MüƏllimlərin peşƏkar inkişafi milli məRKƏzi güRCÜstan



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə23/34
tarix14.10.2017
ölçüsü3,58 Kb.
#4581
1   ...   19   20   21   22   23   24   25   26   ...   34

74
  Şagirdlərin  fərqli  fikirlərinə  qarşı  hörmətlə  yanaşırsınızmı  və  tolerant  münasibət 
göstərirsinizmi?
  Şagirdlərə öz adları ilə müraciət edirsinizmi?
  Şagirdlərlə tez-tez gözlərlə əlaqə saxlayırsınızmı?
  Yanlış cavablar zamanı mənfi reaksiyalar göstərirsinizmi?
  Şagirdin hisslərinə, emosiyalarına səmimi yanaşırsınız?
  Diqqət və səmimiyəti hər bir şagirdlə bərabər paylaşırsınızmı? Favoritləriniz varmı?
  Şagirdlərin imkanlarına və yüksək nəticələrinə inanırsınızmı?
  Əgər bu suallara cavabınız müsbətdirsə, o zaman şagirdlər:
  Müəllimlə və bir-biri ilə daha çox əlaqə saxlayırlar;
  Sərbəstliklə suallar verirlər;
  Daha təşəbbüskardırlar;
  Öz dərs məsələlərini həll etdikdə müstəqildirlər, hərçənd kömək üçün sizə müraciət etməkdən 
çəkinmirlər;
  Daha yüksək öz-özünüqiymətləndirmə ilə xarakterizə edilirlər;
  Dərs fənlərində daha akademik nailiyyətlə seçilirlər;
  Daha çox yaradıcıdırlar;
  Bir-birinə qayğı göstərirlər;
  Öz yanaşmalarını səmimiyyətlə ifadə edirlər;
  Məsləhətləri dinləyirlər;
  Dərslərə həvəslə gəlirlər və zəng vurulan kimi sinifdən qaçmırlar.
Yarımsahə: Şagirdlərin tolerantlıq hissinin həvəsləndirilməsi, şagirdlərin hüquq bərabərliyinin 
təmin edilməsi
Məktəbdə mövcud mühit şagirdin sosiallaşdırılmasının ən əhəmiyyətli vasitəsidir, hərçənd 
sosiallaşdırma  prosesi  məktəbdə  bitmir.  Əgər  şagirdin  sosiallaşdırması  baş  vermişdirsə  və 
müəyyən biliyə, xassələrə və xüsusiyyətlərə sahib olarsa (dil, vəziyyətə müvafiq əməl, sosial 
rolun dərk edilməsi), bu onu ki, başqa heç nəyi əldə etməyəcəyini bildirmir, yəni bir sözlə desək, 
bu  proses  daim  yeniləşdiriləndir.  Müəllim  bilməlidir  ki,  şagirdlər  sosiallaşdırma  prosesində 
passiv  qəbuledici  deyillər,  onlar  bu  prosesin  özünə  aktiv  təsir  göstərirlər.  Şagird  mövcud 
normanı qəbul edir və ya etmir, onu şərh edir, yeni normaları yaradır, müxtəlif vəziyyətdən irəli 
gələrək. Müəllimdən bunu təkcə dərk etmək deyil, resursa çevirmək tələb olunur. Bunun üçün 
sinifdə əməkdaşlıq mühitini yaratmalıdır, onda şagirdlər öz imkanlarını göstərə bilər, nəzərlərini, 


75
fikirlərini qeyri-məhdud şəkildə göstərə bilərlər. Bunun üçün də müəllim tez-tez diskussiyanın 
müxtəlif formalarından istifadə etməlidir (məsələn, “dəyirmi masa”, “akvarium”, “debatlar”...). 
Diskussiyanın  səmərəli  olması  üçün  xoş  əhval-ruhiyyəli  və  açıq  mühit  lazımdır.  Şagirdin 
qorxusu olmamalıdır ki, kimsə fərqli fikir söyləməsi üçün ona rişxənd etsin. 
   Müəllimə diskussiya prosesində məsələyə qarşı öz mövqeyini açıq şəkildə ifadə etməsi 
tövsiyə edilmir. O, söylənilən nöqteyi-nəzərləri deyil, nöqteyi-nəzərləri təsdiqləyən sübutların 
əsaslı  olmasını  qiymətləndirir.  Diskussiya  zamanı  söylənilən  hər  hansı  bir  fikrin  müəllim 
tərəfindən  açıq  şəkildə  dəstəkləndirilməsi  nəzərinin  müəllimin  nəzəri  ilə  üst-üstə  düşmədiyi 
tərəfin növbəti diskussiyada iştirak marağını itirəcəkdir.
Diskussiya iştirakçılarının hazırlığını nəzərə almaq, nöqteyi-nəzərini dinləmək və hörmətlə 
yanaşmaq vacibdir. Bunları müəllim əvvəlcədən işlənib-hazırlanmış qaydalarla tənzimləyə bilər.
Müəllim diskussiyanın hər bir iştirakçısına fikrini söyləmək hüququ və imkanını verməlidir. 
Bir  çox  hallarda  diskussiyanın  bəzi  iştirakçısı  dominant  mövqeni  tutur  və  başqalarının  fikir 
söyləmək imkanları olmur. Bu, xüsusilə də cəsarətsiz şagirdlərə təsir göstərir. Belə bir vəziyyətin 
qarşısını müəllim iştirakçıların çıxışlarını tənzimləməklə ala bilər (məsələn, fikrin söylənilməsi 
üçün qeyd edilən vaxtın müəyyənləşdirilməsi və ya yalnız bütün iştirakçıların öz mövqelərini 
bildirdikləri halda əlavə şərhin edilməsi üçün imkanın verilməsi).
Şagird diskussiya zamanı müəllimi rəqib kimi deyil, tərəfdaş kimi qəbul etdiyi halda, səmimi 
və cəsarətli olur. Fərqli nöqteyi-nəzərə qarşı tolerantlıq nümunəsini göstərən müəllim hamını 
diqqətlə  dinləyir  və  mövqeyindən  asılı  olmayaraq,  xoş  əhval-ruhiyyəni  eyni  şəkildə  bölür. 
Əlbəttə ki, mübahisə zamanı şagirdlər öz norma  və dəyərlərinə əməl etməyə, hətta sinifdə onları 
bərqərar  etməyə  çalışırlar.  Öz  kobud  müdaxiləmizlə  qəbul  edilməyən  normaların  düzəlişini 
deyil, bizdən bilaixtiyar onların daha da möhkəmlədirilməsinə dəstək verə bilərik.
Şagirdlərə  başqalarının  fərqli  nəzərlərini,  yanaşmalarını  və  ideyalarının  qavranılmasını 
öyrətdiyimizdə (bunun ən yaxşı vasitəsi rol və imitasiya oyunlarıdır), normaları və dəyərləri 
üzərində özlərinin düzəlişlər aparmalarına böyük ehtimal var. 
Müasir  məktəbin  başlıca  təyinatı  odur  ki,  şagirdə  milli  özünəməxsusluğunu  qoruyub 
saxlamağı və bununla yanaşı, fərqli mədəniyyəti olan insanlarla birlikdə necə yaşamağı öyrətsin.  
Müəllimin  özünün  tolerantlıq  nümunəsi  olmadığında,  oun  özünün  şagirdin  dini  inamına  və 
mədəni xüsusiyyətlərinə hörmətlə yanaşmadığında, bunu açıq şəkildə öyrətmək nəticə vermir. 
Müəllim üçün intermədəni təhsil haqqında təkcə ümumi xarakterli nəzəri bilik deyil, eləcə də 
bütövlükdə öz yanaşmalarının transformasiyası lazımdır, bu da nəzəri və praktiki materialın 
müqayisəsi ilə mümkündür. Belə bir müəllim müxtəlifliyi bir norma kimi qəbul edir və hörmət 
göstərir və sinifdə bir dəyər kimi hüquq bərabərliyini bərqərar edir. Təhsil uşağın artıq malik 
olduğu biliklə başladığında daha səmərəli olur. Müvafiq olaraq, müəllim üçün hər bir şagirdin 


76
mədəni xüsusiyyətlərini bilmək vacibdir, hansıların çərçivəsində də onların sosiallaşdırılması 
baş vermişdir. Bunun üçün özünüzə sual verin:
  Şagirdlərə onlara və onların təhsilinə qayğı ilə yanaşmağınızı göstərirsinizmi? 
  Onların maraqları, meylləri, ehtiyacları ilə maraqlanırsınızmı?
  Müxtəlif maraqları və imkanları olan şagirdlərin nailiyyət əldə etməsi və zövq almaları  üçün 
dərs vəziyyətini yaradırsınızmı?
  Əməkdaşlığı,  diskussiya  və  şagirdlərin  interaksiyasını  nəzərdə  tutan  sinif  fəallıqlarını 
keçirirsinizmi?
  Sizin  mimika  və  jestikulyasiyanız  bildirirmi  ki,  onlar  tərəfindən  söylənilən  fikirlərlə 
maraqlanırsınız?
  Şagirdlərlə və onların ailələri ilə kommunikasiya sıxlığınız varmı ki, həmin sosial dairə və 
mədəni mühitlə daha yaxından tanış olub və onları sonra nəinki nəzərə alasınız və eləcə də 
resurs kimi istifadə edəsiniz?
  Şagirdin imkanları, mədəni və ya milli mənsubiyəti və başqa fərqlərindən asılı olmayaraq 
hər bir şagirdin təkrarolunmazlığını etiraf edirsinizmi?
  Onda  şəxsiyyəti  görürsünüzmü?  Ona  qarşı  etimad  göstərirsinizmi  ki,  üzərinə  götürdüyü 
vəzifəni/yerinə yetirilən işi doğruldacaqdır?
  Sinifdə elə bir vəziyyət yaradırsınızmı ki, hər kəsin öz fikrini sərbəst şəkildə ifadə etmək 
imkanı olsun və səhv buraxmaq qorxusu olmasın?
  Bunu etdiyiniz halda, şagirdləriniz:
  Bir-birinə və müəllimə hörmətlə yanaşırlar;
  Bir-biri ilə əməkdaşlıq edirlər;
  Sinif fəallıqları və qrup işində iştirak edirlər, öz nəzərlərini sərbəst şəkildə ifadə edirlər;
  Birlik hisləri vardır;
  Empatikdirlər, şəfqət göstərməyi bacarırlar;
  Bir-biri ilə öz hissləri və duyğuları ilə paylaşırlar;
  Öz ənənələri və qaydaları haqqında sərbəst danışırlar, oxşarlıqları, təmas nöqtələrini axtarırlar;
  Münaqişəli vəziyyətdə öz emosiyalarını idarə edə bilirlər;
  Diskussiya qaydalarını pozmurlar.
Yarımsahə: Sinfin idarəetməsi(əxlaq qaydalarının riayət edilməsi) 
Müəllimin funksiyalarının arasında sinfin idarə edilməsi digər başqa funksiyaların əsasıdır, 
çünki müəllimin fənn və metodiki biliyinə baxmayaraq, əgər müəllim sinfi idarə edə bilmirsə, 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə