Deməli onun ayrılmaz xarakteri dərk olunmadır. Şüurlu
şəkildə qarşıya qoyulan məqsədin əsası dəlillər, maraqlar,
ideallar, dəyərlər sahəsindədir. Bu nöqteyi- nəzərdən eəmiyyət
şüurlu qrup halında qarşılıqlı fəaliyyət, kollektiv fəaliyyət
mübadiləsi dünyasıdır.
Fəaliyyət gedişində insan başqa adamlarla müxtəlif,
çoxsahəli münasibətə girir. Bu vaxt fəaliyyət gedişində
yaranan münasibət onun zəruri ietimai forması kimi çıxış edir.
Ümumiyyətlə, adamların istənilən qarşılıqlı fəaliyyəti labüd
olaraq ietimai xarakter kəsb edir. İctimai münasibətləri
fəaliyyət prosesində ictimai qruplar, eyni zamanda onların
daxilində yaranan qarşılıqlı fəaliyyət və qarşılıqlı əlaqə forması
kimi müəyyən etmək olar. Bir halda ki, bu münasibətlər - həm
maddi, həm də mənəvi - yüksək səviyyədə mücərrədliyə
malikdirlər, onlar onu istehsal və təkrar istehsal edən adamların
iradə və şüurlarından asılı olmayan obyektiv reallıqdır.
Həm fəaliyyət, həm qarşılıqlı fəaliyyət, həm də ictimai
münasibət ilk növbədə çoxsahəli ölçülərdə sabit həyat
təminatına yönəlmişdir, yəni cəmiyyətin və onu təşkil edən
insanların fəaliyyət göstərməsi üçün zəruri və kifayət edən
şəraitin yaradılması və onun sonrakı inkişafının təmin
edilməsini nəzərdə tutur. Bura adamların əsaslı təlabatlarmm -
fizioloji, təhlükəsizlik və sabitlik, hansısa qrupa olan məhəbbət
və mənsub olması, qəbul olunması, özünü təsdiqi bilik və başa
düşülməsi, estetik durumunun təmin olunması daxildir. Burada
olan ilk iki təlabat ilkin (anadangəlmə), sonrakılar isə ikinci -
(mənimsənilmiş) hesab olunur. Həm də təlabatlarm yüksəlməsi
sanki birincinin (aşağı)ikinciyə (aliyə) keçməsi kimi görünür.
Hər bir səviyyənin təlabatları fərd üçün yalnız o vaxt aktual
olur ki, əvvəlki təlabatlar
12
ödənilmiş olsun. Bu dominant prinsipidir, yəni bu an
hökmranlıq edən təlabatdır.
Cəmiyyəti təşkil edən adamların varlığı təlabatların
ödənilməsi uğrunda gedən daimi mübarizəni təşkil edir.
Onların davranışı - məqsəd və nəticələrə çatmağa
istiqamətlənən orqanizm və ruhun reaksiyasıdır. Yalnız
adamların bir-biri ilə qarşılıqlı fəaliyyəti nəticəsində baş verən
və yalnız cəmiyyətdə mümkün olan fəaliyyət prosesində bu
təlabatların yerinə yetirilməsi imkanı yaranır. Məlum şərait
çərçivəsində bu model cəmiyyətin özünə də keçirilə bilər.
Təbii ki, burada təlabat onun yerinə yetirilməsinin forma və
mexanizmləri bir az başqa xarakter daşıyır. Doğrudur bir
tərəfdən təlabat və adamların fəaliyyəti, digər tərəfdən
cəmiyyət bir-birinə zidd olsalar da hər bir tərəfin öz şəxsi
təlabatlarmı təmin etməyə göstərdiyi cəhdlər onların qarşılıqlı
inkişafına kömək edir.
Mədəniyyət keçmiş nəslin təcrübəsini, ənənələrini,
biliyini, dəyərlərini toplayır, bunun hesabına tarixi tale ilə
birləşən adamların şüur və davranışında sosium üçün dəyər -
əhəmiyyət kəsb edən nümunələr yaranır. Bununla çoxsaylı
icmalar, birliklər və təsisatların həlqəsi arasında təbii əlaqə
yaranır. Mədəniyyət özünü yaradıcı, həyat qumluşu amili,
ictimai novasiya mənbəyi kimi göstərir, sistemli inkişafa
tonallıq və xarakter verir. Mədəni prosesin məzmunu kimi
insanın öz inkişafı çıxış etdiyindən mədəniyyət faktiki olaraq
subyektin ictimailəşməsi üsulu kimi çıxış edir.
Sosial varlıq və kommunikasiya mexanizmi
deyərkən biz böyük cəmiyyətin qurulması gedişində yaranan,
onun inkişafa olan təlabatmı ifadə və təmin edən, yüksək
mücəiTədlik səviyyəsilə xarakterizə olunan.
13
şeylərin predmetliyi üzərində yüksəlməsi bacarığını tələb edən
fenomenləri nəzərdə tuturuq. Onlara təfəkkürün məntiqi
formaları, hakimiyyət, dövlətçilik, sosial institutlar, hüquq,
yeni ünsiyyət formaları, pul, dünya dinləri və s. aiddir.
Məsələn, lokal cəmiyyətin adamı emosional- bədii düşünür,
əks fikirlər onun yanındadır, ancaq o bu ziddiyətləri hiss etmir.
O belə təsəvvür edir ki, şıltaqlıq, tərsliyi ilə yaşayan hər bir
varlıq, hər bir şey onun özü kimi başa düşülməz,
gözlənilməzdir. Məntiqi baxımdan mühakimənin insan üçün
daxili məcburi qüvvəsi var. Əgər fikir varsa adekvatdırsa onun
öz immonent həyatı var, şıltaqlığı ilə yox, daxili zəmrəti ilə
determinasiya edir. Məntiqin işlənib hazırlanması, onun
gücünün aydınlaşdırılması ilə müasir sivilizasiya başlayır, bu
gün də müəyyən xüsusiyyətlərini səmərəlilik əsasında qurur.
Əgər hakimiyyət haqqında danışsaq onda böyük
cəmiyyətin birinci simaları artıq hamı bir yerə toplaşanda və
lokal icmanın həyatı üçün vacib olan məsələləri müzakirə
edəndə əvvəlki kimi daha idarə edə bilmirdilər. İdarə orqanları
- müasir anda primitiv görünsələr də - yaranır, onların əlində
hakimiyyət var. Qanun, əmrin müəllifləri çox vaxt görünmür,
qanunların və əmrlərin özləri də mücərrəd formada - dövlət
tərəfindən verilən və məvburi tənzimləyici gücü olan mətn,
kağız, qanun formasında olurdu. Qanun görünmür, hiss
olunmur, lakin məcburidir. Emosional baxımdan istənilən
əhval- ruhiyyədə olan adam üçün o obyektiv verilən qanundur -
hətta böyük fərd, müasir cəmiyyət üçün o lokal icma adamları
üçün balta və mənzilin olduğu qədər realdır. Mücərrədliyin bu
sırasına pul da aiddir. O mübadiləni, əmtəə dövrüyyəsini
inkişaf etdirməyə kömək edən mücərrəd ən ümumi əlaqədir (
dəyər ölçüsü, ödəmə
14
Dostları ilə paylaş: |