194
Qoyulan bu vəzifə və məqsəddən çıxış edərək M.Maqoma-
yev, əvvəlki kimi, yenə də Azərbaycan xalq musiqisinin toplan-
ması və öyrənilməsi, təbliğinə böyük diqqət yetirir və bu sahədə
durmadan işləyir: Ü.Hacıbəyli, M.Maqomayev, Z.Hacıbəyov və
C.Qaryağdıoğlunun birgə əməyi nəticəsində 1927-ci ildə respub-
likada Müslüm Maqomayevin ümumi redaktorluğu ilə “Azər-
baycan türk xalq nəğmələri” adlı ilk toplu işıq üzü görür. Bu
topluya daxil olan otuz üç mahnı Ü.Hacıbəyli və M.Maqomayev
tərəfindən nota salınmışdı. Mahnılardan ikisini Ü.Hacıbəyli yaz-
mış, on doqquzu Azərbaycanın məşhur xanəndəsi Cabbar Qar-
yağdıoğlunun ifasından nota salınmış, digər 12 mahnını Z.Hacı-
bəyov toplamışdı. Topluda əsas yeri qədim əmək mahnıları –
çoban və maldar əməyinə aid mahnılar, holavarlar tutur. Məhəb-
bət lirikasına, ailə-məişət mahnılarına, rəqs mahnılarına da geniş
yer verilib. Bu mahnıların bəziləri təksəsli verilmiş, digərlərini
isə Ü.Hacıbəyli və M.Maqomayev harmonizə etmişlər. Bu işlə-
mələrin dəyəri ondadır ki, hər iki bəstəkar harmonizə edərkən,
mahnıların məqam əsasına dəyməmiş, melodik və ritmik xüsu-
siyyətlərinə həssas yanaşmış, xalq yaradıcılığı nümunələrinin ən
incə detallarına belə xüsusi diqqət yetirmışlər. Ona görə də
Azərbaycan xalq musiqi yaradıcılığının toplanması işində ilk
təcrübə olan bu toplu təkcə elmi deyil, eyni zamanda yüksək bə-
dii dəyər kəsb edir. M.Maqomayev topludakı mahnılardan C.Qar-
yağdıoğlunun ifasında “Qalalıyam”, “Bağçadan gələn səs”, “Həş-
tərxana gedən”, ”Dağıstan dağ yeridir”, “Gəl-gəl”, “Gözəlim sən-
sən” mahnılarını nota salmışdır.
Bəstəkar ümumiyyətlə 300-dən artıq xalq mahnı nümunələri-
ni toplayıb, nota salmış, bəzilərini isə səs və orkestr üçün işlə-
mişdir. Onun şəxsi arxivində 100 mahnı və rəqs havalarından
ibarət nəşrə hazırlanmış “Azərbaycan el musiqisi. Xalq mahnıla-
rı” toplusu (1927) saxlanılır.
1
Burada toplanan mahnılar janr və
mövzu baxımından müxtəlif olsa da çox hissəsini məhəbbət liri-
kası təşkil edir: “Küçələrə su səpmişəm”, “Gül bağçalar”, “O xal
nə xaldır”, “Səndən mənə yar olmaz” və b. Topluda “Rast” mu-
1
Maqomayev M. Biblioqrafiya. – Bakı, 2000, s. 49.
195
ğamının da not yazısı vardır ki, bu yazı məşhur tar ifaçısı Qur-
ban Pirimovun ifasından nota alınmışdır. Bu toplu Azərbaycan
xalq yaraqdıcılığının tədqiqi üçün çox dəyərli mənbədir. Belə ki,
topluda mahnıların yaranma, ifa, nota salınma tarixləri barədə
qiymətli faktiki material da yer alıb.
Yuxarıda qeyd edildiyi kimi, Müslüm Maqomayev 30-cu il-
lərdə Azərbaycanda kütləvi mahnı janrına olan tələbatı görür və
bu problemlə bağlı narahatlıq keçirirdi. Yeni yaranmış cəmiy-
yətdə yaşayan insanlar gündəmdə olan müasir mövzulu, aktual
mahnılar istəyirdilər. Bu tələbatı nəzərə alan bəstəkar Ü.Hacı-
bəyli ilə yanaşı Azərbaycanda kütləvi mahnılar yaradan ilk mü-
əlliflərdən oldu. Azərbaycan musiqisinin tarixi musiqi ilə poezi-
yanın vəhdətinin, qarşılıqlı əlaqəsinin yüksək nümunələrini əks
etdirən parlaq, bəşəri vokal əsərlərlə zəngindir. М.Маqomayev
belə bir qarşılıqlı əlaqəni öz vokal yaradıcılığında nümayiş etdi-
rən qüdrətli sənətkarlarımızdandır. O, öz yaradıcılığında Azər-
baycan ədəbiyyatından, poeziyasından ilham almış, onun obraz
və süjetlərindən istifadə etmişdir. Bəstəkarın bütün mahnılarının
müəllifi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi
M.S.Ordubadi olub. Bu sənət tandeminin yaranması, şübhəsiz,
səbəbsiz deyildi. Görünür, dövrlərinin fəal, müasir sənətkarları
olan M.Maqomayevlə M.S.Ordubadi bir-birinə daha yaxın, daha
münasib ideya-estetik görüşə malik sənətkarlar olmuşlar. Nəzərə
almaq lazımdır ki, 20-30-cu illərdə M.S.Ordubadi öz dövrünün
aktual problemlərinin bədii həllini verən qabaqcıl ziyalılarımız-
dan, yazıçılarımızdan, söz ustalarımızdan biri idi. Çox güman ki,
bu şairin poeziyasında bəstəkar onu düşündürən, ona ilham ve-
rən mövzuları, obrazları axtarıb tapa bilmiş və ahəngdar musiqi-
silə bu mürəkkəb hissiyatı açıb əks etdirmişdir. Deyildiyi kimi,
Müslüm Maqomayev Üzeyir Hacıbəyli ilə birlikdə kütləvi mah-
nı janrının təməlini qoyanlardan idi. Və onun da mahnılarında
dövrünün müasir mövzuları, abu-havası özünün parlaq ifadəsini
tapırdı. Qeyd etmək lazımdır ki, vokal janrlar musiqi tarixi pro-
sesinin ümumi inkişafını həmişə həssaslıqla əks etdirmiş və da-
im yarandıqları dövrün ən fəal axtarışları zəminində irəliləmiş,
dövrün aktual problemlərini, xalqın həyatını, hiss və həyəcanla-
196
rını daha tez ifadə etmişlər. M.Maqomayevin M.S.Ordubadinin
sözlərinə yazılmış “Mazut ordusu”, “Neft”, “Zərbəçi yoldaşım”,
“Zərbəçinin nəğməsi”, “Kəndimiz” mahnılarında da o dövrün
kütləvi mahnı janrına xas olan mövzu dairəsi, patriotik ruh hökm
sürürdü. Bu mahnıların hamısında mətnlərdə verilən Azərbaycan
xalqının mübariz ruhunu əks etdirən poetik obrazlar ümumiləşmiş
şəkildə, əsasən şən, gümrah xassəli melodiya, dəqiq marşvari
ritm, qətiyyətli “çağırış” intonasiyalarının istifadəsilə açılır.
“Tarla”, “Saz”, “Kəklik”, “Yaz”, “May” mahnılarında isə mətndə
verilən doğma diyarın təbiət mənzərələri, lirik mövzular yenə də li-
rik boyalarla, aydın, melodik, axımlı, sakit xarakterli musiqi vasi-
təsilə ifadə edilir. 30-cu illərdə М.Маqomayevin yazdığı “Bizim
kənd” mahnısında Azərbaycan kəndlisi obrazı yaradılmışdır. Mah-
nının poetik mətnində verilən əsas ideya – əməyin tərənnümü –
musiqinin marşvari, qətiyyətli melodiyasında öz ifadəsini tapır.
Mahnının poetik mətninin məzmunu musiqidə ümumiləşmiş şəkil-
də verilib. Bəstəkarın digər “Tarla” mahnısında da melodiyanın sa-
kit, axımlı, incə səciyyəsi mətnin ümumiləşmiş obrazının açılma-
sında mühüm rol oynayır.
Əksər hallarda bəstəkarın bütün mahnılarında mətnin obraz
dairəsi ümumiləşmiş şəkildə verilib, bu da musiqidə mətnin in-
tonasiya çalarlarının ümumiləşmiş şəkildə eyni əhval-ruhiyyəli
musiqilə ifadəsini, hər hecaya bir notun uyğun gəlməsini (heca-
not prinsipi), forma strukturlarının çox zaman simmetrik, kvad-
rat quruluşlu olmasını şərtləndirib. Təbiət mənzərələrinin vəsfi-
nə həsr edilən mahnılarda, “Kəklik”, “May” və s., bəzən hecala-
rın bir neçə not vasitəsilə oxunması qeyd edilir ki, bu da mətndə
verilən lirik obrazların rəngarəng çalarlarının melodiyada ifadə-
silə bağlı olaraq, musiqiyə kantilena xüsusiyyətləri aşılayır.
M.Maqomayevin mahnılarında həm o dövrün kütləvi mahnı-
larının, həm xalq mahnılarının üslub xüsusiyyətləri sintezləşdiri-
lib. 30-cu illərdə bəstəkarlarımızın yaradıcılığında təşəkkül ta-
pan digər yeni janrlar kimi, mahnı janrı sahəsində də axtarışlar
gedirdi. Ola bilsin ki, bu janrda yaranan əsərlər çox da gözəl nü-
munələr deyildilər. Lakin mövzu, musiqi ifadə vasitələri, müasir
intonasiya çalarları, musiqi-mətn əlaqələrinin yeni ifadə axtarış-
Dostları ilə paylaş: |