MüƏllimlərin peşƏkar inkişafi milli məRKƏzi güRCÜstan



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə19/34
tarix14.10.2017
ölçüsü3,58 Kb.
#4581
1   ...   15   16   17   18   19   20   21   22   ...   34

63
ehtiyaclarını nəzərə alır. Şagirdə dərs prosesində passiv qəbuledici kimi deyil, aktiv yaradıcı 
kimi baxılır;
  Problemin həlli. 
Müəllim ömru boyu şagirdə çevrilir və hər zaman yolları/imkanları axtarır 
ki, dərs prosesi şagirdlər üçün çox maraqlı və həvəsli olsun. O, şagirdlərlə, həmkarlarla və 
ictimaiyyətlə dialoqun yeni imkanlarını axtarır.
  Reflektiv tədrisin əsasında növbəti dörd əsas prinsip durur:
1.
   Dəlillərə əsaslanmışdır;
2.
   Dialoq xarakterindədir;
3.
   Qısa, birdəfəlik fəallıq deyil, bərqərar olunmuş üslubdur;
4.
   Dairəvi xarakteri vardır.
Müəllim refleksiyanı tədrisin əvvəlində aparmalıdır və bu da onun güclü və zəif tərəflərini 
eyniləşdirməkdə  və  peşəkar  inkişafın  müvafiq  fəallıqlarını  planlaşdırmaqda  köməklik 
edəcəkdir, eləcə də, tədris prosesində aparmalıdır və onun vasitəsilə də dərs  prosesinin nə qədər 
yaxşılaşdırıldığını qiymətləndirir, eləcə də tədrisin müəyyən mərhələsinin sonunda (məs. dərs 
ilinin sonunda), onunla da müəllim nailiyyətlərini qiymətləndirir  (Donald Schon, 1983) və ötən 
təcrübəyə əsaslanaraq yenidən peşəkar inkişaf yolunu planlaşdırır.
  Refleksiyanın ən mükəmməl modeli növbəti mərhələlərdən ibarətdir(Gibbs, 1998): 
  Fərdi iş planı
 – öz-özünüqiymətləndirmə əsasında işlənib hazırlanmış plana əsaslanaraq 
dəyişikliklərin həyata keçirilməsi;
  Təsvir
 – dəyişikliklərin həyata keçirilməsinin bu və ya digər mərhələsində nəyin baş verdiyini 
təsvir etmək, bu zaman müəllim heç bir nəticə çıxarmır və qiymətləndirmə aparmır.
  Hislərin ifadə edilməsi
 – müəllim baş verənlərə öz emosiya və reaksiyasını göstərir, amma 
analiz etmir;
  Qiymətləndirmə
  –  müəllim  baş  verənlər  arasında  nəyin  yaxşı  və  nəyin  is  olduğunu 
qiymətləndirir, qiymətləndirmə verir;
 
Analiz 
– müəllim növbəti suallara cavab verir:bu vəziyyətdən hansı nəticəni çıxara bilərəm? 
Başqalarının  təcrübəsini  nəzərə  almaqla,  vəziyyəti  necə  dəyərləndirərəm?  Başqalarının 
təcrübəsi mənim təcrübəmdən çox fərqlənir?
 
Nəticə
 – qiymətləndirmə və analizin əsasında müəllim ümumi və konkret nəticələr çıxarır və 
növbəti əsas suallara cavab verir: bu vəziyyətdən hansı nəticəni çıxara bilərəm?
 
Fərdi iş planı 
– müəllim suallara cavab verir: gələcəkdə oxşar vəziyyətlərdə necə hərəkət 
edərəm?  Nəyi  başqa  cür  edərəm? Alınan  təcrübəyə  əsaslanaraq  hansı  addımları  atmağı 
düşünürəm? Və çıxarılan nəticələrin əsasında fərdi iş planını işləyib hazırlayır.


64
Unutmaq lazım deyil ki, refleksiya öz-özünüqiymətləndirmə prosesinin sonu deyil, əvvəlidir. 
Reflektiv bacarıqlar onun əhəmiyyətini dərk etməklə başlayır, başa düşülür ki, bu bacarıqlar 
məqsədyönlü  peşəkar  yüksəlişin  səmərəli  mexanizmlərindən  biridir.  Refleksiya  özümüzə 
sual verdiyimiz andan başlanılır, çətinlik qarşısında dayandığımızda və təcrübədə nöqsanlarla 
qarşılaşdıqda, bu zaman hadisələr plan əsasında getmirlər. Bu zaman özümüzü gücsüz hiss 
edirik və problemin həllində çətinlik çəkirik.
Refleksiya  bizə  təlim  və  tədrisdə  məsuliyyəti  üzərimizə  götürməyə  və  yaxşılaşdırılası 
istiqamətləri ayırd etməyə məcbur edir. Reflektiv olmaq onu bildirir ki, özünü müşahidəçi və 
“tənqidi yoldaş” ol. Müəllim bütü bunlar üçün hazır olmalıdır, əks halda, tam refleksiya prosesi 
əbəs bir səy olacaqdır.
Refleksiya əvvəlcədən planlaşdırılmış, məqsədyönlü, strukturlaşdırılmış olmalıdır. 
O, nəzəriyyə və təcrübənin sıx əlaqəsi ilə xarakterizə olunmalıdır, tədris isə onu 
müşayiət edən proses olmalıdır, bu da dəyişiklik və inkişafa dəstək verir. Bütün 
bunlar isə reflektiv müəllimi formalaşdırır.
IŞ PLANI
NƏTICƏ
TƏSVIR
ANALIZ
HISLƏR
QIYMƏTLƏNDIRMƏ


65
Beləliklə, nə üçün refleksiv tədris və reflektiv müəllim?
  Refleksiya müəllimə imkan verir ki, müəllim kimi rolunu yenidən başa düşsün. O, ola bilər: 
aparıcı,  qiymətləndirici,  təşkilatçı,  iştirakçı,  resursların    meneceri,  fasilitator,  yol  verən, 
tədqiqatçı və s. (Wang, 2000);
  Reflektiv  tədris  peşəkarlığı  artır.  Öz  tədrisi  haqqında  yaxşı  məlumatlandırılmış  müəllim 
onun peşəkar inkişaf səviyyəsini daha yaxşı qiymətləndirir ki, hansı istiqamətdə dəyişiklik 
lazımdır, peşəkarcasına böyüyür;
  Reflektiv tədris müəllim və şagirdlər arasında etimadı artırır; şagird gördüyündə ki, onun 
fikrini qəbul edir və dəyərləndirirlər, onun tərəfindən çatdırılmış qarşılıqlı təsir nəticəsində 
müəllim tədrisdə lazımi dəyişikliklər edir, onun müəllimə daha çox hörməti artır və bu da 
onların arasında etimadın formalaşmasına dəstək verir. Bu da son nəticədə müəllimə dərs 
məqsədlərinin əldə edilməsində kömək edir;
  Reflektiv müəllim dərs prosesindəki kompleksli çağırışları səmərəli şəkildə dəf edə bilir;
  Reflektiv müəllim öz peşəkar inkişafında məsuliyyət daşıyır;
  Reflektiv müəllimlik müəllimi eynilikdən azad edir. Reflektiv tədris onu daha yaradıcı edir. 
O,  nəinki  rəngarəng  məktəb  fəallıqlarının  təşəbbüskarı,  eləcə  də  məktəbdə  təlim-tədris 
səviyyəsinin yüksəldilməsinə yönəlmiş fəaliyyətlərin aktiv yaradıcı olur;
  Reflektiv  tədris  müəllimə  tədris  prosesini  məqsədyönlü  şəkildə  planlaşdırmaq  imkanını 
verir;
  Reflektiv müəllim nəinki rasional və diqqətlə suallar verir, eləcə də bu sualların cavablarından 
dərslik kimi istifadə edir ki, öz təcrübəsini yaxşılığa doğru dəyişdirsin;
  Reflektiv müəllimin pedaqoji təcrübəsi inkişafa yönəlmişdir;
  Və sonda, reflektiv əməl peşəkar inkişafın güclü alətlərindən biridir.
Müəllimin işinin öz-özünüqiymətləndirməsinin hansı metodları vardır? 
Nailiyyətli ölkələrinin təhsil sistemlərində müəllimin işinin öz-özünüqiymətləndirməsinin 
müxtəlif  metodları  tətbiq  edilmişdir,  onların  istifadəsi  müəllimlərə  obyektiv  olaraq  öz  işini 
dəyərləndirmək, bilgilərini təkmilləşdirmək və təlim-tədrisin prosesini yaxşılaşdırmaq imkanını 
verir. 
  Öz-özünüqiymətləndirmənin bu müxtəlif metodlarından biz Gürcüstan ümumtəhsil məkanı 
üçün az-çox məşhur və sınaqdan çıxmış metodlarını ayırırıq, hansıları ki müəllimlər ayrı-
ayrılıqda və ya birlikdə istifadə edirlər. Bu metodlardır:


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə