MüƏllimlərin peşƏkar inkişafi milli məRKƏzi güRCÜstan



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə25/34
tarix14.10.2017
ölçüsü3,58 Kb.
#4581
1   ...   21   22   23   24   25   26   27   28   ...   34

79
Yuxarıda  söylənilənlərin  hamısı  sinfin  səmərəli  şəkildə  idarə  edilməsinə  dəstək  verir, 
şagirdlərin davranışlarının öz-özünü tənzimlədiyi halda isə idarəetmə səmərəli olur. Öz-özünü 
tənzimləyən davranışa dərs fəaliyyəti böyük təsir göstərir, ona ümumi səy lazımdır və şagirdi öz 
davranışını idarə etməyə “məcbur olduğu” bir vəziyyətə salır, yəni yaxşı planlaşdırılmış, maraqlı 
fəallıqlarla yüklənmiş dərsdə davranışın öz-özünü tənzimləməsi üçün daha çox şərtlər vardır. 
Eləcə də öz-özünü tənzimləyən davranışın formalaşdırılması üçün mühüm dəstəkverici amil 
sosial razılıqla qəbul edilmiş qərardır. Və sonda, müəllim və şagirdlər, şagird və şagird, müəllim 
və valideyn arasında etimad hər bir şagirdin öz davranışına məsuliyyətini artırır.
  Sinfin səmərəli şəkildə idarə edilməsi üçün özünüzə bir neçə suallar verin:
  Şagirdlər üçün dərs fəaliyyətinə qarşı tələbləri tərtib edib şagirdlərə izah etdinizmi?
  Davranış qaydaları və prosedurları işləyib-hazırlamısınızmı? Şagirdlər onun tərtibində iştrak 
edirdilərmi?
  Tapşırığın spesifikası ilə şagirdləri tanış etmisinizmi?
  Tapşırığın verilməsinin gündəlik prosedurlarını işləyib hazırlamısınızmı (məsələn, ibtidai 
siniflərdə hər gün lövhədə, eyni yerdə tapşırığın şərtinin yazılması )?
  Çətin tapşırıq halında, şagirdlərə hissələrə/mərhələlərə bölünmüş təlimatı verirsinizmi?
  Həvəsləndirmə və cəzalandırma mexanizmləri ilə şagirdlərin intizam  və davranışlarının 
idarəetmə sistemini işləyib-hazırlamısınızmı?
  Dərs zamanı minimal vaxtdan istifadə edərək təşkilati məsələlərin həllini bacarırsınızmı 
(materialların paylanılması, şagirdlərin qeydiyyatı və s.)?
  Bu suallara cavabınızın müsbət olduğu halda, şagirdlər:
  Sinif qaydalarına və prosedurlara əməl edirlər (müstəqil və qrupda birgə iş qaydalarına);
  Vaxtdan səmərəli istifadə edirlər, dərs vaxtı praktiki olaraq itirilmir;
  Nə  edəcəklərini  bilirlər  (məsələn,  kiçik  qruplarda  şagirdlərin  rolları  bölünmüşdür;  bir-
birlərinə qulaq asırlar, fərqli fikirləri müqayisə edirlər və s.);
  Öz  təlim  proseslərində  məsuliyyət  daşıyırlar,  üzərlərinə  sinfin  idarəetmə  təşəbbüsünü 
götürürlər, çünki sinifdəki vəziyyət üzrə məsuliyyətlə bölüşürlər.
Yarımsahə: Dərs resursunun idarəetməsi və istifadəsi  
Müəllim konkret bir dərsdə resursun məqsədyönlü istifadəsi probleminin yaranmaması üçün 
tematik planın resurslar qrafasında hər bir dərsin işlənib-hazırlanması üçün  lazımi resursları 
göstərməli və dərs ilinin başlanmasına qədər bu resursları səfərbər etməyə, axtarmağa və ya 
yaratmağa  çalışmalıdır.  Sinif  otağında/kabinetdə  (məktəbdə  bu  fənnin  sinif-kabineti  olduğu 


80
halda)  və  ya  kafedrada  təsnif  edilmiş  dərs  resursları  dolabda  /  rəflərdə  növbəti  prinsiplərlə 
yerləşdirilməlidirlər:
  Plakatlar, sxemlər, cədvəllər, diaqramlar və s.;
  Şəkillər (fotoşəkillər, rəsmlər);
  Elektron resurslar (filmlər, prezentasiya proqramları - slaydşoular), lazımi elektron ünvanların 
siyahısı;
  Əqli oyunlar (məsələn, loto, krosvordlar, oyun kartları);
  Sinif  kitabxanası  (dərslərdə  tez-tez  istifadə  olunan  lüğətlər,  oxu  mətnləri,  uşaq 
ensiklopediyalar....)
  Və s.
Hamıya  məlumdur  ki,  dərsin  məqsədinə  uyğun  olaraq,  ağılla  seçilən  resurs  şagirdlərin 
motivasiyasını, öyrənilən məsələyə qarşı marağı artırır, elmi prosesləri fəallaşdırır. Bunu isə 
şagirdlərin maksimal cəlb edilməsi üçün müəllimin şagirdlərin fərdi tələbatlarını nəzərə almaqla 
resursu  hazırladığında  əldə  etmək  mümkündür.  Resurslar  onların  inkişafına  və  akademik 
nailiyyətlərinin yaxşılaşdırılmasına dəstək verməlidirlər. Müəllim resurslardan istifadə etdikdə 
şagirdlər yalnız passiv dinləyicilərin rolunda olmayacaqlar. Doğrudur, müəllim tərəfindən izah 
edilmiş materialın vizuallaşdırılması dərs prosesini rəngbərəg edir, qavrama səviyyəsini artırır, 
amma etməklə təlimin üstünlüklərindən irəli gələrək, qarşılıqlı əməkdaşlıq prosesində şagirdlərin 
özlərinin bu resursdan istifadə etmələri, özlərinin yaratmağı, doldurmaları, araşdırmaları və s. 
yaxşı olardı.
Şagirdi  resursları  özü  axtarmasına  və  ya  yaratmasına  həvəsləndirsək,  bununla  bir  neçə 
məqsədə eyni zamanda nail ola bilərik: şagird məsələni “öyrənir”, özünü təlim/tədris prosesinin 
tamhüquqlu subyekti kimi hiss edir, onun məsuliyyyət hissi artır, şəxsi vacibliyi hissi yaranır və 
ən əsası, müəllim və şagird arasında tərəfdaş münasibətləri daha da möhkəmlənir. 
Təlim-tədris  prosesinin  səmərəli  şəkildə  aparılması  üçün  sinifdə  fiziki  mühitin 
yaradılmasına  çox  böyük  əhəmiyyət  verilir.  Bu  zaman  müəllim  partaların  düzülüşü, 
lövhənin,  kitab  rəflərinin,  dolab  və  ya  paltar  asılqanın  yeri  kimi  xırdalıqlara  da  diqqət 
verməlidir. Müəllim şagirdlər üçün eyni şərtlərin, rahatlığın və təhlükəsizliyin təmin edildiyi 
bir sinif mühitini yaratmalıdır. Müəllim sinif otağının yerinin tədris metodu və formasına 
uyğunlaşdırılmasına da qayğı göstərməlidir (məsələn, əgər müəllim fəallıqlardan birində qrup 
işini müəyyənləşdirmişdirsə, o zaman dərsin əvvəlinə qədər partaların müvafiq düzülüşünə 
qayğı  göstərməlidir  ki,  dərsin  gedişində  partaların  yerdəyişməsi  səs-küyə  səbəb  olmasın), 
eləcə də şagirdlərin yaşı və tələbatlarını nəzərə almalıdır. 


81
  Belə bir mühitdə:
  Şagirdlər resursdan səmərəli şəkildə istifadə edir və ehtiyatla yanaşırlar;
  Dərs resursu şagirdlərin hamısı üçün əlçatandır;
  Şagirdlər müəllimə resursun səmərəli şəkildə istifadəsinə kömək edirlər;
  Şagirdlər rəqəmsal resurslardan yaradıcılıqla istifadə edirlər;
  Şagirdlər həddən artıq səs-küy xaricində partaları tədris formasına uyğun olaraq düzməyə 
müvəffəq olurlar;
  Bir-biri ilə dərs resursları ilə paylaşırlar;
  Şagirdlər ətraf mühitə qayğı göstərirlər.
Sahə:
 dərs prosesinin planlaşdırılması və tədrisi 
Yarımsahə: Dərs məqsədlərinin və məzmununun izahatı
Dərs  prosesinin  yaxşı  quraşdırılmasını  və  yaxın  və  ya  uzaq  perspektivə  hesablanmasını 
məktəblə təmasda olan hər kəs bilir.  Bir qayda olaraq, müəllimə dərs ili başa çatan kimi məlum 
olur ki, hansı siniflərə tədris edəcəkdir. Bunun üçün onun kifayət qədər vaxtı var ki, tam dərs ilini 
planlaşdırsın. Məlumdur ki, bölgü zamanı ona tədris etmədiyi sinif düşdüyündə, müəllim həmin 
sinfin şagirdlərini yaxşı tanıyan, onların tələbatlarını bilən həmkarlarından məlumat toplayır.  
Məktəb tərəfindən keçirilən qiymətləndirmə və monitorinq materialları da tanışlıq yaxşı olardı. 
Bu məlumatın toplanılmasından sonra müəllim tematik dərs planı üzərində işə başlayır. Tematik 
dərs planının əsas istiqaməti Milli Tədris Planıdır. 
Eyni  zamanda  müəllim  məktəbin  üstünlüklərini  yaxşı  bilməli  və  bütün  bunları  nəzərə 
almaqla tam il üçün tədris prosesini planlaşdırmalıdır. Əlbəttə ki, hər bir incə fərqi hesablamaq 
çətindir, amma əgər tematik planın fəaliyyətdə olan sənədə çevrilməsini istəyiriksə, o zaman 
müəllim ara-sıra ona qayıtmalı və dəyişikliklər etdiyi halda, qeydlər qrafasında qeydlər etməlidir: 
nə  həyata  keçirildi,  hansı  metod  özünü  doğrultdu,  hansı  mövzunun  işlənib-hazırlanmasına 
əvvəlcədən  müəyyənləşdirilmiş  vaxtdan  çox  vaxt  lazım  gəldi  və  s.  Tematik  plan  ona  dərs 
prosesini bütövlükdə anlamaq və öz işinə daim nəzarət etmək imkanını verir: onun şagirdləri 
MTP-nın fənn proqramı ilə müəyyənləşdirilmiş nəticələri əldə edirlərmi. Tematik planda növbəti 
komponentlərin olması yaxşı olardı:
  Tematik vahid;
  Tematik vahidin məqsədi və onun MTP-nın fənn proqramının nəticələri ilə əlaqəsi;
  Tematik vahid üçün lazımi vaxt;
  Resurslar;


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə