MüƏllimlərin peşƏkar inkişafi milli məRKƏzi güRCÜstan


Müəllimin məqsədyönlü peşəkar inkişafı necə əldə edilir?



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə18/34
tarix14.10.2017
ölçüsü3,58 Kb.
#4581
1   ...   14   15   16   17   18   19   20   21   ...   34

60
Müəllimin məqsədyönlü peşəkar inkişafı necə əldə edilir?
Gürcüstanın  təhsil  sistemində  baş  verən  islahatlar,  ilk  növbədə,  ümumtəhsil  sisteminin 
inkişafına və məktəblərdə təlim-tədrisin yaxşılaşdırılmasına doğru istiqamətləndirilmişdir. Bu 
məqsədin əldə edilməsi üçün ən səmərəli yollardan biri məktəbin hər bir iştirakçısı arasında 
məsuliyyətin  heyətlər  arasında  bölüşdürülməsidir.  Araşdırmaların  bir  çoxu  təsdiq  edir  ki, 
məsuliyyətin  yuxarıdan  aşağı  bölüşdürülməsi  qarşılıqlı  əməkdaşlıq  mədəniyyətinin  bərqərar 
olunmasına,  peşəkar  inkişaf  üçün  məktəb  müəllimlərinin  motivasiyalarının  artırılmasına 
dəstək verir və bu da öz növbəsində, dərs prosesinin səviyyəsinin artırılmasına və şagirdlərin 
nəticələrinin yaxşılaşdırılmasına dəstək verirlər.
Hər bir müəllim öz-özünə sual verməlidir ki, onun zəif və güclü tərəfləri nədən ibarətdir, 
onun tərəfindən planlaşdırılmış və həyata keçirilmiş hansı fəallıq nailiyyətlidir və ya nailiyyətsiz, 
bir sözlə: nə necə təsir göstərir? Onun güclü tərəfi nədədir? Öz pedaqoji təcrübəsində nəyi 
yaxşılaşdırmalıdır və necə?
Şəxsi  təcrübəsinin  qərəzsiz  və  tənqidi  analizi  və  qiymətləndirilməsi  ilə  məqsədyönlü 
peşəkar  irəliləyiş  mümkündür.  Nailiyyətli  olmaq  istəyən  müəllim  müasir  təhsil  tələblərinə 
cavab verməli, üzərinə məsuliyyət götürməli, peşəkar biliyinin yeniləşdirilməsinə və praktiki 
bacarıqlarının yaxşılaşdırılmasına qayğı göstərməlidir ki, bu da öz-özünü qiymətləndirmə və 
öz-özünü inkişaf etdirmənin əlverişli mexanizminin quruluşu ilə əldə edilir. Müəllimin peşəkar 
inkişaf  fəallıqlarına  cəlb  olunması  onun  öz  təcrübəsini  özü  qiymləndirdiyində,  öz-özünü 
qiymətləndirmə  nəticələrinin  öz-özünə  refleksiya  əsasında,  fərdi  tələbləri  əsasında  peşəkar 
inkişaf yolunu ifadə etdiyində nəticəli olur.
Öz-özünü qiymətləndirməni qiymətləndirmə tipi kimi təhlil edə bilərik, bu zaman 
müəllim refleksiya edir, öz iş prosesini, əvvəlcədən müəyyənləşdirilmiş standartın/
IV FƏSİL 
MÜƏLLİMİN 
ÖZ-ÖZÜNÜQİYMƏTLƏNDİRMƏSİ


61
kriterilərin yerinə yetirilməsi səviyyəsini qiymətləndirir. Özünün güclü və zəif 
tərəflərini eyniləşdirir və iş prosesində dəyişiklikləri məhz refleksiyanın və analizin 
əsasında daxil edir.
10
 
Öz-özünü qiymətləndirmənin hansı təyinatı vardır?
  Öz-özünüqiymətləndirmə prosesi müəllimin peşəkar və şəxsi inkişafının bir hissəsidir;
  Öz-özünüqiymətləndirmə öz irəliləyişinin yoxlanılmasının, ölçülməsinin, eləcə də ,tələbata 
uyğunlaşdırılan peşəkar inkişaf planını işləyib hazırlamaq imkanını verir;
  Dərs  prosesinin  növbəti  planlaşdırılması  müəllimin  öz  təcrübəsinin  yaxşılaşdırılası 
istiqamətlərini, zəif tərəflərini etiraf etdiyi halda mümkündür;
  Öz-özünüqiymətləndirmə müəllimin məsuliyyəti və yanaşmasını artırır;
  Öz-özünüqiymətləndirmə,  bir  proses  kimi,  müəllimə  “öz  iş  prosesinin  aparıcısı”  kimi 
hiss etdirir; öz-özünüqiymətləndirmə peşəkar tərəfdaşların axtarışına yönəlmişdir, onlarla 
birlikdə müəllimlər çətinlikləri dəf edirlər;
  Öz-özünüqiymətləndirmə qiymətləndirmənin inkişafetdirici funksiyasını gücləndirir;
  Öz-özünüqiymətləndirmə müəllimi həyatı boyunca şagirdə çevirir;
  Öz-özünüqiymətləndirmə prosesi müəllimə təkcə görünən problemlərin həllində köməklik 
etmir. Onun vasitəsilə müəllim elə bir problemləri tapır və həll edir, hansının olmasını öz-
özünüqiymətləndirməni həyata keçirənə qədər anlamırdı;
  Öz-özünüqiymətləndirmə  vasitəsi  kimi  “tənqidi  yoldaş”  vasitəsini  istifadə  etdikdə, 
həmkarlar  bir-birlərinə  zəif  tərəflərinin  tapılmasında  və  onların  qarşısının  alınmasının 
axtarışında köməklik edirlər. Həmkarının yaxşılaşdırılması istiqamətlərini görən müəllim 
özü də öz təcrübəsi haqqında fikirləşir və tapa bilər ki, bu və ya digər konkret istiqamət onun 
üçün də güclü tərəfi təqdim etmir. Güclü tərəflər isə müşahidəçi müəllimi öz təcrübəsinə 
aparır və onun üçün təkan verir ki, bu və ya digər məsələyə daha dərindən yanaşsın və bu da 
onun peşəkar yüksəlişinə dəstək verir. Həmkarının qiymətləndirilməsi onun qiymətləndirmə 
bacarığını da inkişaf etdirir;
  Öz-özünüqiymətləndirmə müəllimin özünün səmərəli olması hissini artırır;
  Öz-özünüqiymətləndirmə müəllimin refleks bacarıqlarının inkişafına dəstək verir; refleksiya 
müəllimə ardıcıl peşəkar yüksəlişdə köməklik edir, eləcə də, təcrübəyə əsaslanan nəzəriyyəni 
inkişaf etdirə və nəzəriyyəni təcrübəyə çevirə bilər.
10
 
Andrade and Du, 2007:160 məqalədə:Assessment Matters: Self-Assessment and Peer Assessment.


62
Obyektiv özünüqiymətləndirmə üçün müəllimin hansı bacarıqları inkişaf 
etdirilməlidir?
Peşəkar  müəllim  tədris  etdiyi  fənni  bilir,  pedaqoji  yanaşmalara  və  müvafiq  bacarıqlara 
sahibdir ki, bu biliyi pedaqoji təcrübəyə keçirə bilsin. Eləcə də müəllimin etika normalarına 
əməl etməsi və daim biliyini yeniləndirməyə hazır olması çox vacibdir. Belə bir müəllimin 
formalaşmasının səmərəli yollarından biri refleksiya yolu ilə peşəkar yüksəlişdir. Refleksiya 
həm yenicə başlayan, eləcə də təcrübəli müəllimin əlində peşəkar yüksəliş vasitəsidir.
Reflektiv  tədris  artıq  20-ci  əsrin  səksəninci  illərindən  müəllimin  təhsilində  əsas 
istiqamətlərdən  biri  oldu.  Təcrübəni  dərk  etmədikdə,  heç  nəyi  təqdim  etmir.  Refleksiyanı 
dərk edilmiş öz-özünüqiymətləndirmə kimi təhlil edə bilərik, əvvəlcədən müəyyənləşdirilmiş 
kriterilərə əsaslanaraq.
Reflektiv təcrübə peşəkar inkişaf təcrübəsinə əsaslanan modelin mühüm vasitəsidir, burada 
insanlar öz təcrübələrindən öyrənirlər. Nəzəriyyə və təcrübənin sıx əlaqəsi daha çox peşəkar 
inkişafın  bu  metodunda  görünür  –  refleksiya  vasitəsilə  müəllim  nəzəriyyələri  öz  təcrübə 
kontekstində təhlil edir və özü onu empirik təcrübəyə əsaslanaraq analiz edə bilər. Reflektiv 
tədris zamanı müəllim sadəcə keçmişə dönmür, öz emosiyalarını, təcrübəsini, əməllərini və 
reaksiyalarını analiz edir və bu göstəricilərdən öz peşəkarlığını yüksəltmək üçün istifadə edir. 
Refleksiya  təcrübənin  əksidir.  Reflektiv  müəllim  olmağımız  üçün  müəyyən  yanaşmaları 
formalaşdırmalıyıq: açıqlıq, məsuliyyət və işə sədaqət. Müəllimlərə hazırlıq lazımdır ki, özlərinin 
və eləcə də həmkarlarının ideyalarına və təcrübəsinə tənqidi baxa bilsinlər. 
Reflektiv  bacarıqlar  müəllimə  peşəkar  inkişaf  üçün  özündən  resurs  kimi  istifadə  etmək 
imkanın verir (Strakova : 79-80). Öz-özünüqiymətləndirmə nəticələrini görən müəllimlərin nadir 
hallarda çox yüksək və ya çox aşağı öz-özünüqiymətləndirmə meylləri olur, onlar öz imkanlarını 
real  qiymətləndirir  və  zəif  tərəflərinin  yaxşılaşdırılması  üçün  əməli  fəallıqları  planlaşdırırlar 
(The European Profiling Grid – a User Guide 2011: 7-9), bu da öz növbəsində, dərs prosesinə 
müsbət təsir göstərir.
Reflektiv təcrübə peşəkarlara mövcud təcrübəni analiz etmək və öz-
özünüqiymətləndirmə zamanı zəif və güclü tərəflərin nəzərə alınması ilə onun 
yaxşılaşdırılmasının necə mümkün olması nəticəsinə gəlmək imkanını verir.
  Reflektiv tədrisin xüsusiyyətləridir: 
 
Tədrisə  olan  konstruktivist  yanaşma.
  Reflektiv  müəllim,  akademik  məzmunu  və 
bacarıqlarından  başqa,  şagirdin  ötən  bilik  və  təcrübəsini,  eləcə  də  onun  maraqları  və 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə