1
F.Köçərli adına Respublika
Uşaq Kitabxanası
Ayrılıq nəfəsli, hicran soraqlı şairə Həkimə Billuri
(Həkimə Billurinin 90 illik yubileyi münasibəti
ilə hazırlanmış metodik vəsait)
Bakı – 2016
2
Tərtibçi: Könül Səmədzadə
Redaktor və
buraxılışa məsul: Zahirə Dadaşova
Ayrılıq nəfəsli, hicran soraqlı şairə Həkimə Billuri : H.
Billurinin 90 illik yubileyi münasibəti ilə respublikamızda
fəaliyyət göstərən bütün kitabxanaların uşaq şöbələri üçün
hazırlanmış metodik vəsait /tərt. ed. K.Səmədzadə; red. və
burax. məsul Z.Dadaşova; F.Köçərli adına Respublika Uşaq
Kitabxanası.- Bakı, 2016.- 24 s.
©F. Köçərli adına Respublika Uşaq Kitabxanası
2016
3
TƏRTİBÇİDƏN
Həkimə Billuri Azərbaycanın ikiyə bölünməsi
faciəsini şəxsi taleyində yaşayan, yarım əsr doğulduğu
yerləri, doğma ocağı görmək həsrəti ilə yanıb yaxılan,
Təbrizi daim gecələr yuxularında görən, amma yuxuları heç
çin çıxmayan bir Azərbaycan şairəsidir. O, Güney
dağlarından bir udum hava, meşələrindən bir tək yarpaq
diləmiş, vətənin suyundan bir ovuc içmək, Arazın o tayına
qədəm basmaq həsrəti ilə alışıb-yanmışdır.
Həkimə Billurinin ədəbi irsinin oxucular arasında
geniş təbliği üçün hazırladığımız “Ayrılıq nəfəsli, hicran
soraqlı” adlı vəsaiti sizin ixtiyarınıza veririk. Ümüdvaram
ki, bu metodiki vəsait kitabxanaçıların istifadə edə
biləcəkləri vəsaitlərdən biri olacaq. Vəsaitdə Həkimə
Billurinin həyat və yaradıcılığı, əsərlərindən nümunələr
verilmişdir. Vəsait iki hissədən ibarətdir.
I hissə: Həyat və yaradıcılığı
II hissə: Yubiley tədbirlərinin keçirilməsi
4
Bölmə I:
Həyat və yaradıcılığı:
Mən də bir şairəm, sinəsi dağlı,
Ayrılıq nəfəsli hicran soraqlı.
Vətənin qapısı üzümə bağlı,
Hər axşam bu dərddən alışır sinəm,
Vətən həsrətliyəm, el həsrətliyəm.
Həkimə Billuri
Bu fikir ömrünün son anına kimi Həkimə xanımın
dilindən düşməzdi. Ovqatının ən xoşbəxt cağında da yurd
həsrəti ona qənim kəsilərdi. Göz ifadəsi dəyişərdi. Sevinci
çöhrəsində, təbəssümü dodağında donardı. Əlini hərarətlə,
həyacanla döyünən ürəyinin üstünə qoyardı. Nə faydası,
təskinlik tapa bilməzdi. Varlığı gizildəyərdi. Elə bil dilinin
üstünə od qoyardılar, danışmağa taqəti olmazdı. Qalardı
yana-yana, qırvrıla-qıvrıla. Ən gərgin anlarında gücü
gələcək ümidinə, inamına çatardı. Amma...onları da özü ilə
haqq dünyasına apardı.
Həkimə
İbrahim qızı 90 il əvvəl Cənubi
Azərbaycanın Zıncan şəhərində dünyaya göz açmışdı. Bütün
uşaqlar kimi, o da qayğısız, xoşbəxt böyümüşdü. Yeniyetmə
yaşına çatanda isə hissləri, duyğuları onun düşüncəsini
dəyişər, təfəkküründə haqqa, ədalətə tapınmaq kimi fikirlər
oyanardı. Əlbəttə, bunlar hələ tam formalaşmamışdı. 10-15
yaşında qız bilmirdi ki, nə üçün Təbrizdən, Zəncandan
5
qohumları, qonşuları, qardaşları Araz çayının o biri səmtinə
can atır, cənubdan Şimala baş götürüb gedirlər.
