188
ifa etdilər. Tamaşa bitəndən sonra xor dəstəsi ana dilində alqış-
larla qarşılanmış “Ayın aydınlığı” nəğməsini oxudu”
1
.
Müslüm Maqomayev 1911-ci ilin payızında Tiflis müəllimlər
institutunda imtahan verib, Bakıya – neft mədəni rayonlarından biri
olan Sabunçuya müəllim göndərilir. O, burada da təkcə dərs de-
məklə kifayətlənmir; məktəbdənkənar işlərə çox zaman ayırır, öz
şagirdlərinin – sadə fəhlə uşaqlarının mədəni səviyyəsini artırmağa,
onlarda musiqiyə məhəbbət yaratmağa çalışır, məktəblilərə musiqi-
nin əsaslarını öyrədir. Xalqın maariflənməsi və inkişafı yolunda
əlindən gələni əsirgəmir; fəhlələrin savadsızlığını ləğv etmək üçün
təşkil olunmuş axşam kurslarında gərgin iş aparır, dram dərnəkləri-
nin təşkilində həvəslə iştirak edir, maraqlı konsertlər verir.
O dövrdə Azərbaycanın bir qrup görkəmli maarifpərvər ziyalısı
başda Üzeyir Hacıbəyli olmaqla milli musiqili teatrın yaradılması
uğrunda mühüm işlər görürdülər. Bu qrupun fəal üzvlərindən biri
də M.Maqomayev idi. Burada Ü.Hacıbəylidən əlavə, Z.Hacıbəyov,
H.Ərəblinski, Ə.Ağdamski, H.Sarabski, Q.Pirimov, M.Əliyev,
M.Terequlov kimi digər qabaqcıl yaradıcı ziyalılar da iştirak edir-
di. M.Maqomayev əvvəllər teatr orkestrində skripka çalır. 1912-ci
ildə Ü.Hacıbəylinin “Əsli və Kərəm” əsərinin tamaşasında ilk dəfə
peşəkar dirijor kimi çıxış edir, bundan sonra dirijor çubuğu onun
əlindən düşmür. Qeyd etmək lazımdır ki, elə həmin gündən M.Ma-
qomayev Ü.Hacıbəylinin bütün səhnə əsərlərinə dirijorluq edərək
ömrünün sonunadək yaxın dostunun yaradıcılığının alovlu təbliğat-
çısı olub. Onun dirijorluq fəaliyyəti Azərbaycanda peşəkar opera
dirijorluğu tarixində ilk səhifədir. Musiqili teatrla bağlı fəaliyyətinə
məhz opera dirijoru kimi başlayan M.Maqomayevin bu sahədə
apardığı mübarizə həyatının əsas məqsədinə çevrilir, bəstəkar az
zaman içərisində böyük uğurlar əldə edir.
XX əsrin əvvəllərində Azərbaycanda musiqili teatr böyük zəh-
mət tələb edən çətin bir şəraitdə yaranırdı. Bu yolda əzmlə çalışan
Azərbaycan ziyalıları gerilik və ətalətlə üzləşir, bir çox dairələrin
teatra göstərdikləri coxlu maneələrlə rastlaşmalı olurdular. Teatrın
maddi çətinlikləri də çox idi. Bütün bu çətinlikləri qəhrəmanlıqla
1
Bakı, 1909, 19 dekabr.
189
aradan qaldırmaqda, gənc teatrın mövqeyini möhkəmləndirməkdə
ətrafında Müslüm Maqomayev kimi həmfikirlərini toplayan dahi
Üzeyir Hacıbəylinin xüsusi xidməti olub. Onun Peterburqda təhsil
aldığı dövrdə isə bəstəkarın bu şərəfli missiyasını M.Maqomayev
başda olmaqla dövrün məşhur teatr xadimləri, Hüseynqulu Sarab-
ski və Məmməd Hənəfi Terequlov həyata keçirirlər. Müəyyən na-
razılıqlar üzündən tezliklə musiqili teatr qrupu “Nicat” mədəni-ma-
arif cəmiyyətinin tərkibindən ayrılıb, Ü.Hacıbəylinin rəhbərliyi ilə
müstəqil qurum kimi uğurla fəaliyyətini davam etdirir. Lakin sabit
məkanı, aktyor truppası, geyimləri və dekorasiyası olmayan Azər-
baycan musiqili teatrına hələ peşəkar adı vermək tez idi. Tamaşalar
qeyri-müntəzəm qoyulur, səhnə tərtibatı zəif olurdu. M.Maqoma-
yev də təşlikatın digər üzvləri kimi, bir neçə işi öz öhdəsinə götü-
rürdü: həm aktyor təşkili, həm afişa tərtibi ilə məşğul olur, tamaşa-
ların məşqlərini keçirir, dirijor kimi çıxış edirdi.
“Şah İsmayıl” operasının proqramı
190
Tezliklə Azərbaycan musiqili teatrının fəal təşkilatçısı, or-
kestrin dirijoru olan M.Maqomayev məşhur “Şah İsmayıl” ope-
rasının müəllifi kimi də geniş şöhrət tapır. Opera üzərində işlə-
məyə 1913-cü ildə başlayan M.Maqomayev sonralar yazırdı:
“İşim çox cəld gedirdi, royalda ifa etdiyim ilk parçalar tanışla-
rım tərəfindən rəğbətlə qarşılanmışdı”.
1
Partiturası 1916-cı ildə
tamamlanan “Şah İsmayıl” operası ilk dəfə 1919-cu ildə tamaşa-
ya qoyuldu, premyerası böyük müvəffəqiyyətlə keçdi.
2
Opera tamaşaçılar tərəfindən sonsuz maraqla qarşılandı, uğur
qazandı. Şah İsmayıl rolunu məşhur aktyor H.Sarabski, Aslan
şahı – H.Şərifov, Gülzar obrazını Y.Olenskaya ifa edirdi. Tama-
şanın dirijoru isə M.Maqomayev özü idi. Mətbuatda “Şah İsma-
yıl” operasının gənc müəllifi nadir istedada malik bir sənətkar
kimi yüksək dəyərləndirilir, operanın musiqi dilinin melodikliyi-
ni, orkestr partiyasının ifadəliliyini, harmoniyasının rəngarəngli-
yini vurğulayırdılar. Xalq arasında geniş yayılmış məşhur dasta-
nın dramaturji əsasının məhəbbət və qəhrəmanlıq qollarını müəl-
lif musiqi dili ilə məharətlə ifadə edə bilmişdi. Obrazların zən-
gin daxili dünyasını ustalıqla xarakterizə edən bəstəkar tamaşa-
çıların dərin məhəbbətinə layiq gözəl səhnə əsəri yaratmışdı. La-
kin müsbət rəylərlə yanaşı bəzi iradlar da göstərilirdi. Bəstəkar
özü də əsərin zəif tərəflərini hiss edirdi. Belə ki, qarşısına klas-
sik opera sənətinin ifadə vasitələrindən istifadə edərək milli ope-
ra yaratmaq məqsədi qoyan sənətkar, hələ bu işi tam şəkildə hə-
yata keçirməyə qadir deyildi. Həm dinləyicilərin tam hazırlıqsız-
lığı, həm də özünün klassik opera sənətinin incəliklərinə hələ la-
zımi səviyyədə bələd olmaması müəyyən çətinliklər yaradır,
bəstəkarı əsas məqsədinə nail olmasına imkan vermirdi. Buna
görə də M.Maqomayev bütün yaradıcılığı boyunca dəfələrlə
“Şah İsmayıl” operasına qayıtmış, onun üzərində işləmiş, yeni
redaksiyalarını həyata keçirmişdi.
1
İsmaylova Q. Müslüm Maqomayev (rus dilində), Bakı, 1975, s. 17.
2
1916-cı ildə operanın partiturası artıq hazır idi, tamaşa 1916-cı ilin de-
kabr ayında göstərilməli idi, lakin H.Z.Tağıyevin teatrında baş verən yanğın
premyeranı təxirə salır.