MüƏllimlərin peşƏkar inkişafi milli məRKƏzi güRCÜstan



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə24/34
tarix14.10.2017
ölçüsü3,58 Kb.
#4581
1   ...   20   21   22   23   24   25   26   27   ...   34

77
o zaman təlim və tədrisin yüksək səviyyəsinə nail olmaq mümkün deyil. Şagirdlər intizamsız 
davrandıqlarında, əxlaq normalarına əməl etmədikdə, sinifdə xaotik vəziyyət yaranır və bu da 
müəllimin çox enerjisini sərf edir və şagirdlər də bacardıqlarından və istədiklərindən daha az 
oxuyurlar.
Sinifdə müsbət tədris mühitini yaratmaq və dərs vaxtından səmərəli şəkildə istifadə etmək 
üçün müəllim sinfin idarəetməsinin səmərəli strategiyalarına malik olmalıdır. İlk növbədə, bu, 
əxlaq qaydaları və prosedurların işlənib-hazırlanması və onlara riayət edilməsi monitorinqidir.
Əxlaq qaydası ümumi nəticəni və ya standartı təqdim etmir, amma prosedur onu konkret 
əməllə əlaqələndirir. Məsələn, müəllim belə bir qaydanı bərqərar edə bilər: “başqa insanlara və 
onların mülkiyyətinə hörmətlə yanaşın”. Verilən qayda gözlənilən davranışın geniş diapazonunu 
əhatə edir ki, müəllim konkret işlə əlaqədar prosedurları formalaşdırsın və tətbiq etsin, məsələn, 
növbəti işlərlə: yerinə yetirilmiş tapşırıqların toplanılması, tapşırığın sonralar təqdim edilməsi, 
sinif diskussiyalarında iştirak edir və s. Müvafiq olaraq, prosedurlar konkret işlərlə əlaqədar 
davranışın tənzimlənməsinə aiddir
Qaydalar və prosedurları şagirdlərə bağlamaq olmaz. Qaydalar və prosedurları şagirdlərə 
yaxşı izah etməliyik və aktiv şəkildə onların hazırlanmasına və tətbiqinə cəlb etməliyik. Şagirdlər 
üçün bu və ya digər qaydanı nə üçün yerinə yetirdiklərini başa düşmək çox önəmlidir. Yalnız 
belə bir prosesi keçdikdən sonra qayda şagird üçün qəbul edilən ola bilər.
Qaydalar  şagirdin  məktəb  davranışına  müsbət  təsir  göstərir,  nə  zaman  ki,  bu  qaydalar 
şagirdlərlə razılıqda qəbul edilmişdir. Sinfi yaxşı idarə edən müəllim şagirdlərə sinifdə davranış 
qaydalarını  bağlamır;  əksinə,  şagirdlərin  qaydaların  və  prosedurların  işlənib  hazırlanmasına 
aktiv cəlbolunmasını təmin edir. 
Davranış  qaydaları  yazılı  formada  verilməlidir,  sadə,  konkret  və  müsbət  şəkildə 
formalaşdırılmalıdır. Məsələn, “bir-birimizin söhbətini kəsməyək” əvəzinə yaxşı olardı ki, yazaq 
“dinləyək və bir-birimizin fikrini  bitirməyə imkan verək”. Davranış qaydaları dərsin həm tədris, 
eləcə də sosial komponentinə aid olmalıdır (sinifdə ünsiyyət/kommunikasiya qaydaları).
Şagirdlər  qaydaların  əhəmiyyətini  və  onların  pozuntularının  nəyə  gətirdiyini  yaxşı  başa 
düşməlidirlər. Bu sanksiyaların işlənib hazırlanmasına  aktiv cəlb olunmaları yaxşı olardı.
  Ümumiyyətlə, davranışın idarə edilməsi üçün bir neçə şərtlərin nəzərə alınması vacibdir:
  əxlaq qaydaları ilə əlaqədar tələbatlarda ədalətli və ardıcıl olmalıdır;
  Məktəb müəllimlərinin şagirdlər tərəfindən intizamın pozulması halları üzrə razılaşdırılmış 
mövqeləri olmalıdır;
  Şagirdlərə  nə  üçün  intizamın  konkret  pozuntusunun  xoşagəlməz  olmasını  izah  etmək 
lazımdır;
  Şagirdlərə hiss etdirmək lazımdır ki, biz hər zaman onlara aramızda mənfi münasibətlərin 


78
başa  çatdırılması  və  yeni,  müsbət  münasibətlərin  yaradılması  imkanını  verməyə  hazırıq 
(“hər şeyi unuduruq, yeni münasibətlərə başlayırıq”).
Sinfin səmərəli şəkildə idarəetməsini bacarmaq üçün şagirdlərin yaxşı davranışlarını etiraf 
etmək,  qəbul  edilməyən  davranışlarını  töhmət  etmək  imkanını  verən  metodlardan  istifadə 
etməliyik.
Nümunəvi  davranışın  tanınmasının  ən  sadə  yolu  və  qəbuledilməz  davranışa  reaksiya 
göstərilməsinin  ən  sadə  yolu  müəllimin  şifahi  və  fiziki  reaksiyalarıdır.  Xüsusilə  də:  intizamı 
pozan şagirdə yaxınlaşmaq və onunla görmə əlaqəsini yaratmaq; fiziki siqnal, məsələn, şagirdin 
davranışının  qəbuledilməzliyinə  başını  bulamaq;  şifahi  göstərişin  verilməsi  (müəllim  bunu 
başqaları üçün nə qədər görünməz və “yumşaq” edərsə, bir o qədər yaxşıdır). Eləcə də müəllim 
şagirdə izah edə bilər ki, konkret hallarda necə hərəkət etməlidir; əgər şagird “yüngül” xatırlatma 
və  göstərişə  reaksiya  vermirsə,  o  zaman  müəllim  birbaşa  ona  müraciət  etməli,  qəbuledilməz 
davranışı dayandırmalıdır. Bütün bunlar qəbuledilməz davranışa aiddir. Müəllim şagirdlərin yaxşı 
davranışına da müsbət reaksiya göstərə bilər. Şagirdlər hər zaman səbirsizliklə müəllim tərəfindən 
müsbət qiymətləndirmə gözləyirlər. Müəllim yaxşı davranış halında şagirdi tərifləmirsə, o zaman 
şagird müəllim tərəfindən reaksiyanın olmamasını mənfi qəbul edə bilər. Belə ki, müəllimin sədası 
şagirdin yaxşı və ya qəbuledilməz davranışının qiymətləndirilməsinin səmərəli vasitəsidir.
Müəllim  valideynlərlə  birlikdə  şagirdlərin  davranışına  müsbət  təsir  göstərən  əlaqəni 
yaratmalıdır. Şagirdin həvəsləndirilməsi məqsədilə müəllimin valideynə onun nümunəvi əxlaqı 
haqqında məlumat verməsi yaxşı olardı, xoşagəlməz davranış haqqında səylərə baxmayaraq 
problemin  həll  olunmadığında  və  ya  valideyni  məlumatlandırmağı  zəruri  hesab  etdiyində 
məlumat  verir.  Valideynlə  birlikdə  şagirdin  davranışının  monitorinqini  və  ona  reaksiyanın 
konkret formalarını planlaşdırmalıdır.
Şagirdlərin xoşagəlməz davranışının müxtəlif səbəbləri ola bilər. Səbəblərdən biri müəllimin 
qarışıq təlimatları ola bilər, xüsusilə də mürəkkəb fəallıqlar zamanı. Məsələn, bir neçə mərhələli 
tədris işini planlaşdırdığımızda, şagirdləri çoxmərhələli təlimat çaşdırır. Onlar müəllimlə və ya 
bir-biri arasında nə edəcəklərini araşdırırlar və bu da sinifdə səs-küy və xaosa səbəb olur. Bu 
zaman fənlə az maraqlanan və ya nə ilə isə sinif yoldaşlarının diqqətini yayındırmaq istəyən 
şagirdlər səs-küydən  özləri üçün istifadə edirlər. 
Müəllim əsəbləşir və sinifdə vəziyyət daha da kəskinləşə bilər. Belə bir vəziyyətin qarşısını 
almaq üçün təlimatları sadələşdirmək daha yaxşı olardı ki, işin mərhələlərinə uyğunlaşdıraq və 
bizim üçün qəbul edilən ardıcıllığa riayət edək. 
Bu təlimatların kartoçkalara/lövhəyə yazılması yaxşı olardı. Hər hansı bir əməli də nümayiş 
etdirmək olar, məsələn, incəsənət müəllimi plastilindən fiqurun düzəldilməsi texnikasını və ya 
təbiət müəllimi sınağın hər hansı bir çətin momentini göstərə bilər.


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə