156
sional musiqinin müasir inkişafının irəli sürdüyü problemləri
işləmiş, o, həm də gələcəyi görə bilmişdir. Özünün daxili duyumu
və ciddi düşünülmüş elmi uzaqgörənliyi ilə o, bu gün bizim mu-
siqimiz qarşısında duran bir çox problemləri qabaqlamışdır.
Ü.Hacıbəylinin ölümündən çox illər keçsə də, Azərbaycan
musiqisi bu müddətdə əhəmiyyətli nailiyyətlərlə zənginləşmiş,
musiqi sənətinin inkişafında bütöv dövrü təşkil edən adlar irəli
sürmüşdür. Lakin Ü.Hacıbəylinin ölməz yaradıcılığı kimi, onun
dərin elmi fikri indi də Azərbayçan musiqiçilərinin yeni nəsli
üçün canlı ilham mənbəyi olaraq qalmışdır.
Üzeyir Hacıbəyli ənənələri yalnız onun təkrarsız musiqisinin
ənənələri deyildir. Ü.Hacıbəyli Azərbaycan xalq musiqisinin
əsaslarının xüsusiliyi sahəsində apardığı tədqiqatları nəticəsində
bizim müasir musiqiçilərimiz və nəzəriyyəçilərimiz tədqiqatları-
nı davam etdirirlər. Xalq mahnılarının, rəqslərin toplanması, sis-
temləşdirilməsi və nəşri, orta əsr musiqi mədəniyyətimizin öyrə-
nilməsi, musiqi haqda risalələrin tədqiqi və nəşri, aşıq musiqisi-
nin və muğamların yazılması və tədqiqi, qədim xalq musiqi alət-
lərinin bərpası və tədqiqi, Şərq və Qərb musiqisinin qarşılıqlı
əlaqəsi problemlərinin təhlili – bu gün bizim müasir musiqişü-
nasları cəlb edən bütün bu mövzu və problemlər Üzeyir Hacı-
bəylinin tədqiqatları ilə başlanmışdır. Ü.Hacıbəylinin nəzəri və
musiqi-estetik konsepsiyasının ənənələri incəsənətin daha geniş
sahəsinə, onun ümumi nəzəriyyəsinə təsir etmişdir. Bizim bir sı-
ra müasir bəstəkarlarımız da Ü.Hacıbəyli kimi özlərinin nəzəri
konsepsiyaları ilə çıxış edirlər. Elə bu cəhət də Ü.Hacıbəyli ənə-
nələrinin davamıdır. Onlar həm şəxsi yaradıcılığının təcrübəsi-
nə, həm də Azərbaycan və dünya musiqisinin inkişaf təcrübəsinə
əsaslanmışdılar. Bununla əlaqədar Q.Qarayevin, F.Əmirovun
mühüm nəzəri məqalələrini qeyd etmək kifayətdir.
Biz son sözdə vaxtilə Üzeyir Hacıbəylinin irəli sürdüyü müd-
dəalarla müasir nəzəri, musiqi-estetik problemlər arasında bəzi
paralelləri izləmək istərdik.
Ü.Hacıbəylinin xəlqilik konsepsiyasının çox mühüm müddə-
ası bədii yaradıcılığın zamanın qabaqcıl ideyalarıyla möhkəm
əlaqəsi problemidir.
157
Ü.Hacıbəyli yazırdı: “Biz ətrafımızda törənən hadisələrə la-
qeyd baxa bilmərik. Öz yaradıcılığında həyatdan qida almayan,
xalqın ruhunu bilməyən, mübarizədən kənarda qalaraq hadisələ-
rə qarşı laqeyd olan sənətkar cəmiyyət üçün deyil, yalnız özü
üçün yarada bilər”.
1
Ü.Hacıbəylinin bu sözlərilə bizim digər böyük bəstəkarımız
Q.Qarayevin musiqi sənətimiz haqqında dediyi sözlər necə də
həmahəng səslənir:
“Zamanın tələbi, cəmiyyətimizin inkişaf prosesi, müasir dün-
yada baş verən dramatik hadisələr, elmin həyrətamiz nailiyyətlə-
ri və imperialist təcavüzkarların dəhşətli cinayətləri – dünya ha-
disələrinin bu başgiçəlləndirici ritmi milyonların diqqətini özunə
cəlb edir, insanları bir çox şəxsi və ictimai kompleks məsələləri
həll etmək zəruriyyəti qarşısında qoyur. Bütün bunlara Azərbay-
can sənətkarı laqeyd qala bilməz. O, öz xalqının həyatına qırıl-
maz tellərlə bağlıdır. Odur ki, dünyanın qaynar hadisələrinə
seyrçi kimi kənardan baxmır. Bu, yaradıcılığın təbiətindən do-
ğur. Əsl sənətkar, istər-istəməz öz estetik idealları uğrunda dö-
yüşə atılır, həyat səhnəsində fəal rol oynamağa çalışır, o həmişə
xalqla birlikdədir, xalqın özüdür”.
2
Millilik və beynəlmiləllik, ənənə və novatorluq problemləri-
nə aid Ü.Hacıbəyli konsepsiyasının bir çox müddəaları bu gün
də öz aktuallığını saxlamışdır. F.Əmirov yazırdı:
“Müasir dövrdə xalqların bir-birinin mədəni nailiyyətlərin-
dən vaxtında xəbər tutması üçün hər cür imkan vardır və belə bir
əlaqəyə indi həmişəkindən daha çox ehtiyac duyulur. Musiqi
əlaqəsi mədəniyyətlərin bir-birinə qarşılıqlı təsiri və qarşılıqlı
zənginləşmə prosesinə, xalqların yaxınlaşmasına ciddi təsir gös-
tərən amillərdən biridir”.
3
Azərbaycan musiqisinin digər xalqların musiqi mədəniyyəti
ilə qarşılıqlı əlaqəsi və təsiri məsələlərində ən mühüm cəhəti
1
Hacıbəyov Ü. Dövrümüzə layiq musiqi əsərləri yaradaq. Əsərləri, II c.,
B., 1965, s. 181.
2
Qarayev Q. Azərbaycan bəstəkarlarının III qurultayında məruzə. Qobu-
stan, 1969, № 1, s. 8.
3
Əmirov F. İfaçılıq-tələbkarlıq. Musiqi səhifələri, B., 1978, s. 63.
158
Ü.Hacıbəyli musiqimizin yeni janr və formalarla zənginləşmə-
sində görürdü. Doğrudan da, bizim musiqinin, Ü.Hacıbəylinin
özünün yaradıçılığının, onun müasirlərinin –
Azərbaycan bəstə-
karlarının sonrakı nümayəndələrinin təcrübəsi bəstəkarın bu fik-
rinin doğruluğunu sübut etdi.
Azərbaycan musiqisinin inkişafı yeni janrların, formaların, ifa-
də vasitələrinin mənimsənilməsi ilə seçilir. Q.Qarayev yazırdı: “Bi-
zim çoxumuz, bəstəkarların yaşlı nəsli Azərbaycan musiqisinin bir
neçə inkişaf dövrünü görmüşük. Biz “Koroğlu”nun ilk tamaşasında
iştirak etmişik. Xalqımızın tarixində simfoniya janrı, kamera musi-
qisi, balet sənəti gözlərimiz qarşısında yaranmış və bərqərar olmuş-
dur. Vaxt var idi bizi –
Azərbaycan bəstəkarlarını barmaqla saymaq
olurdu. İncəsənətimiz gözlərimiz qarşısında möhkəmləndi və boy
atdı, cəsarətlə Ümumittifaq miqyasına çıxdı, sonra isə dünyanın
bütün qitələrində gur, gənc səslə öz varlığını bildirdi. Hazırda vətə-
nimizin çoxmillətli incəsənəti içərisində Azərbaycan bəstəkarlıq
məktəbi özünəməxsus ləyaqətli yer tutur”.
1
Əgər Ü.Hacıbəyli dövründə bizim balet sənətimiz yalnız bir
əsərlə –
Ə.Bədəbəylinin “Qız qalası” baleti ilə təmsil olunurdusa,
indi Azərbaycan baleti ümumi balet məktəbinin qüvvətli qoludur.
Musiqimizin yeni, ümumbəşəri janr və formaları, Azərbay-
can musiqisinin digər xalqların musiqi mədəniyyəti ilə sıx əlaqə-
si uğrunda mübarizə aparan Ü.Hacıbəyli eyni zamanda milli
ənənələrə böyük ehtiyatla yanaşmağı daima tövsiyə edirdi. O,
musiqimizin xüsusiliyini, spesifikliyini göz bəbəyi kimi qoruma-
ğa çağırırdı. Bəstəkar yazırdı:
“Avropa musiqisini öyrənərkən bir şeyi yaddan çıxarmaq la-
zım deyildir ki, o da Avropa musiqisi ilə Şərq musiqisini qatış-
dırmamaq. Məsələn: “Şur” oxuyarkən içinə Avropa qina (oxuma –
Z.S.) stili salıb, “romansa” döndərməmək, “Bayatı-Şiraz” çalar-
kən Qərb musiqisinin “Arpecio”suna bənzər yaraşıqsız barmaq-
lar vurmamaq, bir Şərq havasını “harmonizə” edərkən xaric səsli
“akkordlar” istemalı ilə havanı korlamamaq”.
1
Qarayev Q. Azərbaycan bəstəkarlarının III qurultayında məruzə. Qo-
bustan, 1969, № 1, s. 8.
Dostları ilə paylaş: |