Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva


§ 16. YOx, MONTYOR GƏLMƏYƏCƏK



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə21/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   17   18   19   20   21   22   23   24   ...   51

64
§ 16. YOx, MONTYOR GƏLMƏYƏCƏK
Çayın hər iki tərəfində olan evlərə elektrik xətti çəkilmişdi. Gecələr kəndin 
küçələrində  lampalar  hər  tərəfə  işıq*  yayırdı.  Bir  gün  dərsdən  sonra  Vəli 
məktəbdə dedi ki, nənəsinin mənzilində elektrik xətti xarab olub. İki gündür 
ki, işıq yanmır. Nənəsi iki gündür ki, lampa yandırıb oturur.
Adil bunu eşitdikdə dedi:
– Dərsdən sonra gedək, baxaq!
Vəli başını 
hərlədi
.
– Baxmaqla* nə olsun, – dedi. – Düzəltmək lazımdır. Kəndin montyoru* 
da iki gündür xəstədir*.
Adil:
–  Eybi  yoxdur,  –  dedi.  –  Sən  mənə  göstər*,  bizim  bir  yaxşı  montyor 
tanışımız var. Ona deyərəm, gəlib düzəldər.
– Dərsdən sonra Adil Vəlinin nənəsigilə getdi. Vəli ondan* qabaq* otağa 
girib lampanı bir neçə dəfə burdu və dedi:
– Gördünmü, yanmır! Baxmaqla nə olur ki?
Adil onun sözlərinə əhəmiyyət* vermədən qapının haşiyəsinə vurulmuş 
elektrik açarını sağa-sola burdu. İşıq yanmadı. Vəlidən bir bıçaq* gətirməsini 
xahiş  etdi.  Bıçaqla*  elektrik  açarının  qapağını  qaldırdı  və  diqqətlə  baxdı. 
Elek trik məftilinin* bir tərəfdən qırıldığını gördü.
Vəlinin nənəsi açarın qapağının çıxarıldığını gördükdə həyəcanla dedi:
– A bala, neyləyirsən, xarab edərsən.
Adil dedi: 
– Qorxma, nənə! Heç nə eləmirəm. Baxıram.
Adil qırılmış simi ehtiyatla* birləşdirib qapağı yerinə bağladı.
Vəli:
– Yaxşı, montyora nə vaxt deyəcəksən? Sabah gələrmi?
Adil gülümsədi:
– Yox, montyor gəlməyəcək.
Bunu deyib Adil elektik açarının düyməsini qaldırdı. Lampa yandı. Vəlinin 
gözləri* bərəldi.
– Neylədin? Nə oldu ki, yandı?
Vəlinin nənəsi də gözlərini təəccüblə* yanan lampaya zillədi... 
 
 
 
 
 
 
 
 
xalidə Hasilova
SÞZLÖK
  haşiyə – burada: наличник   
qapaq – крышка 
 
xarab olmaq – испортиться   
gözləri bərəlmək – вытарашить глаза

 Necə düşünürsünüz, mətnin başlığı məzmunu əks etdirə bilirmi? Bəs 
siz mətni necə adlandırardınız? Fikirlərinizi əsaslandırın. 
Çap üçün deyil


65

  Necə  düşünürsünüz,  “Doğrudan  da,  fizikdir...”  və  “Yox,  montyor 
gəlməyəcək” mətn  ləri arasında hər hansı bir bağlılıq varmı? Əgər varsa, bu 
bağlılıq nədən ibarətdir? Fikrinizi faktlarla əsaslandırın.

 Mətn üzrə plan tərtib etməli olsanız, aşağıda verilmiş planla razı laşar-
dınız, yoxsa yeni plan tərtib edərdiniz? Qruplara bölünün və öz variantınızı 
təqdim edin. Tərtib etdiyiniz plan əsasında mətnin məzmununu danışın. 
1) Vəlinin məlumatı.
2) Adilin təklifi.
3) Adil Vəlinin nənəsigildə.
4) Nənənin narahatlığı.
5) Vəlinin və nənəsinin təəccübü.

 Aşağıdakı sualların mətnin məzmununu əks etdirmədiyini əsaslandırın.
1) Vəli nənəsinin işığının yanmadığını niyə gizlədirdi?
2) Adil niyə Vəlinin məlumatını dinləmək istəmədi?
3) Nə üçün Adil Vəlinin nənəsigilə getməkdən boyun qaçırdı?
4) Montyor elektrik xəttindəki qırığı tapa bildimi?
5) Vəli nənəsinin işığını düzəldərkən nədən istifadə etdi?
6) Nənə işığın yandığını görəndə nə üçün təəccüblənmədi?

 Oxuduğunuz mətndəki əsas fakt və hadisəni müəyyənləşdirin.
A) Vəlinin nənəsinin işığı yanmırdı, elektrik xəttindəki qırığı Adil düzəltdi.
B) Montyor xəstə idi, Vəli başqa montyor axtarırdı.
C) Lampa yanırdı, Adil Vəli ilə söhbət edib, evlərinə qayıtdı. 
D) Vəlinin nənəsi təəccüblə yanan lampaya baxdı.
E) Vəlinin nənəsinin işığı yanmırdı, Adil rezin əlcək və ayaqqabı axtardı.

 Mətndə üzərində ulduz işarəsi qoyulmuş sözləri dəftərinizə köçürün, 
düzgün tələffüz şəklini qarşılarında qeyd edin.

 Mətndə altından xətt çəkilmiş sözlərə sual verib nə bildirdiyini müəy-
yənləşdirməyə çalışın. Çətinlik çəkdinizsə, bunun  səbəbini izah etməyə səy 
göstərin. Sizcə, nitqimizdə işlətdiyimiz bütün sözlərin leksik mənası varmı?

 Mətndə göy rəngdə verilmiş sözün əvəzinə aşağıdakılardan hansını iş-
lətmək daha çox yerinə düşər?
A) fırladı         B) buladı        C) döndərdi        D) qaldırdı         E) salladı 

 Mətndə qara şriftlə verilmiş sözlərdəki ümumi cəhət nədən ibarətdir? 
Düzgün olmayan cavabı göstərin.
A) hərəkətə aid olduğu üçün hamısı zərfdir        B) hamısı düzəltmə sözdür  
C) hamısı qoşasamitli sözdür                             D) hamısı isimdən düzəlib   
E) hamısı tərzi-hərəkət zərfidir
Çap üçün deyil


66

 Aşağıdakı atalar sözlərindən mətnin məzmununa uyğun olmayanı seçib 
səsləndirin. Fikrinizi əsaslandırın.
1)  İş  ustasından  qorxar.  2)  Yalançının  evi  yandı,  heç  kim  inanmadı.  
3) Çörəyi ver çörəkçiyə, birini də üstəlik. 4) Çalışqan əl nəyə dəysə, qızıl 
olar. 5) Bacarıq ağlın nişanəsidir. 6) Bacarmadığın bir işi bacarıram demə! 
7) İş bacaranın, aş yeyənindir!
ATALAR SЮZЦ – AЬLIN GЮZЦ

 Lampa ilə əlaqədar tapmaca deyə bilərsinizmi? Özünüzü yoxlayın.

 Cümlələrin düzgün qurulmasına diqqət yetirməklə müəllimin təqdim 
etdiyi mətni Azərbaycan dilinə tərcümə edin.

 Aşağıdakı sözlərin quruluşunu müəyyənləş dirin. 
açarının, düyməsini, tanışımız, birləşdirib, bağladı, çəkilmişdi, vurulmuş

 Cümlələri əvvəl mətnin məzmunu əsasında, sonra isə istədiyiniz kimi  
tamamlayın. 
1) Bir gün dərsdən sonra Vəli məktəbdə dedi ki, ... . 2) Kəndin montyoru 
da ... . 3) Dərsdən sonra Adil ... . 4) Bunu deyib Adil elektik açarının ... . 5) Adil 
onun sözlərinə əhəmiyyət vermədi və ... . 6) Adil qırılmış simi ehtiyatla ... .

 Mətndə işlənmiş qoşasamitli sözləri seçib yazın və onların tələffüzü ilə 
bağlı bildiyiniz qaydaları izah edin.

  Mətndə  inkarda  işlənmiş  feilləri  seçib  yazın  və  onları  müxtəlif  za-
manlarda  cümlələrdə  işlədin.  Bu  feilləri  feilin  başqa  hansı  formalarında 
(şəkillərində) işlədə bilərsiniz?

  Adil  elektrik  xəttindəki  nasazlığı  aradan  qaldırandan  sonra 
in 
fizika dərnəyinə üzv yazılmaq qərarı qətiləşdi. O, məktəb direktorunun adına 
aşağıdakı ərizəni yazdı. 
 ərizəsi üzərində müşahidə aparın və ərizənin 
quruluşunu (hansı hissələrdən ibarət olduğunu) təsvir edin.
|
 Sizcə, Vəlinin ərizəsindəki bəzi sözlər niyə qara şriftlə verilib? 
Quba rayonu Xınalıq kənd orta məktəbnin direktoru 
Cəmilə Bağırovaya həmin məktəbin 7-ci sinif şagirdi 
Cəfərov Həbib Hüseyn oğlundan
Ə  R  İ  z  Ə
xahişt edirəm ki, məni məktəbmizdə faliyyət göstərən “Fizikaşunas”  
dərnəginə üzüv yazasız.
   
 
 
    
İmza:       
 
.H.Hüseynov
 
 
20 sentyabr 2014-cü il.
Həbib
in 
Həbib
C
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə