153
Gördüyümuz kimi, milli musiqinin inkişaf məsələlərini
Ü.Hacıbəyli əvvəlki kimi beynəlmiləl musiqi əlaqələri və təsir-
ləri məsələlərindən ayrıca həll etmir. Bu iki məsələni o, bir-bi-
rindən ayrılmamış, vəhdətdə həll edir: “Azərbaycan türkləri
ümumi musiqini elm və sənətimizdə öyrənməlidirlərmi, yoxsa
buna heç bir ehtiyac hiss edilməyib, yalnız Şərq musiqisi ilə işti-
ğal etmək kifayətmiş? Digər ibarə ilə biz Azərbaycan türklərinə
“Ala franga” yaxud bizlərdə “Yevropeyski” deyilən musiqini də
öyrənmək lazımdırmı?”.
Ü.Hacıbəyli bu suala belə cavab verir: “Bəli, lazım və vacib-
dir; yəni o qədər vacibdir ki, bizim öz musiqimizin tərəqqisi
bundan asılıdır”.
Ü.Hacıbəyli qeyd edir ki, musiqi sahəsində yaranmış mədəni
zənginlikləri bilmədən özünü savadlı müasir musiqiçi hesab etmək
olmaz. Heç bir mədəni millət ümumi və beynəlmiləl xasiyyəti olan
dünya mədəniyyətinin nailiyyətlərinə biganə qala bilməz.
Ü.Hacıbəyli belə yazır: “Azərbaycanda türk əhalisi arasında mu-
siqi təhsilini yaymaq istərkən, Bax, Motsart, Bethoven kimi musiqi
dahilərinin əsərlərini ondan gizlətsək, biz məqsədə nail olmarıq”
1
.
Bu fikri inkişaf etdirərək, Ü.Hacıbəyli belə nəticəyə gəlir:
“Ümumi musiqi sənətini öyrənərkən, öz milli musiqimizin tə-
rəqqisinə böyük-böyük xidmətlər etmiş oluruq...
Lakin Ü.Hacıbəyli Avropa musiqi mədəniyyətini yalnız bilik
əldə etmək məqsədilə irəli sürmürdü. Bu məsələni o, daha dərin-
dən, dialektik həll edirdi.
“Bizim çoxmillətli İttifaqımızda heç bir daxili milli məzmu-
nu olmayan musiqi, yəni nə rus, nə Azərbaycan, nə eston musi-
qisi sayıla bilməyən musiqi olmamalıdır. Milli xüsusiyyətlərin-
dən məhrum olan belə musiqini heç kəs başa düşmur. Lakin öz
xalqının milli dili ilə yazılan musiqi isə, nətiçə etibarilə, interna-
sional olur”
2
.
1
Hacıbəyov Ü. Azərbaycanın musiqi-maarif məsələləri. Azərbaycan
musiqi sənəti haqqında. B., 1966, s. 27.
2
Hacıbəyov Ü. Bəstəkarlar İttifaqının plenumunda çıxışı. “Советская
музыка” jurnalı, 1946, № 4.
154
O, sənətdə həmişə böyük ideyalar carçısı olmuşdu. Bəstəkar
musiqi əsərlərinin süjetlərinin müasir həyatdan götürülməsini tə-
ləb edirdi.
Xalqa musiqi sənətinin yaradıcısı və tənqidçisi kimi yanaşan
Üzeyir Hacıbəyli onu incəsənətin ən yüksək qiymətləndiricisi
hesab edirdi:
“Xalq yalnız yaradıcı, yalnız kompozitor deyildir, xalq eyni
zamanda misilsiz tənqidçidir və musiqi əsərlərinin ən yaxşı “is-
tehlakçısıdır” və xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını
pisdən seçir və... ideyasız dəbdəbələri amansızcasına rədd edir”
1
.
Üzeyir Hacıbəylinin bu fikri rus musiqisinin banisi M.İ.Qlin-
kanın məşhur sözləri ilə səsləşir: “Musiqini xalq yaradır, biz
sənətkarlar isə onu aranjirə edirik”.
Üzeyir Hacıbəylinin məqalələrini oxuyarkən diqqəti cəlb
edən mühüm cəhət bəstəkarın hər sətrində, hər cümləsində özü-
nü büruzə verən dərin mühakimə qabiliyyəti, iti və parlaq zəka,
geniş erudisiya, siyasi gözüaçıqlıq, qüvvətli bədii istedaddır.
Bəstəkarın geniş erudisiyası onun müxtəlif məsələlərdən sərbəst
şəkildə bəhs etməsindən görünür.
Üzeyir Hacıbəylinin məqalələrindən onun xüsusilə fəlsəfəyə
yaxşı bələd olması aşkar olur. O, bir çox hallarda sırf fəlsəfi ter-
minlər işlədir, antik filosoflardan Ərəstunun və Əflatunun, Şərq
filosoflarından İbn Sinanın, əl-Farabinin, rus inqilabçı-demok-
ratlarından A.V.Kertsenin, N.Q.Çernışevskinin. L.Tolstoyun,
habelə Şopenhauerin və b. fəlsəfi görüşlərinə müraçiət edir.
Təbiidir ki, Üzeyir Hacıbəyli musiqidən başqa ədəbiyyat və
incəsənətin digər formalarına da maraq göstərir. Onun bayatılar-
dan, zərb-məsəllərdən, atalar sözlərindən, folklorun digər forma-
larından, eləcə də Azərbaycan, rus, Qərb və Şərq ədəbiyyatından
gətirdiyi müxtəlif misallar bəstəkarın ədəbiyyatı nə qədər gözəl
bildiyinə canlı sübutdur.
Üzeyir Hacıbəyli incəsənətin digər formalarından teatra xü-
susi diqqət göstərirdi. O, dərin mənalı mülahizələr vasitəsilə te-
atr sənətinin müxtəlif formalarının əhəmiyyət və rolundan danı-
1
Hacıbəyov Ü. Musiqidə xəlqilik. Əsərləri, II c., B., 1965, s. 322.
155
şır, faciə, dram, komediyanın tarixi təhlilini verərək, onların hə-
yatı əks etdirməkdə vacib rolunu qeyd edirdi.
Üzeyir Hacıbəyli yalnız Azərbaycan musiqi teatrının deyil,
eyni zamanda dramatik teatrın bir çox hadisələrini qiymətləndir-
miş, H.Ərəblinski, H.Sarabski və başqa teatr xadimləri haqqında
gözəl fikirlər söyləmişdir.
Üzeyir Hacıbəyli ümumiyyətlə sənət haqqında, sənətin fəlsəfəsi
haqqında, estetika haqqında bir çox dərin mülahizələr yürütmüşdü.
Üzeyir Hacıbəylinin sırf estetik problemlərə həsr olunmuş
əsəri olmasa da, o, ilk dəfə musiqi sənətimizdə ideyalılıq, rea-
lizm, xəlqilik, ənənə və novatorluq, millilik və beynəlmiləllik
kimi problemləri irəli sürmüş və özünün bəstəkarlıq yaradıcılı-
ğında onları həyata keçirmişdir.
Əlbəttə, Azərbaycan musiqisinin inkişafının müasir mərhələ-
sində millilik və beynəlmiləlçiliyin, ənənə və novatorluğun konk-
ret formada həlli Üzeyir Hacıbəylinin yaratdığı illərdəkindən
fərqlidir. Lakin Üzeyir Hacıbəyli estetikasının əsas prinsipləri də-
yişməz qalır. Bəstəkar özü bu haqda belə deyir: “Bu mürəkkəb
problemin həllinə dair hər hansı resept vermək olmaz. Hər şey
bəstəkarın istedadından, həvəsindən və sənətkarlığından asılıdır”
1
.
Millilik və beynəlmiləlçilik problemini Ü.Hacıbəyli dünya
və milli mədəniyyətlərin nailiyyətlərinin üzvi sintezi kimi başa
düşürdü, bizim musiqimizin gələcək inkişafı da bu maqistral yol
ilə addımlamışdır.
* * *
Sonda qeyd etmək istərdik ki, Böyük bəstəkar və alim, aka-
demik Üzeyir Hacıbəylinin yaradıcılığını bütövlükdə araşdırar-
kən, onun əsərlərini təhlil edərkən, zəngin musiqi irsindən nəti-
cələr çıxararkən, ən əvvəl bir keyfiyyətə təəccüblənirsən. Dahi
sənətkar Azərbaycan xalq musiqisinin çoxəsrlik təcrübəsini nə-
inki ümumiləşdirə bilmiş, tədqiq etmiş, sistemləşdirmiş, profes-
1
Hacıbəyov Ü. Cəsarətlə yaratmalı, məhsuldar işləməli. Əsərləri, II c.,
B., 1965, s. 341.
Dostları ilə paylaş: |