42
neftdaşıyan gəmilər inşa etdirsinlər. Məhz bu minvalla gəmi sahibləri, neft sənayeçiləri və tacirləri Bakı
mədənlərindən çıxan neftin Avropa bazarlarına yola salınması imkanının mümkün olduğunu dərk etdilər.
Dünya neft ticarətində yeni bir mərhələ olan gəmi ilə yük daşınması üsulunun inkişafı onunla nəticələndi
ki, neft istehsalçıları özləri məhsulun Avropanın və Uzaq Şərqin ən kiçik nöqtələrdə yerləşən kiçik istehlakçılara
belə çatdırmağa başladılar. Rusların bu sahədə birinciliyi amerikalıları da bu üsuldan istifadə etməyə
ruhlandırdı.
Bakıda məşhur neft şirkətinin təsisçisi L. Nobelin sifarişi ilə "Motalo" şirkətinin zavodunda inşa edilmiş
ilk neft daşıyan "Zoroastr" paroxodu Xəzərdə 1877-ci ildə göründü. Onun polad korpusunun uzunluğu 184 fut,
eni 27, suya oturma həcmi 9 fut idi.
Çox keçməmiş Lyüdviq Nobel İsveçin "Motalo" şirkətində özü üçün "Svist" və "Lyüdviq Nobel" adlı iki
gəmini inşa etdirdi. Onların hər birinin uzunluğu 286 fut olmaqla, on bir dəniz mili sürət götürürdü. "Svist"
gəmisi birinci yükü — xam nefti Batumdan Londona gətirdi. Nobel qardaşları İsveç tərsanələrində ayrı gəmilər
də inşa etdirmişdilər, onlardan biri, "Blesk" adlı gəmi 1890-cı ildə inşa olunmuşdu. Bu gəmilər hissə-hissə
kanallar vasitəsilə Həştərxana gətirilir, burada quraşdırılır və Bakıya yola salınırdı. Onlar uzun illər Xəzər neft
donanmasını təşkil edən ilk və ən uqurlu gəmilər idi. "Lyüdviq Nobel" gəmisi uzun illər Baltik dənizində Sankt-
Peterburqla Finlandiya arasında müntəzəm olaraq neft daşımışdı.
Atlantik okeanında ilk neft daşıyan "Ferqusons" gəmisi 1880-cı ildə Midlsboroda "Kregerlər və oğlu"
şirkəti tərəfindən inşa edilmiş, sonralar "Petram Kasuel və şirkəti" tərəfindən tanker halına salınmışdı. Bu gəmi
1885-ci ildə "Lennard və oğlu" şirkətinin mülkiyyətinə keçdi. Gəmidə çənlər elə düzəldilmişdi ki, şey saxlanılan
anbarı xatırladırdı. "Ferqussons" Sena çayında lövbər atıb dayandığı zaman baş vermiş partlayış nəticəsində
məhv oldu.
Atlantik okeanında üzən neftdaşıyan gəmilərindən olan "Qlukauf" gəmisi 2600 ton təmizlənməli nefti
Nyu-Yorkdan Bremenə daşıyırdı. Bu gəmi həmin vaxtlarda iri tankerlərin inşası ilə dərindən maraqlanan
H.F.Suenin layihəsi əsasında Nyu-Kaslda "Armstronq və Mitçel" şirkəti tərəfindən tikilmişdi.
Çən qoyulmuş gəmi ilə İngiltərəyə ilk dəfə neft "Müqəddəs helen" gəmisi ilə, ikinci dəfə isə sonradan
tanker halına salınmış "Petrnana" gəmisi ilə gətirilmişdi. Bu gəmi 1880-cı il dekabrın 11-də Liverpulda 2000 ton
neft boşaltdı. həmin gəmi İngiltərəyə çatmamışdan bir həftə qabaq, "Markiz Sikluna" (sonralar "Atlant"
adlandırılıb) gəmisi Avstriyanın Fiuls şəhərinə kerosin gətirmişdi. Foksa məxsus birinci tankerlər arasında
"Çiquel", "Çarlz harvard" (sonralar "Mineralo" adı verilib) və "Titian" da var idi. Bunlar hamısı sonradan tanker
halına salınmışdı.
Leyn və Makendru buxarla işləyən və çənlərlə təchiz olunmuş gəmilər üçün müqavilələr bağlanmasını
təşkil etdilər. Həmin dövrdən Bakının lampa nefti Avropa bazarlarında tez bir zamanda özünə yer tapdı.
Bu vaxt amerikalılar dünyanın digər bazarlarında da inhisarı ələ keçirmişdilər, ancaq 1886-cı ildə Leyn və
Makendru Rotşildin nəzarət etdiyi şirkətlə, daha dəqiq desək, Xəzər neft sənayesi ticarəti cəmiyyəti ilə
danışıqlar apararaq Bakı neftini şərq bazarlarına çıxarmağa başladılar. Tezliklə, 1886-cı ilin noyabrında gətirilən
böyük miqdarlı neft və neft məhsullarını Şərq ticarətində ən böyük şirkətlərdən sayılan Uollis qardaşları
şirkətinə satmağa nail oldular. Bundan sonra Leyn və Makendru Uollis qardaşları və Xəzər neft sənayesi ticarəti
cəmiyyəti ilə müştərək olaraq, Bakı neftinin metal dördkünc qablarda Uzaq Şərq ölkələrinə ixracını xeyli
artırdılar.
1887-ci ildə onların neft və neft məhsullarını gəmi ilə Birləşmiş Krallığa gətirdikdən sonra Uollis
qardaşları ilə birlikdə tədricən "Kerosin" şirkətinin yaranmasına və neft biznesinin qərarlaşmasına nail oldular.
Bakı neftinin İngiltərədə satışı sürətləndi, əgər 1886-cı ildə Bakı neftinin idxalı 46.814 barrelə və "Kerosin"
şirkətinin təsis olunduğu 1888-ci ildə isə 549.126 barrelə çatdı. Bakı ilə Batum arasında dəmir yolunun çəkilişi
başa çatandan sonra Bakıdan sürtkü yağlarının ixracını parisli Avqust Andrey, antverpenli Çarlz Qud,
hamburqlu doktor Albrext ələ keçirdilər. Onlar bu işin başlanğıcından Bakıda sürtkü yağlarının satışı və
distribusiyası sahəsində aparıcı yeri tutmuş, bu ticarət sahəsini elə inkişaf etdirmişdilər ki, hazırda sürtkü
yağlarının ticarətinin təxminən əlli faizini təşkil edirdi.
1886-cı ildə hartpulda "VII Qrey və şirkəti" tərəfindən Alfred Stüart üçün inşa olunmuş "Bakuin" gəmisi
İngiltərə tərsanəsindən çıxan ilk tanker idi. O, sürtkü yağları daşıyan gəmilər arasında tanker halına daha yaxşı
salınmış gəmi sayılırdı. Gəmidə elektrikdən istifadə olunur, kayutlar kömür əvəzinə buxarla qızdırılır, yemək də
buxar vasitəsilə hazırlanırdı. Bu tanker Perunun Sallao limanında yanğın nəticəsində məhv oldu. Həmin vaxt o,
Talaradakı "London və Sakit okean" neft şirkəti üçün müntəzəm çarter reysləri edirdi.
"Petriana" gəmisi işə düşəndən bir neçə həftə sonra tankerləşdirilmiş "Çiquil" gəmisi Batumdan Fiumeyə
neft daşımağa başladı. Sanderlenddə "R.Tompson və oğlu" şirkətinin tərsanəsində 1889-cu ildə inşa edilmiş
gəmilər arasında birincilərdən olan "Yayflauer" gəmisi Filadelfiyadan çıxandan sonra bütün heyəti ilə yox oldu.
Hebburn-on-Taynda "Hotorn, Lesli və şirkəti" tərəfindən 1886-cı ildə inşa edilmiş "hafiz" tangeri öz dövrünün
uğurlu gəmilərindən idi. 1887-ci ildə gəmi inşası sahəsində tanınmış mütəxəssis E.C.Ridin layihəsi əsasında
"Palmer" şirkəti tərəfindən "Era" (sonra "Abşeron" adını daşımağa başladı) tangeri istifadəyə verildi. Ondan 15
ay sonra həmin şirkət tərəfindən inşa edilmiş "Oka" (sonrakı adı "Broudmayn"dır) tangeri kimi, o da bu tipli