qruplar
arasında
qarşılıqlı
fəaliyyətin,
əlaqələrin,
münasibətlərin məcmusu.
Qeyd etmək lazımdır ki, sosioloqlar üçün ayrı-ayrı
adamları, onların birlik və təşkilatlarını öyrənmək sosial
qarşılıqlı münasibətləri tədqiq etməkdən asan olmuşdur.
Məsələ ondadır ki, adamlar arasındakı əlaqə və qarşılıqlı
münasibət yetkin, möhkəm deyil, qeyri-maddi xarakter daşıyır.
Məhz buna görə də ictimai həyatdakı bu yetkin olmayan əlaqə
və münasibətlər dərhal başa düşülməmişdir. Lakin güman
etmək olar ki, onların əhəmiyyətli rolunu adamlar çoxdan
intuitiv səviyyədə hiss etmişlər- bunu belə bir fakt təsdiq edir
ki, adamlar arasındakı mənəvi əlaqə arasında yaranan
əhəmiyyətli sosial institutlar olan biri din termini ilə ifadə
olunmuşdur-bu “reliqare” latın sözü olub, münasibət, əlaqə
deməkdir. Lakin onların rolunun qiymətləndirilməsində
ehkam- çılıq hələ də qalmaqdadır. Onlardan ən geniş
yayılmışı iki çaşqınlıqdır; ifrat fərdiyyətçilik və anarxizm:
mübariz kohektivizm, onlardan ən təhlükəlisi təzahürü
faşizmdir.
İfrat fəaliyyətçilik və ya sosial nigilizm baxımından
yalnız ayrı-ayrı adamlar, şəxsiyyətlər mövcuddur, ictimai
əlaqələr, qarşılıqlı münasibətlər deməli, həm də cəmiyyət
mövcud deyildir. Buradan belə qənaətə gəlmək olar ki,
“cəmiyyət kateqoriyası” uydurmadır, sırf cəfəngiyatdır, onun
arxasında real heç nə dayanmır. Bu cür yanüşmanm nəticəsi
anarxizmdir, onlar obyektin, ictimai əlaqənin, qarşılıqlı
fəaliyyətin rolunu inkar edirlər, deməli, müxtəli ictimai
təşkilatların və dövlətin də əhəmiyyətini qəbul etmirlər. Rus
sosioloqu, anarxizmin görkəmli nəzəriyyəçisi, “dövlətsiz
cəmiyyət” konsepsiyasının yaradıcısı P. Kropotkinanm
fikrincə, şəxsiyyətin azadlığı “yalınız o
30
vaxt mümkün olacaqdır ki, birliyin əsas ideyası tam azadlıq,
hakimiyyətin olmaması - anarxiya olsun”.
Əksinə, ifrat, mübariz kollektivizmin tərəfdarlarının
fikrincə, “cəmiyyət”, “dövlət” anlayışları ilə ifadə olunan
sosial hadisələr yalnız real mövcud olmayıb, həm də
cəmiyyətin təşkil olunduğu fərdlərdən fərqli olaraq, daha
3
diksək dəyərə malikdirlər. Bu konepsiyanm məğzi belədir;
“yalnız cəmiyyət, cəmiyyətdən başqa heçnə tək cəmiyyət
mövcuddur”. Bu konsepsiyanın tərəfdarlarının fikrincə,
ayrı-ayrı adamlar daha geniş bütövün yalnız bir hissəsi Hegel
demişkən, “anıdır” - ayaqlar və əllər insan hədənin hissələri
olduğu kimi onlar ayrıca mövcud deyillər. Şəxiyyətin, ayrıca
adamın rolunu açıq şəkildə aşağı salan bu Hegel konsepsiyası,
onun davamçıları, xüsusən K.Marks tərəfindən tənqid
olunmadan qəbul olunmuşdur - sonradan Marksm bu mövqeyi
kəskin tənqidə məruz qalmışdır. Rus filosofu N. Berdyayev
yazırdı; “Marks gözəl sosioloq, ancaq zəif antropoloq
olmuşdur. Marksizim cəmiyyət problemini qoyur, ancaq insan
problemini qoymur, onun üçün insan cəmiyyətin
funksiyasıdır, iqtisadiyyatın texniki funksiyasıdır. Cəmiyyət
ilkin fenomen, insan isə epifenomendir”
Mübariz kollektivizmin konsepsiyasının ardıcıl həyata
keçirilməsi totalitar siyasi rejimin bu və ya digər növünün
bərqərar olması gətirib çıxarır - bu vaxt cəmiyyət şəxsiyyəti
tam özünə tam tabe edir, onun şəxsi həyatının bütün
məqamlarını - ən xırda detallarına qədər, həta güc tətbiq
etməkdə, zorla bu və ya digər dəb rəqs və s. standartları tətbiq
etməklə - nizamlamağa cəhd edir. Bu ehkamlarda olan nəzəri
xarakterə baxmayaraq tarixi təcrübə göstərir ki, onlar bir çox
insan əzablarının və
31
bədbəxtliyinin mənbəyi ola bilərlər - bu da dünyagörüşü
çaşqınlığının nə qədər təhlükəli olduğunu göstərir.
Əlbəttə, ictimai təşkilatın iki göstərilən komponentləri -
adamlar və onların qarşılıqlı münasibəti - hələ cəmiyyətin
mürəkkəb strukturunu tam əhatə etmir. Onlar yalnız onun iki
əsas, aparıcı dayaqlarıdır.
Əslində isə cəmiyyətin strukturu iki ölçülü deyildir, o
mürəkkəbdir, çoxölçülüdür, müxtəlif hissələr və elementlərdən
ibarətdir - çoxcəhətli sosial hadisələrin dərk olunmasında
əlverişlilik yaratmaq üçün onlar bu iki komponentdə
cəmləşdirilmişdir. Təbii ki, real mövcud olan canlı cəmiyyət
qarşımızda rəngarən çalarları, sonsuz element və hissələrin
çoxluğu ilə dayanır. Sosoial sistem özünün sistemaltısı kimi
maddi, mənəvi və həyatın digər sahələrini qəbul edir - onların
hər birinin öz komponentləri var. Belə ki, mənəvi sahə özündə
din, elm, incəsənət, hüquq, əxlaq və s. birləşdirir. Cəmiyyətin
bütün bu müxtəlif hissələri bir-biri ilə bağlıdır, çoxlu əlaqələr,
qarşılıqlı fəaliyyət hesabına bir-birinə qarışmışdır - bu da sosial
strukturun ayrı-ayrı elementlərini vahid tam halında birləşdirir;
bu hüceyrələr arasında bədən əlaqəsini canlı orqanizmi
yaratmasına bənzəyir.
Şübhəsiz ki, cəmiyyət təbiətdən həm fiziki, həm də
bioloji cəhətdən əsaslı şəkildə fərqlənir, öz mürəkkəbliyi ilə
seçilir. Ona görə də sosial sistemin sosial - fəlsəfi təhlilində
mürəkkəb anlayışlar aparatından istifadə olunur. Təbiət
sistemini təsvir etmək üçün geniş tətbiq olunan “elemenf’,
“münasibəf’, “təşkilaf’, “sistem”, “struktur” anlayışlarla yanaşı
sosial fəlsəfədə “subyekt”, “obyekf’, “ideal”, “sosial fəaliyyəf’
və s. kimi xüsusi anlayışlardan da istifadə olunur. Bu anlayışlar
aparatının yaradılması fəlsəfi fikrin inkişafının uzun tarixi
prosesinin nətieəsidir.
32
Dostları ilə paylaş: |