totalitar rejimlər isə
cəmiyyətdən cəmiyyətdə olan kortəbiiliyin baş qaldırması
praktiki olaraq onu qarışıqlığa dövlətin dağılmasına
aparmışdır. Onlar arasında harmonik balans yaratmaq çətin
olmuşdur - hətta əsrlər boyu yüksək mədəniyyət ənənələri
olan, demokratiya prinsipləri ilə yaşayan dövlətlər belə -
Yunanıstan, İtaliya. Almaniya və s. - bu çətinlikdən yaxa
qurtara bilməmişlər.
23