38
fikri dəstəkləsələr də, yuxarı orqanlar bu müraciəti siyirmələrinə atıb saxladılar. Bütün bunlara baxmayaraq,
sonrakı il (1878) hökumət dəmir yolunun çəkilməsinə başladı və 1879-çu ilin aprelində onun açılışı oldu. Dəmir
yolunun son stansiyalarından biri Sabunçu ərazisində idi. Bunun üçün göl əvvəlcədən torpaqla doldurulub
qurudulmuşdu. Dəmir yolu burada haçalanır, bir qol Suraxanıyadək, ikinci qol isə on ikinci sahə boyu
Balaxanıyadək uzanırdı. O biri stansiya isə Bakı ilə Qara şəhər arasında tikilmişdi. Neft dəmir yolu ilə ya
çəlləklərlə, ya da sisternlərlə daşınırdı. Neft istehsalçılarından birinin xahişi ilə dəmir yolu idarəsi Sabunçu
stansiyası ilə onun mədəni arasında boru kəməri çəkdi. Nasos stansiyası dəmir yolu stansiyasından hündürdə
yerləşdiyindən, neft öz ətaləti ilə boru ilə axaraq sisternlərə doldurulurdu. Nobel qardaşları 1877-çi ildə
özlərinin xüsusi boru kəmərinin çəkilişinə başladılar, 100000 funt-sterlinqə başa gələn bu kəmər işə düşdüyünün
birinci ili ona qoyulan xərci çıxartdı. Sənayenin bu sahəsinin bugünki əhəmiyyətini nəzərə alaraq, bu ilk boru
kəməri haqqında bəzi məlumatları oxucuya çatdırmaq maraqlı olar. 108000 pud neft tutan çənlərin quraşdırıldığı
mərkəzi dəmir yol stansiyası Balaxanıda, 15-ci sahənin yanında Qara şəhər səviyyəsindən 210 fut hündürlükdə
tikilmişdi. Neft mədənindən 27 at gücündə olan buxarla işləyən nasosun köməyi ilə xam neft 5 düymlük boru ilə
saniyədə 3,5 fuq sürətilə bu stansiyaya vurulurdu. Boru kəmərinin maksimum gücü gündə 80000 pud idi. Xam
neft Balaxanıdakı əsas çənlərə ayrı-ayrı mədənlərdə quraşdırılmış kiçik nasosların köməyi ilə vurulurdu.
Mərkəzi stansiyada neft dəmir çənlərə yığılır, buradan da az həcmli boru kəmərləri vasitəsilə bəzi neftayırma
zavodlarına ötürülürdü, çünki artıq bu zavodların sahibləri neftin belə nəqlinin əhəmiyyətini və üstünlüyünü
başa düşmüşdülər. Zavodlara neft Balaxanıdakı böyük və güclü nasos vasitəsilə vurulurdu. Neftayıranlar bir
neçə il Nobel qardaşlarına 6,25 mil məsafəyə nəql olunan neftin hər pudu üçün beş qəpik ödəyirdilər. Bir neçə
ildən sonra onun qiyməti 1,5 qəpiyə düşdü. İlk boru kəmərinin inşası və neftin onunla nəqli araba sürücülərinin
işinə son qoydu. Qəzəblənmiş arabaçılar gəlirli işləri əllərindən çıxdığı üçün bu kəmərə çoxlu ziyan vururdular.
Buna görə də Nobel qardaşları müəyyən məsafədə gözətçi postları qoymaqla öz ilk neft kəmərlərini qorumağa
məcbur oldular. Nobel qardaşlarının boru kəməri tikilib başa çatandan çox keçməmiş, Bakı neft şirkəti onun
nümunəsini təkrar etdi, özünün 15-ci sahəsini boru kəməri ilə Suraxanı neftayırma zavoduna, ordan da Zıq
burnundakı limana birləşdirdi. Bu boru kəmərinin ümumi uzunluğu 9-11 milə qədər idi.
1878-ci ilin sonuna yaxın daha 3 yeni kəmərin inşasına başlandı. Sahibkar Mirzəyev 9-cu sahə ilə
Bakıdakı neftayırma zavodu arasında 4 düymlük borudan 9 mil məsafəlik kəmər çəkdirdi. Bu kəmər hər gün
50000 xam neft nəql etməyə qadir idi. Ondan sonra Lianozov özünün 7-ci sahəsindən Qara şəhərə boru çəkdirdi,
kəmərin uzunluğu 9,3 mil, borunun diametri 3 düym, gündəlik nəqletmə gücü 25000 pud idi. "Kaspi" şirkətinin
çəkdirdiyi üçüncü boru kəməri sonra davam etdirilməyib. Bu kəmər vasitəsilə quyulardan neft Sabunçu
dəmiryolu stansiyasına vurulur, buradan da sisternlərlə Kapsıla daşınır, sonra yenə boru vasitəsilə şirkətin
yaxınlığındakı neftayırma zavoduna nəql olunurdu. Bu boru kəmərinin ümumi uzunluğu 60 mil idi.
Mexanizmlərlə quyu qazılmasının ikinci ili Xəzər dənizi ilə neftin daşınması yaxşılaşdı. O vaxta qədər
neft çəlləklərdə gəmilərlə daşınırdı. 25 pud neft tutan çəllək Bakıda 10-12 rubl idi, istifadə olunandan sonra
Rusiyada 3 rubla satılırdı. Beləliklə, emaldan sonrakı qalığın qiyməti Bakıda 1 pud üçün 5 qəpik olanda, o
Nijniyə 83 qəpikdən ucuz daşına bilməzdi. həmin dövr üçün qiymətlər aşağıdakı şəkildə idi:
Cədvəl 2
Rubl
Qəpik
Bakıda 25 pud
qalığın qiyməti
1
25
Çəlləyə görə
çəkilən xərc
9
0
Nijniyədək daşınma
və boşaltma hər pud
üçün 42 qəpik
10
50
Cəmi
20
75
Çəlləyin və daşınma qiymətinin yüksəkliyi Amerikadan idxal olunan lampa nefti ilə müvəffəqiyyətlə
rəqabət aparmağa imkan vermirdi. Belə ki, neftayırma sənayesinə tətbiq olunan aksiz vergisinin ləğvindən sonra
bir neçə il Amerikadan idxal olunan lampa neftinin həcmi Rusiyanın bu məhsulla təchizatını ötüb keçmişdi. İlk
dəfə Xəzər dənizi ilə nefti tankerlə daşımaqa 1874-çü ildə həştərxanlı tacir Artimiyev, sonra isə Raqozin və
Şipov cəhd etdilər. Bu taxta gəmilərin bir xüsusiyyəti ondan ibarət idi ki, neft birbaşa gəmiyə doldurulmurdu.
Dəniz suyunun təzyiqi gəminin gövdəsini sıxdığından, gəmidəki neftin kənara təzyiqi gövdəni dağılmağa
qoymurdu. Ancaq neft elə doldurulmalı idi ki, neftin səviyyəsi dəniz suyunun səviyyəsindən aşağı olsun. Ancaq
bu gəmilər elə tikilmişdi ki, dibləri dəniz suyu səviyyəsində idi. Buna görə də göyərtəyə əlavə çən qoyulur və
qalan yerlərə də çəllək yerləşdirilirdi. Neftin tankerlə Volqa çayı ilə daşınması hər pud üçün qiyməti hətta 30
qəpiyə endirdi.