30
gələ bilməmək, yer təkinin vəhşicəsinə istismarı, geoloji xidmətin olmaması, əməyin mühafizəsi sahəsində heç
bir iş görülməməsi — kapitalizmin mütləq hakimiyyəti dövründə Azərbaycan mədənlərinin mənzərəsi belə idi".
Azərbaycan neftçiləri sərt rəqabət şəraitində qazma texnikası və neftin emalı texnologiyasına bir çox ye-
niliklər gətirmişdilər. Məsələn, 1905-ci ildə Balaxanıda dünya neft sənayesində ilk dəfə olaraq kompressor
istismarı tətbiq edildi. 1911-ci ildə Suraxanıda Qaver ilk dəfə hərlənən qazma üsulundan istifadə etdi. Rama-
nada ilk dərinlik nasosları işə salındı, qazlift sınaqdan çıxarıldı və i.a.
Bütün bu yeniliklər 1915-1916-cı illərdə yer qabığının daha dərin qatlarında yeni neft mənbələrinin kəşfi
üçün şərait yaratdı.
1917-ci il yanvarın 4-də neftin qiyməti məsələsi yanacaq üzrə Xüsusi Müşavirədə müzakirə olunmuşdu.
Müşavirədə neftin hər pudunun qiymətini 10 qəpik artırmaq barədə səs çoxluğu ilə qərar qəbul edilmişdi. Neft
bölməsi bürosuna daxil olan neft işbazları "Xüsusi Müşavirənin öz qərarını dəyişməsi üçün bütün tədbirləri
görməyi və Xüsusi Müşavirənin göstərilən qərarı ilə əlaqədar öz fikirlərini təcili qaydada nazirə çatdırmağı"
qərarı almışdılar. Onlar bu fikirdə idilər ki, neftin qiymətini bir pud üçün 15 qəpik artırmaq lazımdır. 1917-ci il
yanvarın 20-də neftin qiyməti məsələsinə Nazirlər Şurası da baxmış və burada da yekdillik olmamışdı: Şuradakı
azlıq qiymətlərin 10 qəpik, çoxluq isə, o cümlədən də, Ticarət və Sənaye naziri Şaxovski 15 qəpik artırılmasına
tərəfdar çıxmışdı. Azlıq neft müəssisələrinin böyük mənfəət qazanmasına dair nümunələr gətirərək, göstərirdi
ki, neftin ən iri istehlakçısı dövlətdir və qiymətlərin çox artırılması əlavə xərclərə səbəb olacaqdır. Nəhayət
göstərilmişdir ki, neftin qiymətlərinin artırılması labüd surətdə kömürün və metalın qiymətlərinin artırılmasına
səbəb olacaqdır. Bu dəlillərə baxmayaraq, Nazirlər Şurası üzvlərinin əksəriyyəti və xüsusən də, Ticarət və
Sənaye naziri 15 qəpiklik əlavə haqq üzərində təkid etməkdə idilər. Yeri gəlmişkən qeyd edək ki, yuxarı hədd
qiymətləri ilə heç kəs ciddi surətdə hesablaşmırdı. Bunlar kifayət qədər xəyali tənzimləmə vasitəsi idi, çünki
duru yanacağın bölüşdürülməsi əslində neft sənayeçilərinin əlində idi.
Neft məhsulları sabit qiymətlərə bəzən yuxarı hədd qiymətlərinin 75%-i qədər əlavə "mükafat ilə" satılır-
dı. 1917-ci ildə elə bir vəziyyət yaranmışdı ki, "neft kəməri stansiyalarının fevralın əvvəlində 24,5 qəpiklik
əlavə haqq ilə qiymətləndirilən ordenləri ayın 15-də artıq 31 qəpik məbləğinə çatmışdı. Bundan sonra neftin
qiyməti bir qədər aşağı düşmüş, ayın 20-dən etibarən, yenidən qalxmağa başlamışdı; ayın son günlərində birjada
müəyyən edilmiş yeni yuxarı hədd qiymətləri sayəsində mükafat qiymətin artımı məbləğində aşağı düşmüş və
bir pud üçün cəmi 14 qəpik olmuşdu".
Sabit qiymətlərin vəziyyəti belə idi. Əslində, onlar heç də sabit deyildi və neft sənayeçiləri üçün çox
əlverişli idi.
1916-cı ilin axırlarında neft sənayesi xeyli dərəcədə dağılmışdı. Bunun əsas səbəbi ümumiyyətlə,
sənayenin dağılması idi. Bakıda fəhlələrin və xırda qulluqçuların əmək haqqının artımı qiymətlərin
bahalaşmasından 70% geridə qalırdı və deməli, əmək haqqının artırılması barədə fəhlələrin tələbləri tamamilə
ədalətli idi. Mədənlər üçün lazımi materiallar bazarda yoxa çıxmışdı. Neft sənayesi 1916-cı il üçün nəzərdə
tutulmuş 10 milyon pud metal əvəzinə yalnız 5 milyon puddan 6 milyon pudadək, yəni normanın 50%-i qədər
metal almışdı; 5500 vaqon həcmində planlaşdırılmış dəmir təbəqəsi əvəzinə 250 vaqon material alınmışdı. Neft
mədənlərində hazırlıq işləri təxminən 50% azaldılmışdı.
Donetsk hövzəsinin inhisarçıları kimi, neft sənayeçiləri də neft istehsalının artımı barədə deyil, onun
gələcəkdə azaldılmasının mümkünlüyü barədə danışırdılar. Neft sahibkarlarından biri deyirdi: "Belə bir şəraitdə
işlərin sürətini artırmaq, ya da mövcud sürəti qoruyub saxlamaq mümkün deyildir... Neft sənayesi indi elə bir
vəziyyətə düşmüşdür ki, onu iflasdan başqa heç bir şey gözləmir".
Neft sənayeçiləri öz mənfəətlərinin azalmasına razılıq vermir və metal çatışmazlığını bəhanə gətirərək,
qazmanı davam etdirmək istəmirdilər. Bu qıtlıq o dərəcədə deyildi ki, lazım gələrsə, neft sənayesinin tələbatını
ödəmək mümkün olmasın. Lakin aydın idi ki, hökumət neftçilərə "kömək etmək", yəni neft inhisarlarının
mənfəətinin azalmaması üçün kömək etmək "istəmirdi". Duru yanacaq bölgüsünün tənzimlənməsi məsələsi
hərbi sənayenin mənafeyi naminə son dərəcə zəruri idi, çünki sabit qiymətlərdən istifadə edən və Donetsk yana-
cağının qıtlığından əziyyət çəkən istehlakçı məmnuniyyətlə neft alırdı. Bunun nəticəsində də bazarda neftə və
mazuta tələbat duyulmağa başlamışdı. "Mühüm istehlakçılar ilə neft şirkətləri" arasında vasitəçi rolunu oynayan
Xüsusi Müşavirə yanında xüsusi müvəqqəti komitə bu cür təzahürlərə qarşı mübarizə aparırdı. 1916-cı il mayın
4-də təsdiq olunmuş qaydalara əsasən, istər hasilat yerindən, istərsə də naviqasiya dövründə neftin gətirildiyi
Volqa körpülərindən duru yanacağın daşınmasına icazə sistemi tətbiq olunmuşdu. Bu qaydalara əməl olun-
masına nəzarət neft istehlakçılarının təminatı üzrə baş müvəkkilə tapşırılmışdı.
Eyni zamanda Dəmir Yolu İdarəsi yanında Neft Komitəsi yaradılmışdı. Komitə baş müvəkkilin tapşırıqla-
rı əsasında plan üzrə daşınmaların yerinə yetirilməsi- nə nəzarət edirdi. Yanacaq üzrə Xüsusi Müşavirə həmçi-
nin su yolları ilə də böyük miqdarda neft yüklərinin daşınması üçün bir sıra tədbirlər görmüşdü ki, bu da dəmir
yollarının yükünün azalmasına səbəb olmuşdu.
Duru yanacaq daşınmasının aylıq planlarından başqa 1916-cı ilin iyununda ilk dəfə olaraq onun Xüsusi
Müşavirə tərəfindən təsdiq olunmuş illik bölgüsü planı da hazırlanmışdı. 1916-cı ilin sentyabrından etibarən neft
məhsullarının daşınması yalnız naryadlar üzrə həyata keçirilirdi. Həmçinin su daşımaları planı tərtib edilmiş,