Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə32/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   28   29   30   31   32   33   34   35   ...   51

97
Burdan – Tancadan Misirə qədər getmək üçün isə səhradan keçməlisən.
 Bundan sonra araya elə bir 
səssizlik
 çökdü ki, 
sanki
 şəhər başdan-başa 
yuxuya dalmışdı.
Dəli Həsənlə Koroğlu qılınclarını çəkib, bir-birinə hücum  elədilər.
Tacir ona çaşqın-çaşqın baxdı. Hələ səhər, bir az əvvəl o, necə 
nəşəli
 idi. 
– Oğlum, vətənə dönmək üçün sənə pul verə bilərəm, – büllur taciri dedi.
Oğlan cavab vermədi. Sonra ayağa qalxdı, əynini-başını 
sahmana
 saldı və 
heybəsini götürdü: – Sizinlə işləyəcəyəm, – dedi və bir az susduqdan sonra 
sözünü tamamlamaq üçün əlavə etdi:
– Bir neçə qoyun almaq üçün pula ehtiyacım var.    
 
       Paulo Kuelyo
SÞZLÖK
  piştaxta – прилавка
büllur – хрусталь
savab – благое дело
çaşqın-çaşqın – растерянно
əslində  – в действительности,
                 на самом деле
SЮZ EHTИYATI
nəşəli – радостный
dan sökülənə qədər – до рассвета
borca düşmək – задолжать
yuxuya dalmaq – заснуть
əynini-başını sahmana salmaq –
               привести себя в порядок
araya səssizlik çökdü – воцарилась
 
   
              тишина

 Səs  tonu  və  fasiləni  gözləməklə  mətni  rollar  üzrə  oxuyun.  Mətndən 
hansı nəticəni çıxarmaq olar? Fikrinizi bildirin.

 Suallara cavab verməklə  mətnin məzmununu qısaca danışın.
1) Santyaqo nə üçün vitrindəki bütün vazaları yuyub təmizləməyi təklif etdi?
2) Büllur taciri nə üçün Santyaqonu yoxuşun sonunda olan kiçik bara apardı?
3)  Dükan  sahibi  nə  üçün  Santyaqonun  vazaları  təmizləməyinə  ehtiyac 
görmürdü?
4) Yeməkdən sonra tacir oğlana nə təklif etdi?
5) Santyaqo tacirdən nə istədi?
6) Tacir  vətənə dönmək üçün niyə Santyaqoya pul vermək istədi?
7) Santyaqo nə üçün  tacirlə işləməyə  razılıq verdi?

 Mətnin hər hansı hissəsində cümlələr arasında əlaqə olmadığını söy-
ləmək olarmı? Fikrinizi əsaslandırın.

 Necə düşünürsünüz, mətndə kursivlə verilmiş sözləri əvəzliyin aşa ğı-
dakı növlərindən hansına aid etmək olar? Özünüzü sınayın.
A) təyini       B) işarə          C) sual         D) qeyri-müəyyən        E) şəxs
Çap üçün deyil


98

  Aşağıdakı  sözlərin  içərisində  çıxışlıq  halda  olmayan  bir  neçə  söz 
gizlənmişdir. Həmin sözləri tapıb səsləndirin və fikrinizi əsaslandırın.
qapıdan, dükandan, mətndən, zindan, güldan, yenidən, heybədən, uşaqdan, 
bağdan, yoldan, əvvəldən, dərslikdən, vicdan, masadan, vitrindən

  Aşağıdakı  cümlələrdə  sayları  tapıb  qrammatik  mənasını  izah  edin. 
Burada  miqdar saylarının  hansı növləri işlənmişdir? Fikrinizi əsaslandırın.
1) Bu müddət ərzində iki müştəri gəlib xeyli qab-qacaq aldı. 2) Bir neçə 
qoyun almaq üçün pula ehtiyacım var. 3) Misirə getmək üçün bir xeyli borc 
almalısan. 4) Bina 184.000 manat qızıl pula başa gəlir.
             

  Mətndə  işlənmiş  qoşmaları  tapıb  ismin  hansı  halları  ilə  işləndiyini 
müəyyənləşdirin və qrammatik mənalarını, qoşulduğu sözlərdə yaratdığı məna 
çalarlarını izah edin. 

 “Sonra, əvvəl, başqa, özgə, qeyri, savayı” qoşmalarının ismin hansı 
halında işlənən sözlərə qoşulduğunu və qoşulduğu sözlərdə hansı məna çalarını 
yaratdığını müəyyənləşdirin və fikrinizi misallarla əsaslandırın. 

 Mətndə işlənmiş məsdərləri tapıb yazın. Bir neçəsini ismin müxtəlif 
hallarında işlədin və onların orfoqrafiyası ilə əlaqədar fikrinizi bildirin.

  Üzərində  ulduz  işarəsi  qoyulmuş  sözlərdə  məsdər  şəkilçisinin 
sonundakı  ”k”  samitinin  “y”-yə  keçməsinin  səbəbini  izah  edə  bilərsinizmi? 
Fikrinizi əsaslandırın.

  Mətndə  qırmızı  rəngdə  verilmiş  sözləri  sinonimləri  ilə  əvəz  edib 
cümlələri yenidən oxuyun.
⓬ 
 Mətndə altından xətt çəkilmiş sözlərin hansı nitq hissəsinə aid oldu-
ğunu müəyyənləşdirin və qrammatik mənasını izah edin. Sonra isə onları  məna 
növləri üzrə qruplaşdırıb ayrı-ayrı sütunlarda yazın.

 Aşağıdakı atalar sözlərini oxuyun və yadda saxlayın. Uyğun situasi-
yalarda onlardan nitqinizdə istifadə etməyə çalışın.
1)  Gec  gələn  qonaq  öz  kisəsindən  yeyər.  2)  Dünyanın  malı  dünyada 
qalacaq. 3) Əvvəl arxı tullan, sonra bərəkallah de. 4) Əvvəl salam, sonra 
kəlam. 5) Əl əli yuyar, əl də üzü. 6) Əmanətə xəyanət olmaz.
ATALAR SЮZЦ – AЬLIN GЮZЦ
|
  Atalar sözlərində altından xətt çəkilmiş sözlərin qrammatik mənası ilə 
bağlı debat təşkil edin:
1) Bu cümlələrdə işlənən “əvvəl” və “sonra” sözləri qoşmadır.
2) Bu cümlələrdə işlənən “əvvəl” və “sonra” sözləri zərfdir.
Çap üçün deyil


99

  Mətndə  işlənmiş  qoşmaların  yazılışı  üzərində  müşahidə  aparın  və 
“tərəf, doğru, sarı, kimi, -dək, -can, -cən, qədər” qoşmalarını müvafiq sözlərlə 
işlədərək cümlələr qurub yazın. Yazdığınız  cümlələrdə onların yaratdığı məna 
çalarını izah edin.
§ 26. SƏRV AğACI
Qoca bağbanın bağı çox gözəl idi. Bu bağda can dərmanı desən, tapardın. 
Qırmızıyanaq* almaların, sapsarı armudların*, heyvaların, alyanaq* narların* 
dadından* doymaq* olmurdu.
Bu bağda bir sərv ağacı da bitmişdi. Bu ağac* hər gün boy atıb yüksəlirdi. 
Ancaq* barsız-bəhərsiz idi. Qoca bağban neçə dəfə onu kəsib, yerində meyvə 
ağacı əkmək istəmişdi. Ancaq yaşıllığına heyfi gəlmişdi.
Sərv ağacı bir gün ətrafa boylanıb, öz uca qaməti ilə öyündü:
– Eh, bu bağda mənə çatan olmaz, – dedi. – Az keçməz başım lap bulud-
lara* dəyər.
Sərv  ağacının  boyu  uzandıqca*  lovğalığı  da  artırdı.  Bütün  ağaclara* 
yuxarıdan aşağı baxırdı.
Ellərə payız gəlmişdi. Qoca bağbanın meyvələri yetişib ballaşırdı. O, hər 
gün bağın meyvələrindən* dərib nəvə-nəticələrinə səbət-səbət pay göndərirdi. 
Uca sərv ağacına isə heç yaxın getmirdi.
Bir gün sərv ağacı başını aşağı əyib yanındakı alma ağacından* soruşdu:
– Görəsən, bağban  mənə niyə yaxın düşmür?
Alma ağacı dedi: 
– Axı niyə də yaxın düşsün, barın yox, bəhərin yox.
Öz ucalığı ilə öyünən sərv ağacı bu sözdən yamanca tutuldu. Belə barlı-
bəhərli*  bağda  bitdiyinə  peşman  oldu.  Əvvəlki  sevincindən*  əsər-əlamət 
qalmadı. Barlı ağaclara baxıb xəcalət çəkdi. İndi o, başını uca tutmağa belə 
utanırdı. Barsızlıq* ona böyük bir dərd olmuşdu.
Axır ki bu bağda onun dərdinə bir şərik olan tapıldı. İri kötüklü meynənin 
topasından ayrılmış zoğ əlini sərv ağacına uzadaraq*:
– Ey sərv ağacı, gəl dost olaq, – dedi. 
Sərv ağacı əvvəl ona heç məhəl qoymadı. Sonra könülsüz-könülsüz:
– Eh, sən hara, mən hara? – dedi.
– Bilirəm, ucalığını deyirsən. Kömək etsən, mən də sənə çata bilərəm.
Sərv  ağacı  ürəyində  ucalığını  tutmamışdı.  Öz  barsızlıq  dərdini  demək 
istəyirdi.  
– Eh, siz meyvələrə nə var ki! Məhsulunuz bol, hər yerdə də təriflənirsiniz,  
süfrələr bəzəyirsiniz. Dərd mənim dərdimdir.
Meynə sərv ağacının halına acıdı:
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə