Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə61/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   57   58   59   60   61   62   63   64   ...   168

 

200


İlk radio himni olan bu marş uzun illər səhər və axşam veriliş-

lərinin başlanğıcında çagırış kimi ifa olunmuşdur.  

“RV-8” marşı M.Maqomayevin radioda işlədiyi illərin ilk 

yaradıcılıq məhsulu idi.”

1

    


 

 

 



Müasir həyata, gündəmdə olan aktual bir mövzuya həsr edilmiş 

digər bir əsəri haqda M.Maqomayev yazırdı ki, qara çadranı 

həmişəlik atan Azərbaycan qadınlarının həyatındakı bu yeniliyi 

“Azad Azəri qadınının rəqsi”ndə verməyə çalışmışam.  

M.Maqomayevin simfonik orkestr üçün yazılan əsərləri janrca 

bir neçə qrupa bölünür. Bu qruplardan biri Azərbaycan xalq rəqslə-

rilə bağlı, ikincisi marş xarakterli simfonik əsərlərdir. Üçüncü qru-

pa daxil olan əsərlər janr əlamətlərinə görə Azərbaycan xalq mah-

                                                 

1

 Nəcəfov S. Unudulmaz xatirələr, Ədəbiyyat və incəsənət qəz., 1975, 12 dek.  




 

201 


nılarına yaxındır. Nəhayət, dördüncü qrup janr köklərinə görə mu-

ğama yaxınlaşan simfonik orkestr üçün yazılan əsərlərdir. 

M.Maqomayevin simfonik orkestr üçün yazılan əsərləri Azər-

baycan bəstəkarlıq məktəbinin mühüm fəaliyyət sahələrindən 

olan simfonik musiqinin təşəkkülündə atılan ciddi bir addım idi.   

Bəstəkarın simfonik orkestr üçün yazılan əsərləri onun yara-

dıcılıq simasının formalaşmasında  əhəmiyyətli rol oynamışdır. 

Kütləvi mahnıları kimi bu əsərlər də M.Maqomayevi inqilabi 

hadisələrdən bəhs edən monumental musiqili səhnə  əsərini – 

“Nərgiz” operasını yaratmağa hazırladı.  

M.Maqomayev “Şah İsmayıl” operasının müxtəlif variantları 

üzərində  işlədiyi illərdə bir sıra başqa janrlarda da əsərlər yaz-

mışdır. Bəstəkarın arxivində demək olar bitmiş bir əsər olan 

“Xoruz bəy” adlı musiqili komediya, Azərbaycan kəndində sinfi 

mübarizədən bəhs edən “Dəli Muxtar” adlı baletin librettosunun 

qeydləri və ayrı-ayrı rəqs epizodları mühafizə olunur. 

Bəstəkar həmin illərdə C.Məmmədquluzadənin “Ölülər” və 

C.Cabbarlının “1905-ci ildə” tamaşalarına, Bakı kinostudiyası-

nın ilk səsli filmlərindən olan “Lökbatan”, “Bizim raport” və 

“Azərbaycan incəsənəti” filmlərinə musiqi yazmış  və digər  

əsərlər üzərində işləmişdir. 

Çox geniş yaradıcılıq diapozonuna malik M.Maqomayevin 

əsərləri içərisində söz yox ki, məhz opera janrı əsas yeri tuturdu. 

O, bütün yaradıcılığı boyu Azərbaycanda milli operanın təşək-

külündə geniş fəaliyyət göstərərək, gərgin mübarizə aparmışdır. 

Azərbaycan incəsənətində 1920-1930-cu illərdə yeni ideologiya-

nın təməli qoyulduğu bir zamanda ənənə və  varislik probleminə 

müxtəlif cür münasibət bəslənirdi. Mətbuatda bu məsələ ilə bağ-

lı Azərbaycan musiqisinin sonrakı inkişafına zərər verə bilən bə-

zi səhv fikirlər işıqlandırılırdı. Belə ki, bəzi musiqi xadimləri 

Azərbaycan musiqisinin dünya musiqi mədəniyyətindən təcrid 

edilmiş şəkıldə inkişafının tərəfdarları idilər. Onlar hesab edirdi-

lər ki, Azərbaycan milli musiqisi kənar təsirlərə məruz qalıb, öz 

milli mahiyyətini itirə bilər. Digərləri isə əksinə, belə hesab edir-

dilər ki, müasir musiqi milli ənənələrdən, xalq yaradıcılığının 

həmişəyaşar qaynaqlarından uzaq olmalıdır. Bu fikirdə olan mü-




 

202


əlliflər mətbuatda çap etdirdikləri məqalələrdə Azərbaycan bəs-

təkarlarının inqilabdan əvvəlki nailiyyətlərini bütünlükdə inkar 

edir, onların üstündən xətt çəkirdilər. Bu məqalələrdə Azərbaycan 

bəstəkarlarının erkən opera əsərləri “muzey eksponatları” ad-

landırılır, yeni türk operasının yaradılması ideyası irəli sürülür, 

köhnə operaların da “çadra ilə birlikdə arxivə  təhvil verilməsi” 

təklif edilir.

1

 Bəzi mühafizəkarlar hətta milli çalğı alətlərini köh-



nəliyin qalığı kimi rədd etmək fikrini irəli sürürdülər. Doğrudur, 

bu yönlü məqalələrdə bəzi müsbət fikirlərə də rast gəlmək olurdu.  

Yuxarıda qeyd etdiyimiz məsələlərin müzakirəsində Ü.Hacı-

bəyli və M.Maqomayev çox fəal iştirak edir, öz yaradıcılıqları 

ilə sübut edərək çıxışlarında bildirirdilər ki, Azərbaycan musiqi-

sinin tərəqqisi yalnız o zaman mümkün ola bilər ki, o, dünya 

musiqi mədəniyyətinin nailiyyətlərindən istifadə edərkən milli 

musiqi formalarını da saxlayıb, onları bir qədər də inkişaf etdirsin. 

Türk operası ilə bağlı  mənfi rəylərlə  çıxış edən müəlliflərə 

cavab olaraq M.Maqomayev “Türk operası haqqında” adlı  mə-

qaləsində yazırdı: “Yoldaş Quliyev Avropa ölkələrinin səhnəsin-

də  də göstərilib, onunla rəqabət apara bilən türk operasının ol-

masını istəyir. Bunu kim istəmir ki”. 

M.Maqomayev ifaçı kadrlar hazırlanmasını israrla təklif edir 

və bununla əlaqədar olaraq teatrın nəzdində opera studiyası ya-

radılmasının zəruri olduğunu göstərirdi. O, xorun tərkibinin key-

fiyyətinin vacib olduğunun, rejissor işinin gücləndirilməsinin, 

bütövlükdə opera teatrının musiqi mədəniyyəti səviyyəsini yük-

səltməyin vacib olduğunu bildirirdi. Maqomayevin əsas məqsədi 

lap qısa müddətdə həll olunmalı ən vacib problem həmin illərin 

inkişafı səviyyəsi ilə ayaqlaşan, müasir tələblərə cavab verən ye-

ni opera əsərləri yaradılması məsələsi idi. 

O dövr üçün günün ən vacib məsələsi yeni tipli Azərbaycan 

operası yaratmaq tələbi idi. Maqomayev hələ 1916-cı ildə yazdı-

ğı “Şah İsmayıl” operası partiturasının bədii səviyyəsindən razı 

deyildi. Bu əsərdə həlledici rolu muğam improvizasiyaları oyna-

yırdı və buna görə də nə qədər orijinal, nə qədər bənzərsiz olsa 

                                                 

1

 Исмайлова Г. Муслим Магомаев. Баку, 1975. 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə