MüƏllimlərin peşƏkar inkişafi milli məRKƏzi güRCÜstan



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə26/34
tarix14.10.2017
ölçüsü3,58 Kb.
#4581
1   ...   22   23   24   25   26   27   28   29   ...   34

82
  Ehtimal metodlar;
  Qiymətləndirmə formaları;
  Qeydlər üçün qrafa.
Sinifdə xüsusi tədrisə ehtiyacı olan uşaqlar olduğu halda, fərdi xüsusiyyətləri nəzərə almaqla 
planı adaptasiya etmək, onlar üçün müvafiq fəallıqlar hazırlamaq lazımdır.
Dərs  prosesinin  vahid  zəncirinin  ən  başlıca  halqası  dərsdir.  Yaxşı  planlaşdırılmış  dərs 
şagirdlərin nailiyyətlərinin yaxşılaşdırılmasına dəstək verən bir amildir.
Dərsin  tərkibinin üç əsas komponenti – məqsəd, vasitələr və nəticə - vasitələrin(təşkilatın 
forması, vaxt, dərs fəaliyyətləri, metodlar, resurslar) qarşıya qoyulan məqsədə uyğun  və ya çox 
yaxın olduqları nəticəyə çatdırıldığında harmoniya yaradır, nəticə isə qiymətləndirmə vasitələri 
ilə yoxlanılır.
Hər  şey  məqsədin  formalaşdırılması  ilə  başlanılır.  Şagirdlərin  aydın,  konkret,  həyata 
keçirilən məqsədi əldə edib-etmədikləri dərsin sonunda görünməlidir və müəllimə tam dərsin 
gedişini diktə edir. Məsələn, “Milli dəyərlərə qarşı müsbət yanaşmanın formalaşdırılması” və 
ya “şagirdlər arasında vətənpərvər ruhun oyanması” bir kokret dərsin məqsədi olmayacaqdır. 
Məqsədlərdə  dərs  ərzində  yoxlaya  bilməyəcəyimizi  yazmamalıyıq.  Ümumi  məqsədi 
müəyyənləşdirə  biləcəyimiz  halda  (məsələn,  “düşüncəli  oxu  bacarığının  inkişafı”)  oradaca 
göstəririk ki, konkret olaraq şagirdlər nəyi edə bilməlidirlər (məsələn, “şagirdlər mətnin başlığı və 
məzmunun müraciətini müəyyənləşdirir və hər bir abzasın əsas sözləri və ifadələrinə əsaslanaraq 
oxunulanı yekunlaşdırırlar”). Dərsin məqsədini müəllim şagirdlərə ya dərsin əvvəlində tanış edir 
ya şagirdlərə təkan verir ki, onu özləri müəyyənləşdirsinlər, dərsin gedişindən irəli gələrək.
Müəllim  məqsədi  müəyyənləşdirənə  qədər  fikirləşir  ki,  şagirdlərdə  işləniləsi  mövzu 
ilə əlaqədar hansı həyati təcrübə və ötən bilikləri ola bilər, şagirdləri nə maraqlandıra bilər, 
şagirdlərə öyrənilən materialın dəyərini necə anlatsın, hansı fənnin hansı məsələ ilə əlaqəsini 
göstərsin, hansı fəallıqları seçsin ki, şagirdlərin özləri nəticəyə gəlsinlər, bütün bunlara nə qədər 
vaxt və hansı resurs lazım olacaqdır, şagirdlər tərəfindən materialın başa düşülməsi-işlənilməsini 
hansı yolla qiymətləndirsin, yəni qısaca olaraq, müəllim dərsin planının bütün komponentlərinin 
qarşılıqlı yanaşmasını düşünür.
Dərsin  planlaşdırılması  zamanı  tez-tez  buraxılan  səhvlərdən  biri  fəallıqların  çoxluğunun 
olmasıdır, amma onların hər birinə nə qədər vaxtın lazım gəldiyini təsəvvür edəndə məqsədə 
dönürük və yenidən fəallıqlar üzrə fikrə qayıdırıq. Resurslar haqqında da eyni sözləri demək 
olar. Bunun üçün inamla demək olar ki, dərsin az əhəmiyyətli komponenti yoxdur. Dərs bir 
bütövdür, onun bütün komponentləri qarşılıqlı əlaqədədirlər və bir-birinə səbəb olurlar.
İstənilən bir plan olduqca çevik olmalıdır ki, müəyyən dəyişikliklərin və əlavələrin daxil 


83
edilməsi imkanını versin. Müəllimlik peşəsi yaradıcılıq peşəsidir, müvafiq olaraq, planın müəllifə 
improvizasiya imkanını verməsi vacibdir. Bununla belə, sinif canlı bir orqanizmdir, buna uyğun 
olaraq, onu planlaşdırdıqda dərsdə özünü göstərə biləcək bütün amilləri nəzərə almaq mümkün 
deyil. Bunun üçün, sinfin ehtiyacından irəli gələrək, planı  asanlıqla modifikasiya  edə bilən 
müəllim yaxşı müəllimdir.
Dərsin planlaşdırılması birdir, ikinci isə - onun səmərəli şəkildə həyata keçirilməsidir. Bunun 
üçün sinifdə işlənib-hazırlanan məlumatın təşkil edilməsi vacibdir. Dağınıq, əlaqələndirilməyən 
və ya qeyri-mütəşəkkil forma ilə çatdırılmış məlumatın qavranılması istifadə edilən sözlərin 
mənasının dinləyici üçün aydın olduğunda da kifayət qədər çətindir. Tədrisin məqsədi  sadəcə 
məlumatın  çatdırılması  deyil,  şagirdlər  tərəfindən  onun  mənimsənilməsi  və  düşünülməsidir. 
Sinif mühitində məlumatın mütəşəkkil çatdırılmasının dərs prosesinin keyfiyyətli aparılması 
üçün böyük əhəmiyyəti vardır. Müəllim məsələləri bir-biri ilə əlaqələndirməyə çalışmalı, əsas 
ideyaları ayırmalı, əsas fikri əyani və aydın etməlidir ki, şagirdlərə məlumatı anlamaq, yadda 
saxlamaq və dərk etmək asan olsun.
  Dərsi planlaşdırdıqda fikirləşin:
  Dərsimin  məqsədi/məqsədləri  nədir?  Bu  məqsədin/məqsədlərin  dərsdə  əldə  edilməsi  nə 
dərəcədə mümkündür?
  Materialda diqqət verəcəyim ən başlıca və mühüm olanı nədir?
  İşləniləsi  material  fənndaxili  və  fənlər  arasında  əlaqələrin  möhkəmləndirilməsi  imkanını 
verirmi? Şagirdlərə bu əlaqələri necə göstərməliyəm?
  Nəticənin  əldə  edilməsində  hansı  fəallıqların  və  strategiyaların  istifadəsi  mənə  yardım 
edəcəkdir?
  Materialın əyani şəkildə təqdim edilməsi üçün hansı nümunələr lazım olacaqdır?
  Məsələnin hərtərəfli görünməsi üçün şagirdləri hansı fikirlərlə tanış etməliyəm?
  Məsələni şagirdlərin bilik və təcrübəsi ilə necə əlaqələndirim?
  Məsələnin hərtərəfli görünməsi üçün hansı fərqli fikirləri söyləməliyəm?
  Hansı və neçə yeni anlayış və termini daxil etməliyəm və şagirdlərə yadda saxlatmaq üçün 
onları hansı yolla asanlaşdırmalıyam?
  Məlumatın çatdırılmasının hansı vasitələri şagirdlər üçün materialın qavranılması və anlayışını 
asanlaşdıracaqdır (bunlar metaforaların, analoqiyaların, ucadan fikir söyləmə strategiyalarının, 
qrafiki təşkilatçıların/koqnitik sxemlərin, İKT və başqasının istifadəsi ola bilər)?
  Hansı vasitələrin istifadəsi ilə şagirdlərin maraq və motivasiyalarını artıra bilərəm?
  Şagirdlər materialın anlayışı prosesində hansı çətinliklərlə qarşılaşa bilərlər? Onlar hansı 
səhvlərə yol verə bilərlər?


84
  Qiymətləndirmənin hansı metodları və formalarının istifadəsi ilə dərsin məqsədinin əldə 
edilib-edilməməsini qiymətləndirə bilərəm?
  Əgər dərsi yaxşı planlaşdırmışsınızsa və bu suallara da cavabınız vardırsa, o zaman bu, 
şagirdlərinizin davranışında öz əksini tapacaqdır. Xüsusilə də:
  Şagirdləriniz dərsin tədris məqsədlərini başa düşürlər;
  Onlar  dərsin  gedişində  alınan  məlumatın  əsasında  dərsin  tədris  məqsədini  özləri 
müəyyənləşdirə və ya bir-birinə izah edə bilərlər;
  Onlar nəyi edə biləcəklərini və öz bilik və bacarıqlarını necə nümayiş etdirəcəklərini bilirlər;
  Onlar məsələnin müvafiq terminologiyasını bilir və istifadə edirlər;
  Onlar yeni dərs məsələsi ilə əlaqədar olan əvvəlki təcrübəni xatırlayırlar; 
  Onlar  dərs  materialının  məzmunu  və  şəxsi  dərs  məqsədləri  haqqında  sualları  hazırlayır/
verirlər;
  Onlar yeni materialın məzmunu üzərində fəal şəkildə işləyirlər (suallar verir, məlumatı qeyd 
edir vəs.);
  Onlar əsas ideyanı və mühüm detalları tanıyırlar; 
  Onlar öyrənilən materialı yekunlaşdıra bilirlər;
  Onlar alınan məlumatı gündəlik həyatla əlaqələndirə bilirlər;
  Onlar fəndaxili fənlər arası əlaqələr qura bilirlər;
  Onlar dərs məqsədinin əldə ediləsi planını hazırlayır və həyata keçirirlər;
  Onlar müəllimlərlə birlikdə əvvəlcədən ehtimal edilən səhvləri təhlil edirlər;
  Onlar məsələni sinif yoldaşlarına izah edə bilərlər.
Yarımsahə: Təlim və tədris strategiyaları 
Müxtəlif  tədris  strategiyalarının  istifadəsi  nəinki  şagirdlərdə  motivasiyanın  oyadılması 
və onların dərs prosesinə cəlb olunmaları üçün, eləcə də biliklə yanaşı müxtəlif bacarıqların 
qazanılması  üçün  vacibdir  (məlumatın  axtarılıb  və  üzərində  işlənilməsi,  məntiqi  və  tənqidi 
təfəkkür, transfer,  problemin həlli, səmərəli kommunikasiya, əməkdaşlıq və s.). Bu bacarıqların 
xaricində  sürətlə  dəyişən  gerçəkliklə  ayaqlaşa  bilməz,  hər  zaman  biliyini  yeniləşdirən  və 
rəqabət mühitində öz yerini tapan müstəqil şəxs kimi formalaşa bilməz. Bu bacarıqlar insanda 
anadangəlmə deyil və öz-özünə də inkişaf etmir. Bunda böyük rolu dərs prosesində düzgün 
istifadə edilən strategiyalar oynayırlar.
Dərsin planlaşdırılması zamanı müəllim fikirləşməlidir ki, onun tərəfindən planlaşdırılan 
fəallıqlar şagirdlərdə hansı bacarığı/bacarıqları inkişaf etdirməlidir. Bu zaman bir tərəfdən Milli 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə