34
üçün neftayırma zavodu tikdirdi. Buralarda "ingilis potaşı" kimi tanınan kaustik soda ilk dəfə İngiltərədən
Bakıya gətirildi. Bununla da əvvəlkilərdən fərqli və keyfiyyətli fotogen istehsalı başlandı. Çox keçmədən
fotogen istehsalının sirləri bütün dünyaya yayıldı, 1869-cu ildə Bakıda artıq 23 fotogen zavodu var idi. Onlar
birlikdə gündə 100 pud fotogen ayıra bilirdilər.
Müqavilə sistemi ləğv ediləndən iki-üç ay sonra Bakıda fotogenayıran zavodların, sexlərinin sayı sürətlə
artmağa başladı. Çox vaxt belə sexləri bəziləri öz yaşayış evlərində açırdılar. Sexlərin hamısında yanacaq üçün
xam neftdən istifadə edirdilər, o da yaxşı yanmadığından bütün şəhəri his təbəqəsi örtmüşdü. Şəhər sakinləri
belə vəziyyətə qarşı etiraz bildirdiklərindən, hökumət yeni fotogenayıran zavod və sexlərin tikilməsini qadağan
edir, mövcud olanları bağlayırdı. Yeni zavodların tikintisinə şəhərdən 1,5 mil aralıda bu məqsədlə ayrılmış
sahədə icazə verilirdi. 1873-cü ilin yazında həmin sahədə iş qaynayırdı. Yarım il ərzində səksən fotogen zavodu
və sexi tikildi və işə salındı.
Bakı nefti başlıca olaraq, əksərən (hasil edilən neftin 9/10 hissəsinədək) İranda satılırdı. İlk baxışdan
qəribə görünən bu vəziyyət onunla şərtlənirdi ki, satışa daxil olan xam, emal edilməmiş neft işıqlandırma üçün
(o vaxt neftdən yalnız bu məqsədlə istifadə olunur, yanacaq kimi qətiyyən işlədilmirdi) əlverişli deyildi. Bu cür
neft yalnız ən az tələbkar istehlakçıları qane edə bilərdi, çünki yandırılarkən həddən artıq tüstü və his verirdi.
Parlaq, rəvan və uzun müddət işıq verən ağ neft isə işıqlandırıcı material kimi bütün Avropada çox tezliklə geniş
yayıldı. Bundan əlavə, xam neftdən ağ neft alınması prosesinin özü sonradan bütöv bir sıra yeni neft
məhsullarının kəşfinə və isitmə məqsədləri, eləcə də texnikanın ən müxtəlif ehtiyacları üçün istehsalına təkan
verdi. Xam neftdən ağ neft alındıqdan sonra, yerdə qalan neft tullantılarının utilizasiyası nəticəsində mazut,
maşınlar üçün müxtəlif sürtkü yağları, benzin və s. istehsal olunmağa başlandı.
Peterburqda çıxan "Qolos" qəzeti 1880-ci ildə D.İ. Mendeleyevin Bakıdan məktubunu dərc etmişdi.
Məktubda deyilirdi: "Uca səslə söylənməli olan başlıca həqiqət budur: burada olan neft qədər zəngin neft hələ
indiyədək heç yerdə yoxdur. Mən Pensilvaniyanı və oradakı mədənləri görmüşəm və tam qətiyyətlə bildirirəm
ki, burada heç şübhəsiz, daha çox neft var və onun çıxarılması daha asandır... Bu günlərdə Beybətdə
(Bibiheybətdə-red.) dənizin lap yaxınlığında Tağıyev cənablarının mədənlərində yeni fontan vurmuş və o,
mənim oğlumun adı ilə adlandırılmışdır. 50 sajenlik həmin quyunu orada olan mahir texnik cənab Lents
qazmışdır. Onun üsulları son dərəcə diqqətəlayiqdir və yerli torpaq şəratinə uyğunlaşmışdır. Biz orada olarkən
qazma quyusunu tamam təmizlədilər və o, 10-15 dəqiqədən sonra elə bir fontan vurdu ki, neft, çəkisi 20-30 fut
olan daşları kənara tullayırdı. Həm də burada fontanları dayandırmağı və onların işini tənzimləməyi bacarırlar.
Məsələn, cənab Kokorevin 1 fontanı var, o hər yarım saatdan bir açılır. Neft olduqca çoxdur... İndi bu nefti işə
cəlb etmək, onunla Rusiyanı, Şərq ilə Qərbi işıqlandırmaq və yağlamaq gərəkdir. Təkcə bakılılar bunun
öhdəsindən gələ bilməzlər. Onlar öz işlərini görmüş və bunun öhdəsindən şərəflə gəlmişlər. Yeni qüvvə və ağıl,
uzaqgörənlik və cəsarət gərəkdir...".
4 ildən sonra Suraxanı zavodu artıq ildə 100000 pud ağ neft hasil edirdi ki, bununla da Bakı, Tiflis və bir
sıra digər şəhərlər işıqlandırılırdı.
D.İ.Mendeleyev bu tövsiyələri ilə işini bitirmədi. O, Bakı neft mədənlərinin iqtisadiyyatını və texniki
təchizat vəziyyətini diqqətlə öyrənmişdi. Onun rayonlardan nefti vurmaq üçün neft emalı zavodlarına, eləcə də
dəniz gəmilərinə nefti doldurmaq üçün neft zavodlarından limanlara xüsusi borular çəkilməsi barədəki tək-
lifləri daha diqqətəlayiq idi.
Mendeleyevin Bakıya sonrakı üç səfərinin dünyada neft elminin müxtəlif sahələrinə dair biliklərin tək-
milləşməsi və genişlənməsində çox böyük əhəmiyyəti olmuşdur. Dahi rus alimi D.İ.Mendeleyev ötən yüz ilin
70-ci illərdə neftin mənşəyinin karbid nəzəriyyəsini yaratmış və neftin fasiləsiz emalı prosesini işləyib
hazırlamışdı.
O, özünün "Bakinskoe neftmnoe delo" kitabında 1886-cı ildə yazırdı: "Bakıda gördüklərim və
öyrəndiklərim məndə belə bir fikir oyatdı ki, Rusiyanın mərkəzində zavodlar yaradılması barədə daha ucadan və
daha təkidlə danışmaq hər şeydən mühümdür — bunun vaxtı çatmışdır".
Hələ Rusiyada sahibkarlıq inkişaf etməmişdən öncə, onun iri manufaktura müəssisələri başqa etibarlı
enerji mənbəyinə malik olmadıqlarından, Azərbaycan neftinə və neft məhsullarına kəskin ehtiyac duyulurdu.
Azərbaycan neft sənayesinin inkişafının ilk dövrlərində Bakıda rus, xarici və yerli kapitalın hesabına yaradılmış
(V.A.Kokorev, Libix, N.İ.Vitte, Veyzer, D.Məlikov və H.Z.Tağıyevin zavodları) iri neftayırma zavodlarının
meydana çıxması məhz bununla izah olunurdu. Rusiyanın hər yerində sənaye müəssisələrində qazanların
qızdırılması üçün, parovoz, paroxod, maşın və daxiliyanma mühərriklərində onlardan istifadə, demək olar ki,
təxminən
1865-ci ildən başlandı — Qafqaz Dağ-mədən idarəsi rəisinin yazdığı kimi, qısa müddət ərzində böyük
uğur qazanaraq elə bir mərhələyə çatdı ki, bunu təkcə Qərbi Avropada deyil, hətta Şimali Amerikada da
görmürük. Neftlə qızdırma işində Rusiya bütün digər dövlətləri özündən geridə qoydu.
1877-çi ildə xam neftdən ağ neft alınması üçün aksiz vergilərinin ləğvi, Bakının və bütün Rusiyanın
zavodlarında neft emalının nəzərə çarpacaq yüksəlişinə səbəb oldu. Bakıda və Rusiyanın digər şəhərlərində
neftayırma zavodlarının və neftdən alınan məhsulların miqdarı sürətlə artırdı. 1879-cu ildə yeni inşa edilmiş,