Həkimə orta məktəbi yüksək qiymətlərlə bitirdiyi
üçün ona təklif etdilər ki, elə orada qalıb müəllim işləsin. O
bu təklifdən fərəhləndi. İlk gündən ona göstərilən etimadı
doğrultmağa çalışdı. Lakin duyub, anlayıb görəndə ki,
qohum-əqrabaları pərən-pərən düşüb, bəlkə də özündən asılı
olmayaraq gileyləndi: “Dağlar, ox olub gözümə batırsan.
Araz, mənim qanım kimi niyə bulanıq axırsan? Üzün
dönsün, ay xan Araz, niyə qardaşı qardaşdan ayırırsan?”
Gənc Həkimə sevincini, kədər və intizarını poetik
formada bildirməyi bacarırdı. Düzdür, o, hələ gələcək
qismətini, necə həyat tərzi yaşayacağını bilmirdi. Yalnız
xəyalında bu hisslər dolaşırdı: “Zaman, dövran ən ədalətli
hökmdar, adil hakimdir. Bu, mütləq qanunlar qarşısında
niyə haqsızlıq qalib gəlir?” Nəhayət, Həkimə də Arazın bəri
səmtinə təşrif gətirdi. 20 yaşında qız üçün bu, ola bilsin,
arzuolunmaz səfər idi. Ancaq o gəlməliydi, başqa əlacı yox
idi. Çəkişmələrdən, didişmələrdən can qurtarmalıydı.
Qəlbinin kövrəkliyi az keçmiş dil açıb danışdı:
Kaş Təbriz olaydı, bir də o günlər,
Qalib gəldiyimiz o aydın səhər,
Azadlıq olaydı, bir də ki zəfər,
Qəlblərdə min ümid yandıran atəş,
Üfiqdən bayraq tək enəydi Günəş...
Şairə ilk şeirlərini hələ orta məktəbdə oxuyarkən fars və
Azərbaycan dillərində yazmışdır. Onun Azərbaycan dilində
qələmə aldığı ilk şeirləri və məqalələri 1945-ci ildə İranda
“Azər”, “Vətən yolunda” qəzetlərində və “Azərbaycan”
jurnalında dərc olunmuşdur. O, Bakıya gəldikdən sonra
6
bədii və elmi yaradıcılıqla fəal məşğul olmuş, dövrü
mətbuatda müntəzəm çıxış etmişdir. Onun “Şeirlər”,
“Azadlıq baharı”, “İthaf”, “Sənin könül otağın” və başqa
kitabları Bakıda və Moskvada nəşr olunmuşdur. Həkimə
xanımın şeirləri rus, ingilis, gürcü, özbək, moldav dillərinə
və digər dillərə tərcümə edilmişdir.
Həkimə xanım bədii tərcümə ilə də məşğul
olmuşdur. O, Səməd Vurğunun, Cəfər Cabbarlının, Nəbi
Xəzrinin, Mirvarid Dilbazinin əsərlərini fars dilinə tərcümə
etmişdir. Həkimə Billurinin elmi axtarışları İran
Azərbaycanı ədiblərinin yaradıcılığı ilə sıx bağlı olmuşdur.
Onun
Şəhriyara
həsr
etdiyi
sanballı
əsərləri
ədəbiyyatşünaslığımızda xüsusi yer tutmuşdur. Məhəmməd
Hüseyn Şəhriyarın Həkimə Billuriyə həsr etdiyi şeirlər
Billuri yaradıcılığına verilən ən yüksək qiymətlərdən biridir.
Yurd həsrəti insanın dincliyini ərşə çəkir. Elə hey
gözləri yolda, qulağı səsdə qalır. Doğrudur, gənc Həkimə
Azərbaycana gəlməyindən peşman deyildi. O, Səməd
Vurğundan, Mirzə İbrahimovdan, Süleyman Rüstəmdən
daim qayğı görürdü. 1947-ci ildə Bakı Dövlət
Universitetinin filologiya fakültəsinə qəbul olundu. Amma
ürəyindən nisgil çəkilmədi. 1952-ci ildə Hökumə Bülluri
Şərq dünyasının söz, sənət, poeziya korifeylərindən olan
Şəhriyara müraciətlə yazmışdı:
Qoy zaman dolansın, sənsə belə qal!
Şair dəyişməyə tapmasın macal.
Təbrizi, Zəncanı sən yadına sal,
Gəl opüm mübarək, odlu sətrini,
Səndən Təbrizimin alım ətrini...
7
Zəmanəsinin tanınmış ədəbiyyatşünas alimi, son
dərəcə həsas, diqqətcil insan Əli Sultanlı Həkimə xanımla
universitetin auditoriyasında tanış olub, onun şeirlərindən
məmnun qaldığını bildirib. “Qızım, sənin yaradıcılığından
zövq alıram. Getdiyin yol çətindir, amma şərəflidir. Sənə
ürəyincə uğurlar arzulayıram” deyib. Eyni zamanda Əli
Sultanlı gənc şairənin ilk “Mənim arzum” və “Ölməz
qəhrəman” kitabları haqqında “Ədəbiyyat və incəsənət”
qəzetində geniş məqalə də dərc etdirib.
Tələbəlik illərini uğurla başa vuran Həkimə Billuri
“Azərnəşr”in Bədii ədəbiyyat şöbəsində işə qəbul olundu.
Yaradıcılığı məhsuldar oldu. “Şairin yadigarı”, “Məndən
uzaqlarda” şeirlər toplusu işıq üzü gördü. Çox keçmədi
ictimai-siyasi fəaliyyətini nəzərə alıb onu Azərbaycan
demokrat Partiyası Mərkəzi Komitəsinin orqanı olan
“Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsinə təyin
etdilər. Təxminən dörd il orada işlədi, ürəyindəki arzularını
poetik misralarla, publisistik qeydlər vasitəsilə oxuculara
çatdırdı. Lakin poeziya onun varlığından, damarlarından,
qanından süzülüb gəlirdi. İstəsə də, ondan ayrıla bilmirdi.
Bəzən düşünərdi: “Nə yaxşı əlim qələm tutur, könlümdən
keçənləri yazıb azacıq da olsa, sakitləşə bilirəm. Yoxsa
ürəyim qüssədən çərləyərdi”.
Bütöv bir insan ömrünü həsrət yükü altında
yaşamaqdan çətin nə var, görəsən dünyada?! İnsanın elə
kövrək, elə həzin anları olur ki, bu anda insan o ağırlıqdan
sanki sına bilər, əyilə bilər. Bəlkə də insanı ağırlıqdan xilas
edən içində şam şöləsi kimi titrəyə-titrəyə nur saçan ümid,
inam işığıdır. Allah heç kimi ümidsiz, inamsız eləməsin.
8
II Bölmə:
Keçiriləcək tədbirlər:
Həkimə xanım söz adamıdır. Onun elə ömür
sarayının zinəti də sözlərdir. Bəli, elə bu söz adamının
yaradıcılığına bu gün bir daha nəzər salacağıq.
Yubileyini qeyd etdiyimiz xalq şairəsi, tanınmış
incəsənət xadimi Azərbaycan Yazıçılar Birliyinin üzvü
olmuş görkəmli insan, gözəl xanım Həkimə Billuridən
danışacagıq.
Həkimə Billurinin yaradıcılığını daha geniş təbliğ
etmək üçün ilk növbədə kitabxanalarda kitab sərgisi
hazırlanmalıdır. Sərgi həm foto sərgi, həm də şairin
yaradıcılığı ilə bağlı olan kitab sərgisi kimi oxuculara
təqdim oluna bilər. “Həkimə İbrahim qızı Billuri” adlı foto
sərginin nümunəsini veririk.
Foto sərgi:
9
Görkəmli şəxsiyyətlərin söylədikləri sitatlar.
1.
Hökumə xanım istedadlı şair, geniş bilikli elm
xadimi, həssas qəlbli insan kimi hələ də yaddaşımda
yaşayır.
Bəxtiyar Vahabzadə
Xalq şairi
2.
“Qızım, sənin yaradıcılığından zövq alıram. Getdiyin
yol çətindir, amma şərəflidir. Sənə ürəyincə uğurlar
arzulayıram”.
Əli Sultanlı
Ədəbiyyatşünas, pedaqoq
3.
Həkimə Billuri ilk növbədə Azərbaycanın ikiyə
bölünməsi faciəsini şəxsi taleyində yaşayan, yarım
əsr doğulduğu yerləri, doğma ocağı görmək həsrəti
ilə yanıb yaxılan, Təbrizi daim gecələr yuxularında
görən, amma yuxuları heç çin çıxmayan, son
10
nəfəsində
belə
bu
həsrətlə
barışmayan bir
Azərbaycan şairidir.
Aybəniz Kəngərli
Filologiya elmləri doktoru
4.
Hökümə xanım həzin, kövrək ürəyi, mübariz ruhu ilə
həyatın ağrılarına üstün gələn, həsrətini içində çəkən
insandı.
Fəridə Ləman
Filologiya elmləri namizədi
5.
Hökumə xanım mühacirət illərini ana nəfəsindən
uzaqlarda yaşasa da, onun qanadlı misraları
sərhədləri uçub keçməkdə çətinlik çəkmirdi.
Sabir Nəbioğlu
Tənqidçi, ədəbiyyatşünas
6.
“Ürək dustaq oldu dərdə, fərağa” desə də, onun
ömründən bu günümüzə daim anılan unudulmaz
xatirələr yadigar qalmışdır.
Telman Mehdixanlı
Jurnalist
Foto sərgi ilə bərabər kitab sərgisinin də təşkili
məqsədəuyğundur. Kitab sərgisi müxtəlif başlıqlar altında
təşkil edilə bilər. Məsələn, “Həkimə Billuri-90”, “Ayrılıq
həsrətli, vətən soraqlı”, “Apar məni o yerlərə” və s. İndi isə
“Vətən həsrətli Həkimə Bülluri” adlı kitab sərgisinin
nümunəsini veririk.
1. Başlıq: “Vətən həsrətli Həkimə Billuri”
2. Kitablarının nümayişi
11
3. Görkəmli insanların H. Billuri haqqında söylədikləri
4. Dövrü mətbuatda nəşr olunan məqalələrin kartotekası
5. Şeir parçası
Niyə gəldim bu dünyaya,
Nədən ötrü?
Kimlər dözdü min əzaba
Məndən ötrü?
Düşünürəm gəlmişəm ki,
Bu dünyaya, insanlara
Öz borcumu verib, gedim.
Evlər qurum, bağlar salım,
Düzənlərə, yamaclara
Yaşıllıqlar sərib, gedim.
Ötən
əsrin
40-cı
illərində
İranda-Cənubi
Azərbaycanda baş verən milli-azadlıq hərəkatında bir çox
şair və yazıçı soydaşlarımız da ön sıralarda yer almışdı.
1946-cı ildə milli hərəkatın qan içində boğulması həmin
yazarları sovet Azərbaycanına mühacirətə vadar etdi. Onlar
ömürləri boyu şahidi və iştirakçısı olduğu hadisələri
ürəklərində yaşatdılar. Həmin şairlərdən biri də Həkimə
Billuri idi.
Həkimə Billuri yaradıcılığını geniş oxucu kütləsinə
tanıtmaq
üçün
kitabxanalarda
şeir,
bədii
qiraət
müsabiqələrinin keçirilməsi məqsədəuyğundur. Belə
müsabiqələri keçirməkdə məqsəd oxucuların şeir demək
bacarığını artırmaqla onları bədii qiraətə alışdırmaqdır. Şairə
Həkimə Billurinin “Bakı” adlı şeiri əsasında bədii qiraət
müsabiqəsini təqdim edirik:
12
I Oxucu:
Bakı, doğma vətənimsən,
Qızıl güllü çəmənimsən.
Üzüm gülməz səndən ayrı,
Gəl heç düşmə məndən ayrı.
Canım Bakı, gözüm Bakı,
Mənim şeirim, sözüm Bakı.
İlk bahardır sənin qışın.
Həm boranın, həm yağışın,
Həm küləyin xoşdur, inan.
Sən qardaşlıq dünyasısan.
Canım Bakı, gözüm Bakı,
Mənim şeirim, sözüm Bakı.
Neapola bənzədirlər,
Səni, Bakı, gözəl diyar.
Baharınsa Vyananın
Baharını xatırladar.
Mənsə səni bir dünyaya,
Dəyişmərəm inan, Bakı,
Sevimli mehriban Bakı!
II Oxucu:
Səninlə ilk görüşümdə,
Kədər saçan gözüm güldü.
Illər boyu şikayətli
Olan şeirim, sözüm güldü,
Sevimli mehriban Bakı,
Gözəlləş hər zaman, Bakı.
13
Tükənməz bir məhəbbətlə
Sevdim hər bir bucağını.
Təbriz, Zəncan sandım hər an
Doğma ana qucağını.
Canım Bakı, gözüm Bakı,
Mənim şeirim, sözüm Bakı.
Gecələrin zinətidir.
Ehtişamlı axşamların.
Bir dünyanın şöhrətidir
Göyündəki ağ şamların.
Canım Bakı, gözüm Bakı,
Mənim şirin sözüm Bakı.
Bu ellərə həyat verən,
İlhamıma qanad verən
Bircə sənsən, bir də Xəzər,
Sularında axşam, səhər
Əks eyləyən gözüm gülür,
Qəlbim gülür, üzüm gülür.
Canım Bakı, gözüm Bakı,
Mənim şirin sözüm Bakı.
Kitabxanalarda şairə H. Billurinin yubileyi ilə bağlı
keçirilən tədbirlərdən biri də “Nağıl saatı”dır. “Nağıl saatı”
kitabxananın Nağıl otağında keçirilir. Burada kiçik yaşlı
uşaqlar üçün bir çox tədbirlər keçirilir ki, bunlardan ucadan
oxu, səhərcik və s. tədbirləri misal göstərmək olar.
H.Billurinin yaradıcılığına nəzər saldıqda görürük ki, onun
qələmə aldığı şeirlər içərisində balaca fidan balalara aid
şeirlər çoxluq təşkil edir. Bunlardan “Laylay”, “Mənim
14
balaca Leylam”, “Kim tez oyansa” və s şeirləri misal
göstərmək olar. Nağıl otağı meşə abu-havası ilə bəzədilir.
Yaşıl ağaclar, güllər, heyvanların dekorasiyaları qarşısında
kitabxanaçı “Kim tez oyansa” adlı şeiri kiçik yaşlı uşaqlara
oxuyur. Bir qrup kiçik yaşlı uşaqlar meşə heyvanlarının
paltarlarını geyinib səhnəcik göstərirlər.
Çaqqal yuxusundan tezdən oyandı,
Özünü meşənin ağası sandı.
Hələ yuxlayırdı bütün kainat,
Yatırdı canlılar, yatırdı həyat.
Şirin yuxudaydı meşə sultanı.
Mənə bu dünyada tay olan hanı?
Deyə düşünürdü qürurla çaqqal.
Rastına çıxanlar baş əydi dərhal.
Bürüdü qəlbini şübhələr bütün;
Bəlkə o hamıdan üstündür, üstün.
Bəlkə doğrudan da o elə şirdir?
Axı nə fərqi var, hamısı birdir.
Ağlı gözündədir görənlərin də,
Haqqı-həqiqəti bilənlərin də
Haqq sözü deməyə cürəti catmaz.
Qaldı ki, dostları çaqqalı atmaz...
Çaqqal düşünürdü elə bu zaman
Meşədən bağırıb çıxdı bir aslan.
Çaqqal görkəmini dəyişdi dərhal,
Vurnuxub aradan çıxanda çaqqal
İndi də heyvanlar baş əydi şirə,
Elə əyildilər, dəydilər yerə.
Şir ötüb meşədən vüqarla getdi,
Bir anda büsbütün o gözdən itdi...
15
Necə qəribədir dünyanın işi.
Çaqqal da yerisə aslan yerişi
O da birdən dönüb gözlənilmədən,
Meşədə şir olur, şir olur, bilsən!
Həkimə Billuri yaradıcılığına bir daha müraciət
etmək, onun yaradıcılığını geniş oxucu kütləsinə sevdirmək
üçün keçirilən tədbirlərdən biri də ədəbi-bədii gecə və ya
poeziya gecəsidir. Belə tədbirlər oxucuların ən çox maraq
göstərdiyi və sevdiyi tədbirlərdəndir. Tədbir müxtəlif
başlıqlar altında keçirilə bilər. “Həkimə Billuri-90” adlı
bədii gecənin nümunəsini veririk.
“Həkimə Billuri-90” adlı ədəbi-bədii gecəyə
kitabxanaçı bir ay qabaqcadan hazırlaşır. Tədbirə bir çox
şair və yazıçılarla yanaşı ədəbiyyat müəllimlərini,
kitabxanaçıları, tələbə və şagirdləri dəvət etmək olar.
Tədbirin ədəbi hissəsi çıxış və məruzələrlə başlanır. Bədii
hissədə isə Həkimə Billurinin şeirlərindən parçalar və
poemalarından səhnəciklər göstərilə bilər. Səhnə gül
dəstələri ilə bəzədilir. Şairənin portreti səhnənin divarından
asılır.
Aparıcılar səhnəyə daxil olur.
(“Ayrılıq” mahnısının həzin musiqisi altında aparıcılar
danışır)
I Aparıcı: Həkimə Billuri ilk növbədə Azərbaycanın ikiyə
bölünməsi faciəsini şəxsi taleyində yaşayan, yarım əsr
doğulduğu yerləri, doğma ocağı görmək həsrəti ilə yanıb
yaxılan, Təbrizi daim yuxularında görən, amma yuxuları heç
çin çıxmayan, son nəfəsində belə bu həsrətlə barışmayan bir
Azərbaycan şairəsidir. Bəli, Həkimə Billuri Güney
daglarından bir udum hava, meşələrindən bir dənə yarpaq
diləyən, vətənin suyundən bir cam içmək, Arazın o tayına
16
qədəm basmaq həsrəti ilə nəfəs alan, vətən həsrəti deyilən
xəstəliyə mübtəla olan faciəvi taleli Azərbaycan şairəsidir.
Onun taleyi elə Azərbaycanın taleyinə bənzəyir.
Sinəmə ağır bir yükdü ayrılıq,
Belimi yay kimi bükdü ayrılq...
Həyat gözlərimdə sönmədən qabaq,
Sizdən bir diləyim olacaq ancaq.
Tufana, küləyə döndərin məni,
Göndərin vətənə göndərin məni!
II aparıcı:
Həkimə Billurinin şeirlərinin çox böyük bir hissəsi bu
ağrının, bu böyük milli faciənin doğurduğu yaşantılardır.
Həqiqi şairlər yaşadıqlarını yazanlardır və Həkimə xanımın
şəxsi ağrılarından doğulan şeirləri oxucusunun da gözünə
yaş, qəlbinə dərd qoyan şeirlərdir. Təsadüfi deyil ki, onun
şeirlərində Təbriz, Araz, ayrılıq, Vətən sözləri ən çox
təkrarlanan və duyğularına, yaşantılarına həmişəlik hakim
olan anlayışlardır. Təbriz haqqında çox yazılıb-Təbriz
həsrəti bizim Qarabağ dərdlərindən də qədim tarixi olan,
yanğısı sinə göynədən dərdimizdir. Hökumə Büllurinin
“Təbriz” şeiri o şeirlərin ən yaddaqalan, ən uğurlu
nümunələrindəndir.
(Oxucular səhnəyə daxil olur “Təbriz” şeirini söyləyirlər.
Səhnədə ekranda Təbriz şəhəri canlanır)
I oxucu:
Qolların dolanar boynuna bir gün,
Yenə baş qoyaram dizinə, Təbriz.
Həsrətdən, hicrandan cana doymuşam,
17
Doyunca baxaram gözünə, Təbriz.
Bulanıq suların axsın, durulsun,
Təzə günlərindən büsat qurulsun.
Səhənd camalına bir də vurulsun,
Bir qubar qonmasın üzünə, Təbriz.
Həsrətin yandırar, pörşüdər məni,
Zərif çiçək kimi üşüdər məni.
Səsləsəm Savalan eşidər məni,
Qızınnam oduna, közünə Təbriz.
II Oxucu:
Gülüstan bağının seyrinə gəlim,
Lalə yamacında bir də dincəlim,
Ötən günlərimə yetişməz əlim,
Düşüm heç olmasa izinə, Təbriz.
Ana təbəssümün ay işığıdır,
Qolum qamətinin sarmaşığıdır.
Şeirin bu dünyanın yaraşığıdır,
İncisi tükənməz xəzinə, Təbriz.
III oxucu:
Sən şair ömrünə vüqar vermisən,
Solub saralmayan gülzar vermisən.
Etibar vermisən, ilqar vermisən,
Hər igid oğluna, qızına, Təbriz.
Səttarxan bayrağın göylərə ucalt!
18
Qara buludları od ağzına at.
Şair qızının da sözlərini qat
Şirin söhbətinə, sözünə, Təbriz.
II Aparıcı: Həkimə Billuri yaradıcılıq aləminə əsrimizin
40-cı illərinin kükrəyib coşan xalq hərəkatının qüdrətli
dalğaları qanadlarında gəlmişdi. Həkimə xanımın keçdiyi
yaradıcılıq yollarını nəzərdən keçirdikdə çox uğurlu və
mənalı bir mənzərənin şahidi oluruq. Onun yaşadığı ömür
çoxçalarlı, dərəli-təpəli olmuşdur. Digər qələm dostları kimi,
keçdiyi yaradıcılıq yolu, qarşılaşdığı acılı-şirinli həyat
həqiqətləri onun əsərlərinin başlıca ilham və qida mənbəyini
təşkil etmişdir.
I aparıcı:
Həkimə Billurinin ədəbi irsi zəngin və çoxşaxəlidir.
Onun klassik üslubda yazdığı qəzəllər və bayatılarla yanaşı,
müasir həyatımızla bağlı olan əsərləri yüksək sənətkarlıq
nümunələridir. Sənətkarın vətən həsrətli şeirləri iki yerə
bölünmüş ana torpağın dərdi ilə dolu idi. Dərin həyat
fəlsəfəsi, vətənpərvərlik ruhu, yüksək humanist ideyaları ilə
səciyyələnən Billuri yaradıcılığı müasir Azərbaycan
poeziyasının parlaq səhifələrindəndir.
(Oxucular səhnəyə daxil olur “Azərbaycan” adlı şeiri
söyləyirlər. Azərbaycanın gülüstan yerləri ekranda
canlanır)
I oxucu:
Azərbaycan, Azərbaycan, şanlı yurdum, məskənim
Ey umudum, səadətim, təravətli gülşənim!
De, oxsadım nəyə səni, ey sevimli Vətənim?
Qoy yolunda qurban getsin həyatımla bədənim.
19
Ey dilbərim, ey cananım, ey işıqlı məkanım!
II oxucu:
Ey səfalı cənnət yurdum, sən, ey arxam, gümanım!
Ey pənahım, idealım, sən, ey sönməz şüarım!
Səndən çalır, səndən deyir mənim şeirim, rübabım.
Sən işıq ver, ürəyimə qaranlıqlar ərisin,
Xoşbəxtliyin işıqları gözlərimi bürüsün.
III oxucu:
Sən qurtardın əsarətdən məni, gözəl Azərim
Təməddünə, tərəqqiyə sən olubsan rəhbərim.
Ey vətənim, nə gözəldir sənin qala dağların!
Səfalıdır, ana Vətən, dərələrin, bağların.
Tikilibdir, əziz ölkəm, ay qiyafən gözümə
Səadətin al şəfəqi səndən düşüb üzümə.
IV oxucu:
Camalını görən zaman cuşa gəlir ürəyim.
Sənlə, Vətən, hasil olur. Muradımla, diləyim.
Ey Vətənim, göstəribsən bizə mehri-şəfəqqət
Hümmətinlə yaranıbdır ürəklərdə məhəbbət.
Qeyrətlidir oğlanların, qəhrəmandır qızların,
Bil qarşında düşmən bükər acizanə dizlərin.
Arzum budur yetişəsən muradına hər zaman,
Yaşayasan görüm səni tarix boyu kamiran.
Sənsən bizə əzəl gündən Səttar xandan yadiğar,
Çalışaram mən uğrunda nə qədər ki, canım var.
II aparıcı:
Həkimə Billurinin şeirlərinin böyük bir hissəsi milli
faciənin doğurduğu yaşantılar olub. Çox haqsızlıqların,
faciəvi
hadisələrin
iştirakçısı olmasına baxmayaraq
yaradıcılığında sabaha ölməyən bir ümid, inam hissi aparıcı
20
xətt kimi keçir. “İnanıram o parlaq günə”, - deyən şairə
Vətənin bütövləşəcəyinə və xalqının öz azadlığına
qovuşacağına böyük bir inam bəsləyib. Azərbaycan onun
şeirlərində bütövdür, tamdır və bölünməzdir. Vahid və azad
Azərbaycan ideyası onun həyatının məzmununu və
yaşamının qayəsini təşkil edib.
Oxucular səhnəyə daxil olur “Mən də” şeirini söyləyirlər.
I Oxucu:
Mən də bir şairəm sinəsi dağlı,
Ayrılıq nəfəsli, hicran soraqlı.
Vətənin qapısı üzümə bağlı,
Hər axşam bu dərddən alışır sinəm,
Vətən həsrətliyəm, el həsrətliyəm.
Həyatın öz səsi, gur səsiyəm mən,
Varlığın bir səhər nəfəsiyəm mən.
Haçandır azadlıq təşnəsiyəm mən,
Qəlbimdə məhəbbət bulağı çağlar,
Bir gözüm güləndə, bir gözüm aglar.
Səhər oyanmamış, günəş gəlməmiş,
Arzular üfüqün özütək geniş.
Torpağa, insana, günəşə alqış.
İnsan arzuları günəşdən uca,
Baxdım dan yerinə, baxdım doyunca.
Dəniz ovsunlayıb ayı da alır,
Çəkir sinəsinə, sular qaralır,
Qızılı bir şəfəq sularda qalır,
Açır gözlərini oyanır səhər,
21
Başlayır uğurlu bir aydın səhər.
II Oxucu:
Budur, nəfəs alır küçə, xiyaban,
Dəniz lap birinci qalxır yuxudan.
Həyatın zinəti ey ulu insan,
Dənizə, günəşə, sənə vurğunam,
Vurğunam, vurğunam, yenə vurğunam.
Məşəltək alışan bir ürəyəm mən,
Səhərə nur verən bir diləyəm mən.
Bir ölməz arzuyam, bir istəyəm mən.
Dağlardan möhkəməm, zirvədən uca,
Qalsın arzularım dünya durunca.
O tayda, bu tayda məşəl yandıran,
Səhərin yolunu işıqlandıran,
Göylərdə günəşdir, həyatda insan,
İnsan arzuları, günəşdən uca,
Baxdım dan yerinə ömrüm boyunca.
I aparıcı:Bəli, elə o tayda, bu tayda ömrü boyu məşəl
yandıran Həkimə Billuri! O, əbədi ömür şəhadətnaməli
mübarizə və qələm dostu oldu... Əbədiyyət dünyasında ona
Tanrıdan mərhəmət və rəhmət diləyirik.
Qeyd edək ki, keşməkeşli həyat yolu keçən şairə
2000-ci il noyabrın 22-də ömrünün 75-ci ilində Bakıda
vəfat etmişdir.
22
Ə D Ə B İ Y Y A T S İ Y A H I S I:
www. Google. Az.
1.
H. Billuri. Seçilmiş əsərləri. B.: Şərq-Qərb, 2005.-
224 s.
2.
H. Billuri. Apar məni o yerlərə.B.: Yazıçı, 1981.-
120 s.
3.
H. Billuri. Çinar gözləyir məni. B.: Azərnəşr, 1976.-
119 s.
4.
H. Billuri. Istərəm. B.: Azərnəşr, 1969.-314 s.
23
Kompyuter yığımı
və dizayn: Könül Səmədzadə
Ünvan:AZ-1022 Bakı şəh., S.Vurğun küç.88;
E-mail: childlibbaku@yahoo.com
URL:www.clb.az
F.Köçərli adına Respublika
Uşaq Kitabxanasında
çap olunmuşdur.
Sifariş:
Çapa imzalanmışdır:06.02.2016
Tirajı:100
Pulsuz
Dostları ilə paylaş: |