85
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Əziz uşaqlar, dilimizdə köməkçi vəzifə yerinə yetirən sözlərin bir qrupu qoşma
(послелог) adlanır. Qoşmalar ismin adlıq, yiyəlik, yönlük, çıxışlıq halında işlənən
sözlərə qoşularaq onlarda müəyyən məna çaları yaradan sözlərdir: çətir kimi,
quş tək, sənin üçün, meşəyə tərəf, məktəbə qədər, evə dək, dünəndən bəri, Cəfərdən
başqa, bağa sarı, dostumdan savayı və s.
Məsələn: “Dərsdən sonra Adil Vəlinin nənəsigilə getdi” cümləsində işlənən
“sonra” qoşması qoşulduğu sözə (dərsdən) zaman, “Uşağı lap dibçəkdəki gül kimi
saxlayırsınız” cümləsindəki “kimi” qoşması isə qoşulduğu sözə (gül) bənzətmə
çaları vermişdir.
Azərbaycan dilində ən çox işlənən qoşmalar aşağıdakılardır: üçün, ilə (-la, -lə),
qədər, kimi, tək, haqqında, barəsində, üzrə, tərəf, sarı, doğru, -dək, -can, görə, dair,
aid, qarşı, əvvəl, sonra, qabaq, bəri, başqa, savayı, ayrı, qeyri, ötrü
⓮
Necə düşünürsünüz, mətndə altından xətt çəkilmiş sözlər işləndiyi
cümlələrdə necə bir vəzifə yerinə yetirir? Həmin sözləri cümlələrdən çıxarsaq,
nə baş verər? Fikrinizi əsaslandırın.
⓯
Aşağıdakı tapmacaları oxuyun və cavablandırın. Cavablarda ifadə olu-
nan əşyaları təsvir edin.
Çoxlu tağ atar,
O nədi ki,
Torpaqda yatar,
Otuz səkkiz paltar geyir,
Qoyma yetişsin,
Hamısı da düyməsiz.
Kal-kal dər, apar.
Üstü yaşıl məxmərdi,
Babam oturub al çuxada
İçi şirin-şəkərdi.
Kim soyundursa, gözü çıxar.
|
Tapmacalarda işlənmiş isim, sifət, say, əvəzlik, feil və zərfləri seçib
ayrı-ayrı sütunlarda yazın. Sonra hər birinin qrammatik mənasını izah edin.
§ 22. SAAT
Tik-tak, tik-tak...
Bir divara bax:
Saat işləyir,
Elə bil, deyir:
– Qiymətini bil,
hər dəqiqənin.
Getməsin hədər
Heç vaxtın sənin!
Vaxtında* işlə,
Vaxtında* dincəl!
Əməklə–işlə
Yaşa, art, yüksəl!
Durmaq istəsən,
Əgər lap erkən,
Zəngli saatı
Əvvəlcədən qur.
Vaxtı gələndə,
O, zəng çalacaq,
Bütün otağa
Haray salacaq:
– Vaxtdır!
Dur, dur!..
Hər saat sənə
deyir ucadan:
Çap üçün deyil
86
Bax, bir saat da
Keçdi həyatdan!..
Bu bir saatda
Min tonlarla* neft
Verdi ölkəyə
Neftçi yoldaşlar.
Bu bir saatda
Min tonlarla yük,
Minlərcə* minik
Aparıb getdi
Yüzlərlə qatar.
Bu bir saatda
Minlərcə kitab,
Dəftər* çap etdi
Nəşriyyatçılar.
Minlərcə doktor,
Alim, sənətkar
İş başındadır,
Hamı səninçün,
Qurur, yaradır!..
Hər saat sənə
Deyir ucadan:
– Bax, bir saat da
Keçdi həyatdan!..
Ey gənc vətəndaş,
Sən ey məktəbli,
Əlaçı yoldaş!
Sən nə edibsən?!
Saata bir bax:
– Tik-tak, tik-tak...
Saat işləyir,
O sənə deyir:
– Qiymətini bil,
hər dəqiqənin.
Getməsin hədər
Heç vaxtın sənin!
Vaxtında işlə,
Vaxtında dincəl!
Əməklə – işlə
Yaşa,
art,
yüksəl!..
Mikayıl Rzaquluzadə
SÞZLÖK
erkən – рано
nəşriyyatçı – издатель
çap etmək – печатать
artmaq – повышаться
❶
Bu şeirdə şair niyə məhz sizə – məktəblilərə müraciət edir? Şeirdən
çıxartdığınız nəticə barəsində danışın.
❷
Şeiri səs tonu və tempi gözləməklə oxuyun.
❸
Vaxtın hədər getməməsi üçün şairin məktəblilərə tövsiyəsi nədən
ibarətdir? Fikrinizi öz sözlərinizlə izah edin.
❹
Necə düşünürsünüz, hədər gedən vaxtınız və bunun üçün təəssüflən di-
yiniz olubmu? Bu barədə fikirlərinizi yoldaşlarınızla bölüşün.
❺
Heç düşünmüsünüzmü, vaxtınızın hədər getməməsi üçün nə etmək
olardı? Fikirlərinizi yoldaşlarınızla bölüşün.
❻
Aşağıda verilmiş misraları şeirin məzmunu əsasında tamamlayın, son-
ra şeirdəki ardıcıllıq üzrə sıralayın.
1) Saat işləyir və elə bil, deyir ki, hər dəqiqənin ...
2) Sən ey gənc vətəndaş, ey məktəbli, əlaçı yoldaş ... ?!
3) Neftçi yoldaşlar bu bir saatda ölkəyə ...
4) Hər saat sənə ucadan deyir ki, bax bir saat da ...
5) Əgər lap erkən durmaq istəsən, zəngli saatı ...
6) Bu bir saatda minlərcə doktor, mühəndis, sənətkar ... və hamı ...
7) Vaxtında işlə, vaxtında dincəl, ...
Çap üçün deyil
87
❼
Aşağıdakı sözlərin içərisində ismin yönlük halında işlənən üç söz
“gizlənmişdir”. Həmin sözləri tapıb səsləndirin və fikrinizi əsaslandırın.
çadra, cücə, divara, çevrə, çağa, çərçivə, saata, dairə, dayə, dəhrə, ölkəyə,
dəfinə, gölməçə, xəstə
❽
Şeirdə işlənmiş miqdar saylarını seçib yazın. Sonra onların müəyyən
miqdar sayı, qeyri-müəyyən miqdar sayı, yoxsa kəsr sayı olduğunu müəyyən-
ləşdirib qrammatik mənasını izah edin.
❾
Şeirdə bir qoşasaitli söz işlənmişdir. Həmin sözün tələffüzü ilə bağlı
qaydanı yadınıza salın və əlavə misallar göstərməklə izah edin.
❿
Aşağıdakı parçada qara hərflərlə verilmiş sözlərlə bağlı düzgün
cavabları göstərin.
Vaxtında işlə,
Əməklə – işlə
Vaxtında dincəl!
Yaşa, art, yüksəl!
1) hər ikisi isimdir, hər ikisində vurğu birinci hecadadır
2) birincidə vurğu ikinci, ikincidə isə vurğu birinci hecadadır
3) hər ikisi feildir, hər ikisində vurğu ikinci hecadadır
4) birincisi düzəltmə feildir, ikincisi qoşma ilə işlənmiş isimdir
⓫
Necə düşünürsünüz, şeirdə qara hərflərlə verilmiş sözdə qoşma hansı
məna çaları yaratmışdır? Mülahizənizi söyləyin və fikrinizi əlavə misallarla
əsaslandırın.
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Azərbaycan dilində işlənən qoşmalar qoşulduğu sözlərdə, əsasən, aşağıdakı
məna çalarlarını yaradır:
1) birgəlik, vasitə (ilə, -la,- lə) – araba ilə, qələmlə, atamla, səninlə;
2) zaman (əvvəl, sonra, qabaq, bəri) – hücumdan sonra, dərsdən əvvəl;
3) məsafə (kimi, qədər, -dək, -can
2
) – sahiləcən, şəhərə qədər, məktəbə kimi ...
4) istiqamət (tərəf, doğru, sarı, qarşı) – düşmənə qarşı, kluba doğru, evə sarı;
5) bənzətmə (kimi, qədər, tək) – gül kimi, sənin qədər, qultək, buz kimi;
6) fərqləndirmə (başqa, savayı, qeyri, özgə, ayrı) – bacımdan savayı, vətəndən
ayrı, anamdan özgə, Süsəndən başqa;
7) səbəb-məqsəd, aidlik (üçün, ötrü, görə) – gecikdiyimə görə, dostumdan ötrü,
vətənə dönmək üçün, bacım üçün, ağladığım üçün və s.
⓬
Məsafə və fərqləndirmə bildirən qoşmaları işlətməklə cümlələr qu-
rub yazın və yazdığınız cümlələrdə qoşmaların ismin hansı halına qoşulduğu
üzərində müşahidə aparın.
Çap üçün deyil
Dostları ilə paylaş: |