63
ehtiyaclarını nəzərə alır. Şagirdə dərs prosesində passiv qəbuledici kimi deyil, aktiv yaradıcı
kimi baxılır;
Problemin həlli.
Müəllim ömru boyu şagirdə çevrilir və hər zaman yolları/imkanları axtarır
ki, dərs prosesi şagirdlər üçün çox maraqlı və həvəsli olsun. O, şagirdlərlə, həmkarlarla və
ictimaiyyətlə dialoqun yeni imkanlarını axtarır.
Reflektiv tədrisin əsasında növbəti dörd əsas prinsip durur:
1.
Dəlillərə əsaslanmışdır;
2.
Dialoq xarakterindədir;
3.
Qısa, birdəfəlik fəallıq deyil,
bərqərar olunmuş üslubdur;
4.
Dairəvi xarakteri vardır.
Müəllim refleksiyanı tədrisin əvvəlində aparmalıdır və bu da onun güclü və zəif tərəflərini
eyniləşdirməkdə və peşəkar inkişafın müvafiq fəallıqlarını planlaşdırmaqda köməklik
edəcəkdir, eləcə də, tədris prosesində aparmalıdır və onun vasitəsilə də dərs prosesinin nə qədər
yaxşılaşdırıldığını qiymətləndirir, eləcə də tədrisin müəyyən mərhələsinin sonunda (məs. dərs
ilinin sonunda), onunla da müəllim nailiyyətlərini qiymətləndirir (Donald Schon, 1983) və ötən
təcrübəyə əsaslanaraq yenidən peşəkar inkişaf yolunu planlaşdırır.
Refleksiyanın ən mükəmməl modeli növbəti mərhələlərdən ibarətdir(Gibbs, 1998):
Fərdi iş planı
– öz-özünüqiymətləndirmə əsasında işlənib hazırlanmış plana əsaslanaraq
dəyişikliklərin həyata keçirilməsi;
Təsvir
– dəyişikliklərin həyata keçirilməsinin bu və ya digər mərhələsində nəyin baş verdiyini
təsvir etmək, bu zaman müəllim heç bir nəticə çıxarmır və qiymətləndirmə aparmır.
Hislərin ifadə edilməsi
– müəllim baş verənlərə öz emosiya və reaksiyasını göstərir, amma
analiz etmir;
Qiymətləndirmə
– müəllim baş verənlər arasında nəyin yaxşı və nəyin is olduğunu
qiymətləndirir,
qiymətləndirmə verir;
Analiz
– müəllim növbəti suallara cavab verir:bu vəziyyətdən hansı nəticəni çıxara bilərəm?
Başqalarının təcrübəsini nəzərə almaqla, vəziyyəti necə dəyərləndirərəm? Başqalarının
təcrübəsi mənim təcrübəmdən çox fərqlənir?
Nəticə
– qiymətləndirmə və analizin əsasında müəllim ümumi və konkret nəticələr çıxarır və
növbəti əsas suallara cavab verir: bu vəziyyətdən hansı nəticəni çıxara bilərəm?
Fərdi iş planı
– müəllim suallara cavab verir: gələcəkdə oxşar vəziyyətlərdə necə hərəkət
edərəm? Nəyi başqa cür edərəm? Alınan təcrübəyə əsaslanaraq hansı addımları atmağı
düşünürəm? Və çıxarılan nəticələrin əsasında fərdi iş planını işləyib hazırlayır.
64
Unutmaq lazım deyil ki, refleksiya öz-özünüqiymətləndirmə prosesinin sonu deyil, əvvəlidir.
Reflektiv bacarıqlar onun əhəmiyyətini dərk etməklə başlayır, başa düşülür ki, bu bacarıqlar
məqsədyönlü peşəkar yüksəlişin səmərəli mexanizmlərindən biridir. Refleksiya özümüzə
sual verdiyimiz andan başlanılır, çətinlik qarşısında dayandığımızda və təcrübədə nöqsanlarla
qarşılaşdıqda, bu zaman hadisələr plan əsasında getmirlər. Bu zaman özümüzü gücsüz hiss
edirik və problemin həllində çətinlik çəkirik.
Refleksiya bizə təlim və tədrisdə məsuliyyəti üzərimizə götürməyə və yaxşılaşdırılası
istiqamətləri ayırd etməyə məcbur edir. Reflektiv olmaq onu bildirir ki, özünü müşahidəçi və
“tənqidi yoldaş” ol. Müəllim bütü bunlar üçün hazır olmalıdır, əks halda, tam refleksiya prosesi
əbəs bir səy olacaqdır.
Refleksiya əvvəlcədən planlaşdırılmış, məqsədyönlü, strukturlaşdırılmış olmalıdır.
O, nəzəriyyə və təcrübənin sıx əlaqəsi ilə xarakterizə olunmalıdır, tədris isə onu
müşayiət edən proses olmalıdır, bu da dəyişiklik və inkişafa dəstək verir. Bütün
bunlar isə reflektiv müəllimi formalaşdırır.
IŞ PLANI
NƏTICƏ
TƏSVIR
ANALIZ
HISLƏR
QIYMƏTLƏNDIRMƏ
65
Beləliklə, nə üçün refleksiv tədris və reflektiv müəllim?
Refleksiya müəllimə imkan verir ki, müəllim kimi rolunu yenidən başa düşsün. O, ola bilər:
aparıcı, qiymətləndirici, təşkilatçı, iştirakçı, resursların meneceri, fasilitator, yol verən,
tədqiqatçı və s. (Wang, 2000);
Reflektiv tədris peşəkarlığı artır. Öz tədrisi haqqında yaxşı məlumatlandırılmış müəllim
onun peşəkar inkişaf səviyyəsini daha yaxşı qiymətləndirir ki, hansı istiqamətdə dəyişiklik
lazımdır, peşəkarcasına böyüyür;
Reflektiv tədris müəllim və şagirdlər arasında etimadı artırır; şagird gördüyündə ki, onun
fikrini qəbul edir və dəyərləndirirlər, onun tərəfindən çatdırılmış qarşılıqlı təsir nəticəsində
müəllim tədrisdə lazımi dəyişikliklər edir, onun müəllimə daha çox hörməti artır və bu da
onların arasında etimadın formalaşmasına dəstək verir. Bu da son nəticədə müəllimə dərs
məqsədlərinin əldə edilməsində kömək edir;
Reflektiv müəllim dərs prosesindəki kompleksli çağırışları
səmərəli şəkildə dəf edə bilir;
Reflektiv müəllim öz peşəkar inkişafında məsuliyyət daşıyır;
Reflektiv müəllimlik müəllimi eynilikdən azad edir. Reflektiv tədris onu daha yaradıcı edir.
O, nəinki rəngarəng məktəb fəallıqlarının təşəbbüskarı, eləcə də məktəbdə təlim-tədris
səviyyəsinin yüksəldilməsinə yönəlmiş fəaliyyətlərin aktiv yaradıcı olur;
Reflektiv tədris müəllimə tədris prosesini məqsədyönlü şəkildə planlaşdırmaq imkanını
verir;
Reflektiv müəllim nəinki rasional və diqqətlə suallar verir, eləcə də bu sualların cavablarından
dərslik kimi istifadə edir ki, öz təcrübəsini yaxşılığa
doğru dəyişdirsin;
Reflektiv müəllimin pedaqoji təcrübəsi inkişafa yönəlmişdir;
Və sonda, reflektiv əməl peşəkar inkişafın güclü alətlərindən biridir.
Müəllimin işinin öz-özünüqiymətləndirməsinin hansı metodları vardır?
Nailiyyətli ölkələrinin təhsil sistemlərində müəllimin işinin öz-özünüqiymətləndirməsinin
müxtəlif metodları tətbiq edilmişdir, onların istifadəsi müəllimlərə obyektiv olaraq öz işini
dəyərləndirmək, bilgilərini təkmilləşdirmək və təlim-tədrisin prosesini yaxşılaşdırmaq imkanını
verir.
Öz-özünüqiymətləndirmənin bu müxtəlif metodlarından biz Gürcüstan ümumtəhsil məkanı
üçün az-çox məşhur və sınaqdan çıxmış metodlarını ayırırıq, hansıları ki müəllimlər ayrı-
ayrılıqda və ya birlikdə istifadə edirlər. Bu metodlardır: