MüƏllimlərin peşƏkar inkişafi milli məRKƏzi güRCÜstan



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə20/34
tarix14.10.2017
ölçüsü3,58 Kb.
#4581
1   ...   16   17   18   19   20   21   22   23   ...   34

66
  əvvəlcədən  işlənilmiş  kriterilərə  əsaslanaraq,  öz-özünüqiymətləndirmənin  anketi  ilə  öz 
pedaqoji təcrübəsinin qiymətləndirilməsi;
  dərsin  və  ya  başqa  dərs  fəallıqlarının  audio  və  ya  video-yazılarının  aparılması  və  sonra 
əvvəlcədən işlənib hazırlanan kriterilərə əsaslanaraq onların analizi;
  şagirdlərin və valideynlərin
  Şagirdlərin  və  valideynlərin  qarşılıqlı  müsahibəsinin,  fokus-qrupun,  anketləşdirmənin  və 
başqa yolla əldə edilmiş nəticələrin analizi;
  „Tənqidi yoldaş təsisatı“;
  Məktəbin müdiriyyətindən alınan qarşılıqlı təsir,hansını müəllim mütəmadi olaraq keçirilmiş 
dərsdən və ya dərs fəallıqlarından sonra dərs ili ərzində ala bilər;
  Peşəkarportfolionunanalizi;
  Yazılı bloq /qeydlər gündəliyi.
ÖZ-ÖZÜNÜQIYMƏTLƏNDIRMƏ ANKETI 
Sxemdə öz-özünüqiymətləndirməhansı metodla həyata keçirilir?
Yuxarıda sadalanan öz-özünüqiymətləndirmə metodlarından məlumat kitabçasında xüsusi 
diqqət  müəllimin  öz-özünüqiymətləndirmə  anketinə  verilir,  çünki  onun  aparılması  sxemlə 
nəzərdə  tutulmuş  icbari  fəallıqlardan  biridir.  Öz-özünüqiymətləndirmənin  standartlaşdırılmış 
anketi Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzi tərəfindən yerli və beynəlxalq ekspertlərlə 
birlikdə işlənib hazırlanmışdır. 
Doğrudur,  Gürcüstanın  ümumtəhsil  məktəblərində  müəllimlərin  bir  qismi,  müxtəlif 
metodlarla, mütəmadi olaraq öz işlərinin qiymətləndirilməsini həyata keçirirdi və keçirir və öz-
özünüqiymətləndirmə nəticələrini öz təcrübəsində nəzərə alırdı, amma bu yalnız bu və ya digər 
məktəbin və ya ayrı-ayrı müəllimin şəxsi təşəbbüsü idi. İndiyə qədər öz-özünüqiymətləndirmə 
anketi ilə öz işinin qiymətləndirilməsi sistemin tələblərini təqdim etmirdi və rəsmiləşdirilməmişdi.
Qeyd etdiyimiz kimi, sxem hər bir müəllimi öz-özünüqiymətləndirməni həyata keçirməyə 
və  öz-özünüqiymətləndirmə  nəticələrinin  analizinə  istinad  edərək  fərdi  iş  planını  işləyib 
hazırlamağa məcbur edir. Təbii ki, bütün yeniliklərdə olduğu kimi, bu yeniliklə əlaqədar da 
müəllimlər arasında bir sıra suallar yaranır və onlara bu yarımfəsildə cavab verməyə çalışacağıq.
Öz-özünüqiymətləndirmə anketi nəyə əsaslanacaqdır?
Öz-özünüqiymətləndirmə  anketi  müəllimin  peşəkar  standartına  əsaslanır.  Öz-
özünüqiymətləndirmənin  əsasında  müəllim  öz  işini  müəllimin  peşəkar  standartı  ilə  nəzərdə 


67
tutulmuş iki istiqamətlə qiymətləndirir – şagirdin nəticəsinə yönəlmiş dərs prosesinin idarəetməsi 
və peşəkar inkişaf.
Müəllim öz-özünüqiymətləndirmə anketini hansı müddətlərdə doldurur?
Sxemə  cəlb  olunan  hər  bir  statusa  malik  müəllim  hər  dərs  ilinin  əvvəlində  öz-
özünüqiymətləndirmə anketini doldurur və öz işini qiymətləndirir.
Müəllim anketi doldurduqdan sonra nə edir?
Müəllim öz peşəkar tələblərini analiz edir və onun əsasında ən azı birillik fərdi iş planını 
tərtib edir, hansında müəllim tərəfindən peşəkar inkişaf məqsədilə həyata keçiriləsi fəallıqlar 
əks olunurlar. Hər dərs ilinin sonunda müəllim ötən il ərzində onun tərəfindən həyata keçirilən 
peşəkar işi qiymətləndirir. Əldə edilən təcrübə və analiz nəticələrini növbəti dərs ili üçün öz-
özünüqiymətləndirmə anketini doldurduqda və fərdi iş planını işləyib hazırladıqda nəzərə alır.
Öz-özünüqiymətləndirmə anketi necə qiymətləndirilir?
Öz-özünüqiymətləndirmə    anketinin  sxemlə  müəyyənləşdirilmiş  icbari  fəallıq  olduğuna 
baxmayaraq,  istənilən  statusun  əldə  edilməsi  və  ya  saxlanılması  üçün  müəyyənləşdirici 
qiymətləndirmə ilə qiymətləndirilmir. Bu onu bildirir ki, öz-özünüqiymətləndirmədə müəllimə 
kredit-bal verilmir. Onun yalnız inkişafetdirici funksiyası vardır.
Öz-özünüqiymətləndirmə nəticələri müəllimə necə köməklik edəcəkdir?
Öz-özünüqiymətləndirmə anketini müəllimi dəstəkləyən vasitə kimi təhlil edə bilərik, onun 
əsas  məqsədi  odur  ki,  müəllim  şəxsi  biliyinin,  bacarıqlarının  və  yanaşmalarının  müəllimin 
peşəkar standartı tələblərinə nə dərəcədə uyğun olduğunu təyin etsin, öz güclü və zəif tərəflərini 
ayırd və analiz etsin və peşəkar inkişafın müvafiq fəallıqları ilə təcrübəsini yaxşılaşdırsın və 
bu da öz növbəsində, sxemlə nəzərdə tutulmuş fəallıqların nailiyyətlə həyata keçirilməsində 
köməklik göstərəcəkdir.
Məsələn,  əgər  müəllim  öz-özünüqiymətləndirmə  anketi  üzərində  iş  zamanı  təyin 
edərsə ki, öz “pedaqoji işində baş qaldıran problemləri eyniləşdirməkdə, müvafiq məlumatı 
toplamaqda,  toplanılmış  məlumatın  analizində,  məsələnin  həllinin  səmərəli  yollarının 
müəyyənləşdirilməsində”,  intervensiyaların  həyata  keçirilməsində  və  onların  səmərəliliyinin 
qiymətləndirilməsində”  (baxın,  Müəllimin  öz-özünüqiymətləndirmə  anketi,  D2.14)  çətinlik 


68
çəkirsə,  o zaman qeyd edilən nöqsanların aradan qaldırılması üçün peşəkar inkişafın müxtəlif 
fəallıqlarını planlaşdırır. 
Bu fəallıqlar ola bilərlər: təcrübənin tədqiqi treninqini keçmək, tədqiqat haqqında peşəkar 
ədəbiyyatla tanışlıq, tədqiqat təcrübəsi olan həmkarın təcrübəsi ilə paylaşmaq və s. Qeyd edilən 
nöqsanların qarşısının alınması  isə müəllimə sxemlə nəzərdə tutulmuş icbari fəallığın həyata 
keçirilməsində köməkil edəcəkdir, məsələn, təcrübənin tədqiqi.
Öz-özünüqiymətləndirmə anketinin strukturu necədir?
Öz-özünüqiymətləndirmə  anketi  iki  istiqamətdən  ibarətdir.  Bunlardır:  1.  Dərs  prosesinin 
idarəetməsi  və  2.  Peşəkar  məsuliyyətlər,  onlar  bir  tərəfdən,  sahələrə,  yarımsahələrə,  bloklara 
və  bəndlərə  bölünmüşlər.  Hər  bir  bəndi  indikator  kimi  təhlil  edə  bilərik.  Müəllim  hər  bir 
bəndlə  öz  təcrübəsinin  müvafiqliyini  dördsəviyyəli  qiymətləndirmə  cədvəli  ilə  qiymətləndirir. 
Qiymətləndirmənin hər bir səviyyəsi onu göstərir ki, müəllim bu və ya digər bənddə göstərilən 
qaydadan pedaqoji işində istifadə edirmi və hansı intensivliklə. Eləcə də qiymətləndirmə anketində, 
hər bir bəndin ətrafında qrafa verilir, onu müəllim konkret bəndin onun pedaqoji təcrübəsinə, 
xüsusilə də onun iş spesifikasına uyğun olmadığı halda işarələyir. Məs., əgər idman müəllimi öz-
özünüqiymətləndirmə anketini doldurursa və  növbəti bəndi qiymətləndirməlidirsə, - şagirdlərdən 
xahiş edirmi ki, müxtəlif mənbələrdən alınan biliyi bir-biri ilə əlaqələndirsinlər və ya müxtəlif 
elementdən yeni struktur yaratsınlar, - bu zaman növbəti qrafanı işarələyir, mənim təcrübəmə 
uyğun deyil, çünki belə bir fəallığın həyata keçirilməsi idman dərsində nəzərdə tutulmamışdır. 
Hər bir yarımsahədə verilən bəndlərin doldurulduğundan sonra müəllim öz-özünü refleksiya 
edir, şəxsi təcrübəsindən yarımsahədə verilən indikatorların qane edilməsi üçün hansı fəallıqları 
həyata keçirdiyinə sübut olan misalları yadına salır. Müəllim öz-özünüqiymətləndirmə vasitəsilə bu 
konkret yarımsahədə hər hansı bir bəndin yaxşılaşdırılmasını aşkar edərsə, o zaman bu nöqsanların 
qarşısının alınması üçün hansı fəallıqların və necə həyata keçirilməsi yollarını təsvir edir. 
Müəllim  öz  işini  qiymətləndirdikdə  nə  dərəcədə  obyektiv  olduğunu  necə  yoxlamalıdır? 
Hamıya  məlumdur  ki,  müəllimin  hər  bir  əməli  birbaşa  şagirdlərin  davranışında  öz  əksini 
tapır. Məhz bunun üçün də öz-özünüqiymətləndirmə anketində hər bir yarımsahənin sonunda 
şagirdlərin arzuedilən davranışı təsvir edilir. O, müəllimin əməlinin yarımsahədə verilən hər bir 
bəndin qaydasına nə dərəcədə uyğun olduğunun birbaşa göstəricisidir.
Nümunə üçün öz-özünüqiymətləndirmə anketindən bir yarımsahənin çıxarışını sizə 
təqdim edirik:
İstiqamət: dərs prosesinin idarəetməsi
Sahə: dərs prosesi, dərs mühiti


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə