Filologiya
məsələləri, №4, 2017
78
SƏİDƏ
ORUCOVA
ADU
o.sayka@mail.ru
YUNAN DİLİNDƏN İNGİLİS DİLİNƏ KEÇMİŞ SÖZLƏR
Açar sözlər alınma sözlər, elm, terminologiya, etimologiya, lüğət tərkibi,
şəxs adları, leksik və fonetik xüsusiyyətlər
Key words: borrowings, science, terminology, etimology, vocabulary,
personal names, lexical and phonetic features
Ключевые слова: заимственные слова, наука, терминология, етимо-
логия, словарный запас, личные имена, лексические и фонетические
особенности
Dilin inkişafinin mərhələlərindən biri başqa dillərdən alınmış sözlərdir.
İngilis dilinin inkişafında da başqa dillərdən alınma sözlər böyük yer tutur.
İngilis xalqının yarandığı ilk gündən ingilis dili ölkənin qədimyerli dillərinin
və işğalçıların dillərinin hesabına zənginləşmiş və dilin lüğət tərkibinin
yarısından çoxu həmin dillərin materialı əsasında formalaşmışdır. İngilislərin
əcdadları olmuş german mənşəli anqlo-saksonların ilk əlaqəyə girdikləri xalq
kelt tayfaları idi. İngilislər ilk alınma sözləri keltlərin dilindən almışlar. Bu
dildən ingilis dilinin lüğət tərkibinə həm kelt sözləri, həm də keltlərin I-IV
əsrlərdə işğalçı romanların dilindən aldıqları latın sözləri olmuşdur. Həmin
latın sözlərinin daxilində isə öz növbəsində yunan mənşəli xeyli söz olmuş
və bu sözlər ingilis dilindəki yunan mənşəli sözlərin erkən təbəqəsini təşkil
etmişdir. Daha sonralar ingilis dilinə skandinav və fransız dillərindən xeyli
miqdarda sözlər daxil olmuşdur. Lakin ingilis dilinin bütün dövrlərində onun
lüğət tərkibinə xeyli miqdarda yunan sözləri daxil olmuşdur. Yunan mənşəli
alınma sözlərin mənbələri də müxtəlifdir. Onların bir hissəsi latın dilindən
alınmış leksik təbəqənin daxilində, başqa bir hissəsi isə XI əsrdə ölkəni etmiş
normanların gətirdiyi fransız dilindən alınmışdır. Yunan mənşəli alınma
sözlərin fərqli cəhəti odur ki, onlar əsasən din və elmlə bağlıdır. Elmin bir
çox sahələrində, xüsusilə tibb sahəsində yunan mənşəli leksik təbəqə geniş
təmsil olunmaqdadır. İngilis dilindəki yunan mənşəli alınma sözlər eyni
zamanda ingilis dilinin lüğət tərkibində semantik və fonetik dəyişmələrə
səbəb olmuş və çoxmənalılığın meydana gəlməsinə şərait yaratmışdır. Bu
səbəbdən də ingilis dilində yunan mənşəli leksik təbəqənin araşdırılması
ingilis dilinin leksikologiyasında baş vermiş linqvistik proseslərin
öyrənilməsi baxımından xüsusi maraq doğurur. Məhz bu baxımdan ingilis
dilində yunan mənşəli alınma sözlərin tədqiqi xeyli aktualdır. Məlum olduğu
kimi, german tayfaları Britaniyaya roman işğalı başa çatdıqdan sonra
Filologiya məsələləri, №4, 2017
79
gəlmişdilər. Məhz həmin dövrdən başlayaraq ingilis dilində latın və yunan
mənşəli klassik alınma sözlər daxil olmağa başlamışdır. Latın dilindən
alınma sözlərin bir çoxu yunan mənşəli idi. Məsələn: qədim ingilis dilindəki
butera ( butter ) sözü latın dilindəki butyrum sözündən idi, lakin eyni
zamanda bu söz latın dilinə yunan dilindən keçmiş sözlərdən biridir. VI
əsrdən başlayaraq xristianlığın yayılması nəticəsində qədim ingilis dilinə
klassik alınmaların alınması prosesi xeyli sürətlənmişdir. Xristianlıqla bağlı
olaraq ingilis dilinə din və təhsil ilə bağlı xeyli alınma söz daxil oldu.
Xristianlığın yayılması ilə bağlı olaraqyeni anlayışların yarandığı müşahidə
olunurdu. Bu anlayışları bildirmək üçün latın dilindən alınmış sözlərin də bir
hissəsi yunan mənşəli idi. Misal üçün, müasir ingilis dilindəki apostle “apos-
tol”, bishop “keşiş”, clerk “katib”, devil “şeytan”, mass “kütlə”, monk
“keşiş” sözləri latın dilindən alınmış yunan mənşəli sözlər olmuşdur. Onlar
aşağıdakı yunan sözlərindən alınmışdır: apostolos, episcopos, klericus,
diabolos və s. Klassik alınmaların ifadə etdikləri obyekt və anlayışlar ölkə
əhalisi üçün yeni idi və həmin sözlərin aid olduğu obyektlər məhz klassik
dillərdən alınmalar vasitəsilə ifadə edilirdi. Həmin sözlər ingilis dilinə uyğun
olaraq xeyli dəyişirdi. Məsələn: apostolus, episcopus, candela, clericus,
diabolos, monasterium, monarchus sözləri qədim ingilis dilində apostol,
biscop, candel, clerec,deofol,mynster, munic kimi tələffüz olunurdu. Yunan
dilindən ingilis dilinə xeyli miqdarda prefikslər daxil olmuşdur: amphi-, ana-
, apr-, cata-, exo-, en-, hypo-, meta-, sine- və s. Lakin bu prefikslər ancaq
alınma sözlərin tərkibində işlənir və qeyri-məhsuldar hesab olunur:
amphibious, amphibiology, anatomy, anagram, analysis, apology, apostle,
cataract, catalogue, cathedral, exotic, hypotenuse, hyphen, metaphysics,
method, sinecure və s. Kilsə və dinlə bağlı latın dilindən ingilis dilinə
alınmış sözlər arasında xeyli miqdarda yunan mənşəli sözlər vardır. Belə
sözlərin bəziləri germanlar Britaniyaya gəlməmişdən əvvəl yunan dilindən
alınmışlar. Ədəbiyyat , mədəniyyət və başqa sahələrlə əlaqədar leksikanın da
bir qismi yunan dilindən latın dili vasitəsilə keçmişdir. İngilis dilindəki
yunan mənşəli sözlər assimilyasiya olunmuş şəkildə alınmışdır. Onların
böyük hissəsi latınlaşmış yunan sözləridir. Lakin yunan mənşəli sözlərin
latın və ya fransız dili vasitəsilə alındığını çox zaman təyin etmək çətin olur.
Bu hal əksər hallarda latın ədəbi dilindən alınma son dövrə aid olan alınma
sözlərə şamil edilir. Bir çox hallarda yunan mənşəli sözün hansı dildən
alınmasını müəyyən etmək qətiyyən mümkün olmur. Məsələn: consist və
explore latın dilindəki consistere və explorare və yaxud da fransız dilindəki
consister və explorer sözlərindənola bilər. Conformation, conflagration və
başqa isimlər ya latın dilindəki conformation – em, conflagration, ya da
fransız dilindəki conformation, conflagration sözləri ilə bağlı ola bilər.
Affable, audible, jovial, modest, sublime, consequent sözləri həm fransız,