Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə60/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   56   57   58   59   60   61   62   63   ...   168

 

197 


ları zəminində yaranan bu ilk bəstəkar mahnıları tarixi baxımdan 

böyük rol oynayıb. 

Simfonik musiqiyə müraciət Müslüm Maqomayev yaradıcılı-

ğında ciddi əhəmiyyətə malik hadisədir. Bəstəkarlıq yaradıcılığının 

ən parlaq nailiyyətlərindən olan simfonik orkestr üçün musiqi 

zəngin bədii ifadə vasitələrinə malikdir. Bu isə həyat həqiqətlərini 

hərtərəfli əks etdirmək, mürəkkəb mövzuları dinləyiciyə asanlıqla 

çatdırmaq imkanı yaradır. Buna görə də təəccüblü deyil ki, simfo-

nik orkestr üçün əsərlər yaratmaq ən zəruri vəzifələrdən biri kimi 

Üzeyir Hacıbəylini və Müslüm Maqomayevi daima düşündürür və 

narahat edirdi. Azərbaycanda simfonik musiqi sahəsində olan ilk 

təcrübələri bəstəkarların inqilabdan əvvəl yazdığı musiqili səhnə 

əsərləri ilə – opera və musiqili komediyalarla başlayır. Təsadüfi 

deyil ki, ilk Azərbaycan opera və musiqili komediyalarının 

oskestrləşdirilmiş bir çox parçaları indiyədək müstəqil əsərlər kimi 

ayrıca ifa olunur. Ü.Hacıbəyli “Leyli və  Məcnun” operasının 

sonuncu səhnəsinin müqəddiməsi, “Arşın mal alan” musiqili 

komediyasının uvertürası, M.Maqomayevin “Şah  İsmayıl” ope-

rasından uvertüra və rəqslər buna nümunədir.  

20-ci illərin sonu 30-cu illərin  əvvəllərində formalaşmağa 

başlayan yeni quruluş incəsənət xadimləri qarşısında yeni tələb-

lər qoyur. Bu dövrdə musiqi sahəsində başlayan güclü inkişaf, 

yeni janrların yaranması, bəzi janrlarda, o cümlədən opera kimi 

mürəkkəb bir janr sahəsində əldə edilən uğurlar artıq milli sim-

fonik  əsərlərin meydana gəlməsi məsələsini gündəmə  gətirir. 

Ü.Hacıbəyli ilə birgə Azərbaycan musiqi həyatının  ən aktual 

problemlərinə, tələblərinə dərhal səs verən, böyük diqqət və mə-

suliyyətlə yanaşan M.Maqomayev məhz bu dövrdə böyük cəsa-

rətlə simfonik musiqi sahəsində işləməyə başlayır. Simfonik or-

kestr üçün yazdığı əsərlərlə (“Azərbaycan çöllərində”, “Ceyran” 

rapsodiyası, “Azad azəri qadınının rəqsi”, “Pionerlər marşı”, 

“Partiyanın XVII qurultayına həsr olunmuş marş” və s.) bəstəkar 

diqqətini çox mühüm yaradıcılıq məsələsinin həllinə yönəldir. 

Həmin məsələ simfonik musiqinin mürəkkəb formalarında 

Azərbaycan xalq melosundan, Azərbaycan folklorunun müxtəlif 



 

198


şəkil və növlərindən, o cümlədən muğamdan sənətkarlıqla 

faydalanmaqdan ibarət idi. 

M.Maqomayev həm məruzə və çıxışları, həm də şəxsi yara-

dıcılıq nümunəsilə  bəstəkarlarımızı simfonik orkestr vasitəsilə 

Azərbaycan musiqisini səsləndirməyə çağırırdı: “Formaca milli, 

məzmunca sosialist türk musiqisi dünya musiqi mədəniyyətinin 

nailiyyətlərindən biri olan simfonik orkestrin ifasında səslənmə-

lidir. Dönmədən, səylə çalışmaq, buna nail olmaq lazımdır.”

1

  

Bəstəkar simfonik musiqini sevdirmək, geniş dinləyici kütlə-



sində ona rəğbət oyatmaq üçün yollar axtarırdı. Çünki o, yaxşı 

bilirdi ki, ciddi musiqiyə maraq oyatmaq, daha doğrusu, dinləyi-

ci zövqünü tərbiyə etmək bəstəkardan, simfonik əsərin ifaçısın-

dan böyük ustalıq tələb edir. Elə buna görə  də M.Maqomayev 

geniş dinləyici auditoriyasını  ələ almaq, cəlb etmək məqsədilə 

ilk növbədə simfonik orkestr üçün xalq musiqi nümunələrini iş-

ləyir. Onun xalq rəqs mövzuları əsasında simfonik orkestr üçün 

yazdığı “Turacı” və “Əsgərani” pyesləri məhz həmin təşəbbüsün 

bəhrələridir.  

 1928-ci ildə M.Maqomayevin simfonik orkestr üçün yazdığı 

Azərbaycan kolxozçularının zəhmətkeş  həyatına həsr olunmuş 

“Azərbaycan çöllərində” rapsodiyası Azərbaycanda simfonik 

musiqi sahəsində ilk təcrübə idi. M.Maqomayev bundan sonra 

bir-birinin ardınca ondan artıq simfonik orkestr üçün əsər yara-

dır. “Azad Azəri qadınının rəqsi”, “Pişdəramədi çargah”, “Dər-

viş” (1930), “Pioner marşı” (1930), “Azərbaycan radiosunun 

marşı” (RV-8), “Şəlalə” simfonik pyesi, “Ceyran” rapsodiyası 

(1933), “Rəngi  Şüştər”, “Təsnif  Şur”, “Turacı”, “Əsgərani” 

rəqsləri, “Dəramədi Şüştər” və başqaları kiçik formalı  simfonik 

musiqi nümunələridir. M.Maqomayevin simfonik orkestr üçün 

yazılmış, demək olar ki, bütün simfonik əsərləri proqramlıdır. 

Proqramlılıq həmin  əsərlərin daha tez başa düşülməsinə  səbəb 

olur, dinləyici diqqətini cəlb edir və aydın obrazlı məzmuna yö-

nəldir. Bu baxımdan müasir həyatdan götürülmüş konkret obraz-

                                                 

1

 Biz türk mövzusunda əsərlər bəstələməliyik,  İsmaylova Q. Müslüm 



Maqomayev. Bakı, 1985, s. 18-19. 


 

199 


larla bağlı olan “Azərbaycan çöllərində” rapsodiyası  və “Azad 

Azəri qadınının rəqsi”  daha cəlbedicidir.  

M.Maqomayevin simfonik orkestr üçün yazdığı  əsərlər bə-

dii-estetik məziyyətlərilə yanaşı, bəstəkarın özünün nəzərdə tut-

duğu kimi, milli və beynəlmiləl ənənələrin vəhdətinin ifadəsi ki-

mi də diqqəti cəlb edir. Qeyd etmək lazımdır ki, həmin əsərlərin 

bu xüsusiyyəti sonralar Azərbaycan bəstəkarlarının yaradıcılığı-

na təsir göstərmişdir. 

Bəstəkarın “Ceyran” rapsodiyası öz formasına görə daha müfəs-

səl və genişdir. Burada M.Maqomayev folklor mövzusundan, o 

cümlədən  “Ceyranı” xalq rəqsinin melodiyasından istifadə etmişdir. 

Xalq havalarına böyük məhəbbət və qayğı ilə yanaşan bəstə-

kar onların  intonasiya əsasını saxlamışdır. Onun öhdəsinə düşən  

vəzifə folklor mövzusunu simfonik orkestrin əlvan boyaları  və 

zəngin ifadə vasitələri ilə  bəzəyib təsvir etmək idi. Belə bir iş-

ləmə üsulu o zaman çox  zəruri idi. Eyni zamanda bəstəkar bunu 

da dərk edirdi ki, musiqinin digər janrları kimi simfonik orkestr 

üçün yazılan musiqi də müasir həyatın güzgüsü olmalıdır.  

M.Maqomayevin yeni mövzulara həsr olunmuş əsərləri geniş 

dinləyici auditoriyası üçün nəzərdə tutulmuşdu. Onlarda o dövrə 

məxsus kütləvi mahnıların ruhu aydın hiss edilir. Bu baxımdan, 

bəstəkarın radio gününə həsr etdiyi “Marş RV-8” (“Radio marşı”), 

“Partiyanın XVII qurultayına həsr olunmuş marş”ı öz mahiyyəti 

etibarı ilə musiqi plakatı  səciyyəlidir. Burada milli musiqinin 

melodik və ritmik özəllikləri zamanın özündən doğan intona-

siyalarla, yeni musiqi dili ilə üzvi vəhdət halında ifadə edilmişdir. 

Azərbaycan radiosunda M.Maqomayevlə birgə  işləyən  əmək-

dar artist Soltan Nəcəfov xatirələrində yazırdı: “1930-cu ilədək 

Azərbaycan radiosunda verilişlər əsasən səhər radio şəbəkəsi və 

o qədər də güclü olmayan kiçik radio stansiyaları vasitəsilə 

yayılırdı. 1930-cu ildən isə güclü “RV-8” radio stansiyası  işə 

düşdü. Bu stansiyanın açılması  şərəfinə Müslüm Maqomayev  

“RV-8” adlı radio-marşını bəstələdi. Bu marş əvvəllər simfonik 

orkestrin ifasında səslənərkən melodiyanın müəyyən yerlərində 

dirijorun işarəsilə diktorlar ... “RV-8” və “Danışır Bakı” söz-

lərini marşın  əzəmətli ahəngi altında təntənə ilə elan edərdilər. 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə