Filologiya
məsələləri, №4, 2017
80
həm də latın dilindəki qarşılıqları ilə tam uyğundur. İngilis dilinə keçmiş
yunan sözlərinin alındığı mənbənin təyin olunması prinsipial əhəmiyyət
daşımır. Yunan – latın elementləri, demək olar ki, hər bir xronoloji sözdə
müşahidə olunur. Misal üçün, idea yunan dilində idea “obraz, tamaşa”
sözündəndir; epik sözü yunan dilindəki epikos sözündəndir. Sözün
etimologiyası epos “nitq” məfhumu ilə əlaqədardır. Lyre sözü lyra şəklində
yunancadan latın dilinə və sonra da ingilis dilinə keçmişdir. Scene latın
dilindən scena şəklindən alınmış yunan skene sözüdür, söz “çardaq”
mənasındadır. Böyük miqdarda yunan mənşəli terminlər elmin müxtəlif
sahələrinə aiddir. Botanikaya aid olan terminlər: botany, protoplasm, spora,
petal,cryptogram, parasite və s. Erkən alınma sözlərin böyük bir qrupu orta
latın dilindən və başqa mənbələr vasitəsilə xalq danışıq dilinə daxil
olmuşdur: fancy, idea, ecstasy, sympathy və s. Yunan məınşəli alınmaların
bir qrupu xalq etimologiyası yolu ilə fonetik dəyişikliyə məruz qalmış və
xalq dilində geniş işlənməkdədir. Məsələn: yunan dilindəki karuophyllon
gillyflower sözünə çevrilmişdir. Yunan dilindəki hydropsis ingilis xalq
etimologiyasına əsasən dropsy kimi deyilir. Yunan dilindəki paralysis “iflic”
sözü ingilis xalq dilində palsy şəklinə düşmüşdür. Yunan mənşəli athanasia
“ölməzlik” ingilis ilində tansy sözünə çevrilmişdir. Dirçəliş dövründə antik
ədəbiyyat, fəlsəfə və başqa elmlərlə məşğul olan alimlər latın və fransız
dillərindən deyil, bir başa yunan dilindən xeyli miqdarda yunan sözləri
almışlar. Bu tipli sözlər əsasən kitab sözləri olub, yunan orfoqrafiya şəklinə
uyğun olaraq eyni saxlanılmışdır. Onlara aşağıdakı sözləri misal göstərmək
olar: acme yunan dilindəki akme “nöqtə”, “iti” sözündən; apotheosis yunan
dilindəki a-potheosis “apofeoz”; enthusiasm yunan dilindəki enthusiasmus
“ilahi ruh”; apathy yunan dilində a-pothos “hissiyyatsızlıq”; athelete yunan
dilindəki atheletes “güləşçi”; atlas yunan dilində Atlas “çiynində yer
kürəsini tutan mifoloji nəhəngin adı”; catastrophe yunan dilindəki
katastrophe “çevriliş”; lexicon yunan dilindəki lexic “söz” və s.Böyük
miqdarda yunan sözlərinin alınması dirçəliş dövründə baş vermişdir. Həmin
dövrə aid yunan alınmaları arasında aşağıdakı sözlərə rast gəlmək olar:
analysis, botany, comedy, chorus, democrat, dialogue, epilogue, episode,
epos, gymnastics, physics, pholology, problem, scheme və s. Gördüyümüz
kimi, bu leksik təbəqə elmin, mədəniyyətin, ədəbiyyatın, teatrın inkişafı ilə
bağlı olan sözlərdən ibarətdir. Bundan başqa ingilis dilinə qədim yunan
mənşəli şəzs adları da daxil olmuşdur: Dorian yunan dilindəki doriyalı tayfa
adındandır; Agatha latın dili vasitəsilə alınmış yunan sözüdür və yunanca
“mərhəmətli, yaxşı” deməkdir; Eugene yunan dilindəki Eugeneios şəxs
adındandır və “nəcib nəsilli” deməkdir; Leon yunan dilindəki “aslan, şir”
sözündəndir; Napaleon yunan dilindəki Neapolis “yeni şəhər “ sözündəndir;
Nicholas yunanca nike “qələbə” və loas “xalq” sözlərindəndir; Stephen
Filologiya məsələləri, №4, 2017
81
yunanca “əklil” sözündəndir; Narcissus yunan dilindəki Narkissos gül
adındandır və s.
Yunan dilindən sözlərin alınması, onların ingilis dilinin lüğət
tərkibində tutduğu yer, tarixi şərait sözlərin daxil olduğu birbaşa mənbələr və
başqa məsələlər O.B.Şaxrayın “İngilis dilinin leksikasında yunan elementi”
adlı tədqiqatında geniş işıqlandırılmışdır. Əsərdə müxtəlif dövrlərdə alınmış
yunan sözləri öz işləndikləri sahə ilə birlikdə təsvir edilir. O göstərir ki,
yunan mənşəli sözlər ingilis dilinə ən qədim çağlardan başlayaraq daxil
olmuşdur. Orta əsrlərdə söz alınması davam etmiş, lakin ən çox yunan
sözləri yeni dövrdə daxil olmuşdur. Son ən güclü alınma prosesini bu şəkildə
qruplaşdırmaq olar:
1. XVI əsr və XVII əsrin birinci mərhələsi;
2. XVI əsri ikinci yarısı və XVIII əsrlər;
3. XIX – XX əsrlər.
Yunan dilində ən çox sözlərin alındığı mərhələ XVI əsrin ikinci
yarısına və XVII əsrin
birinci yarısına düşür. Məhz bu mərhələdə ingilis dilinə yunan dilin-
dəki söz yaradıcılığı tipinə uyğun olan psevdoyunanizmlərin yaranması
prosesi yayılmışdır. Bu zaman həm də əvvəllər alınmış yunan sözləri
əsasında sonralar daxil edilmiş yunan mənşəli şəkilçilərin birləşməsi ilə
psevdoyunan sözləri əmələ gəlmişdir. Sonrakı yüzilliklərdə belə yunan
sözlərinin əmələ gəlməsi davam etmişdir. XX əsrdə yunan mənşəli sözlərin
ingilis dilinə daxil olması dayanmışdır.
Yunan mənşəli sözlər demək olar ki, elmin bütün sahələrini əhatə
edir və onların bir çoxu ümumxalq dilində də məhsuldar şəkildə işlən-
məkdədir. Tibb elminin yeni sahələrinin inkişafında qədim yunan sözlərinin
işlənməsi geniş müşahidə olunur: pediatry, onkology, psychiatry; dərman
adları: aspirin, iodine, insulin, morphine və s. Kimya sahəsində klassik söz
köklərindən düzəlmiş terminlər üstünlük təşkil edir: acid, cyanide, valency
və s. Fizika sahəsində də yunan mənşəli klassik alınmalardan geniş istifadə
edilir: atom, calorie, energy relativity və s. Texnika sahəsində klassik yunan
mənşəli aşağıdakı alınma sözlər işlədilir: radiator, engine, airplane, antenna,
aerial, frequency, modulator, condenser, transmission, transformer və s.
Yunan mənşəli alınma sözlərə həmçinin siyasət və fəlsəfə
orientasiyalı sahələrinterminologiyasında geniş rast gəlinir, eləcə də ictimai-
iqtisadi, incəsənət leksikasında geniş təmsil olunur: futurism, sosialism,
imperialism, communism, capitalism, feudalism, militarism və s.
Müasir ingilis dilində qədim yunan mənşəli sözlərin sayı xüsusilə
çoxalmışdır. Qədim yunan dilindən alınmış sözlər əksər hallarda elm və
ədəbiyyatda işlənir. Yunan söz kökləri əsasında əmələ gəlmiş bir çox
terminlər geniş yayılmışdır. Onların bir çoxu kəşfləri bildirmək üçün istifadə