MüƏllimlərin peşƏkar inkişafi milli məRKƏzi güRCÜstan



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə29/34
tarix14.10.2017
ölçüsü3,58 Kb.
#4581
1   ...   26   27   28   29   30   31   32   33   34

90
vurğulaması daha yaxşı olardı. Şagirdin daxili motivasiyasını çətinliklərlə mübarizə aparmaq da 
yüksəldir. Bu, bir növ alpinist hissinə bənzəyir, onun üçün zirvəyə çıxmaq prosesi daha önəmlidir, 
nəinki  fəth  edilmiş  zirvədə  durmaq;  amma  müəllim  onu  da  nəzərə  almalıdır  ki,  şagirdlərin 
imkanları çərçivəsində olmayan çox çətin tapşırıq əksinə şagirdin demotivasiyasına səbəb ola 
bilər. Şagirdin motivasiyasına xoş əhval-ruhiyyəli, emosional və intellektual və eləcə də fiziki 
cəhətdən təhlükəsiz mühit çox böyük təsir göstərir. Yüksək nəticələrin gözlənildiyini ifadə etmək 
də  şagirdi öz imkanlarına çox əmin edir və müvafiq olaraq onun təhsil motivasiyasını artırır.
  Xarici motivasiya üçün müəllimlər həm müsbət, eləcə də, mənfi sübutlardan istifadə edirlər. 
Əlbəttə ki, üstünlük birinciyə verilir, məsələn, tərifləmə, mükafat, yüksək bal; amma müəllim 
unutmamalıdır ki, hər hansı bir müsbət sübutun istifadə edildiyi zaman səmimiyyət vacibdir. 
Məsələn, zəif şagirdi tərifləmək o zaman, nə zaman buna əsas olduğunda effekt verir (hətta 
bir  qədər  tərəqqi  müşahidə  olunduğunda  və  ya  yerinə  yetirilən  işlərə  sərf  olunan  səy). 
Şagirdlərin müqayisəsi tövsiyə olunmur. Yaxşı olardı ki, şagirdin özünün ötən və gələcək 
işlərini müqayisə edək. 
  Şagirdin motivasiyası və dərs prosesinə cəlb olunması bir-biri ilə sıx əlaqədə olan hallardır. 
Öz tərəqqisini görən şagird daxilən də motivasiyalıdır və onun dərsə yüksək cəlbolunma 
hazırlığı vardır.
  Şagirdlərin dərs prosesinə cəlb olunmalarına dəstək verir:
  maraqlı və rəngbərəng şəkildə təqdim edilən dərs materialı;
  praktiki dəyəri olan materialın/fəaliyyətin təklif edilməsi;
  dərs prosesini elə planlaşdırmaq ki, şagirdlərin özləri tapa bilsinlər (hətta dəfələrlə tapılanları);
  şagirdlər üçün öyrənilənin təcrübədə istifadəsi imkanını verə biləcək vəziyyətin yaradılması;
  qrup işlərində iştirak etmək;
  Dərsin gedişinin orta tempi;
 Şagirdlərin təşəbbüslərinin dəstəkləndirilməsi (əlbəttə ki, dərs prosesi ilə əlaqədar təşəbbüslər 
nəzərdə tutulur) və s.
Bəzən müəllim b.a. göstərici fəallıqla aldana bilər (məsələn, şagirdlər fiziki olaraq fəallıq 
göstərirlər; şəkil çəkir, rəngləyirlər), amma cəlbolunma təkcə fiziki deyil, eləcə də əqli fəallığı 
nəzərdə tutur, məsələn, şagirdlər fikirləşir, suallar verir, başqaları tərəfindən söylənilən fikirləri 
təkzib  edir  və  ya  təsdiqləyirlər,  bunun  üçün  müəllim  dərsin  planlaşdırılması  zamanı  məhz 
düşüncə prosesini stimullaşdıran tapşırıqlar verir (məs., diskussiya, eksperiment).


91
  Şagirdlərin motivasiyalarının artırılması və cəlb olunmalarını təyin etmək üçün özünüzə 
suallar verin:
  Şagirdlərə müxtəlif növ düşüncə imkanlarını verirəm (praktiki, analitik, yaradıcılıq və s.)?
  Şagirdlərin  təhsilə  olan  maraqlarının  yüksəldilməsi  məqsədilə  qarşılıqlı  ziddiyəti  olan 
qaydalar, seçim, oyun elementləri ilə rəqabət və s. kimi strategiyalardan istifadə edirəm?
  Şagirdlərin  maraqları  və  cəlb  olunmalarının  qorunub  saxlanılması    məqsədilə  tədrisin 
müxtəlif strategiyaları və vasitələrindən istifadə edirəm?
  Şagirdlərə  imkan  verirəm  ki,  öz  maraqları  əsasında  hərəkət  etsinlər,  seçim  etsinlər,  öz 
məqsədlərini, dəyərləri və arzuları ifadə edirəm?
  Sürprizlər  təşkil  edilən  sinif  mühitini  yaradıram,  burada  şagirdlərin  zövq  almaq  imkanı 
olacaqdır (entuziazm, yumor, yeniliklərin vasitəsilə)?
  Dərsin bütün mərhələlərində temp optimaldır?
  Hər bir şagirdin cəlbolunmasına nəzər yetirirəm?
  Əgər bu suallara cavab müsbətdirsə, o zaman şagirdlər:
  Dərs prosesinə enerji və entuziazmla cəlb olunmuşlar;
  Bu və ya digər məqsədə nail olmağa can atırlar;
  Sinif otağında olmaqdan zövq alırlar;
  Öz maraqlarını, ideyaları və nəzərlərini ifadə edirlər;
  Motivasiyalıdırlar və tapşırıqların yerinə yetirilməsinə yönəlmişdirlər;
  Dərsdə yeni fəallıqların daxil edilməsi ilə əlaqədar təşəbbüs göstərirlər;
  Köməklik üçün təkcə müəllimə deyil, sinif yoldaşına da müraciət edirlər;
  Sinif yoldaşlarına köməklik göstərmək üçün hazırdırlar.
  Şagirdlər prezentasiyaları təqdim edirlər, qrup onların təhlilində iştirak edir.
Sahə:
 dərs prosesinin qiymətləndirilməsi
Yarımsahə: Tədris zamanı qiymətləndirmənin istifadəsi
Dərs  prosesinin  qiymətləndirilməsi  dərs  məqsədlərinin  əldə  edilməsinin  keyfiyyətini 
təyin edən göstəricilərin toplanılmasının, qeydiyyatının və analizin daimi prosesi, şagirdlərin 
nailiyyətlərinin  ardıcıl  öyrənilməsidir.  Qiymətləndirmə  tam  olaraq  dərs  prosesinin  verdiyi 
nəticələri  sadalayır,  bu  nəticələrin  analizi  isə  həmin  dərs  prosesində  düzəlişlərin  aparılması 
və dərs prosesinin daha yaxşı aparılması üçün vacibdir. Qiymətləndirmənin əsası Milli Tədris 
Planı,  məktəb  planı  və  fənn  proqramıdır  (standart).  Qiymətləndirmənin  məqsədi  şagirdlərin 


92
nailiyyətlərinin  Milli  Tədris  Planının  fənn  proqramları  ilə  (standartlarla)  müəyyənləşdirilən 
nəticələri ilə uyğunluğunu təyin etməkdir. Eyni zamanda qiymətləndirmə nəticələri müəllimə 
fərdi işinin səmərərəliliyi haqqında məlumat verir. Qiymətləndirmə təkcə verilən anda biliyin 
qiymətləndirilməsi  üçün  deyil,  eləcə  də  şagirdin  tədris  prosesinin  yaxşılaşdırılması,  onun 
inkişafına dəstəyin verilməsi üçün istifadə olunur. Müəllim mütəmadi olaraq şagirdlərin təlimi 
üzrə monitorinq aparır və ehtiyac olduğu halda, onlara qarşılıqlı təsir göstərir. 
Qarşılıqlı təsir – konkret dərs əməlinə ola şərhdir. O, şagirdə  nəyi yaxşı edib-etmədiyi 
haqqında  məlumat  verir.  Nöqsanların  halında,  tövsiyələr  qəbul  edir  ki,  hansı  yollarla  bu 
nöqsanların qarşısı alınmalıdır. Qarşılıqlı təsiri müəllim şagirdə / şagirdlərə, şagird şagirdə / 
şagirdlərə verə bilər. Xüsusi, yaxşılaşdırmaya yönəlmiş, yüksək keyfiyyətli qarşılıqlı təsiri şagird 
həm müəllimdən, eləcə də sinif yoldaşlarından asanlıqla qəbul edir.
Qarşılıqlı  təsir  ardıcıl  bir  prosesdir  və  qiymətləndirmənin  müxtəlif  formasına  əsaslanır: 
müşahidəyə,  testə,  sual-cavaba  və  s.  Qarşılıqlı  təsir  həm  yazılı,  eləcə  də  şifahi  ola  bilər. 
Səmərəli qarşılıqlı təsir üçün müəllimin aydın şəkildə işlənib-hazırlanmış kriteriləri (rubrikaları) 
olmalıdır və onları təkcə şagirdlərə deyil, eləcə də maraqlanan şəxsə (valideynlərə, həmkarlara, 
administrasiyaya) tanış edir. 
Müəllim şagirdin təlim prosesində mühüm mərhələləri ayırır, hər bir mərhələdə əldə ediləsi 
nəticələri müəyyənləşdirir və şagirdə qarşılıqlı təsir (inkişafetdirici qiymətləndirmə) verir ki, 
şagird öz tərəqqisini yaxşı görə bilsin. Şagirdin özü də şəxsi dərs fəaliyyətini müstəqil şəkildə 
izləyə bilər. Müəllim tərəfindən verilən sinif və ya ev tapşırıqlarının müşahidə edilməsi şagirdə 
imkan verir ki, öz dərs işini qiymətləndirsin, güclü və zəif tərəflərini tapsın, amma bunun üçün 
onun istinad edə biləcəyi aydın qiymətləndirmə kriteriləri olmalıdır. Özünüqiymətləndirməni 
şagirdlərə başqa cür öyrətmək çətindir. 
Qiymətləndirmənin hərtərəfli olması üçün müəllim müxtəlif vasitələrdən istifadə etməlidir: 
şifahi sorğu, yazılı iş, suallar, təqdimat, layihə, zaçot və ya imtahan, qovluq, yəni b.a. “portfolio”, 
öz-özünüqiymətləndirmə və qarşılıqlı qiymətləndirmə və s. 
Qiymətləndirmədə yekunlaşdırıcı qiymətləndirmənin hissəsi də əhəmiyyətlidir. Yekunlaşdırıcı 
iş  nəticələrinin  analizi  şagirdlərin  akademik  nailiyyət  səviyyəsinin  təyin  edilməsi  ilə  birlikdə 
gələcək nəticələrin proqnozlaşdırılmasının, dərs prosesinin üzərində düzəlişlər etmək imkanını 
verir, eyni zamanda müəllimə öz peşəkar ehtiyaclarının və tədris təcrübəsinin yaxşılaşdırılmasında 
köməklik edir. Bütün yekunlaşdırıcı işin planlaşdırılmasında müəllim bir daha fənn standartına 
qayıdır və həmin nəticələri (indikatoru/indikatorları) işarə edir, hansıların əldə etmə səviyyəsinin 
qiymətləndirilməsini də lazımi hesab edir, yekunlaşdırıcı işlərlə qiymətləndiriləsi bilik sahəsinin 
və bacarıqlarının siyahısını müəyyənləşdirir və bundan irəli gələrək, qiymətləndirmə formasını 
da  seçir  (bunlar  esse,  şifahi  çıxış,  sinif  məruzəsi,  referat,  yaradıcılıq  işi  (məs.,  şəkil),  layihə, 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə